1.İngilis sözlərinin baş hərflərinin qısaldılması ilə yaranan yeni sözlər. Məsələn, ERASMUS-
European Region Action Scheme for the Mobility of University Students (Üniversite Öğrencilerinin
Hareketliliği İçin Avrupa Bölgesi Eylem Tasarısı);ALES-Akademik Personel ve Lisansüstü Eğitimi
Giriş Sınavı; BBC- British Broadcasting Corporation (İngiliz Radyo Televizyon Kurumu);FİFA-
Fédération Internationale de Football Association (Uluslararası Futbol Federasyonu); UEFA-
Union of European Football Associations (Avrupa Futbol Federasyonları Birliği); TOEFL - Test of
English As a Foreign Language (Yabancı Dil Olarak İngilizce Testi); Interpol -International
Criminal Police Organization (Uluslararası Polis Örgütü); CAO-Civil Aviation Organisation
(Uluslararası Sivil Havacılık Örgütü);
2.Türk sözlərinin baş hərflərinin qısaldılması ilə yaranan yeni sözlər. Məsələn, İETT-İstanbul
Elektrik, Tünel, Tramvay İşletmesi; GAP- Güneydoğu Anadolu Projesi; YÖS-yabançı uyruku
öğrenci sınavı;
TÖMER
-Türkçe Öğretim Merkezi; ABD- Amerika Birleşik Devletleri; AKM-
Atatürk Kültür Merkezi; CHP-Cumhuriyet Halk Partisi;GUAM -Gürcistan, Ukrayna, Azerbaycan,
Moldova ülkelerine verilen ad; ODTÜ -Orta Doğu Teknik Üniversitesi;TRT- Türkiye Radyo
Televizyon Kurumu;BOTAŞ- Boru Hatları ile Petrol Taşıma Anonim Şirketi;
Yuxarıda qeyd etdiyimiz ixtisarları dedikdə artıq baş hərflərin arxasında gizlənən sözlər deyil,
yeni yaranan abreviaturanın daşıdığı məna önə keçir. Məsələn, bu gün Türkiyə türkcəsindən
Azərbaycan dilinə keçmiş YÖS-sözü abituriyentlər, təhsil işçiləri arasında geniş işlənməkdədir.
Lakin bəlkə də çox az adam bu sözün mənasını anlayır. Bu söz dedikdə yalnız bir imtahan növü
düşünülür.
Tatar dilində ixtisarların böyük qismi rus dilindən alınmışdır. Lakin bununla belə F. Qəniyev
bildirir ki, tatar dilinin öz sözləri hesabına da yaranmış ixtisarlar mövcuddur. Məsələn,
AKŞ(Amerika Kuşma Ştatları), BMO( Berleşken Milletler Oyışması), KDU( Kazan Devlet
Universiteti), KDPU( Kazan Devlet Pedagogiya Universiteti) və s. (9. s.51).
F.Qəniyev tatar dilində ixtisarların aşağıdakı növlərini göstərir:
1. Baş hərflərə görə qısaltma. Bunun da tatar dilində 3 növü mövcuddur. a)Sözlərin ilk
hərflərindən ibarət ixtisarlar: FRG-Federativnaya Respublika Germaniya; GDR -Germanskaya
Demokratiçeskaya Respublika; b)Sözlərin ilk səslərini əlavə etmək yoluyla yaranan ixtisarlar
KDPU-Kazan Devlet Pedagogiya Univerisiteti; c) Sözlərin ilk səslərinin və ilk hərf adlarının əlavə
I Türkoloji Qurultayın 90 illiyinə həsr olunmuş beynəlxalq konfrans:
TÜRKOLOJİ ELMİ-MƏDƏNİ HƏRƏKATDA ORTAQ DƏYƏRLƏR VƏ YENİ ÇAĞIRIŞLAR (II hissə)
93
etmək yoluyla yaranan ixtisarlar: BASSR-Başkort Avtonomiyalı Sovyet Sotsyalistik Respublikkahı
və s.
