77
Breslau N, Peterson E l, schultz lR, chilcoat hD, Andreski P. major depression and stages of smoking. Alongitudina
linvestigation.Arch Gen Psychiatry 1998;161–6(www.scopmed.org),Kendler .KS,
Neale MC,MacLeanCJ, Heath
AC,EaveslJ, Kessler Rc. smoking and major depression: a causal analysis. Arch Gen Psychiatry 1993;36–
43(http://depresyon.biz
/
)
Depressiya
44,7%
Panik atak
46,4%
Alkoqol asılılığı
56,1%
Maddə asılılığı
67,9%
Manik-depressiv
60,6%
Psixi xəstəlik yoxdur
22,5%
36
çəkmə davranışını həm də depressiyanı sürətləndirdiyini ortaya qoyur.
78
Bəzi istifadəçilər üçün nikotin bir antidepresant funksiyasını icra edir. Siqareti tərgitmə
davranışının isə ümumiyyətlə depresiv simptomların, ciddi major depressiyanın ortaya
çıxmasını sürətləndirdiyi məlum olur.
79
78
Cholerton S, Boustead C, Taber H, Arpanahi A, Idle JR. CYP2D6 genotypes in cigarette smokers and non-tobacco users.
Pharmacogenetics 1996; 6:261–263(www.clienia.ch)
79
Cholerton S, Boustead C, Taber H, Arpanahi A, Idle JR. CYP2D6 genotypes in cigarette smokers and non-tobacco users.
Pharmacogenetics 1996; 6:261–263(www.clienia.ch
)
37
III Fəsil. GƏNCLİK DÖVRÜNÜN XÜSUSİYYƏTLƏRİ
3.1. Gənclik dövrü xüsusiyyətləri və tütün aslılığını yaradan faktlar
Gənclik fiziki cəhətdən yeniyetməliyin başa çatması, özünüdərketmənin və intelektin sürətli
inkişafı, özünəməxsus yüksək keyfiyyətlərinin, dünyagörüşünün formalaşması, peşə seçmək
və sosial həyata başlamaq dövrüdür. Gənclik dövrü öz inkişafında iki mərhələdən
keçir:birinci mərhələ erkən gənclik (15-18yaş) ikinci mərhələ isə yetkin gənclik (18-25yaş)
dövrü adlanır. Gənclər bioloji, psixoloji, psixoseksual və sosialoji amillərin təsiri altında
inkişaf edib formalaşır. Gənclik dövründə şəxsiyyət biososial-psixoloji varlıq kimi formalaşır,
insanda təşəbbüskar, prinsipial, məsuliyyətli davranış formaları təşəkkül tapır. Emosiyaların
idarə edilməsi mexanizmi aktivləşir, lakin çox saylı sosial yeniliklərə adaptasiya zamanı
yaranan çətinliklərə cavab reaksiyalarında gənclərin davranışında tez-tez emosionallıq halları
da müşahidə olunur. Bu proses isə yeniyetməlik emosionallığının ətaləti ilə bağlıdır.
80
Bu
dövrdə gənclərin psixoloji xüsusiyyətlərində sabitləşmə gedir. Gənclik yaşının axırında
sosiallaşmanın ilk mərhələsi tamamlanır, gənclər artıq öz həyat yolunu müəyyənləşdirir, ali
məktəblərdə, koleclərdə, texniki peşə məktəblərində, litseylərdə təhsillərini davam etdirirlər.
Gənclik dövrünün sonu cəmiyyət üçün tam hazırlanmış nəslin varlığı deməkdir.
Universitet illəri, coşqun inkişaf dövrlərindən biri olan həm ictimai, həm də bioloji olaraq
keçid dövrü kimi qəbul edilən yetkinliyin son mərhələsinə rast gəlinir. Universitet dövrü,
evdən və ailədən ayrılma, yeni mühitə adaptasiya problemləri, yoldaş və qrup seçkisi, bir
peşəyə namizəd olma və iş tapmaqla bağlı narahatlıqlar kimi bir çox spesifik problemin
müşahidə olunduğu illərdir. Universitetdə oxuyan tələbələr, müxtəlif səbəblərdən
qaynaqlanan stress yaradan həyat hadisələri ilə qarşılaşırlar. Burada xüsusilə təhsildən
qaynaqlanan problemlərin əhəmiyyətli rolu vardır. Asılılıq baxımından ən əhəmiyyətli risk
dövrləri uşaqlıqdan yeniyetməliyə, gənclikdən yetkinliyə keçid dövrüdür. Tələbələrin
stresslə qarşılaşan vaxtlarda siqaretə yönəlmələri müşahidə olunan davranışdır.
80
Qədirov Ə.Yaş psixologiyası .Bakı: 2008,341-345 s
38
Gündəlik siqaret çəkən gənc tələbələr irəliləyən yaşda paralel olaraq siqaret sayını
artırdıqlarını və siqaretə daha çox aludə olduqları müşahidə olunur. Gənc yaşda siqaret
çəkməyə başlayanlar irəliləyən yaşlarda bu pis vərdişi daha çətin tərgitə bilirlər. Bu səbəblərə
görə tütün istifadəsinə qarşı mübarizə aparılması və siqaretə qarşı mübarizə tədbirlərin
görülməsi olduqca əhəmiyyətlidir.
Tütün epidemiyasının inkişaf etməsi və yayılmasında ən əhəmiyyətli risk qrupu 12-24
yaşındakı yeniyetmələr və gənclərdir.
Siqaret istifadə etmə vərdişi müxtəlif psixososial səbəblərlə başlayan və davam edən bir
davranış formasıdır.
Hər yaşda nikotin asılılığının inkişaf etməsinə baxmayaraq, ilk siqaret
ümumiyyətlə erkən yeniyetməlik dövründə sınandığı üçün,siqaret ilə mübarizə ibtidai
məktəb, orta məktəb illərində başlanılmalıdır. Siqareti sınayan hər iki gəncdən biri siqaret
istifadə etməyə davam edir. Bu gün dünyada 150 milyon gənc siqaret istifadə etməkdədir
və gələcəkdə 75 milyon gəncin siqaretin meydana gətirdiyi sağlamlıq problemi ilə dünyasını
dəyişəcəyi ehtimal olunur.
81
Gənclər arasındakı siqaret istifadə etmə sıxlığını təyin etmək məqsədilə qlobal məlumatların
iki əsas qaynağı vardır. Bunlardan biri Dünya Səhiyyə təşkilatının icra etdiyi və dörd ildən
bir təkrarlanan (Health Behaviors School Childeren-HBSC) tədqiqatı, digəri isə yenə DST və
CDC tərəfindən inkişaf etdirilmiş olan və bir çox ölkədə icra edilən Qlobal Gənclik Tütün
İstifadəsi araşdırmasıdır.GYTS(Global Youth Tobacco Survey), HBSC nəticələrinə görə;
bəzi şərqi Avropa ölkələrində(Belarus, Estoniya, Gürcüstan, Litva, Rusiya Federasiyası,
Slovakiya və Ukrayna) 15 yaş qrupu kişilər arasında həftəlik siqaret çəkmə sıxlığı digər
bölgələrə görə daha yüksəkdir (>30%). Buna qarşılıq 15 yaş qrupu qızlar arasında ən yüksək
siqaret çəkmə
faizi (>30%) Avstriya, Çex Respublikası, Finlandiya və İspaniya kimi qərbi
Avropa ölkələrindədir.
82
Qadınlarda siqaret istifadə etmə nisbətlərinin kişilərə görə çox daha
aşağı olduğundan, siqaret şirkətləri üçün qadınlar çox əhəmiyyətli bir hədəf təşkil edir.
81.
Alikasifoglu M, Erginoz. Cigarette smoking among turkish high school students. J Adolesc Health 2002; 7-8
s(www.dusunenadamdergisi.org/)
82
Doğan YB. Madde kullanımıve bağımlılığı. Aile ve Toplum Eğitim, Kültür ve Araştırma Dergisi. 2001; 79-86
s(www.psikiyatri.org.tr)
39
Siqaret epidemiyasının inkişaf etməsi və genişlənməsi baxımından qadınlar, uşaq və
gənclər, əhəmiyyətli bir risk qrupunu meydana gətirməkdədir.
