I mövzu: psixologiyanin bir elm kiMİ SƏCİYYƏSİ /2 saat



Yüklə 0,57 Mb.
səhifə10/39
tarix18.11.2022
ölçüsü0,57 Mb.
#69797
1   ...   6   7   8   9   10   11   12   13   ...   39
C fakepathmuhazire PIXOLOGIYA AZ (1) (1)

Böyük qruplar bütövlükdə cəmiyyet (ölkə) miqyasında mövcud olan adamların məcmusudur: siniflər, sosial təbəqələr, peşə qrupları, etnik birliklər (millət, xalq, qəbilə), yaş qrupları (gənclər, təqaüdçülər və s.) böyük qruplara rnisal ola bilər. Fərdlərin böyük qruplara mənsubiyyəti müəyyən obyektiv əlamətlər əsasında təyin olunur.
Eyni bir müəssisə işçilərini, istehsal birliklərini və ərazi birliklərini (bir kəndin, bir şəhərin, rayonun əhalisini) sosiologiyada orta və ya lokal qruplar adlandırırlar. Lakin özünün strukturuna görə orta qrupların böyük qruplara əsasən uyğun gəldiyini nəzərə alaraq, sosial psixologiyada onları xüsusi olaraq ayırd etmirlər.
Böyük və orta qruplar kiçik qruplardan yalnız üzvlərinin sayma görə deyil, həm də münasibətlər şəbəkəsinin xarakterinə görə fərqlənirlər. Kiçik qrupların üzvləri nəinki bir-birilə müxtəlif formalarda giindəlik ünsiyyət və rabitəyə girir, bir-biri haqqında müəyyən təsəvvürə malik olur, həm də onların arasında müəyyən qeyri-rəsmi münasibətlər formalaşır. Başqa sözlə, onlar kontakt (təmasda olan) qruplar kimi təşəkkül tapıb inkişaf edirlər. Bu xüsusiyyətlərdən heç biri böyük qruplar üçün səciyyəvi deyildir.
Böyük və orta qruplar səviyyəsində bütün məsələləri qrup üzvlərinin hər biri ilə bilavasitə rabitə yaratmaq yolu ilə həll etmək və onların davranışına şəxsi münasibətlər əsasında nəzarət etmək əslində mümkün deyildir. Böyük qruplarda üzvlərin miqdarınm həddən artıq artması ilə əlaqədar olaraq onların arasmda qarşılıqlı anlaşma kütləvi informasiya və təbliğat vasitələrinin (mətbuat, radio, televizor), sirkulyar məktubların, direktiv sənədlərin, böyük iclasların və s. köməyi ilə yaranır. Münasibətlər daha çox vasitəli və formal xarakter kəsb edir. Böyük və orta qrupların rəhbərləri onun bütün üzvləri ilə bilavasitə rabitəyə girmək imkanına malik olmur, bu zəmində də onunla qrupun üzvləri arasında subordinasiya prinsiplərini zəruri surətdə ehtiva edən müxtəlif mərhələ, vəsilə və sədlər yaranrr.
Böyük və orta sosial qruplarda insanların münasibətləri rəsmi ictimai münasibətlərlə tənzim olunur.
Kiçik qruplar olduqca müxtəlifdir: ailə, fəhlə briqadası, pambıqçı qızlar manqası, tələbə qrupu, bir sinfin şagirdləri və s. kiçik qruplara misal ola bilər.
Laborator qruplar da əslində kiçik qruplardır. Lakin onlar təbii deyil, süni qruplar olduğuna görə adətən kiçik təbii qruplar sırasında nəzərdən keçirilmir. T—qruplar da laborator qruplar kimi kiçik qrupun özünəməxsus növüdür.
Kiçik qrupun üzvləri vahid fəaliyyət çərçivəsində birləşir və bir-birilə bilavasitə şəxsi ünsiyyətə girirlər ki, bu da onun spesifik əlaməti hesab olunur. Hər bir kiçik qrupun strukturu, bir tərəfdən, onun fəaliyyət göstərdiyi sosial mühitin təsirləri, digər tərəfdən, qrupdaxili şəxsiyyətlərarası münasibətlərin xarakteri ilə şərtlənir.
Kiçik qrupların 50-dən artıq təsnifatı məlumdur. Onlardan aşağıdakılar daha çox xarakterikdir.
Kiçik qrupları formal və qeyri-formal qruplara bölürlər. Formal qrupda münasibətlər inzibati-hüquqi yolla müəyyən olunur və tənzim edilir. Qeyri-formal qruplar isə ünsiyyət prosesində təbii yolla təşəkkül edir: onun strukturu inzibati-hüquqi qaydalarla tenzim edilmir. Formal kiçik qrupun üzvləri arasında da tədricən qeyri-formal münasibətlər yaranır: bu zaman formal kiçik qrupun müvəffəqiyyətlə fəaliyyət göstərməsi bir çox cəhətdən onun formal və qeyri-formal strukturlarının bir-birinə uyğun gəlməsindən asılıdır.
1942-ci ildə referent qrup fenomeni müəyyən edilmişdir. Kiçik tələbə qruplarını eksperimental surətdə öyrənərkən Amerika psixoloqu Q. Haymenin diqqətini belə bir cəhət cəlb etdi ki, qrupun müəyyən üzvləri mənsub olduqları qrupun deyil, başqa bir qrupun normalarını qəbul edir və öz davranışlarında onlara əsaslanırlar. O, bu maraqlı faktlar əsasında kiçik qrupların iki növünü fərqləndirməyi, birinci qrupu üzvlük qrupu, ikinci qrupu isə rcferent qrup adlandırmağı təklif etdi. Sonralar həmin faktlar başqa psixoloqlar tərəfındən də təsdiq olundu.
Müasir sosial psixologiyada referent qrup anlayışı müxtəlif eksperimental faktlar əsasında daha da dəqiqləşmiş və nisbətən geniş məna kəsb etmişdir.
Uzvlük və referent qrupların fərqləndirilməsi bəzi sahələrdə, xüsusilə hüquq pozğunluğunun öyrənilməsi sahəsində tətbiqi tədqiqatlar iiçün olduqca maraqlı perspektivlər açır. Fikrimizi bir misal əsasında aydınlaşdıraq: şagird Azər VII sinifdə oxuyur. Lakin o, birdən-birə üzvü olduğu sinif kollektivinin normalarına deyil, daha çox hələ üzvü olmadığı hər hansı bir təsadüfi küçə qrupunun normalarına əməl etməyə başlayır. Onun üzvləri kimi geyinməyə, saç saxlamağa, bəzənməyə, spesifık sözlər və ifadələr işlətməyə, hərəkətlər etməyə başlayır və s. Bu onun üçün referent qrup hesab olunur. Azərin davranışını izah etmək üçün belə bir suala cavab vermək lazımdır ki, nə üçün birinci qrup onun üçün əhəmiyyətini itirmiş, ikinci qrup isə xüsusi qrup əhəmiyyəti kəsb etmişdir. Üzvlük və referent qrup anlayışlan bu baxımdan maraqlıdır.

Yüklə 0,57 Mb.

Dostları ilə paylaş:
1   ...   6   7   8   9   10   11   12   13   ...   39




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin