tərəfindən təzyiqlər, həmyaşıdların tütündən istifadəyə və tütünə müsbət münasibəti, tütün
çəkmənin əhali arasında nüfuz qazanmaq vaistəsi olduğu kimi yanlış fikrin qəbul
olunmasıdır.
Tütünün istifadəsi ilə bağlı ən ciddi sağlamlıq problemləri özünü adətən bir neçə onilikdən
sonra büruzə verir. Tütün çəkən gənc kişilərdə ereksiyanın pozulması ehtimalı çəkməyənlərlə
müqayisədə daha yüksəkdir və hər çəkilən siqaretlə impotensiyanın yaranma ehtimalı da artır.
19
Tütünün çəkilməsi tendensiyasında nəzərə çarpan dəyişikliklər baş verməzsə, tütün bu günün
250 milyon yeniyetməsi və uşaqlarını məhv edə bilər.
1.3.Tütünlə mübarizə üzrə milli strategiya
Dünyada hər il təxminən 6 milyon insan tütünçəkmənin yaratdığı xəstəliklərdən dünyasını
dəyişir. XX əsrdə tütün epidemiyası bütün dünyada 100 milyon insanın həyatına son qoyub.
Tütünün törətdiyi təhlükə əhali sağlamığı və ölkə iqtisadiyyatı kimi sahələrdəlki problemləri
kəskinləşdirməklə bu mühüm sahələrin stabil inkişafına məhvedici təsir göstərir.
1996-cı ildə qlobal tütün epidemiyasının qarşısını almaq məqsədilə 49-cu Ümumdünya
Səhiyyə Assambleyası tütünlə mübarizə haqqında beynəlxalq çərçivə konvensiyasının işlənib
hazırlanması təşəbbüsü ilə çıxış etməyi Ümumdünya Səhiyyə Təşkilatının baş direktorundan
xahiş etdi. Bu Strategiya ÜST-nin qlobal tütün epidemiyası ilə mübarizə üçün hazırlanmış
MPOWER tədbirlər kompleksinə əsaslanır və Azərbaycanda tütün çəkmə ilə mübarizədə əsas
prioritetləri nəzərə alır. Tütün istehlakının, istehsalının və satışının bütün aspektlərini əhatə
edən bu Strategiya Azərbaycan vətəndaşlarının həyatını və sağlamlığını qoruyur, ölkəmizi
tütünçəkmə yükündən azad etmək məqsədi daşıyır. Çərçivə Konvensiyasının iştirakçı
dövlətləri, həmçinin, Azərbaycan öz üzərinə bir tərəfdən tütün məhsullarına tələbatın və
istifadəsinin azalması ilə, digər tərəfdən isə tütün məmulatlarının idxalına nəzarətlə bağlı
siyasət və qanun işləyib hazırlamaq və qəbul etmək öhdəliyi götürürlər. Azərbaycan
Respublikası 2005-ci il sentyabrın 20-də "Tütünə qarşı mübarizə haqqında" Ümumdünya
Səhiyyə Təşkilatının Çərçivə Konvensiyasına qoşulmaq barədə qanun qəbul etmiş və bununla
da üzərinə bir çox öhdəliklər götürmüşdür. Beş il müddətində həyata keçiriləcək bu
öhdəliklərin ən əsası ÜST-ün Çərçivə Konvensiyasının tələblərinə uyğun tütünə qarşı
mübarizə üzrə Milli Strategiyanın və antitütün siyasətinin daha səmərəli tədbirlərinin həyata
keçirilməsini də özündə birləşdirən planın qəbul edilməsidir. Qəbul ediləcək Milli Strategiya
dövlətin antitütün siyasətinin prioritetlərini göstərəcək və əsasən lobbistlərin destruktiv
32
Tütünə nəzarət: 2012 ,Bakı :15-16s (www.
