əsərində qoçun müqəddəs heyvan sayıldığını və ona azərbaycanlıların sitayiş etdiyini çox gözəl
qeyd etmişdir:
I Türkoloji Qurultayın 90 illiyinə həsr olunmuş beynəlxalq konfrans:
TÜRKOLOJİ ELMİ-MƏDƏNİ HƏRƏKATDA ORTAQ DƏYƏRLƏR VƏ YENİ ÇAĞIRIŞLAR (II hissə)
56
Gəldik çeşməyə,
Sudan içməyə,
Ağca qoçlara
Təzim etməyə.
Qoç sözünün meliorativ (müsbət) konnotasiya bildirməsinə dair nümunələrə nəzər yetirək:
Məsələn: Koroğlu hala gəlüb yerinə, sazun endirüb sinəsinə görək qoç dəlilərə nəmə sifariş edər:
At belinə dolan qoç dəlilərim,
Sizdən iki intizarum var mənim.
Təmam bir-birindən xoş dəlilərim,
İntizarda bu qərarum var mənim[4, 275];
Baxanda Dəmirçioğlu getdi hizar şöhlələrə, dedi:
– Yanı, bu qızı Qoç Koroğlu alar mənə?![4, 151]
Ancaq təəssüf ki, hazırda Qoç Koroğlu ifadəsirişxəndlik çalarında işlənərək,
onapeyorativ(mənfi) konnotasiya da yüklənmişdir: İndi çoxları baş sındırır ki, ayə, görəsən, bu
qədər zırıltıdan sonra MTN-lə bərabər ölkəni də söküb-dağıdan əsas fiqur – qoç Koroğlu – Eldar
Mahmudov haqqında...[2]
Bundan başqa, Azərbaycan dilində dəvə kimi kinli, Çin dilində isə dəvə kimi dözümlü,
pələng kimi cəsur, siçan kimi qorxaq,rus dilindəat kimi dözümlü, aslan kimi cəsur, dovşan kimi
qorxaq və s.
4. Qismən müxtəlif konnotativ mənalı leksika.Bu tipə daxil olan vahidlər ayrı-ayrı
mədəniyyətlərdə olan anlayışları ifadə edir, lakin bu leksik vahidlər qismən fərqlənən emosional
mənaya malikdir. Müxtəlif dillərdə mövcud olan belə mədəni konnotasiya linqvomədəni birliyi əks
etdirir. Qismən fərqlənən mənaya malik ekvivalent leksika bir əşya haqqında başqa millətin
təsəvvürləri ilə uyğun gələn və ya gəlməyən assosiasiyalar doğurur, ətraf aləmdəki faktlara fərqli
münasibət əks etdirir. Bu göstərir ki, millətlərarası mədəniyyətdə milli spesifikanı birlikdə ifadə
edənoxşarlıq və fərqlərmövcuddur.
Azərbaycan dilində yöndəmsiz yerişi olan, deyiləni gec anlayan insan, kobud insan “ayı”
adlandırılır. Rus xalqında isəayı həm yöndəmsizliyi, həm də rəhmdilliliyi, sadəliyitəmsil edir,
simvollaşdırır, yəni bu söz özündə sanki iki obrazı gizlədir: kobud, güclü, ağırçəkili, lakin mehriban
insan və adaxlı, nişanlı (oğlan). Rus dilində belə bir ibarə var: хозяин в дому, что медведь в бору.
Ayı – ev sahibi. Rus xalqının həyatında belə bir simvol-əlamət vardır: yuxuda ayı görmək toy
olacağına işarə edir; yəni yuxuda ayı – nişanlı, adaxlı deməkdir. “Xeyirxah ev sahibi, adaxlı,
balyeyən, şirnisevən” obrazına görə ruslar ayıya insan adları verirlər. Burada həm nəvazişkar
“ev”adları (Mişa, Mişka, Mişuk), həm də “rəsmi”, yəni ad, ata adı və soyaddan ibarət bir tam ad olur
(Mixail İvanıç (Potapıç) Toptıgin).
Beynəlxalq cəmiyyətdə bir millətin mədəniyyəti bəzən başqa bir millətin mədəniyyətinin
təsiri altında olur, bu da sözlərin mənasında müəyyən dəyişikliklərə səbəb olur.
