I fəSİL. TÜTÜn haqqinda üMÜMİ MƏlumat



Yüklə 1,01 Mb.
Pdf görüntüsü
səhifə7/7
tarix31.01.2017
ölçüsü1,01 Mb.
#6851
1   2   3   4   5   6   7

4-6 orta

7-10 ağır

54 

sas  qrupda  tələbələrin  25  %-i 



 

                                                                                                                        

                                      Şəkil.4.5

 

 



asılılığını  artıraraq  yetkin  dövrdə    uzun 

%-nin siqaret çəkməyə 

n yaşlarda siqaret istifadəsinin 


55 

                                   

                                                            NƏTİCƏ  

  Tədqiqat işinin başlıca məqsədi gənc tələbə oğlanlar arasında  siqaret çəkmə  sıxlığını təyin 

etmək  və  depressiya  ilə  əlaqəsinin  aşkar  edilməsidir.  Tədqiqata  200  nəfər  iştirakçı  cəlb 

olunmuşdur. Araşdırmaya cəlb olunanlar 18-24 yaş arası oğlanlar təşkil edir. Tədqiqatımızda 

tələbələrin  76%-də  depressiya  baxımından  risk  altında  olduğu  müəyyən  olunmuşdur.  Bu 

məlumatlar  cəmiyyətin psixi sağlamlığı problemləri arasında ilk sıralarda yer alan depressiya 

əlamətlərinin  universitet  tələbələrində  yüksək  sıxlıqla  müəyyən  olmuş  olması  bu  mövzuda 

icra  ediləcək  daha  geniş  və  böyük  miqyaslı  araşdırmalara  ehtiyac  olduğunu  bildirir.  Əldə 

edilən  məlumatlar  çərivəsində  təsirli  tədbir  və  monitorinq  proqramlarının  inkişaf 

etdirilməsinə  ehtiyac  duyulur.  Tələbələr  arasında  siqaret  istifadəsinin  qarşısının  alınması  və 

psixi  problemlərin  təsirli  bir  şəkildə  həll  olunması  üçün  universitet  məkanında  psixi 

sağlamlığın  qorunmasına  və  tələbələrin    asanlıqla  çata  biləcəyi  mərkəzin  yaradılması  və  bu 

mərkəzin  funksiyalarının  artırılmasında  fayda  ola  bilər.  Tütün  epidemiyasına  qarşı 

mübarizədə ən təsirli yol gənclərin siqaretə başlamalarının qarşısını almaqdır. Tədqiqatımızda 

tələbələrin  65%-nin    universitetdən  əvvəl  siqaretə  başlaması  bu  tədbirlərin  kiçik  yaşlardan 

görülməsi  vacibliyini  ortaya  qoyur.  Ayrıca  siqaretə  başlamış    olan  gənclərin  çoxu  siqareti 

tərgitmək  istədikləri  halda  lazımı  dəstək  və  yardımı  almamaqdadırlar.  Bu  mövzuda  dəstək 

verilməsi  üçün  lazımlı  tənzimləmələr  aparılmalıdır.  Gənclərin  siqaretə  qarşı  mübarizədə 

qorunması  və  aslılığının  inkişafını  əngəlləmək  üçün  universitetlərlə  birlikdə  orta  məktəb 

illərində başlayanvə universitet illərində daha da geniş vüsət olaraq davam edən vizual (film, 

afişa)  və  öyrədici  tədbirlərin  aparılması  təhsil  proqramların  tətbiq  olunması  mühüm 

şərtlərdəndir. Tütün məmulatları içində ən əhəmiyyətli yeri alan və əldə edilməsi ən asan olan 

siqaret,  digər  psixoaktiv  maddələrin  istifadə  edilməyə  başlanmasında  əhəmiyyətli  bir  ilk 

addım  təşkil edir. Tələbələrimizin zərərli vərdişlərdən qorunmasında siqaret  ilə  mübarizə ən 

əhəmiyyətli addım təşkil edir. Tələbələrin çoxu erkən yaşlarda siqaret çəkməyi sınamışlar və 

erkən  yaşlarda  siqaretə  başlamışlar.  Bu  səbəblə  siqaret  sınaqlarının  qarşısını  alınacaq 

tədbirlərin  həyata  keçirilməsi  mühüm  addımlardan  biridir.  Bu  işdə  valideynlərin  rolu 


56 

                                   

əvəzsizdir.  Araşdırmamızda  siqaret  çəkən  valideynləri  olanların  siqaret  çəkmə  faizi  daha 

çoxdur.  Bu  səbəblə  gələcəkdə  valdeyin  olacaq  bu  tələbələr  üçün    siqareti  tərgitmələrinin 

təmin edəcək tədbirlərin həyata keçirilməsinin nə qədər əhəmiyyətli olduğu görünə bilər. 

Tədqiqat zamanı siqaret çəkənlərdə depressiyanı müəyyən etmək,aslılığın dərəcəsini ölçmək, 

siqaret çəkməyə təsir edən amilləri müəyyənləşdirmək, siqaret çəkən və çəkməyənlərin sosial 

göstəricilərinin dinamikasını sistemli şəkildə öyrəndikdən sonra tövsiyyələrin  irəli  sürülməsi  

nəzərdə  tutulmuş və aşağıdakı nəticələrə gəlinmişdir: 

  Siqaret çəkənlərdə depressiya göstəricisi çəkməyənlərə görə çoxluq təşkil edir; 

  Siqaret çəkmə müddəti çox olan tələbələrin depressiya göstəricisi daha çoxdur; 

  Ailədə siqaret istifadəsi gəncləri siqaretdən istifadə etməyinə yönəldir; 

  Siqaret aslılığının dərəcəsi  siqaretə başlama yaşı ilə əlaqəlidir; 

  Gündəlik çəkilən  siqaret miqdarı ilə depressiya arasında əlaqə  vardır; 

  Neçə ildir istifadə etməsindən asılı olaraq siqareti tərgitmək daha çətindir; 

 

Bütün bunları nəzərə alaraq biz aşağıdakı tövsiyələri verə bilərik: 



 

Siqaretin zərərlərindən qorunmaq üçün ən təsirli yol siqaretdən istifadə etməməkdir

Siqareti bir dəfə təcrübəsində sınayan insanda siqaret aslılığın meydana gəlməsi ehtimalı artır. 



Şəxsin fərdi xüsusiyyətləri və  yaşadıqları, sosial ətraf siqaret vərdişinin qazanılmasında 

dəstəkləyici ya da önləyici bir mühit meydana gətirir; 

 

Tütün istifadəsinə  qarşı yönələn vasitələrə maliyyə siyasətləri tətbiq etmək  və qiymətlərdə 



daha sürətli artan vergi sistemi, artırılan vergilərdən əldə edilən pulların bir qisimini tütün 

istifadəsinin qarşısını almaq məqsədi ilə sağlamlığı qorumağa yönəlmiş sosial fəaliyyət 

tədbirləri;

 

  Ali təhsil ocaqlarında, məktəblərdə təhsil proqramı çərçivəsində  tələbə, şagirdlərə siqaret 



çəkmənin səbəbləri,  zərərləri və nəticələri izah edilməlidir; 

  Tütün istifadə edilməsinə maneə törədəcək təhsil proqramı tədris planına daxil olunmalı və 

tətbiq olunub olunmadığına nəzarət edilməlidir; 


57 

                                   

  Orta və ali məktəblərdə mütəmadi olaraq maarifləndirici psixoloji treninq və seminarların 

təşkili; 

 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 


58 

                                   

İSTİFADƏ EDİLMİŞ ƏDƏBİYYAT 

1.Azərbaycan  Respublikasının  2011-2015-ci  illər  üçün  Tütünlə  mübarizə  üzrə  milli 

strategiya, Bakı; 2010,8-9 s 

2.Azərbaycan  Respublikasının  müvafiq  qanunvericiliyinin“TÜTÜNƏ  QARŞI  MÜBARİZƏ 

HAQQINDA”Ümumdünya  Səhiyyə  Təşkilatının  Çərçivə  konvensiyasına  Uyğunluğunun 

Müqayisəli Təhlili.Bakı;2015, 4-6 s. 

3.Depressiyanın  diaqnostika  və  müalicəsi  üzrə  klinik  protokol.Azərbaycan  Respublikası 

Səhiyyə Nazirliyi.Bakı;2009 ,7-10 s. 

4.Həsənov  Ə .Pataloji Anatomiya. Bakı ;2007,396 s 

5.Qədirov  Ə.Yaş psixologiyası. Bakı; 2008,341-345 s 

6. Qəniyev  M. Farmakologiya I hissə. Bakı ;2010, 199-206 s 

7. Ismayılov N.V Psixiatriya.Bakı; 2013, 240 s 

8.Tütünçəkmədən  imtina  etmə  üzrə  klinik  protokol.  Azərbaycan  Respublikası  Səhiyyə 

Nazirliyi.Bakı;2012, 6-12 s(www.isim.az) 

9.Alikasifoglu  M,  Erginoz  E,Ercan.Cigarette  smoking  amongturkish  high  school  students.  J 

Adolesc Health. 2002; 7-8 s(www.ncbi.nlm.nih.gov/pubmed) 

10.Boztaş G, Aslan D, Bilir N. Çevresel Sigara Dumanından Etkilenim ve Çocuklar. STED. 

2006; 75-78 s(www.tapdk.gov.tr) 

11.  Bostanci  M,  Ozdel  O,  Oguzhanoglu  NK,  Ozdel  L,Ergin  A,  Ergin  N  at  al.  Depressive 

symptomatology  among  university  students  ,  Turkey:  prevalence  and  sociodemographic 

correlates. Croat Med J. 2005; 96–100 s (www.jad-journal.com) 

12.Bilir  N.  Ve  arkadaşları;  Avrupa  Tütün  Kontrol  Raporu  2007  ,WHO  Türkiye  Ofisi, 

December 2007(www.dusunenadamdergisi.org/.) 

13.Çilli AS, Kaya N. Üniversite öğrencilerinde nikotin bağımlılığının psikiyatri bozukluklarla 

birlikteliği. Türk Psikiyatri Dergisi.2003;  42-49 s( dergipark.ulakbim.gov.tr) 


59 

                                   

14.Doğan YB. Madde kullanımıve bağımlılığı. Aile ve Toplum Eğitim, Kültür ve Araştırma 

Dergisi. 2001; 79-86 s(www.turkpsikiyatri.com) 

15.Fidan F., Sezer M., Demirel R., Kara Z., Ünlü M. “Öğretmenlerin Sigara İçme Durumu ve 

SigaraYasağı 

Karşısındaki 

Tutumları”.Toraks 

Dergisi; 

2006 


,196-199 

s(www.toraks.dergisi.org) 

16.Gulec  M,  Bakir B,  Ozer  M, et  al. Association  between  cigarette  smoking  and depressive 

symptoms among military medicalstudents in Turkey.Psychiatry Res. 2005:281-286 s. 

17.  Goksel  T,  Cirit  M,  Bayındır  U.  İzmir  ili  oğrencilerinin  sigaraalışkanlığını  etkileyen 

faktorler. Toraks Dergisi.2001; 49-53 s(www.scopemed.org) 

18.Güleç  M,  Bakır B,  Özer  M, et  al.  Association  between  cigarette  smoking  and depressive 

symptoms among military medical students in Turkey. Psychiatry Research .2005;  281-286 

s.( www.ncbi.nlm.nih.gov) 

19.Huten M, Kalyoncu A, Pektaş Ö, Beyazyürek M. Psikiyatrik bozukluğu olmayan kişilerde 

sigara içme davranışının depresyon düzeyleriyle ilişkisi. Ulusal Psikiyatri Kongresi, Bilimsel 

Çalışmalar Özet Kitabı, 1998: 206 s(bjp.rcpsych.org/content) 

20.Hamzaçebi,  H.  Ü,  Ünsal,  M,  Dabak,  Ş,  Bilgin,  S,  Aker,  S.  “Samsun  Tekkeköy  İlçesi 

İlköğretim  Öğrencilerinde  Sigara  İçme  Prevalansı  ve  Etkileyen  Faktörler”.  Toraks 

Dergisi;2008  34-39 s.( www.cshd.org.tr) 

21.Kaya    M,Genç    M,    Kaya    B,    Pehlivan    E.    Tıp  Fakültesi  ve  Sağlık  Yüksekokulu 