//tobaccocontrol.az/)
20
təsirindən müdafiəyə xidmət edəcək. Çərçivə Konvensiyasının digər mühüm tələblərindən
biri tütün məmulatlarının reklamının və hərəkətinin, tütün şirkətlərinin sponsorluğunun tam
qadağan olunmasıdır. 102 ölkədə aparılmış təhlillər göstərir ki, tütündən istifadənin
reklamının tam qadağan olunması istifadənin azalmasına kəskin təsir göstərir.
Mühüm tələblərdən biri də tütündən istifadənin təhlükəliliyi haqqında əhalinin
məlumatlandırılması və maarifləndirilməsi üzrə proqramın işlənib hazırlanmasıdır. Bu
istiqamətdə Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzi müvafiq layihələr
işləyib hazırlamışdır. Bununla paralel olaraq mərkəz proqram qəbul edilənə qədər də bir sıra
mühüm tədbirlər həyata keçirmişdir.
Azərbaycan Respublikası Səhiyyə Nazirliyi İctimai Səhiyyə və İslahatlar Mərkəzi (İSİM)
yarandığı ilk gündən ÜST-ün Çərçivə Konvensiyasının qarşıya qoyduğu vəzifələr
istiqamətində müxtəlif istiqamətlərdə bir sıra mühüm tədbirlər həyata keçirmişdir. Bunlardan,
əsasən, dördü daha səmərəli tədbirlər hesab olunur: tütün məmulatlarına aksizlərin
qaldırılması, qapalı yerlərdə 100 faiz tütünsüz mühitin yaradılması, tütünün istənilən
reklamının və istehsalçılarının sponsorluğunun tam qadağan olunması, həmçinin, siqaret
qutularının üstündə tütünün insan sağlamlığı üçün ziyanını göstərən rəngli şəkillərin
yerləşdirilməsi.
“
Tütün məhsullarını nümayiş etdirən filmlər dünyada milyonlarla insanda siqaret
çəkməyə həvəs oyadır”. DST-nin qeyri-infeksion xəstəliklərin qarşısının alınması
departamentinin direktoru Duqlas Betçerin dediyi kimi, “kinolarda siqaret çəkmə tütün
məmulatlarının güclü təbliği formasıdır”. O qeyd edib ki, tütünün reklamına olduqca sərt
məhdudiyyət qoyulduğu üçün “filmlər milyonlarla yeniyetmələrə siqaret çəkmə səhnəsini
göstərən son vasitələrdən biridir. DST-nin Tütünə Qarşı Mübarizəyə dair Çərçivə
Konvensiyası 180 iştirakçı ölkənin üzərinə “tütünün təbliğini və bu sahəyə sponsorluğa dair
reklamı qadağan etmək” öhdəliyini qoyur.
ABŞ-da aparılan tədqiqatlara görə, ekranlarda siqaret çəkilən səhnələri görən yeniyetmələrin
37 faizində tütünə meyl yaranıb. 2014-cü ildə bu cür səhnələr Hollivudda çəkilən kinoların
44 faizində olub, bu filmlərin 36 faizi yeniyetmələr üçün nəzərdə tutulub. ABŞ səhiyyə
21
orqanlarının hesablamasına görə, siqaret çəkmə səhnələrinin yer aldığı filmlərin ancaq
böyüklər üçün nəzərdə tutulduğu barədə xəbərdarlıq olarsa, gənclər arasında bu zərərli vərdişi
20% azaltmaq və gələcəkdə 1 milyon insan ölümünün qarşısını almaq olar. ABŞ ilə yanaşı,
siqaret çəkmə səhnələri olan filmlər Almaniya, Niderland, Polşa, İslandiya, İtaliya və Böyük
Britaniyada, habelə Argentina və Meksikada da çəkilib. DST dövlətlərə siqaret çəkmə səhnəsi
olan filmləri yeniyetmələrin baxması qadağan edilən filmlər siyahısına salmağa, bu ekran
əsərlərinin nümayişindən əvvəl isə kinoteatrlarda və telekanallarda tamaşaçıları tütünün zərəri
barədə xəbərdar etməyə çağırır. Bundan başqa, siqaret çəkməyi reklam edən istənilən
videomaterial dövlət subsidiyalarından məhrum edilməlidir.
33
Tütün məhsulllarının qutularının üzərində verilən sağlamlıq xəbərdarlıqları bütün
istifadəçilərin əhatə edilməsinə zəminlik yaradır. 1960-ci ildən başlayaraq siqaret qutularının
üzərindəki xəbərdarlıq etiketlərində siqaret çəkməyin ziyanlı olduğu qeyd edilirvə onu
tərgitməyə çağırır. Hal-hazırda bir çox ölkələrədə siqaret qutularında xəbərdarlıq etiketlərinin
olması tələb kimi qoyulur və yeni qanunlar xəbərdarılq yazılarının ölçülərini böyütmək,
mənasını gücləndirmək və qrafik qurluşunu yaxşılaşdırmağı tələb edir. Avropa Birliyinin
2015-ci il mart ayı qərarına əsasən 2016-cı ildən etibarən siqaret paketlərinin üstündə
siqaretin yol açdığı müxtəlif xəstəlikləri əks etdirən fotoşəkillər əks olunacaq. Bu qanun
Avropa Birliyinə üzv olan 28 ölkədə 20 may 2016-cı il tarixindən etibarən qüvvəyə minəcək.
2016-ci ildən siqaret istifadəçilərini siqaretdən uzaq tutmaq üçün paketlərin üstündə yazılan
yüngül, zərərsiz, təbii tütün kimi ifadələr qadağan edilib.
Dünyanın bir çox ölkəsində siqaret istifadəsini azaltmaq üçün müxtəlif tədbirlər həyata
keçirilir. Bu tədbirlərdən biri də qanuni olaraq siqaret paketləri üzərində siqaretin zərərləri ilə
bağlı yazıların olması zəruriliyidir. Sigaret paketləri üzərindəki xəbərdarlıqların tütün
istifadəsinin qarşısı alınması istiqamətində əhəmiyyətli bir addımdır. İstifadəçilər siqaret pa-
ketləri üzərindəki xəbərdarlıqları sıxlıqla görürlər. Gündə bir paket siqaret çəkən şəxs bu
33
GERÇEK, DOĞAN/ Sigara Paketleri Üzerindeki Yazılı ve Birleşik Uyarıların Üniversite Gençleri Üzerindeki Etkisinin
İncelenmesi 2012,3-5s (www.korhek.org)
22
xəbərdarlıqlarla ildə ən azı 7000 dəfə üzləşmək vəziyyətində qalır. Bu da hər siqaret çəkmək
istədiyində siqaretə qarşı bir müqavimət yaranmasına səbəb ola bilər.
34
Almaniyada aparılan bir araşdırmada yazılı xəbərdarlıqların istifadəçilər tərəfindən
qavranıldığına dair nəticələr ortaya qoymuşlar. Araşdırmada, siqaret paketləri üzərindəki
xəbərdarlıqların araşdırmaya qatılanların 90%-i tərəfindən oxunduğunu göstərmişdir.
Xəbərdarlıqları tez-tez və çox sıx oxuyanlar (34%), nadir olaraq və heç oxumayanlara (27%)
nisbətlə 30 gün içində siqareti tərgitmək istədiklərini daha çox bildirmişlər.
35
Bir başqa
araşdırmada siqaret paketləri üzərindəki xəbərdarlıqların təsiri ilə bağlı 701 universitet
tələbələrinin fikirlərini qiymətləndirmişlər.
36
Tədqiqatda tələbələrə görə siqaret istifadəsinin
qarşısı alınması məqsədiylə görülən tədbirlər arasında ən təsirli olanları qapalı yerdə siqaret
çəkmə qadağası (46.2%) və siqaretə edilən qiymət artımlardır (35.7%). 2020-ci ildə nanə
tozu ilə dadlandırılmış siqaretlərin satışı da qadağan ediləcək
.