2.Hissələri bitişdirilərək yaranan abreviaturalar. Bunlar da iki yerə ayrılır: a)Sozlərin ilk
hissələrinin birləşməsi ilə yarananlar; Məsələn, raymag(rayon mağazası). Bu cür ixtisarlar tatar
dilində azdır. b)Mürəkkəb adın ilk sözünün başlanğıc hissəsinin və ikinci sözün əlavə olunması ilə
yaranan ixtisar sözlər. Məsələn, dramtügerek(amatör tiyatro topluluğu), profhereket(ustalıqla edilən
iş, hərəkət)və s. Bu cür ixtisarlar Türkiyə türkcəsində də çoxdur(9. s.52).Tatar dilində
abreviaturaları yaratmaq üçün hər hansı bir meyar yoxdur.
Müasir qazax dilindəki abreviaturalar haqqında tədqiqat aparmış D. Tursınbaeva da
abreviaturaları sözyaratmanın bir növü kimi təqdim edir. Məsələn, ҚҚХҚИ-Қазақ құқықтану
жəне халықаралық қатынастар институты, МББҚБА-Мемелекеттік жəне білім беру
қызметкерлерінің білік, ҚҰБ -Қазақстан Ұлттық Банкі, ЕКПА -Еуропа Кеңесі Парламенттік
Ассамблеясы, ҚазТАГ -Қазақ телеграф агенттігі və s. ( 15,s.214).
Araşdırmamızdan belə nəticəyə gəldik ki, abreviasiya hadisəsi müasir Azərbaycan dilində və
Türkiyə türkcəsində türk dillərində sözyaratma üsullarından biri kimi təzahür edir. Abreviasiya
hadisəsi türk dillərində sözyaratma üsullarından biri kimi göstərilir və abreviaturalar müstəqil bir
leksik vahid kimi dilin aktiv fondunda iştirak edirlər.
Mahmudova Gatiba Chingiz kizi
Abbreviation as the method of word formation in the Azerbaijan and Turkish
languages
Summary
Abbreviation as the method of word formation is considered in the article. Today we can not
imagine any language without an abbreviation.The formation оf the abbreviation in any language is
characterized with special characterization and the grammatical structure, but there are general
principles of the abbreviation in all Turkic languages. The investigation of these general principles
and the functions of word formation in abbreviation are considered. Various scientific articles and
internet sources are used in the writing of this article.
Key words: abbreviation, word creativity, method, Turkish languages
Qurban Qurbanlı, f.ü.f.d., dos.
Naxçıvan Dövlət Universiteti
HEYDƏR ƏLİYEV DİLINİN (NİTQİNİN) LEKSİKOQRAFİK TƏSVİRİ
TÜRK LÜĞƏTÇİLİYİNİN AKTUAL PROBLEMİ KİMİ
Böyük fransız mütəffəkiri Volterin (1694-1778) təbirincə, lüğət əlifba sırası ilə təqdim
olunan kainatdır. Bu “kainatla” - lüğətlərin tərtibi təcrübəsi və nəzəriyyəsi ilə məşğul olan dilçilik
bölməsini leksikoqrafiya (lüğətçilik) adlandırırlar. Nəzərə alaq ki, müasir leksikoqrafiya təkcə
lüğətlərin təribi ilə məşğul olmur, o həm də bu “ elm-sənət-peşə”nin nəzəri əsaslarını işləyib
hazırlayır. Rusiyalı mütəxəssislər P.Denisov və V.Morkovkinə [1,5] görə, “leksikoqrafiya”
anlayışının tərkib hissələri aşağıdakılardır: leksikoqrafiya nəzəriyyəsi, leksikoqrafiya tarixi və
praktik leksikoqrafiya. Hazırda ümumi leksikoqrafiyada tədris, dialekt, elmi-texniki və digər
istiqamətlərlə yanaşı müəllif leksikoqrafiyası da öz predmeti, məqsədləri, funksiyaları və adresatı
olan müstəqil bir sahədir. Bu elm sahəsinin əsas predmeti ayrı-ayrı müəlliflərin, əsasən yazıçıların,