öğrencilerinde  depresif    belirti    yaygınlığı,    stres    ve    başa  çıkma    tarzları    ve    etkileyen  

faktörler. Türk  Psikiyatri  Dergisi  2007; 137-146.( dergipark.ulakbim.gov.tr) 

22.Mandil  A,  Hussein  A,  Omer  H,  et  al.  Charateristics  and  risk  factorsof  tobacco 

consumption among University of Sharjah students,2005. East Mediterr Health J 2007; 1449-

1458 s.( www.bagimlilikdergisi.net/) 

23.Marakoğlu  K,  Çivi  S,  Şahsuvar,  Özdemir  S.  TupFakültesi  birinci  ve  ikinci  sinif 

öğrencilerindesigara    içme    durumu    ve    depresyon    yaygınlığı  arasındaki  ilişki,  Bağımlılık 

Dergisi. 2006; 7 s.( psikiyatridizini.net/articles) 



60 

                                   

24.Pekşen Y,Canbaz S, Sünter AT,Tunçel EK. Ondokuz Mayıs Üniversitesi Yaşar Doğu 

Beden Eğitimi ve Spor Yüksekokulu öğrencilerinde sigara içme sıklığı ve etkileyen faktörler. 

Bağımlılık Dergisi .2005;  111-116 s.( www.uspsikiyatri.com.tr) 

25.Santrock  JW.  Ergenlik.  Siyez  DM    14.  Basım,  Ankara:  Nobel  Akademik  Yayıncılık 

Eğitim Danışmanlık Tic. Ltd. Şti, 2012: 423-458,Aylaz R, Kaya B, Dere N, ve ark. Anadolu 

Psikiyatri Dergisi. 2007;  46-51 s.( www.uspsikiyatri.com.tr) 

26.Sütoluk  Z,  Nazlıcan  E,  Azizoğlu  A,  Akbaba  M.  Yüreğir  Çıraklık  Eğitim  Merkezi 

öğrencilerinde  depresyon  sıklığı  ve  nedenleri.  Türk  Tabipleri  Birliği  Mesleki  Sağlık  ve 

Güvenlik Dergisi 2005; Temmuz-Ağustos-Eylül: 23-26 s.( www.bagimlilikdergisi.net/) 

27.Tezel A. Sigara içme ve depresyon. Atatürk Üniv. Hemşirelik Yüksekokulu Dergisi. 2002;  

1-3 s.( www.toraks.dergisi.org/pdf/pdf_Toraksder_14.pd) 

28.Yargıç,  Baykan  H.  Severe  mental  disorders,  depressionand  smoking  cessation  Turkish. 

Anadolu Psikiyatri Dergi.2013;77-83 s.( www.knowledge.scot) 

29.Banham L,Gilbody S. Smoking cessation in severe mental illness: what works? 

Addiction.2010; 1176-1189 p.( www.toraks.org.tr) 

30.Black DW, Zimmerman M, Coryell WH. Cigarette smoking and psychiatric disorder in a 

community sample. Ann Clin Psychiatry.1999; 129-36 p.( www.apa.org) 

31.Beelmann  və  Tomas,  2006;  Schill,  Staeck  və  Teutloff,  2004;  Wrede,  1996.( 

www.clienia.ch) 

32.Current Cigarette Smoking Among Adults Aged ≥18 Years - United States, 2009 MMWR. 

2010; 1135-1140 p(www.cdc.gov/) 

33.Beck və  Beamesderfer 1974,Beck və digərləri 1961 Metealffe və Goldman 1965 

34.Current Cigarette Smoking Among Adults Aged ≥18 Years - United States, 2009 MMWR. 