Bir çox ölkələrdə,xüsusilə tibbi
marifləndirmənin az maliyyələşdirildiyi yerlərdə tütün sənayəsi bu amildən istifadə edərək
gənclərin siqaret çəkməsinə qarşı çıxan proqramları maliyyələşdirərək öz ictimai nüfuzlarını
artırmağa çalışırlar. Təəccübli deyil ki, tütün sənayesi tərəfindən maliyyələşdirilən bir çox
proqramlarda gənclərin tütün istifadə etmə vərdişlərinə çox az təsir edə biləcək tədbirlərdən
istifadə olunur. Bir çox hallarda onlar siqaret çəkməni yetkinlik və azadlıq ideyaları ilə
əlaqələndirilərək gəncləri tütündən istifadəyə həvəsləndirirlər.
Sağlamlığın Qorunmasında İstifadə olunan Strategiyalar
34
Telli C., Aytemur Solak Z., Özol D., Sayıner A. “Üniversiteye Başlayan Öğrencilerin Sigara İçme Alışkanlıkları”. Solunum
Dergisi, 6(3): 101-106, (2004).Zillmann, D., & Gan, S. (1996). (
docplayer.biz.tr)
35
Effects of threatening images in news programs on the perception of risk to others and self. Medienpsychologie: Zeitschrift für
Individual-und Massenkommunikation 8, 288–305.( Erciyes Tip Dergisi (Erciyes Medical Journal) 2009.126-134)(
www.korhek.org)
36
Myers MG. Smoking intervention with adolescent substance abusers. Initial recommendations. J Subst Abuse Treat. 1999; 289-
98(
profiles.ucsd.edu/mark.myers)
23
ABŞ, Almaniya və Koreyada sağlamlığın qorunması və dəstəklənilməsi istiqamətində 3 əsas
başlıqdan ibarət mübarizə tədbirləri tədqiqat xarekteri daşıyaraq həyata keçirilmişdir.
37
1. İlkin İstiqamət: Hədəf risk faktorlarının ortadan qaldırılması və müdafiə faktorlarının
gücləndirilməsiylə həyat keyfiyyətini yaxşılaşdırmaq, bu səbəbdən fərdi mənfi təsirlərə qarşı
dayanıqlı hala gətirməkdir. Bu sahədə şəxsin siqaret istifadə etməsinə maneə olaraq, asılılığın
inkişafına maneə törədirlər. Buradakı məqsəd zərərli maddələrlə fərdi heç qarşılaşdırmamaq
ya da qarşılaşdığında da sağlamlığını qoruması üçün ona qarşı vərdiş və davranışları inkişaf
etdirməkdir.
2. İkinci İstiqamət: İlkin tədbirin üzərində qurulur. Hədəf siqaret istifadə etməyə yeni
başlayan şəxsləri erkən tanıyaraq onları erkən müalicə etmək və siqaretə qarşı davranışlarını
inkişaf etdirmələrini təmin etməkdir.
3. Üçüncü İstiqamət: Asılılığın müalicəsinə yönəlir. Maddə aludəçisi olan şəxslərə tətbiq
olunan müalicə sayəsində maddə istifadə etməyə yenidən başlama nisbətləri azaldılmağa
istiqamətlənir.
Bu proqramlarda gənclərə praktiki məlumatlar verilərək şəxsiyyətin və ictimai məsuliyyətin
gücləndirilməsi, bacarıq vərdiş və davranışlarını inkişaf etdirilməsinə məqsəd qoyulmuşdur.
Bu strategiyalar siqaret istifadə etməyən ya da yalnız sınaq olaraq yeni başlayan
istifadəçilərdə təsirli olduğu bildirilmişdir.
38
37
Dokuz Eylül Üniversitesi Buca Eğitim Fakültesi Dergisi (2009) 25-26 s (www.korhek.org)
38
Fidan F., Sezer M., Demirel R., Kara Z., Ünlü M. “Öğretmenlerin Sigara İçme Durumu ve Sigara Yasağı Karşısındaki
Tutumları”. Toraks Dergisi, 7(3): 196-199 s, 2006.( www.ctf.edu.tr/stek/pdfs/62/6222.pdf)
24
II FƏSİL.DEPRESSİYA HAQQINDA MƏLUMAT
2.1.Depressiya haqqında ümumi məlumat
Depressiya qədim zamanlardan məlum olan xəstəlikdir. Günümüzdə emosional pozuntu
olaraq təsnif olunan depressiyanın xüsusiyyətləri Yunan Roma həkimləri və filosofları
tərəfindən müəyyən olunmuşdur. Qədim dövrlərdən daha çox melanxoliya olaraq bilinirdi.
Bu təyin etmə XIX əsrin ortalarına qədər davam etmişdir.
Depressiya – həyəcan, yüksək halsızlıq, gərəksizlik hissi,intihara dair fikirlər, iştahanın
azalması, yuxusuzluq, psixomotor tormozlanma və ya həyəcan, həmçinin müxtəlif somatik
simptom və şikayətlərlə müşayiət olunan, əhval-ruhiyyənin enməsi ilə səciyyələnən psixi
pozuntudur. Bir əlamət və ya sindrom kimi depressiya bir çox somatik və ya psixi
xəstəliklərin əlaməti və ya nəticəsi kimi meydana gələ bilər. Belə hallarda heç də həmişə
depressiyanın ümumi patogenetik mexanizmlərə malik olmasını, onun xəstəliyə ikinci
psixoloji reaksiya olmasını (özünü göstərməsini) və ya onun digər xəstəlikdən asılı olmayaraq
yaranmasını müəyyənləşdirmək mümkün olmur. Digər hallarda depressiya, müstəqil affektiv
pozuntu (depressiv epizod, rekurrent depressiya, distimiya, depressiv reaksiya) və ya bipolyar
affektiv pozuntunun tərkib hissəsi olur.
39
Yüngül, orta və ağır variantlarda təsadüf edən bu pozuntu zamanı xəstələr əsas etibarilə
əhvali-ruhiyyənin aşağı enməsindən, maraq və zövqün yoxluğundan, enerjilərinin olduqca
zəifləməsindən şikayət edirlər. Ümumi yorğunluq və fəallığın xeyli enməsi xəstələri az
hərəkətli və ya hərəkətsiz vəziyyətdə qalmağı məcbur edir. Xəstəliyin kilinik mənzərəsini
əhatə edən digər əlamətlərə XBT-10-da təsbit edilən aşağdakıları da aid etmək olar:
1)Diqqətini cəmləmək qabiliyyətinin enməsi;
2)Özünə inamın və özünü qiymətləndirmənin enməsi;
3)Özünü alçatma və təqsirləndirmə ideyası;
4)Gələcəyi tutqun və pessimist görmək;
39
Depressiyanın diaqnostika və müalicəsi üzrə klinik protokol.Azərbaycan Respublikası Səhiyyə Nazirliyi.Bakı:2009 ,7-10 s.
25
5)Özünə xəsarət yetirmək və ya suisidal fikirlər;
6)Yuxu pozuntusu;
7)İştahın zəifləməsi.
40
Depressiya həm bədənimizə, həm də düşüncə, duyğu və davranışlarımıza mənfi şəkildə təsir
etməkdədir.
Depressiya daha çox psixi pozuntunun bio-psixo-sosial modelinə uyğun gəlir. Depressiya
zamanı aşağıdakı bioloji faktorlar mühüm rol oynayırlar:irsi xarakter daşıyan depressiyaya
meyllilik, bəzi somatik xəstəliklər (xüsusilə xroniki və residiv), alkoqolun və narkotik
maddələrin qəbulu, bəzi dərman maddələri.Psixoloji faktorlar arasında uşaqlıqda yaşanan
psixotravmalara, ailə və şəxsiyyətlərarası problemlərə, həyatda baş verən mühüm
dəyişikliklərə, yaxın adamın ölümü və ya ağır xəstəliyi ilə bağlı həyəcan hissinə və tənhalığa
daha mühüm əhəmiyyət verilir. Depressiyanın inkişafına səbəb olan sosial faktorlara
müharibə daxil olmaqla, arzu olunmaz sosial dəyişiklik, təbii fəlakət, qəza, yoxsulluq,
işsizlik, cinayətkarlıq, sosial müdafiəsizlik aiddir.
41
Müasir dövrdə psixi problemlərin varlığı
diqqət çəkəcək ölçüdə artmışdır.
Depressiya geniş yayılmış psixi pozuntudur. Aparılan epidemiyoloji tədqiqatlar, major
depressiya və distimik pozuntu qadınlarda 2.2-5.4%, kişilərdə 1.2-2.6% aralığında olduğunu
müəyyən etmişlər.
42
Dünyanın bir çox ölkələrində aparılan tədqiqatlarda cinsiyyətlərarası
fərqlər hər yaş qrupunda mövcud olmaqla birlikdə gənclərdə və orta yaşlı qrupda bu fərq
uşaqlar və yaşlılar qrupundan daha diqqətə çarpandır.
Təxminən 15%-lik göstərici ilə depressiya dünyada ən sıx görülən psixi pozuntularından
biridir. Müxtəlif mənbələrə əsasən böyük yaş qrupuna aid olan əhalinin həyatı boyu
depressiyaya “yoluxması”, kişilər arasında 2,5%-dən 10%-dək, qadınlar arasında isə 5%-dən
20%-dək dəyişir.
43
Eyni zamanda bütün dünyada depressiyanın yayılma səviyyəsinin
40
Ismayılov N.V Psixiatriya. Bakı :2013, 240 s
41
Depressiyanın diaqnostika və müalicəsi üzrə klinik protokol , 10 s.
42
Antony JC, Petronis KR (1991)Suspected risk factors fordepression among adults 18-44 years old 2000. Epidemiology,123
43
Bruce ML, Hoff RA (1994) Social and health risk factors for first-onset major depressive disorder in a community sample.Soc
Psychiatry Psychiatr Epidemiol, 165-170(
www.researchgate.net
)
26
yüksəlməsi və bu məfhumun gəncləşməsi tendensiyasını qeydə alır. Depressiyanın yayılma
səviyyəsi uşaqlar arasında 2%, yeniyetmələr arasında 4-8% təşkil edir. Azərbaycanda
depressiv pozuntunun aşkarlanmasının kifayətsizliyi şəraitində ÜST-nın (2002) rəsmi
statistikasına əsasən ölkəmizdə depressiya, ürək damar xəstəliklərindən (13%) və aşağı
tənəffüs yollarının infeksiyasından (11%) sonra əlilliyə görə təshih edilmiş ömür illəri
(DALY: Disability Adjusted Life Year) göstəricisi üzrə üçüncü yerdə durur. Depressiya
DALY göstəricisi üzrə neyro psixiatrik hallar arasında birinci yeri tutur.
44
Depressiv pozuntuların ən çox araşdırılan növü major depresiv pozuntu olmuşdur.
Major depressiya xəstəliklərə, intihara və hətta cinayətə belə yol aça bilir. Tədqiqatçılar
depressiyada olan və olmayan insanların beyinlərini müqayisə etdilər.
45
Depressiyada olan
insanların beyinlərində dəyişikliklər aşkar olunmuşdur. Məsələn, hipokampus depressiya
keçmişi olanlarda daha kiçikdir. Daha kiçik hipokampusun daha az serotonin qəbul
ediciliyi
vardır. Serotonin, bədən və beyindəki sinirlər arasındakı əlaqəni mümkün edən bir
neyrotransmitter olaraq bilinən rahatlaşdırıcı bioloji mediatırdır. Ayrıca, neyrotransmitter
norepinefrinin də depressiya ilə əlaqəli olduğu düşünülməkdədir. Bəzi tədqiqatçılar, depresiv
insanlarda stress hormonu kortizolun həddindən artıq çox olduğunu müəyyən etmişlər.
46
Fransız tədqiqatçıların araşdırmasına görə, bir neçə dəfə depressiya yaşayan şəxslərin beyin
fəaliyyətlərinin dəyişdiyi, bu vəziyyət konsentrasiyaya və diqqətə təsir etdiyi məlum
olmuşdur.
47
ABŞ-da Dr. Larus S.Gudmundsson apardığı araşdırmada, migren və
depressiyadan şikayətçi olan insanların beyin həcmlərinin daha kiçik olduğunu ortaya qoydu.
Araşdırmaya görə hər iki narahatlığa sahib olan insanların beyinlərinin digər insanlara
müqayisə də 19.2 millimetr daha kiçik olduğu məlum oldu.
44
Desai HD, Jann MW (2000) Major depression in women: A review of the literature. J Am Pharm Assoc (Wash), 525-537.(
www.yenisymposium.net)
45
Depressiyanın diaqnostika və müalicəsi üzrə klinik protokol. 15 s
46
Geber M, Gath D, Mayou R, Cowen P: Oxford textbook of psychiatry. 3
rd
edition. Oxford Univ. Press, Londra, 1996.sf:197-245.
(www.psikofarmakoloji.org)
47
Smoking and the Brain Brit. Med. J (2000) 320: 1087(Van Tıp Dergisi, Cilt:21, Sayı:1, Ocak/2014)( www.psikiyatri.org.tr ›
Ruhsal Hastalıklar)
27
Kanadalı mütəxəsislər tərəfindən reallaşdırılan və “Nature Communications”da nəşr olunan
araşdırmaya görə, bağırsaqdakı bakteriyalar depressiyanı sürətləndirə bilir.
48
Hollandiyalı və Amerikalı tədqiqatçıların apardığı araşdırmada, ağır depressiyada olan və ya
keçmişdə depressiya keçirən şəxslərin hüceyrələrinin bioloji baxımdan daha yaşlı
göründüyünü ortaya qoydu.
49
Nəticələri “Molecular Psychiatry” jurnalında nəşr olunan
araşdırma çərçivəsində, 2047 adam iştirak etmişdir. Harvard Universitetində aparılan
araşdırmada , karbohidratlı yeməklər yeyən qadınlarda depressiyaya rast gəlmə nisbətinin
təxminən yüzdə 41 % çox olduğunu göstərdi. 12 il davam edən araşdırmada depressiya
keçmişi olmayan 43 min qadın iştirak etdi karbohidratı çox olan yeməklərdən istifadə
edənlərdə depressiyaya daha sıx rast gəlindiyi, zeytun yağı, qəhvə, şərab və balıq yemə
vərdişi olanlarda isə bu faizin daha az olduğu görüldü.
50
Tədqiqatçıların karbohidratın
depressiyaya gətirib çıxardığını yoxsa depressiyadakıların bu cür yeməkləri çox yediyini hələ
dəqiqləşmədiyini qeyd etdilər. Araşdırmanın nəticələri "Medical Daily" jurnalında nəşr
olundu.
Balıq istehlakı ilə ruh sağlamlığı arasındakı əlaqəni araşdıran 26 fərqli araşdırmanı analiz
edən Çinli mütəxəssislər, çox balıq yemənin depressiyaya qarşı müdafiə təmin etdiyi
nəticəsinə gəldilər. 150 min adamın iştirak etdiyi tədqiqatda, çox balıq yeyənlərin depressiya Dostları ilə paylaş: |