Məsələn, ağ sözü hindlilərdə və çinlilərdə ənənəvi olaraq bədbəxtlik, ölüm rəmzini ifadə
edir. Buna görə də dəfn mərasimində hər şey ağ rəngdə olur, insanlar ağ rəngli paltar geyinirlər.
Lakin tədricən digər mədəniyyətlərin təsiri altında ağ sözü fərqli bir məna kəsb etmiş və təmizlik,
xoşbəxtlik rəmzi olmuşdur. Məsələn, gəlinin toy paltarı ağ rəngdədir. Nəticədə, Çin dilində ağ sözü
iki məna qazanmışdır: bədbəxtlik və xoşbəxtlik. Rus dilində ağ sözünün mənası yalnız ikinci məna
(xoşbəxtlik) ilə üst-üstə düşür. Azərbaycan dilində isə ağ sözü həqiqi mənada işləndikdə müsbət (ağ
gün – firavanlıq, səadət, xoşbəxtlik), məcazi mənada isə həm müsbət, həm də mənfi konnotativ
semantikaya malik olur:
üzünü ağ etmək/eləmək– müsbət konnotasiya;
ağ etmək/eləmək – şişirtmək, həddi keçmək; həddini aşmaq, əndazədən çıxmaq, cızığndan
çıxmaq – mənfi konnotasiya;
ağ olmaq – həddi keçmək, ifrat dərəcədə olmaq– mənfi konnotasiya;
üzünə ağ olmaq – kobud cavab vermək, etiraz etmək; nankorluq etmək, tabe olmamaq;
söz/cavab qaytarmaq, üzünə qayıtmaq – mənfi konnotasiya.
5. Ekvivalentsiz konnotativ leksika. Bu leksika milli tendensiyaları, fikirləri əks etdirən,
I Türkoloji Qurultayın 90 illiyinə həsr olunmuş beynəlxalq konfrans:
TÜRKOLOJİ ELMİ-MƏDƏNİ HƏRƏKATDA ORTAQ DƏYƏRLƏR VƏ YENİ ÇAĞIRIŞLAR (II hissə)
57
parlaq milli özünəməxsusluğa malik olan leksikadır. Müxtəlif ölkələrin mədəniyyətləri arasında
ziddiyyət olduğunu təsdiq edən çoxlu sayda belə söz var. Bu sözlərin milli-spesifik semantik
komponentləri həm linqvistik, həm də ekstralinqvistik amillərdən asılıdır, buna görə də milli
tendensiyaları, fikirləri səciyyələndirən leksika sosial reallıqları, milli mədəniyyəti və emosional
mənanı əks etdirməsinə görə fərqlənir.
Ekvivalentsiz leksika – bir mədəniyyətdə mövcud olub başqa mədəniyyətdə rastlanmayan
əşyaları ifadə edən və parlaq milli xüsusiyyətə məxsus olan leksikadır. O həm ifadə edilən reallıqlar
səviyyəsində, həm də mədəni konnotasiyalar səviyyəsində unikaldır, buna görə də ekvivalentsiz
konnotativleksika hesab edilir.
Dillərarası kommunikasiyada və ya bədii əsərlərin oxunması zamanı müxtəlf
mədəniyyətlərdə eyni sözlərin mənalarının konnotasiyalarında meydana çıxan ziddiyyətər üzündən
kommunikantlar tez-tez maneələrlə və anlaşılmazlıqlarla rastlaşırlar.
Dilimizdə milli koloriti parlaq şəkildə ifadə edən külli miqdarda elə sözlər mövcuddur ki,
onların başqa dillərdə, xüsusən də qeyri-türk dillərində analoqu yoxdur. Həmin sözlər insanın
əşyalara, həyat hadisələrinə həssas, subyektiv münasibətini ifadə edir. Məsələn, dilimizdə göy
adamifadəsisimic adammənasında, qırmızı adamsözü üzə deyən; həyasız, sırtıq mənasında, boz
adamutanmaz, nəzakətsiz, həyasız, çəkinməyən, sərt, qaba danışan adam mənasında, boz sifət
göstərmək üzə bozarmaq, nəzakətsizlik etmək, özünü ədəbsiz, qaba aparmaq mənasında işlədilir.