habelə məhşur elm, sənət, siyasətçi və digər peşə sahələri nümayəndələrinin dilinin lüğətidir. Bu
lüğətlərin yaradılması (praktik və həm də nəzəri cəhətdən) müəllif leksikoqrafiyasının əsas
I Türkoloji Qurultayın 90 illiyinə həsr olunmuş beynəlxalq konfrans:
TÜRKOLOJİ ELMİ-MƏDƏNİ HƏRƏKATDA ORTAQ DƏYƏRLƏR VƏ YENİ ÇAĞIRIŞLAR (II hissə)
94
məqsədidir. Müəllif lüğətlərinin başlıca xüsusiyyəti ayrıca götürülmüş yaradıcı şəxsiyyətin dil
şüurunu, dünyanın fərdi dil mənzərəsini əks etdirməsindədir. Müəllif leksikoqrafiyası
nəzəriyyəsinin məşğul olduğu problemlər sırasında bu elmi istiqamətin statusu, onun həcm vvə
məzmununun müəyyənləşdirilməsi, müəllif lüğətlərinin pramatik xüsusiyyətləri, bu cür sorğu
əsərlərinin makro- və mikrostrukturunun, onun izahat aparatının, sistem-tipoloji təsnifatı və
digərləri qeyd olunmalıdır. Müəllif leksikoqrafiyasının tarixi məsələləri də bu bölümün hüdüdları
daxilindədir [2,11]. Müasr dünya dilçiliyində müəllif leksikoqrafiyasının nəzəri və praktik
məsələlərinə tədqiqatçılar geniş fikir verirlər. Rusiyada O.M. Karpova, L.P.Stupin, L.L.Şestakova,
O.V.Korobeynikova, O.A.Melenteva, H.C.Utkina, M.V.Lutseva, M.A.Kirillov və başqaları bu
sahədə xüsusi fəalliq göstərirlər. Avropa leksikoqraflarından isə M.Benson, S.Rennie və digərlərini
göstərmək olar. Azərbaycanda bu işə yenicə başlandığından başda prof. İ. Məmmədov olmaqla
AMEA-nın Nəsimi adına Dilçilik İnstitunun Lüğətçilik şöbəsi əməkdaşlarının hazırladıqları bir-iki
lüğəti də (məsələn, “Səməd Vurğunun bədii dilinin izahlı lüğəti”) göstərə bilərik. [7]
Məşhur şəxsiyyətlərin dilinin nəzəri cəhətdən öyrənilməsi və müəllif lüğətlərinin tərtibi
təcrübəsi dil şəxsiyyəti konsepsiyası ilə sıx bağlıdır. Məşhur rus dilçiləri V.V. Vinoqradov və Y. N.
Karaulov
[ 3,18 ] tərəfindən işlənilmiş bu konsepsiyaya görə, bu tipli sorğu əsərləri müəllifin
(yazıçı, siyasətçi və s.) fərdi üslubunu əks etdirməklə yanaşı, onun dünyagörüşü, əqidə və dəyərlər
sistemlərini də əks etdirir. Dilçilikdə “dil şəxsiyyəti” dedikdə dil daşıyıcısı kimi nitq fəaliyyəti
qabiliyyətləri dəyərləndirilən insan nəzərdə tutulur. Dil şəxsiyyəti həmçinin dil şüurunun
daşıyıcısıdır. Dil şüuru isə insanı əhatə edən varlığın bilavasitə dil tərəfindən əks etdirilməsi kimi
başa düşülür. Məşhur insanların (yazıçı, alim, siysətçi və mədəniyyət xadimlərinin) dili ən müxtəlif
leksik-frazeoloji, qrammatik, söz yaradıcılığı və üslubu vasitələrlə ədəbi-yazılı dilin zənginləşməsi
prosesinə əhəmiyyətli təsir edir. Dil şəxsiyyətinin dil-mədəniyyət məkanının öyrənilməsi
bütövlükdə millətin dil-mədəniyyət məkanını daha dərindən anlamaq deməkdir. Ümumən
Qərbi
Avropada, xüsusən də ingilis, fransız və digər cəmiyyətlərin milli leksikoqrafiya tarixində görkəmli
şəxsiyyətlərin dili lüğətlərini hazırlamaq sahəsində çoxəsrlik ənənə mövcuddur. Bu günə kimi
ingilis müəllif leksikoqrafiyasının hesabından 60-dan çox söz ustasının dili üzrə 300-dən çox bu
tipli çap məhsulu mövcuddur
[4, 38 ]. Qeyd etdiyimiz kimi, müasir dünya leksikoqrafiyasında dil
şəxsiyyəti lüğətləri təkcə bədii söz ustalarının dilini əks etdirən sorğu məhsulları ilə kifayətlənmir.