2010; 1135-1140 p.( www.cdc.gov/) 

35.Dinn  WM,  A,  Harris  CL.  Cigarette  smoking  in  a  student  sample:  neurocognitive  and 

clinical  correlate  Addict  Behavior.2004;107-26p(psychcentral.com/lib/can-smoking-cause-

depression) 


61 

                                   

36.Etter  JF.  Smoking  and  Cloninger’s  Temperament  and  Character  Inventory.  Nicotine& 

Tobacco Research. 2010;  919-26 p.( www.apa.org) 

37.Edwards  AC,  Kendler  KS.  A  twin  study  of  depression  and  nicotine  dependence:  Shared 

liability or causal relationship? J Affect Disord.2012;142 p. (www.ncbi.nlm.nih.gov/pubmed) 

38. Edwards AC, Maes HH, Pedersen NL, Kendler KS. A population-based twin study of the 

genetic and environmental relationship of major depression, regular tobacco use and nicotine 

dependence. Psychol Med. 2011; 395 p.( www.ncbi.nlm.nih.gov/pubmed) 

39.George  TP,  Vessicchio  JC,  Sacco  KA,  Weinber  ontrolled  trial  of  bupropion  combined 

with  nico-tine  patch  for  smoking  cessation  in  schizo-phrenia.  Biol  Psychiatry.  2008;  1092-

1096 p.( primarypsychiatry.com) 

40.Hays JT, Ebbert JO. Adverse effects and tolera-bility of medications for the treatment of 

tobacco use and dependence. Drugs .2010; 2357-2372 p.( onlinelibrary.wiley.com) 

41.Heras P, Kritikos K, Hatzopoulos A, Kritikos N, Mistibounas  D. Smoking  among  high  

school students,  The  American  Journal  of  Drug  and Alcohol Abuse. 2008;  219-224 p. 

(biomedcentral.com) 

42.Kolbe LJ, Tirozzi GN, Marx E, et al. Health Programs for School Employees: Improving 

Quality  of  Life,  Health  and  Productivity.Promotion  and  Education.2005;    157-  161 

p(www.ncbi.nlm.nih.gov) 

43.Kronke  K, Spitzer  RL,  Williams  J,  Monahan PO,  Löwe  B. Anxiety disorders  in primary 

care:prevalence, impairment, comorbidity and detection. Ann Int Med.2007; 317-25 p. 

44.Ling P, Glantz A: Why and How the Tobacco Industry Sells Cigarettes to Young adults. 

Evidence From Industry documents, American Journal of Public Health June .2002: 908-916 

p.( onlinelibrary.wiley.com) 

45.Marcus  Richards  Cigarette  Smoking  and  Cognitive  Decline  in  Midlife:  Evidence  from  a 

Prospective 

Birth 


Cohort 

Study, 


Amer. 

J. 


Publ. 

Health. 


2003:994-998 

p.( 


www.ncbi.nlm.nih.gov) 

62 

                                   

46.Moss  TG,  Weinberger  AH,  Vessicchio  JC,  Man-cuso  V,  Cushing  SJ,  Pett  M,  et  al.  A 

Tobacco Reconceptualization in Psychiatry(TRIP): to-wards the development of tobacco-free 

psychi-atric facilities. Am J Addict. 2010; 293-311 p(bjp.rcpsych.org) 

47.Myers  MG.  Smoking  intervention  with  adolescent  substance  abusers.  Initial 

recommendations. J Subst Abuse Treat. 1999; 289-98(/books.google.az) 

48.Olivier D, Lubman DI, Fraser R. Tobacco smok-ing within psychiatric inpatient settings: 

bio-psychosocial perspective. Aust N Z J Psychiatry .2007; 572-580 p.( bjp.rcpsych.org) 

49.Peters J, Hedley AJ, Lam TH, Betson CL, Wong CM. A comprehensive study of smoking 

in  primary  school  children  in  Hong  Kong:  implications  for  prevention.  J  Epidemiol 

Community Health .1997; 239-245(/books.google.az) 

50.Rezvanfard M, Ekhtiari  H, Mokri  A, Djavid G,  Kaviani H.Psychological and Behavioral 

Traits  in  Smokers  and  Their  Relationship  with  Nicotine  Dependence  Level.  Archives  of 

Iranian Medicine. 2010; 395-405 p.( www.ncbi.nlm.nih.gov) 

51.Smoking and depression: Harvard Mental Health Letter.2002; 25p(www.scopmed.org) 

52.Selby  P,  Voci  SC,  Zawertailo  LA,  George  TP,  Brands  B.  Individualized  smoking 

cessation  treat-ment  in  an  outpatient  setting:  Predictors  of  out-come  in  a  sample  with 

psychiatric 

and 


addictions 

co-morbidity. 