Qeyd etmək lazımdır ki,frazeoloji vahidlərdə dilin konnotativ vahidləridir. Xüsusən, cümlə
quruluşlu frazeoloji vahidlərdə etnik, milli təfəkkürün izləri görünür. Azərbaycan xalqının milli
təfəkkürünü səciyələndirən belə dil vahidləri həm müsbət, həm də mənfi konnotasiya
daşıyıcılarıdır.Müsbət konnotasiya bir çox cümlə quruluşlu frazeoloji vahidlərdə müşahidə olunur.
Məsələn: Bir əli yağda, bir əli balda frazeoloji vahidində insanın rahat, firavan yaşayış tərzindən
xəbər verən məna vardır.Mənfi konnotasiyaya, əsasən, zərbi-məsəllərdə rast gəlinir. Məsələn: Bu
xına o xınadan deyil; Hərə bir zurna çalırvə s.
Ölkələr arasında əməkdaşlığın inkişafı ilə ekvivalentsiz leksika dəyişir. Keçmişdə
ekvivalentsiz leksikaya daxil olan bəzi sözlər, məsələn, sovet, traktor sözləri indi artıq
ekvivalentdir.
Beləliklə, müxtəlif dillərdəki leksik vahidlərin oxşarlıq və fərqlərinin yuxarıda qeyd edilən 5
variantına əsaslanaraq belə nəticə çıxarmaq olar ki, milli mədəniyyəti əks etdirən leksikanın
özünəməxsusluğu həm onun ifadə etdiyi reallıqların özünəməxsusluğundan, həm də mədəni
konnotasiyaların spesifikasından ibarətdir. Ayrı-ayrı dillərdə milli mədəniyyəti əks etdirən leksika
dilxarici gerçəkliyi bilavasitə və birbaşa əks etdirir, təbiətin xüsusiyyətlərini, adətləri, insanların
ətraf aləmə münasibətini, müxtəlif ölkələrin ictimai quruluşunu qeyd edir və nəsildən-nəsləötürür.
Buna görə də xarici dilə mükəmməl yiyələnmək üçün linqvistik ölkəşünaslıq xarakterli biliklərin
mənimsənilməsi ilə yanaşı, dilin kumulyativ
1
funksiyasına da xüsusi diqqət yetirmək lazımdır.
MƏNBƏ VƏ ƏDƏBIYYAT
1.
Rüstəm S. Seçilmiş əsərləri: 3 cilddə, I cild. Bakı: “Şərq-Qərb”, 2015, 256 səh.
2.
http://www.azadliq.info n 133574.html
3.
http://www.carpetsmagazine.com/%C9%99trafl%C4%B1/Tarix,Folklor-v%C9%99-
Mifologiya-m%C9%99nb%C9%99yi
4.
http://www.folklorinstitutu.com/arasdirmalar/Koroglu.pdf
1
Sözün kumulyativ funksiyası– informasiyanın dilin lüğət tərkibində və mətnlərdə toplanması və saxlanması.
I Türkoloji Qurultayın 90 illiyinə həsr olunmuş beynəlxalq konfrans:
TÜRKOLOJİ ELMİ-MƏDƏNİ HƏRƏKATDA ORTAQ DƏYƏRLƏR VƏ YENİ ÇAĞIRIŞLAR (II hissə)
58
Aytan Baylarova
Ph. D. in Philology, associate Professor
Azerbaijan National Academy of Sciences
the Institute of Linguistics, the leading scientific researcher
of the department of Modern Azerbaijani language
Summary
National-cultural characteristics of connotative lexiconin Azerbaijani language
As human speech is a connotative and denotativ system, the speech situation reveals
connotative shades. The national-cultural lexicon of the different languages differ from one another
due to their cultural components. Identity of the lexicon thatreflects the national cultureconsists of
identify of the reality that it expresses and specificity of the cultural connotations. The structure of
the connotation can be divided into several layers: equivalent connotative lexicon; connotative
meaning lexicon that has only one culture; different, oftenopposite connotative meaning lexicon;
partly different connotative meaning lexicon;non-equivalentconnotative lexicon.
Key words: connotative, denotative, national-cultural, association, emotional
Aytən Hacıyeva, fil.ü.f.d., dos.