Müəllif leksikoqrafiyasın çərçivəsində siyəsətçilərin dili lüğətləri də öz yerini tutmaqdadır. Bu,
cəmiyyətdə dil və siyasətin qarşılıqlı təsirinə olan güclü maraqdan irəli gəlir. Günümüzün
reallıqlarından biri budur ki, müasir dünyada cəmiyyətin həyatı günü-gündən daha çox
ideologiyalaşdırılmaqda və siyasiləşdirilməkdədir. Siyasi xadimlərin dil xüsusiyyətlərinin əks
olunması meylinə rus leksikoqrafiyasında da çoxdan rast gəlinir. Qeyd edək ki, hələ sovet
dönəmində V.V.Vinoqradov adına Rus Dili İnstitutu əhəmiyyətli bir layihə - V.İ.Leninin dilinin
lüğəti üzərində işlərə ilk olaraq başlanılmışdır. V.İ.Lenin kimi keşməkeşli bir həyat yaşamış insanın,
siyasətçinin, o dövr üçün yeni tipi dövlətin qurucusunun, mütəfəkkirin, publisistin və s. dili, sözsüz
ki, böyük maraq kəsb edirdi. Planlaşdırılmışdı ki, janr-üslubi yönlülüyündən asılı olmayaraq
V.İ.Leninə məxsus bütün mətnlər qeydə alınıb işlənilməli idi. Layihə bu siyasətçinin dilini təşkil
edən elementlərin hamısını ehtiva etməli idi. Təəssüf ki, bu möhtəşəm ilk növbədə siyasi-ideoloyi
və o qədər də tarixi-filoloji, mədəni-linqvistik ideya axıracan reallaşmadı. Böyük zəhmətlər
bahasına (müasir İKT olmadığı bir şəraitdə) başa gəlmiş nəhəngsitatlar kartotekası birbaşa məqsədə
olmasa da, bu gün müxtəlif tipli lüğətlərin hazırlanmasına xidmət etməkdədir. Digər ölkələrin tarixi
şəxsiyyətlərinin dilinə aid müxtəlif tipli lüğətlər mövcuddur və yeniləri hazırlanmaqdadır.
[5, 211-
212
].
Heydər Əliyev Azərbaycan tarixinin yetişdirdiyi ən nadir simalardan, türk dünyasının və
bütövlükdə sivil dünyanın qüdrətli şəxsiyyətlərindən biridir. Azərbaycan tarixinin son əlli illik
mərhələsi bu və ya digər dərəcədə bu dahi şəxsiyyətin adı ilə bağlıdır.
XX yüzilliyin ikinci yarısında – Azərbaycan tarixinin təkrarolunmaz çağında – iki ictimai-
siyasi formasiyanın bir-birini əvəzləməsi ərəfəsi və keçid mərhələsində onun gedişatını aktiv
şəkildə izləmiş, ona müdaxilə edib yön vermiş, milyonlarla insanı öz arxasınca aparmaq missiyasını
I Türkoloji Qurultayın 90 illiyinə həsr olunmuş beynəlxalq konfrans:
TÜRKOLOJİ ELMİ-MƏDƏNİ HƏRƏKATDA ORTAQ DƏYƏRLƏR VƏ YENİ ÇAĞIRIŞLAR (II hissə)
95
qalibiyyətlə başa vurmuş bir tarixi şəxsiyyətin dilini (nitqini) kompleks şəkildə öyrənmədən baş
verən tarixi prosesləri adekvat şəkildə dərk etmək mümkünsüzdür. Sözü ilə minləri, milyonları bir
meydana toplamaq, onları Vətən naminə savaşa yönəltmək və yaxud savaşan insanları barışa vadar
etmək və ən ümdəsi, bunlara parlaq şəkildə nail olmaq bütün digər məziyyətləri ilə yanaşı, şəksiz ki,
Heydər Əliyev dilinin (nitqinin) qüdrəti ilə şərtlənirdi.
Heydər Əliyev dilinin öyrənilməsi tarixinə nəzər saldıqda bu sahədə müəyyən işlərin
görüldüyü müşahidə olunur. Bu mövzuda artıq onlarla ciddi elmi əsərlər yazılmış, xeyli mükəmməl
ümumiləşdirmələr aparılmışdır.Bununla belə, qeyd etmək lazımdır ki, “Heydər Əliyev və
Azərbaycan dili” problemi bundan sonrada ən azı üç aspekrdə sistemli şəkildə tədqiq edilməlidir.
Birinci aspekt ümummilli liderin Azərbaycan dili uğrunda illərlə apardığı çoxşaxəli
mübarizəsinin fəlsəfi-tarixi təhlilidir. İkinci aspekt Heydər Əliyevin elmi-nəzəri görüşləri
sistemində özünəməxsus yeri olan dilçilik görüşlərinin fundamental araşdırılmasıdır. Heydər Əliyev
dilinin (nitqinin) elmi-konseptual tədqiqi isə üçüncü aspekti təşkil edir. Çoxcəhətliliyi ilə
seçilənproblemin tədqiqinin dörd əsas istiqamətdə aparılması, zənnimizcə, daha vacibdir. Bu: a)
Heydər Əliyevin nitq mədəniyyəti və natiqlik məharəti məsələlərinin dərindən və kompleks şəkildə
öyrənilməsi; b)Heydər Əliyev dilindəki ictimai-siyasi leksikasının son yüzilliyin Azərbaycan ədəbi
dilinin tarixi kontekstində tədqiq olunması;c) yaradılması qaçılmaz olan Azərbaycan dilinin milli
korpusuna Heydər Əliyev dilininin (nitqinin) materiallarının bütünlüklə daxil edilməsi; c) Heydər
Əliyev dilinin leksikoqrafik təsvirinin reallaşdırılamasıistiqamətləridir.
Belə hesab edirik ki, Heydər Əliyev dilinin öyrənilməsinin başlıca və ilkin istiqaməti
leksikoqrafik istiqamət olmalıdır. Məlum olduğu kimi, XXI əsr dünya dilçilik elmi indiyəcən
toplanılmış və hər gün əldə edilən bütün informasiyanı – kainat və söz haqqında olan bilgiləri –
bütün aspektləri ilə ənənəvi və elektron lüğət formasında təcəssüm etdirmək məramında və həm də
iqtidarındadır. Ölkə dilçiliyinin hazırkı səviyyəsi və kompüter texnologiyasının tətbiqi imkan verir
ki, ən müxtəlif ünvanlı lüğətlər operativ şəkildə hazirlanıb lüğət istifadəçilərinə təqdim edilsin. Eyni
zamanda müasir lüğət istifadəçilərinin dörd qrupa bölündüyünü
[6, 125 ] ( 1) ümumən dil
daşıyıcıları, 2) dili öyrənənlər (ana və xarici dil kimi), 3) dili tədqiq edənlər və 4) aid sahələrin
peşəkarları) nəzərə alaraq demək olar ki, Heydər Əliyev dilinin ən müxtəlif janrlı lüğətlərinin
işlənib hazırlanması zəruri və mümkündür. Ölkə dilçiliyinin hazırkı səviyyəsi və kompyuter
texnologiyasının tətbiqi imkan verir ki, ən müxtəlif ünvanlı lüğətlər operativ şəkildə hazirlanıb
lüğət
istifadəçilərinə
təqdim
edilsin.
Mükəmməl mütəffəkir müdrikliyi və nadir nitq fenomenliyi ilə seçilən Heydər Əliyev
dilinin Azərbaycan tarixində ilk kompleks lüğətinin hazırlanması son dərəcə aktual məsələlərdəndir.
Zənnimizcə, öncə və operativ şəkildə Heydər Əliyev dilinin tezlik lüğəti hazırlanıb
oxucularına (tədqiqatçılara) çatdırılmalıdır. Məkumdur ki, tezlik lüğəti, ilk növbədə, dili tədqiq
edənlər üçündür. Məlum oldugu kimi, tezlik lüğətləri nisbətən yeni tipli leksikoqrafik nəşr olub, bir
sıra ümumnəzəri və əməli problemlərin həllinə yardımçı olur. Sonrakı tədqiqatlar üçün baza rolunu
oynadığına görə əsas istifadəçisi dilçilər olan bu tipli lüğətlərin ölkəmizdə hazırlanması üzrə
müəyyən təcrübə də vardır. “Azərbaycan qəzet dilinin tezlik lüğəti” (Bakı, “Nurlan”, 2004, 204 s.),
“Kitabi-Dədə Qorqud”un statistik təhlili (Bakı, “Elm”, 1999, 248 s.) və başqalarını göstərmək olar.