83
Tütün şirkətləri insanların böyük əksəriyyətinin siqaretə 18 yaşdan aşağı və 19-24 yaşında
başladığını, daha irəli yaşlarda siqaretə başlayanların nisbətinin çox kiçik olduğuna dair
məlumatlara sahibdirlər. Bu səbəbdən siqaretin uşaqlar və gənclər tərəfindən sınanılması
üçün çox təcavüzkar bir siyasət aparılır.
Şirkətlər, bir tərəfdən çox incə satışa çıxarma texnikaları ilə bu müddəti istifadə edərkən,
digər tərəfdən də gənclərin həyatındakı əhəmiyyətli dəyişiklik anlarından (şəhər dəyişdirmə,
universitetə qəbul olma, əsgər getmə və s) istifadə edirlər. Aparılan digər bir tədqiqatda 18-24
yaş arası gənclərdə yetişkinlərə görə sigaret çəkmə faizi daha yüksək olarkən, gənclərin
siqareti tərgitmək mövzusunda daha istəkli olduqları halda tərgitmək üçün lazımı dəstəyi
görmədiklərini vurğulamışlar.
84
18-24 yaş arası gənclərin siqaret istifadə etmə nisbəti 18,9 %
dir. Siqaret çəkən yetkinlərin (18 yaş və yuxarı) 88%-i siqaret istifadə etməyə 18 yaşında
başlayır.
85
Xəstəliklərə nəzarət mərkəzinin(Centers For Disease Control and Prevention)
məlumatlarına görə 18 yaşına qədər siqaret çəkməyən şəxslər, həyatlarının sonrakı
dövrlərində çox aşağı nisbətdə siqaret istifadəçisi olurlar. Gənclik dövründə meydana gələn
çətinliklər və bu çətinliklərə verilən reaksiyaların bir çoxu depressiv əlamətlər meydana
gətirməkdədir.
86
Universitet tələbələri arasında aparılan tədqiqatlarda, bu dövrün ən
əhəmiyyətli psixi problemi depressiya olduğu müəyyən olunmuşdur.
87
Universitet tələbələri üzərində aparılmış araşdırmalarda siqaret istifadə etmə nisbətlərinin
25-43,3% kimi yüksək olduğu, böyük əksəriyyətinin isə siqaretə universitet illərində başla-
83
Williams JM, Ziedonis D. Addressing tobacco amongindividuals with a mental illness or an addiction.Addict Behav, 2004;1067–
1083 p. (www.diclemedj.org)
84
Williams GC, Cox EM, Kouides R, Deci EL. Presenting the facts about smoking to adolescents: effects ofanautonomy
supportive style. Arch Pediatr Adolesc Med 1999; 959-64 (www.psikofarmakoloji.org)
85
Centers For Disease Control and Prevention, 2011 b, Centers For Disease Control and Prevention, 2011a(
www.cdc.gov/)
86
Goksel T, Cirit M, Bayındır U. İzmir ili oğrencilerinin sigara alışkanlığını etkileyen faktorler. Toraks Dergisi 2001; 49-53 s
87
Sağlık yüksekokulu öğrencileri arasındaki depresyon sıklğı ve ilişkili etkenler Anatolian Journal of Psychiatry 2007; 8:46-
51(www.bagimlilikdergisi.com)
40
dığı məlum olmuşdur.
88
Siqaret istifadə edən gənclərin böyük bir qismi sipirtli içki istifadə
etməyə başlayır. Siqaret çəkən gənclər siqaret çəkməyən gənclərə görə səkkiz qat daha çox
narkotik istifadə etmə riski daşıyır.
89
Siqaret çəkən gənclərdə davranış pozuntuları da
müşahidə olunur.
90
3.2. Valideyn nəzarəti ilə zərərli vərdişlər arasında əlaqə
Ana atalarını avtoritar hesab edən gənclər, demokrat hesab edənlərə görə daha çox
siqaretdən istifadə etməsi müşahidə olunur. Siqaret istifadə etmə davranışında ailənin rolu
danılmaz bir faktdır. Ailədə siqaret çəkən şəxslərin olması siqaret çəkmə faizini artırır. Yeni
Zelandiyada aparılan tədqiqatda,valideynləri alkoqol və siqaret istifadə edən şagirdlərin
alkoqol və siqaretə başlama risklərinin daha yüksək olduğu göstərilmişdir.
91
Ana-atanın hər ikisinin ya da hər hansı birinin olmamasının isə, pis vərdişlərə meyl
meydana gətirdiyi göstərilmişdir.
92
Hops və həmkarları, ana atanın alkoqol və siqaret istifadə etməsinin uşaqların da alkoqol və
siqaret istifadə etməsi üzərində təsirli olduğunu göstərmişdilər. Green və digər araşdırmaçılar,
bu tədqiqatı dəstəkləyən nəticələr ilə çıxış etdilər. Cohen və həmkarları, siqaret çəkmə və
valideynlərin davranışları arasındakı əlaqəni araşdırmış, siqaret və alkoqol istifadə edən
uşaqların ana-atalarının uşaqlarına daha çox vaxt ayırıb, ünsiyyətlərini artırmaları nəticəsində,
bu uşaqların son bir ay ərzində alkoqol və siqaret istifadə etmə səviyyələrinin aşağı düşdüyü
görülmüşdür. Laqeyd valideyn nəzarəti siqaret, alkoqol və narkotik istifadəsi üçün risk
88
World Health Organisation 2006. Role of Health Professionals for TobaccoControl.(www.globaltobaccocontrol.org) 20.06.2010
89
Heras P, Kritikos K, Hatzopoulos A, Kritikos N, Mistibounas D. Smoking among high school students, The American
Journal of Drug and Alcohol Abuse. 2008; 219-224 p.( www.diclemedj.org)
90
Özerkmen N. Ergenlerde Sigara İçme DavranışlarınıEtkileyen Faktörlerin Sosyolojik Analizi, Sosyoloji AraştırmalarıDergisi.
2004: 77-105.( www.edam.com.tr/kuyeb)
91
Doğan Y. Madde kullanımı ve bağımlılığı. Aile ve Toplum Eğitim, Kültür ve Araştırma Dergisi.2001; 79-86s (
www.bağımlı.org)
92
Boztaş G, Aslan D, Bilir N. Çevresel Sigara Dumanından Etkilenim ve Çocuklar. STED. 2006; 75-78 s
41
meydana gətirir.
93
Nəticə olaraq, ana-ata nəzarəti, zərərli vərdişlərə başlamada, davam
etdirmədə və sonlandırmada xüsusilə yetişkinlik dövründə əsaslı rol oynamaqdadır. Gənclik
dövrü, gənclərin mühitdən, nümunələrdən təsirləndiyi dövrdür. Bu müddətdə gənclər müsbət
mənfi bütün davranışlardan təsirlənirlər.
Gənclərin başlanğıcda maraq, yoldaş təsiri, kiməsə bənzəmək istəməsi və s. kimi amillərdən
başladığı siqaret çəkmə bir neçə il ərzində istifadə edənlərin 50%-də asılılıq yaradır.
Ailə, yaş və cinsiyyətlə bağlı xüsusiyyətlərlə yanaşı şəxsiyyət xüsusiyyətlərinin nikotin
aslılığının yaranmasında təsirilə bağlı nəticələrə rast gəlinir. Siqaret asılılığında şəxsiyyət
xüsusiyyətləri ilə əlaqədar öz özünü müalicə və orbitofrontal disfunksiya modeli olmaq üzrə
iki nəzəri model qarşıya qoyulmaqdadır.
94
Öz-özünə müalicə modeli, siqaret çəkənlərinin
çoxunun öz özlərini müalicə üçün siqaret çəkdiklərini, bunun nikotinin emosional vəziyyəti
yüksəldici və həzz verən xüsusiyyətlərindən qaynaqlandığını ortaya qoyurlar. Orbitofrontal
disfunksiya modelində; tütün istifadəsi çox sayda şəxsiyyət xüsusiyyəti ilə (ekstravertlik,
impulsiv, risk almaq, monotonluqdan qaçma və yenilik axtarışı) əlaqələndirlir. Şəxsiyyət
xüsusiyyətləri və siqaret çəkmə davranışı arasındakı əlaqəni anlamaq, siqaret tərgitmək
müalicələrində fayda təmin edə bilər. Siqaretin zərərləri haqqında məlumatı olan
istifadəçilərin siqaretdən istifadə faizi daha yüksəkdir.
30
Bu vəziyyət siqaret ilə əlaqədar təhsil proqramlarının məzmunu, fəaliyyətinin və hədəflədiyi
proqramların yenidən təşkil edilməsi zəruriliyini göstərir. Tütün məhsulları ilə əlaqədar olan
qanunların təsirli tətbiq olunması, məhsulların reklam və təqdimatlarının təbliğ
etdirilməməsi, satışlara nəzarət edilməsi, beynəlxalq tütün bazarının xüsusilə uşaqlar və
qadınlar üçün inkişaf etdirdikləri strategiyaların fərqinə vararaq təsirli tədbirlərin alınması
94
Etter JF. Smoking and Cloninger’s Temperament and Character Inventory. Nicotine& Tobacco Research 2010; 919-26 p.(
www.diclemedj.org)Selby P, Voci SC, Zawertailo LA, George TP, Brands B. Individualized smoking cessation treat-ment in an
outpatient setting: Predictors of out-come in a sample with psychiatric and addictions co-morbidity. Addict Behavior 2010; 811-
817 p
95
Sütoluk Z, Nazlıcan E, Azizoğlu A, Akbaba M. Yüreğir Çıraklık Eğitim Merkezi öğrencilerinde depresyon sıklığı ve nedenleri.
Türk Tabipleri Birliği Mesleki Sağlık ve Güvenlik Dergisi 2005; Temmuz-Ağustos-Eylül: 23-26 s.(
www.korhek.org)
93
Hamzaçebi, H. Ü, Ünsal, M, Dabak, Ş, Bilgin, S, Aker, S. “Samsun Tekkeköy İlçesi İlköğretim Öğrencilerinde Sigara İçme
Prevalansı ve Etkileyen Faktörler”. Toraks Dergisi , (2008) 34-39 s. (www.toraks.dergisi.org/pdf/pdf_Toraksder_14.pd
)
42
siqaret çəkməni azaltmaqda faydalı olacaq.
İnkişaf etmiş ölkələrdə siqaret çəkmə faizi ilə təhsil səviyyəsi arasındakı əlaqə təhsil
səviyyəsinin artımı ilə, siqaret çəkmə nisbətlərində azalma şəklində özünü göstərir.
Amerikada aparılan yeni bir sosial araşdırmada ən aşağı siqaret çəkmə faizi 5.6% ilə elmi
dərəcələrə sahib olanlar arasında müəyyən olunmuşdur.
96
96
Dinn WM, A, Harris CL. Cigarette smoking in a student sample: neurocognitive and clinical correlate Addict
Behav.2004; 107-26(http://dergipark.ulakbim.gov.tr/iupcd/)
43
IV
FƏSİL.GƏNC
TƏLƏBƏ
OĞLANLARIN
SİQARET
ÇƏKMƏSİ
İLƏ
DEPRESSİYA ARASINDA ƏLAQƏSİNİN EKSPERİMENTAL
TƏDQİQİ
4.1.Tədqiqatda istifadə olunan material və metodlar
4.1.1.Tədqiqat iştirakçıları
Tədqiqatda 200 nəfər oğlan iştirak etmişdir (100 nəfər siqaret çəkən(əsas qrup) 100 nəfər
siqaret çəkməyən
(kontrol qrup)). Araşdırmaya cəlb olunanlar 18-24 yaş arası oğlanlar təşkil edir. Əsas qrupda
orta yaş həddi (19.78) kontrol qrupda orta yaş həddi (19.61) yaş təşkil edir. Tədqiqata cəlb
olunanlar respublikamızda fəaliyyət göstərən ali təhsil ocaqlarının tələbələri olmuşdur( Bakı
Dövlət Universteti, Azərbaycan Tibb Universteti, Xəzər Universteti, Azərbaycan Dillər
Universteti, Azərbaycan Texnologiya Universteti, Gəncə Dövlət Texnologiya Universteti,
Azərbaycan Memarlıq və İnşaat Universteti). Hər bir iştirakçıya tədqiqatın məqsədi haqqında
informasiya verilmiş, tədqiqatda iştirak edənlərdən məlumatlı razılıq alınmışdır.
Tədqiq olunanların sosial demoqrafik göstəriciləri: Cədvəl 4.1
Göstəricilər
Tədqiq olunmuş iştirakçıların sayı Mütləq (%)
Siqaret çəkənlər
Siqaret çəkməyənlər
Yaş
18(31%)
19(21%)
20(21%)
21(10%)
22(5%)
23(7%)
24(5%)
18(37%)
19(19%)
20(18%)
21(4%)
22(10%)
23(9%)
24(3%)
Atanın təhsili
Orta
Bakalavr
36%
49%
35%
47%
44
4.1.2.İstifadə olunmuş metodikalar
Tədqiqatın həyata keçirilməsi üçün ilk öncə xüsusi anket hazırlanmışdır. Anket forması
anonim olaraq sosial demoqrafik xüsusiyyətləri və siqaret çəkmə vərdişi ilə bağlı olan 14
sualdan ibarətdir. Tələbələrə yaş, ana atanın təhsil və iş vəziyyəti, ailə tipi, atanın siqaret
Magistr
Yoxdur
12%
3%
14%
4%
Ananın təhsili
Orta
Bakalavr
Magistr
Yoxdur
47%
39%
6%
8%
52,5%
37,4%
5,1%
5,1%
Ata işi
Bəli
Xeyir
89%
9%
87%
13%
Ana işi
Bəli
Xeyir
43%
57%
42%
58%
Valdeyinlərin ailə vəziyyəti
Birlikdə yaşayırlar
Boşandılar
Anamı itirmişəm
Atamı itirmişəm
Ögey valdeyinim var
88%
6%
1%
4%
1%
93%
4%
3%
0%
0%
Ata siqaret çəkirmi
Çəkir
Çəkmir
Çəkirdi artıq istifadə etmir
52,6%
29,9%
16,5%
39,4%
46,5%
14,1%
45
çəkməsi, siqaret vərdişinin olub olmadığına əlavə olaraq siqaret çəkmə müddəti və gündəlik
çəkilən siqaret miqdarı, siqaretə başlama yaşı, başlama səbəbləri kimi suaları əhatə edən
anket forması verildi.
Depressiya səviyyələrini qiymətləndirmək üçün Bek Depressiya Testi (BDT) istifadə
olundu. Bek depressiya testi Beck və həmkarları tərəfindən 1961-ci ildə inkişaf etdirilmişdir.
Depressiyanın dərəcəsini ölçmək, müalicə ilə olan dəyişiklikləri izləyə bilmək və xəstəliyi
təyin edə bilmək məqsədiylə hazırlanmışdır.
Testdəki depressiya əlamətləri kilinik müşahidə və məlumatlara əsaslanaraq hazırlanmışdır.
Depressiyaya xas davranışlar və simptomlar bir silsilə cümlə ilə təyin olunmuşdur və hər bir
varianta (0-3) arasında nömrə verilmişdir. Variantlar yüngül formadan şiddətli formaya görə
sıralanmışdır.
1978-ci ildə test yenidən işlənərək xəstələrin bu günü də daxil olmaqla son bir həftəlik
vəziyyətlərini qeyd etmələrini istəmişlər. Bek testinin 21 əlamətdən ibarət olan katoqoriyaları
bunlardır:
Emosional vəziyyət, pessimizim, müvəfəqiyyətsizlik hissi, narazılıq hissi, günahkarlıq hissi,
cəzalandırma hissi, məyusluq nifrət, özünü günahlandırma, intihar istəkləri, ağlama tutmaları,
əsəbilik, sosial uzaqlaşma, qərarsızlıq, xarici görünüş, əmək fəaliyyəti, yuxu pozuntusu,
yorğunluq, iştah azalması, çəki, fiziki sağlamlıq və cinsi ehtiyac. BDT yüksək dərəcədə
keçərlilik və güvənirilik göstərən bir test olaraq bildirilmişdir.
97
Tədqiqatmızda keçərlilik və
güvənirlik çalışmaları Tegin tərəfindən 1980-ci ildə aparılan BDT Azərbaycan forması
istifadə olunmuşdur. Tegin testi test təkrar test güvənirlilik əmsalı 65,iki yarım korrelasiya
əmsalını da normalda Test 0-9= Minimal, 10-16= Yüngül, 17-29= Orta, 30-63= Şiddətli, Dostları ilə paylaş: |