Azərbaycan Dillər Universiteti, Ümumi dilçilik kafedrası
TÜRKOLOGİYADA YENİ TİPOLOJİ ARAŞDIRMA İSTİQAMƏTLƏRİNİN
FORMALAŞMASI HAQQINDA (SÖZ YARADICILIĞININ TƏDQİQİNDƏ
PSİXOLİNQVİSTİK ASPEKTLİ YANAŞMA TENDENSİYALARINA DAİR)
Dünya dilçiliyində yeni tədqiqat istimətlərinin formalaşması türkologiyanın fərqli elmi-
nəzəri dəyərləndirmə spesifikasına malik araşıdırmalarla zənginləşməsinə yol açmışdır. Konkret
olaraq koqnitivistikanın son illər artan dinamika ilə ayrı-ayrı dillərin nəzəri problemlərinin həllinə
yönəlmiş dərin məzmunlu tədqiqatlarda aktiv iştirak payına malik olması, habelə psixologiya,
neyrologiya sahələrinin dilçiliyə qazandırmış olduğu fərqli rakurslu dəyərləndirmə standartlarının
uğurlu adaptasiyası, eləcə də informasiya-kommunikasiya texnologiyalarının linqvistik
araşdırmaları yeni keyfiyyət səviyyəsinə yüksəldən metodlar təklif etməsi ümumilikdə dilçilik
elminin, o cümlədən də xüsusi dilçilik sahəsi olan türkologiyanın ciddi inkişafına səbəb olmaya
bilməzdi.
Son dövr türkoloji araşdırmalara sirayət etmiş ən aktual , ən novator və heç şübhəsiz ki, ən
sürətli inkişafda olan yeni dilçilik istiqamətlərindən sayılan koqnitiv linqvistika və xüsusilə də onun
daha gənc araşdırma istiqaməti olan koqnitiv semantika maraqlı elmi araşdırmaların meydana
çıxmasına yol açmışdır. Xatırladaq ki, “koqnitiv elm – təfəkkür haqqında elm olmaqla, biliklərin
əldə edilməsi, saxlanması, emal edilməsi və istifadə edilməsi haqqındakı canlı və süni sistemləri
tədqiq edir. Hal-hazırkı dönəmdə bu (yəni, koqnitiv elm – A.H.) insan təfəkkürünün və onun beyin
mexanizmlərinin tədqiqilə məşğul olan və qarşılıqlı əlaqədə olan elmi sahələrin bütöv bir şəbəkəsini
təşkil edir. Həmin araşdırmalarda təfəkkür sözün ən geniş mənasında ortaya çıxaraq, rəng
fərqləndirmə mexanizmlərindən tutmuş sosial stereotiplərin təbiətilə yekunlaşan substansiyanı
təcəssüm etdirir.Heç şübhəsiz ki, həmin araşdırmaların “ürəyini” ... təəssürat, şüur,
qavrama,yaddaş, diqqət, təxəyyül və dilin istifadəsi prosesində nitq təşkil edir ” (kursiv bizimdir. –
A.H.) [ 1; 1]. Başqa sözlə desək, koqnitiv elm dünyanı qavrama haqqında biliklər sisteminə istinad
edən, lakin həmin məlumatları yeni rakursdan təkrar dəyərləndirməklə daha geniş aspektli və təbii
ki, daha adekvat olan elmi nəticələrin əldə edilməsini mümkün edən multidissiplinar araşdırma
I Türkoloji Qurultayın 90 illiyinə həsr olunmuş beynəlxalq konfrans:
TÜRKOLOJİ ELMİ-MƏDƏNİ HƏRƏKATDA ORTAQ DƏYƏRLƏR VƏ YENİ ÇAĞIRIŞLAR (II hissə)
59
sistemini ehtiva edir. Məsələn, koqnitiv elm ənənəvi dilçilik problemlərindən sayılan metafora
anlayışına yeni rakurslu təhlil yanaşması təklif etməklə, məsələnin bilavasitə insanın qavrama
mexanizmlərinin özünəməxsusluqları ilə tənzimləndiyini əyani şəkildə ortaya qoyur.
V.Z.Demyankov “Koqnitiv dilçilik – interpretasiya yanaşması növü kimi” adlı araşdırmasında
yazır: “İstənilən fikir metaforikdir” – vaxtilə F.Nitsşe belə demişdir . E.Kassirer göstərmişdir ki,
məkan, zaman və say bilavasitə obrazlı təfəkkür vasitəsilə formalaşdırılır (hansının ki, törəmələri
olaraq, K.Levi-Stross mif və mədəniyyəti nəzərdən keçirirdi). Ancaq insanın yaratdığı obrazlar
hansısa şəkildə real olanla, fenomenlə və ən azında gerçəklik təəssüratı yaradanla əlaqəli olmalıdır.
Buna görə də, təsəvvürlər həmişə əşyalarla onlar haqqındakı məlumatlar arasındakı ortaqlıqla,
əlaqəli məqamla tənzimlənir” [2; 24]. Başqa sözlə desək, koqnitiv elm metaforanın, ümumilikdə
sözün anlamının reallıqda olanla həmin reallıqda olan haqqında məlumatın adekvatlığından çıxş
edərək təhlil etməklə yanaşı, həmin metaforikləşmə modellərinin təfəkkür, qavrama (koqnisiya)
mexanizmlərilə şərtlənməsi məqamlarının araşdırır. Bu mənada hələ koqnitiv dilçiliyin ayrıca elm
sahəsi kimi formalaşıb inkişaf tapmadığı dövrlərdə B.L.Uorfun səsləndirdiyi fikirlə razılaşmamaq
olmaz. Sonrakı mərhələdə koqnitiv semantikanın bünövrəsini, “təməl daşı”nı formalaşdıran elmi
konsepsiyalar sırasına daxil edilə biləcək linqvistik nisbilik nəzəriyyəsinin banilərindən biri –
B.L.Uorf hələ koqnitiv metafora nəzəriyyəsindən çox öncələr yazırdı: “... dilçilik təfəkkür
nəzəriyyəsi üçün, son nəticədə ümumiyyətlə bütün humanitar elmlər üçün fundamental əhəmiyyətə
malikdir” [3;78]. Və bu fundamental əhəmiyyət özünü tam dolğunluğu ilə insanın koqnisiya
mexanzmlərinin tədqiqini hədəfə alan koqnitiv elmin təşəkkülündə tam aydın şəkildə büruzə
vermişdir. Koqnitiv semantikanın tarixini və inkişaf perspektivlərini araşdırmış Y.V.Raxilinanın da
qeyd etdiyi kimi, “iddia edildiyinə görə, insan nitqin qavranılması zamanı, ümumiyyətlə, qavrama
prosesində - məsələn, görüntünün və ya musiqinin qavranılması zamanı istifadə etdiyi
mexanizmlərdən yaralanır. Məhz, dilçiliklə həmsərhəd sahələrə maraq da bu cəhətdən qaynaqlanır...
“Dilçi həmin sahələr sırasında psixologiya, gelştat psixologiya, koqnitiv psixologiya,
hermenevtika”nı qeyd edir və belə yanaşmanın “linqvistikanın muxtariyyətini (yəni, ayrıca elm
sahəsi kimi mövcudluğunu – A.H.)” [4; 277] . Bununla belə demək lazımdır ki, müasir elmi inkişaf
tendensiyaları özlüyündə hər hansı bir sahənin avtonom, tam təcrid olunmuş vəziyyətdə
təkamülünün mümkünsüzlüyünü inkaredilməz dəlillərlə ortaya qoymuşdur. Bu mənada türkoloji
araşdırmalarda tipoloji istiqamətli tədqiqatların mütləq şəkildə koqnitiv elm nailiyyətləri, psixolin-
qvistik araşdırma yekunları ilə “kəsişməsi” tam məntiqəmüvafiq görünür. Belə ki, yuxarıda qeyd
edilənlərdən də aydın şəkildə məlum olduğu kimi, öz mahiyyəti etibarilə “koqnitiv dilçilik yalnız
bir elmin sərhədləri çərçivəsinə sığmır, əksinə bir neçə fənnin kəsişmə nöqtəsində yerləşir ”, həmin
fənnlər sırasında (daha öncə qeyd etdiyimiz psixologiya, psixolinqvistika ilə yanaşı – A.H.)
etnolinqvistika, etnopsixolinqvistika, kompüter dilçiliyi, siyasi linqvistika, linqvocoğrafiya,
linqvistik antropologiya və s. bu kimi fənnlər daxildir [5; 6-7].
Türkologiya sahəsindəki tipoloji araşdırmalara yeni aspektli tədqiqat üsullarının tətbiq
edilməsindən bəhs edərkən ilk olaraq burada sezilən “canlanma”nın yekcins mahiyyətli olmadığını
qeyd etmək lazımdır.
Məlum olduğuna görə, müasir tipoloji araşdırmalar ənənəvi prioritet sayılan qrammatik sahə
tədqiqatlarının sərhədlərini aşaraq daha geniş spektrli araşdırmaların meydana çıxmasını mümkün
etmişdir. Bu aspektdə ortaya çıxmış ən yeni araşdırma istiqamətləri sırasında psixolinqvistik
araşdırma metodlarının cəlb edilməsilə ortaya çıxan yeni rakurslu təhlillər xüsusilə diqqətəlayiqdir.
Təqdirəlayiq haldır ki, türk dillərinin təqdim etdiyi zəngin material ümumilikdə Dünya dilçiliyi
zəminində psixolinqvistika və linqvistik tipologiyanın müştərək araşdırma sahələrinin
formalaşmasında geniş istifadə edilməkdədir. Bu sırada müasir psixolinqvistikanın ən görkəmli
nümayəndələrindən sayılan Den Ayzek Slobin linqvistik tipoloji əlaqəliliyə malik son dövr
araşdırmalarını xüsusilə qeyd etmək olar. Linqvistik tipologiyanın aktual problemlərindən birinə -
feil semantikasının dil tipologiyası ilə bağlılığı məsələsinə həsr olunmuş araşdırmasında görkəmli
psixolinqvist alim müxtəlifsistemli dilləri, o cümlədən türk, ingilis, ispan, alman, rus və s . dillərin
materialını qarşılaşdıraraq leksikanın morfologiya ilə əlaqəsini psixolinqvistik və tipoloji
aspektlərin kəsişməsində araşdırır. (bax: [6;219-257]
). Müəllif öz araşdırmasında tipoloji
I Türkoloji Qurultayın 90 illiyinə həsr olunmuş beynəlxalq konfrans:
TÜRKOLOJİ ELMİ-MƏDƏNİ HƏRƏKATDA ORTAQ DƏYƏRLƏR VƏ YENİ ÇAĞIRIŞLAR (II hissə)
60
tədqiqatlara koqnitiv semantikaya dair faktoloji inventar və əldə edilən elmi yekunları da daxil
etməyə müvəffəq olmuş Leonard Talminin təhlillərinə[7;480-519] istinad edir. Bu isə öz
növbəsində linqvistik tipologiyanın özünün müasir mərhələsində klassik dövründəkindən müqayisə
edilməyəcək qədər qabağa getməsi və yeni tədqiqat aspektlərinin cəlb edilməsilə bağlı qənaətə
varmağa imkan verir.
Türk dillərinin tipologiyana dair son dövr araşdırma istiqamətlrində psixolinqvistikaya bağlılıq
əsasında formalaşmış prioritet tədqiqat istiqamətləri ilə bağlı aşağıdakı ümumiləşdirmələri qeyd etmək olar:
Türk dillərini tarixi leksikasına dair araşdırmalarda ilkin məna və mənbənin
müəyyənləşdirilməsi zamanı , ənənəvi olaraq, kök morfem rekonstruksiyası (bərpası) metodu ilə
paralel olaraq digər araşdırma üsullarından da istifadə edirlər. Bu zaman ilkin kökü və etimonu
(yəni,ilkin mənanı) 1) birbaєa və ya 2) dolayэsэ ilə aşkarlanan sözlər fərqli təhlil yanaşaları tələb
edir. Məs: çilek<çiyələk<çiy(sulu, yetişmemiş)+yelek (meyvə);
bacanak < bacı + inaq (dost, sirdaş);
bilərzik
al-əl-əlli
və s. bu kimi sözlər etimolojisində müəyyən şəffaflıq izlənildiyi halda, bir çox sözlər üçün
eyni vəziyyət keçərli deyil.Belə ki, bir kısım eski kelimelerin etimolojisi psixolinqvistik,
neyrofizioloji, tarixi, entoqrafik bilgilərdən yararlanmanı qaçınılmaz edir.Məs: Şilə (Azərbaycan
yemək adı) sözü V. Aslanovun təklif etdiyi etimoloji izaha görə, müəyyən ritualla bağlılığından
dolayı, şölən sözündən törəmişdir [8]. Bu xarakterli etimonların təsbiti dünyanın dil mənzərəsinə
dair bilgilər əsasında mümkün olur. Məlum oldğuna görə, “dünyanın dil mənzərəsi” anlayışı dilçilik
və psixololinqvistikanın müştərək fəaliyyəti sayəsində meydana çıxmış koqnitiv dilçiliyin ən aparıcı
anlayışları sırasında yer alır.
Biz, öz araşdırmalarımizda, daha çox dil-beyin əlaqəsi nəticəsində semantik inkişaf tapan
sözlərin ilkin mənasını müəyyənləşdirməyə, eləcə də, məlum etimonun modifikasya özəlliklərinə və
onları (modifikasyaları) mümkün edən səbəblərə diqqət ayırmağa səy göstəririk.
1) Enantiosemiya (yunanca: enantio “əks tərəf”, sema “işarə, məna” anlamındakı sözlərin
birləşməsindən törəmiş bu termin eyni söz daxili antonimiyanı ifadə edir. Məs: Borclu – həm “borc
alan”, həm “borc verən”).
Təəssüf ki, bu faktorun erkən türk söz yaradıcılığındakı rolu indiyə qədər tamamən
araşdırılmamışdır. Erkən dil dönəmində spesifik türk enantiosemiyası, yəni söz deyil, kök daxili
antonimiya müşahidə edilirdi ki, bu da spesifik türk enantiosemiyasını ortaya çıxarırdı. Məs: *al-
kökü erkən dönəmdə istiqamət bildirməklə, özündə əks mənaları da gizlicə barındırmış. Zamanla
həmin əks mənalar intişar taparaq,alt / üst eyni köklü antonimlərin meydana çıxması mümkün
olmuşdur.Z.Freyd, K.Yunq təlimləri bu dəyişimin izahını verir. Eyni vəziyyət *qo-, *bo- və digər
bir şox kökdə də müşahidə olunur. [9; 279-281] ; [10; 428-431]
2) Sinesteziya (bu termin yunanca syn “birgə”, aesthesis “hissiyyat” sözlərindən törəyib,
psixologiyda bir hissiyyat orqanına aid olan hissin əlavə olaraq digər orqanla bağlı hissiyyata
keçməsi anlamını ifadə edir). Sözyaradıcılığının fonosemantik aspektləri S.V.Vorininin,
A.M.Qazov-Qinzberqin tədqiqatlarında geniş şəkildə araşdırılmışdır. Altayşünaslıqda bu
probleminin bu və ya digər aspektləri B.Y.Vladimitrsev, T.Bertaqayevin tədqiqatlarında
işıqlandırılmışdır. Bundan fərqli olaraq, sinestezial əsaslı söz yaradıcılığı növü, kökdaxili səs
əvəzlənmələri özünün yetərli səviyyədə dəyərləndirməsini tapa bilməmişdir. Bununla belə,
M.A.Çerkasskinin araşdırmasında türk vokalizminin fonosemantik aspektli söz yaraıdıcılığında
iştirakı məsələsinə ötəri də olsa toxunulmuşdur.
Qeyd edək ki, sinestezial səs əvəzlənmələri halları psixoloji motivasiya qazanan derivasiya
növlərindəndir. Bu qəbildən səs əvəzlənmələri zamanı denotatın (yəni, işarələnən obyektin) fiziki
özəllikləri onun adının fonetik cildinə sirayət edir. Məs: türk dillərində eyni kökdən qadın və kişi
bildirən terimlər törəyərkən səs əvəzlənmələrinin sinestezial mahiyyəti üzə şıxır. Məs: baba “ata, və
ya atanın/ananın atası” / bibi (“atanın bacısı”, və ya “nənə”); kaynı “qaynata”; kəynə “qayınana”.
Burada eyni kökdən törəmiş sözlərdə qalın saitlər kişi cinsin, incə saitlər qadın cinsinə işarədir.
I Türkoloji Qurultayın 90 illiyinə həsr olunmuş beynəlxalq konfrans:
TÜRKOLOJİ ELMİ-MƏDƏNİ HƏRƏKATDA ORTAQ DƏYƏRLƏR VƏ YENİ ÇAĞIRIŞLAR (II hissə)
61
Türk dilləri sinestezial spz yaradıcılığı örnəkləri ilə zəngindir. Məs: tik – tık – tok ; sız – süz ; cız – Dostları ilə paylaş: |