Hazırda Azərbaycan MEA Nəsimi adına Dilçilik İnstitutunda Azərbaycan dilinin böyük tezlik
lüğətinin tərtibi işi tam şəkildə başa çatmaq üzrədir. Əgər adi lüğətlərdə lüğət vahidi kimi söz
götürülürsə, tezlik lüğətlərində bu, başqa dil vahidləri (söz-forma, leksem, morfem və s.) də ola
bilər. Yəni, tədqiqatın məqsədindən asılı olaraq göstərilən vahidlərdən birinin və yaxud hər birinin
ayrılıqda seçilib götürülməsi mümkündür. Lüğətdə ilk növbədə mütləq tezliyin hesablanması həyata
keçirilməlidir. Bu göstərici tədqiq olunan vahidin mətndə işlədilməsinin əsas, vacib və minimal
zəruri səciyyəsi sayılır. Mütləq tezlik əsasında əlavə hesabatlar vasitəsilə başqa törəmə səciyyələr
də əldə etmək olar. Aşağıdakı əsas göstəricilər – ranq, tezlik, eyni tezliyə malik sözlərin miqdarı,
toplanmış mütləq tezlik, toplanmış nisbi tezlik və digər zəruri göstəricilərin bu lüğətdə əksini
tapması gələcək tədqiqatlar üçün xüsusi əhəmiyyət kəsb edərdi.
Məlumat üçün bildirək ki, Heydər Əliyev dilinin tezlik lüğətinin ilkin layihəsi Naxçıvan
Dövlət Universitetində artıq hazırlanmışdır. Ulu öndərin 1991-2003-cü illəri əhatə edən şifahi və
I Türkoloji Qurultayın 90 illiyinə həsr olunmuş beynəlxalq konfrans:
TÜRKOLOJİ ELMİ-MƏDƏNİ HƏRƏKATDA ORTAQ DƏYƏRLƏR VƏ YENİ ÇAĞIRIŞLAR (II hissə)
96
yazılı nitq materialları əsasında hazırlanmış lüğətə 0,5 milyona yaxın sözişlətməni ehtiva edən mətn
cəlb olunmuş, 30 minə yaxın söz-forma statistik təhlildən keçirilmişdir. Hazırda lüğətin ən müasir
leksikoqrafik tələblərə cavab verəcək şəkildə tərtibi başa çatdırılmaqdadır.
Heydər Əliyev dilinin leksikoqrafik təsvirinin ikinci istiqaməti bu materiallar əsasında tam
izahlı lüğətin işlənilməsidir.Məlum olduğu kimi, izahlı lüğətlər leksikoqrafik nəşrlərin əsas
növüdür. Bu lüğətlərdə aid dilin müəyyən dövrdəki inkişafının bütövlükdə leksik tərkibi öz əksini
tapır. Başlıca vəzifəsi sözlərin mənalarını və ya məna çalarlarını izah etmək olan bu lüğətlərdəki
informasiyalar onların təyinatından asılı olaraq xeyli geniş ola bilər. Aid dilin izahlı lüğətindən
fərqli olaraq müəllif dilinin izahlı lüğəti konkret tarixi şəraitdə yaşayıb yaratmış görkəmli
şəxsiyyətin nitq təfəkkürünün ümumi və fərqli xüsusiyyətlərini nümayiş etdirir. Belə lüğət bir
tərəfdən milli dilin konkret tarixini fiksə edib gələcək nəsillərə çatdırırsa, digər tərəfdən müəllifin
fərdi dil xüsusiyyətlərini, onun dünyagörüşü, psixologiyası, ətraf aləmə, gedən tarixi proseslərə,
ünsiyyətdə olduğu insanlara, bütövlükdə cəmiyyətə olan münasibətini izah olunan linqvistik
vahidlər vasitəsilə diferrensiallaşdırır.Müəllif leksikoqrafiyası nəzəriyyə və təcrübəsində
mütəxəssislərə ünvanlanmış elmi-təsviri, geniş oxucu kütləsi üçün nəzərdə tutulmuş elmi-populyar,
təhsil alan gənclər üçün nəşr olunan bir sıra tədris lüğətlərinin mövcudluğu, onların məqsəd və
vəzifələri, tərtib prinsipləri və s. ilə tanışlıq, Aparılan təhlillər və müşahidələr, ümummilli lider
Heydər Əliyevin Azərbaycan tarixinin son 50 ilindəki çoxcəhətli və cahanşümul ictimai-siyasi (və
natiqlik!) fəaliyyətinin öyrənilməsi aşağıdakı janrlarda da lüğətlərin hazırlanmasını şərtləndirir:
1) Heydər Əliyev akademik ensiklopediyası; 2) Uşaqlar üçün Heydər Əliyev
ensiklopediyası; 3) Heydər Əliyevin aforizmləri lüğəti; 4) Heydər Əliyevin dilinin semonimik
(antonimlər, sinonimlər və d.) lüğətləri; 5) Heydər Əliyev dilinin ekspressiv və obrazlı sözlər lüğəti
və s. Heydər Əliyev dilinin (nitqinin) materialları əsasında hazırlanacaq lüğətlərin Azərbaycan
filologiyasında, azərbaycanşünaslığın digər qollarında tədqiqatlar aparmaq üçün əsas bazaya
çevriləcəyi şübhə dogurmur. Heydər Əliyev dilinin (nitqinin) materiallarının – ümummilli liderə
məxsus olan şifahi və yazılı mətnlərin bütövlükdə Azərbaycan dilinin milli korpusuna daxil
edilməsi son dərəcə zəruri məsələdir. Korpus hər hansı bir dildə mövcud olan mətnlərin tədqiqat
məqsədilə seçılib götürülmüş, xüsusi metodika əsasında işlənilmiş və istifadəçi (tədqiqatçı) üçün
yararlı formaya salınmış elektron məcmusudur. Mütəxəssislər XXI əsr dilçilik elminin korpus
linqvistikası olacagını təxmin edirlər. Heydər Əliyev dilinin materialları Azərbaycan dilinin milli
korpusu üçün seçilən mətnlər sırasına ilk növbədə daxil edilməlidir.
Beləliklə, Heydər Əliyevin dilinin tədqiqinin əsas istiqamətlərindən bir neçəsi nəzərdən
keçirildikdən sonra bu dilinin leksikoqrafik təsvirinin türk lüğətçiliyinin aktual problemi olduğu
aydın şəkildə görülməkdədir.
ƏDƏBIYYAT
1.Денисов П.Н., Морковкин В.В. (ред.). Словарь сочетаемости слов русского языка:
Около 2500 словарных статей. 2-е изд., испр. — М.: Русский язык, 1983. —688 c.
2.Qurbanlı Q. Ümumi leksikoqrafiya nəzəriyyəsində müəllif (yazıçı) leksikoqrafiyasının yeri
və polu// Folologoya məsələləri.№ 6, s.11-20
3.Караулов Ю.Н. Опыт типологизации авторских словарей // Русская авторская
лексикография XIX-XX вв.:Антология.-М.:Азбуковник, 2003.-512 с
4. Karpova O.M.Cловари языка писателей и цитат в английской лексикографии/О.М.Карпова,
О.В.Коробейникова. – М.;МГОУ, 2007. –213 с.
5.Перцева В.Г. Словари языка политиков в контексе английской лексикографии.//
Вестник ЕГУ им. Н.А.Некрасова №2, 2016. c.211-215.
6.HəsənovH.Ə. Azərbaycanlüğətçiliyininnəzəri əsasları.Bakı, 1999.- 336 s.7.Səməd
Vurğunun bədii dilinin izahlı lüğəti, Bakı, Elm, 2011. – 672 səh.
I Türkoloji Qurultayın 90 illiyinə həsr olunmuş beynəlxalq konfrans:
TÜRKOLOJİ ELMİ-MƏDƏNİ HƏRƏKATDA ORTAQ DƏYƏRLƏR VƏ YENİ ÇAĞIRIŞLAR (II hissə)
97
GURBAN GURBANLI
Lexicographic description of the language (speech) of Heidar Aliyev as an actual problem of
the contemporary Turkish lexicography
Summary
The paper touches upon the issue ofthe place and role of the author lexicography in the
modern world lexicography and substantiates the scientific-conceptualnecessity of studying the
language (speech) of Heidar Aliyev, the national leader of the Azerbaijan people,a world-wide
politician and a prominent statesman and the author expresses his his own thoughts about the main
directions of this research. It is considered that this problem demands a complex approach andthe
main direction among these is the lexicogrphic description of this great personality’s language
Dostları ilə paylaş: |