Addict 

Behavior.2010;811-811p( 



www.ncbi.nlm.nih.gov) 

53.Talay  F,  Kurt  B,  Tuğ  T.  Smoking  habits  of  the  elementary  school  teacher  students  in 

education 

faculty 


and 

related 


factors. 

Tuberk 


Toraks 

.2008; 


171-178p. 

(www.tuberktoraks.org/managete) 

54.Williams JM, Ziedonis D. Addressing tobacco amongindividuals with a mental illness or 

an addiction.Addict Behav.2004;1067–1083 p.( books.google.az/books) 

55.Williams  GC,  Cox  EM,  Kouides  R,  Deci  EL.  Presenting  the  facts  about  smoking  to 

adolescents: effects of  an autonomy-supportive style. Arch  Pediatr  Adolesc Med.1999; 959-

64(www.ncbi.nlm.nih.gov) 


63 

                                   

56.Windle  M,  Windle  RC.  Depressive  symptoms  and  cigarette  smoking  among  middle  

adolescent    prospective    associations    and  intrapersonaş    and    interpersonal    influences.      J  

Consult  Clin  Psychol .2001;  215–226. (www.ncbi.nlm.nih.gov) 

 

 



 

 

 



 

                   

 

 

 



 

 

    



64 

                                   

  

ƏLAVƏLƏR 



                                                                

                                                                   



65 

                                   

1.Yaşınız:  

 

2. Atanızın təhsil səviyyəsi :   Orta məktəb     Bakalavr      Magistr       Yoxdur 



3. Atanız işləyirmi:       bəli        xeyr    

4. Ananızın təhsili:   Orta məktəb     Bakalavr     Magistr      Yoxdur 

5. Ananız işləyirmi        bəli       xeyr 

6.Valdeyinlərinizin ailə vəziyyəti: 

  Birlikdə yaşayırlar  

  Boşandılar, ayrı yaşayırlar       

  Anamı itirmişəm       

  Atamı itirmişəm 

  Ögəy anam/atam var         

7.Atanız siqaret çəkirmi? 

  çəkir   

  çəkmir     

  çəkirdi artıq istifadə etmir    

8. Siz siqaret çəkirsinizmi? 

  Heç çəkmədim      

  Bir dəfə sınadım, heç sevmədim       

  Bir dəfə sınadım,xoşuma gəldi      

  Ara sıra istifadə edirəm      

  Mütəmadı olaraq istifadə edirəm       

  İstifadə edirdim tərgitdim                                                   

Siqaret  istifadə  etmirsinizsə  sorğuya  qatıldığınız  üçün  təşəkkürlər.Siqareti  sınadınızsa  ya  da  nizamlı  olaraq 

istifadə edirsinizsə,zəhmət olmasa aşağıdakı sualları cavablandırın. 

9.Siqaretə  sınaq ya da başlama səbəbiniz nədir? 

   Maraqlı gəldi      Diqqətimi çəkdi       Digər səbəb           

10.İlk siqareti sınamağınız neçə yaşınızda olub ? 

11. Davamlı çəkirsinizsə  nə qədər zamandır siqaret çəkirsiz? 

12. Gün ərzində təxmini neçə  ədəd siqaret çəkirsiniz? 

  5 dən az         

  5-10  

  11-20dən çox 

13. Tərgitməyi düşünürsünüzmü?      Xeyir     Bəli  


66 

                                   

 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



14. Tərgitməyi sınadınızmı?         Xeyir      Bəli 

67 

                                   

FAQERSTREM    TESTİ                                                             ƏLAVƏ 2                                      

Yuxudan oyanandan neçə dəqiqə 

sonra birinci siqareti çəkirsiniz? 

5 dəqiqəyə qədər 

6-30 dəqiqədən sonra 

31-60 dəqiqədən sonra  

60 dəqiqədən artıq 

3  


2  

1  


0  

Siz gündə neçə siqaret 

 çəkirsiniz (orta)?  

11-dən az  

11-20  

21-30  


30 çox  

0  


1  

2  


3  

Tütünçəkmə qadağan  

olunan yerlərdə çətinlik  

hiss edirsinizmi (məsələn,  

təyyarədə, kinoteatrda)  

Bəli  


Xeyr  

1  


0  

Sizin üçün günün hansı  

vaxtında çəkilən siqaretdən  

imtina etmək daha çətindir?  

Səhər çəkilən ilk siqaretdən  

Digərindən  

1  

0  


Siqaretdən imtina etmək  

səhər saatlarında daha 

 çətindir, nəinki digər  

vaxtlar?  

Bəli  

Xeyr  


1  

0  


Xəstə olanda siqaret  

çəkirsiniz?  

Bəli  

Xeyr  


1  

0  


0-3 bаll Nikotindən asılılığın yüngül səviyyəsi 

 

4-6 bal l Nikotindən asılılığın orta səviyyəsi.  



 

7-10 bаll Nikotindən asılılığın yüksək səviyyəsi.  

 

 


68 

                                   

BEK depressiya testi                                                                                                   ƏLAVƏ 3  

1. 


o

 

Özümü qəmgin və kədərli hiss etmirəm.(0) 



o

 

Özümü qəmgin hiss edirəm.(1) 



o

 

O qədər qəmgin və halsızamki, artıq bu məni  narahat edir.(2) 



o

 

Dözülməz dərəcədə özümü çox qəmgin və bədbəxt hiss edirəm.(3) 



2. 

o

 



Gələcəyə bədbin və ümidsiz deyiləm.(0) 

o

 



Gələcəyə ümidsizəm.(1) 

o

 



Hiss edirəmki, heç vaxt çətinliklərə dözə bilməyəcəyəm.(2) 

o

 



Hiss edirəmki, gələcəyə qarşı ümidsizəm və heç bir şey yaxşı olmayacaq.(3) 

 

3.  



o

 

Mən özümü bir uğursuz kimi hiss etmirəm.(0) 



o

 

Mən özümü digərlərindən daha uğursuz hiss edirəm.(1) 



o

 

Keçmiş həyatıma nəzər saldıqda, xeyli uğursuzluq görürəm.(2) 



o

 

Hiss edirəm ki, tamamilə uğursuz bir insanam.(3) 



4.  

o

 



Müəyyən bir narazılığım yoxdur.(0) 

o

 



Çox vaxt səbirsizlik edirəm.(1) 

o

 



Heç bir şey üçün keçmişdəki kimi sevinmirəm.(2) 

o

 



Heç bir şeydən razı qalmıram.(3) 

5.  


o

 

Mən özümü heç günahkar hiss etmirəm. (0) 



o

 

Adətən özümü pis və ləyaqətsiz hiss edirəm.(1) 



o

 

Adətən özümü günahkar hiss edirəm. (2) 



o

 

Özümü çox pis və çox ləyaqətsiz hiss edirəm.(3) 



6.  

o

 



Mən cəzalanmağımı hiss etmirəm.(0) 

o

 



Hiss edirəm ki, mən cəzalandırılıram.(1) 

o

 



Hiss edirəm ki, cəzalandırılmağa layiqəm.(2) 

69 

                                   

o

 

 Cəzalandırılmaq istəyirəm.(3) 



7.  

o

 



Mən özümü məyus hiss etmirəm.(0) 

o

 



Hiss edirəm ki, mən məyusam.(1) 

o

 



Özümdən bezmişəm.(2) 

o

 



Özümdən zəhləm gedir.(3)  

8.  


o

 

Özümü başqasından pis hiss etmirəm.(0) 



o

 

Mən zəif cəhətlərim və xətalarıma görə özümü tənqid edirəm.(1) 



o

 

Özümü səhvlərimə görə günahlandırıram.(2) 



o

 

Hər hansı pis hadisə baş verəndə, özümü günahkarlandırıram.(3) 



9. 

o

 



Özümə zərər vermək fikrim yoxdur.(0) 

o

 



Özümə zərər vermək fikirlərim var, amma, hələ  onları icra edə bilmirəm.(1) 

o

 



İntihar üçün açıq aydın planlarım var.(2) 

o

 



Bacarsam özümü öldürəcəyəm.(3) 

10. 


o

 

Normadan çox ağlamıram.(0) 



o

 

Keçmişə nisbətən daha çox ağlayıram.(1) 



o

 

Hal hazırda çox ağlayıram, ağlamaya bilmərəm. (2) 



o

 

Əvvəllər ağlaya bilirdim, amma indi istəsəm belə ağlaya  bilmirəm.(3) 



11.  

o

 



Artıq məni heç bir şey qıcıqlandırmır və əsəbləşmirəm.(0) 

o

 



Adətən məni əvvəllər əsəbləşdirən şeylərə əsəbləşmirəm.(1) 

o

 



Həmişə əsəbləşirəm.(2) 

o

 



Hal hazırda adi hallardan daha çox narahat oluram ya əsəbləşirəm.(3) 

12. 


o

 

Insanlara qarşı marağımı itirməmişəm.(0) 



o

 

Keçmişə baxanda insanlar məni daha az maraqlandırır.(1) 



o

 

Insanlara qarşı maraq hissi demək olar ki, itib.(2) 



o

 

Insanlara olan bütün maraq itib.(3) 



70 

                                   

13. 

o

 



Elə keçmişdəki kimi yaxşı qərar qəbul edə bilirəm.(0) 

o

 



Çalışıram ki, qərar qəbul etmələri təxirə salım.(1) 

o

 



Qərar qəbul edən zaman çox çətinlik çəkirəm.(2) 

o

 



Heç qərar qəbul edə bilmirəm.(3) 

14. 


o

 

 Hər zamankından fərqli göründüyümü zənn etmirəm.(0) 



o

 

Güzgüdə özümü hər zamankından pis görürəm.(1) 



o

 

Güzgüyə baxdığımda özümü yaşlanmış və çirkin görürəm.(2) 



o

 

Özümü kifir və çirkin hiss edirəm.(3) 



15.  

o

 



Əvvəlki kimi yaxşı iş bacarığım var.(0) 

o

 



Əvvəlki kimi yaxşı işləyə bilmirəm.(1) 

o

 



Bir iş görmək üçün mənə çox böyük təkan lazımdır.(2) 

o

 



Heç bir iş görə bilmirəm.(3) 

16. 


o

 

Həmişəki kimi yaxşı yatıram.(0) 



o

 

Səhərlər yuxudan yorğun oyanıram.(1) 



o

 

Keçmişə nisbətən bir iki saat tez oyanıram yuxudan və sonra çətinliklə yuxuya gedirəm.(2) 



o

 

Hər gün tezdən oyanıramvə 5 saatdan artıq yata bilmirəm.(3) 



17. 

o

 



Həmişəkindən daha yorğun hiss etmirəm özümü.(0) 

o

 



Keçmışə nisbətdə daha tez yoruluram.(1) 

o

 



Hər hansı bir iş görsəm yoruluram.(2) 

o

 



O qeder yorğunamki, heç bir iş görə bilmirəm.(3) 

18. 


o

 

Iştaham həmişəki kimi yaxşıdır.(0) 



o

 

Iştaham həmişəki kimi yaxşı deyil.(1) 



o

 

Hal hazırda iştaham yaxşı deyil.(2) 



o

 

Iştaham yoxdur.(3) 



19. 

71 

                                   

o

 

Bu yaxınlarda çəkim aşağı düşməyib.(0) 



o

 

Çəkim 2.5 kq aşağı düşüb.(1) 



o

 

Çəkim 5 kq-dan çox aşağı düşüb(2) 



o

 

Çəkim 7.5 kq dan çox aşağı düşüb.(3) 



20. 

o

 



Həddindən artiq sağlamlığım barəsində düşünmürəm.(0) 

o

 



Məni fiziki bədən ağrıları, həzm və qəbizlik ağrıları fikiri narahat edir.(1) 

o

 



O qədər sağlamlığımın fikrini edirəm ki, başqa heç bir şey barəsində fikirləşə bilmirəm.(2) 

o

 



Yalnız öz sağlamlığımın fikirindəyəm.(3) 

21. 


o

 

Cinsi ehtiyaclar marağımda heç bir dəyişiklik hiss etmirəm.(0) 



o

 

Keçmişə nisbətdə cinsi maraqlarım daha azdır.(1) 



o

 

Hal hazırda cinsi məsələlərə marağım çox azdır.(2) 



o

 

Tamamilə cinsi maraq itib.(3) 



 

 

Yüklə 1,01 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin