əlaqəliliyin ifadə üsulundadır”[2,132]. Əvəzlikli təkrarların mürəkkəb sintaktik bütövün
komponentləri arasında necə sıx əlaqə yaratdığını, həmin mətn parçasının mütəşəkilliyini təmin
edən ən mühüm üsullardan biri olduğunu Azərbaycan türk dili və Türkiyə türkcəsindən götürülmüş
nümunələrlə nəzərdən keçirək:
Türkiyə türkcəsində: “Allah bizi sevgisindən, ilgisindən yarattı... Onu arama və ona
yakınlaşma gorevimizi unuttuğumuz için en olmadık zamanlarda şeytan yolumuza oturuyor, iman
karvanımızı soyuyor.” (Bülent Akyürek “İçinizdeki öküze oha deyin”, 182). Bu nümunədə birinci
cümlədə verilən “Allah” kəlməsi sonrakı cümlələrdə təsirlik və yönlük halda olan “o” III şəxs tək
əvəzliyi ilə əvəzlənərək təkrar olunmuş və mikromətni təşkil edən komponentlər arasında bağlılıq
anaforik əlaqə əsasında, yəni “sonra gələn semantemin artıq adı çəkilmiş semantemlə əlaqələnməsi”
[1, 94] sayəsində yaranmışdır.
Başqa bir nümunə: “Urfalı gazelhan, Kazançı Bedih; katalitik soba zehirlenmesi sebebiyle vefat
ettiği güne kadar, bakir kazan yapma sanatını elindən burakmadı. O, sesini geliştirirken şan
dersleri almadı, nota öğrenmedi. O, sesini çekicin altında inleyen bakir levhalarla birlikte ateşle
eğitti.” (Bülent Akyürek “İçinizdeki öküze oha deyin”,). Bu sintaktik bütövün komponentləri
arasında koqeziya anaforik əlaqə əsasında yaranıb, belə ki, birinci cümlədə verilən “Urfalı gazelhan,
Kazançı Bedih” xüsusi ismi sonrakı cümlələrdə “o” əvəzliyi ilə əvəzlənərək aktuallaşmış və
komponentlərin əlaqələnməsinə səbəb olmuşdur.
Azərbaycan türk dilində: “Kimsə haçansa demişdi ki, bu Mürşüd yaman baməzə oğlandır və
bu sözlərlə onun evini yıxmışdı. Məzəlilik, necə deyərlər, ağır bir yük kimi onun boynuna
düşmüşdü...” (Anar, Seçilmiş əsərləri 2). Verilən bu nümunədə də komponentlər arasında bağlılıq
anaforik əlaqə ilə mümkünləşmişdir, belə ki, birinci cümlədə verilən “Mürşüd” xüsusi ismi sonrakı
cümlələrdə yiyəlik halda olan “o” şəxs əvəzliyi ilə təkrarlanaraq komponentləri əlaqələndirmişdir.
Başqa bir nümunəyə diqqət yetirək: “Babam güzgü deyilən bir şey varmış, onu qadağan edib. Mən
heç bilmirəm o nə deyən sözdür”. (Anar, Seçilmiş əsərləri 1). Azərbaycan türk dilindən verilən bu
nümunədə də sintaktik bütövü təşkil edən komponentlər arasında bağlılıq anaforik əlaqə əsasında,
yəni birinci cümlədə verilən “güzgü” sözünün sonrakı cümlələrdə “o” şəxs əvəzliyi ilə əvəzlənərək
təkrar olunması sayəsində təşəkkül tapmışdır.
Türkiyə türkcəsində:“İki qurbağa ayran kovasına dustu. Kurbağalardan biri korkuyordu ve
derin bir aşağılık duyğusuna sahipti. Önce yüzmeye çalıştı ama çok geçmeden vazgeçerek
nefessiz kalıp öldü ama kişisel gelişimden geçmiş diger kurbağa kurtulacağına olan inancını
yitirmedi. Onu izlerken “Bu, benim başıma gelmeyecek, kurtulacağım.” dedi...” (Bülent Akyürek
“İçinizdeki öküze oha deyin”). Bu sintaktik bütövün ikinci, üçüncü, dördüncü və beşinci
cümlələrində verilən mətn sonuncu cümlədə təsirlik halında olan “o” və adlıq halda olan “bu” işarə
əvəzliyi ilə əvəzlənmiş və anaforik əlaqə ilə komponentlər bir- birinə bağlanmışlar. Burada “bu”
işarə əvəzliyi aktuallaşaraq işləndiyi cümlədən əvvəldə verilən bütöv mətni əvəz edir və əvəzliyin
mətnyaratma potensialını ortaya qoyur.
I Türkoloji Qurultayın 90 illiyinə həsr olunmuş beynəlxalq konfrans:
TÜRKOLOJİ ELMİ-MƏDƏNİ HƏRƏKATDA ORTAQ DƏYƏRLƏR VƏ YENİ ÇAĞIRIŞLAR (II hissə)
108
Mürəkkəb sintaktik bütövün komponentləri arasinda koqeziya kataforik əlaqə ilə, yəni əvvəlki
cümlədə verilmiş əvəzliyin sonrakı cümlədə hər hansı bir leksik vahidlə ifadə olunması ilə təzahür
edir. Məsələn:
Türkiyə türkcəsində: “Olay şu, çok azımız kendimiz ve kaderimize yön vermekteki rolümüzü
gerçekten biliyoruz. İnsanın hayatındkı en önemli an, kaderin merhametine bağlı olmadığını,
düşüncelerinin, hayatınözünün sürükli onun içineakıtıldığı bir kalıp olduğunu anladığı andır.
Greçek şu, inandığımız, kabullendiğimz ve güvenle bellediğimiz her şeye sahip oluruz...” (Bülent
Akyürek “İçinizdeki öküze oha deyin”). Birinci və axırıncı cümlələrdəki “şu” əvəzliyinin mənası
sonrakı cümlələrdə açılır, hətta bu parçada komponentlər arasında koqeziya kataforik əlaqə və tam
təkrarla, yəni “şu” işarə əvəzliyinin mürəkkəb sintaktik bütövün komponentləri arasında heç bir
şəkilçi qəbul etmədən təkrarlanaraq əlaqə yaratması ilə reallaşır və “şu” işarə əvəzliyi
deaktualizator rolunda işlənərək burada kontekst yaranmasına xidmət edir və bütöv mətni əvəz
edərək mətn yaratma potensialını göz önünə qoyur.
Azərbaycan türk dilində: “Bircə onu bilirəm ki, bu maşının içərisində indiyə kimi belə
dünya gözəli oturmayıb” (Anar, Seçilmiş əsərləri 2). Bu nümunədə tamamlıq budaq cümləli tabeli
mürəkkəb cümlənin baş cümləsində budaq cümlənin qəlibi kimi işlənən, təsirlik halda olan işarə
əvəzliyi aktuallaşaraq kataforik əlaqə əsasında bütöv tamamlıq budaq cümləsini əvəz edərək
komponentlər arasında bağlılıq yarada bilir.
Tam leksik təkrarlar sintaktik bütövün əvvəlki cümləsindəki leksik vahidin sonrakı
cümlələrdə dəyişmədən, tam formada təkrarlanmasıdır. Məsələn, Türkiyə türkcəsində: Nazim
Hikmətin “Kadın” şeirindən götürdüyümüz nümunəyə baxaq:
Kimi der ki kadın
Uzun kış gecelerinde yatmak içindir.
Kimi der ki kadın
Yeşil bir harman yerinde
Dokuz zilli köçek gibi oynatmak içindir.
Kimi der ki ayalimdir,
Boynumda taşıdığım vebalimdir.
Kimi der ki hamur yoğuran.
Kimi der ki çocuk doğuran. [13]
Bu şeir parçasında qeyri- müəyyənlik bildirən “kim” əvəzliyi “-i” şəkilçisi qəbur edərək
dəyişmədən təkrarlanaraq sonrakı cümlələri bir- birinə bağlayır.
Azərbaycan türk dilində Aşıq Alının “Getdi” rədifli qoşmasından gətirdiyimiz nümunədə “kim”
əvəzliyi “-i şəkilçisi götürərək qeyri- müəyyən şəxsi ifadə edərək” (MAD, 185) tam leksik təkrar
olaraq sintaktik bütövün komponentlərini əlaqələndirir.
Kimi ay qabağa cığa tel düzər,
Kimi qaş altından gözlərin süzər.
Kimi yeyib, içib, sallanıb gəzər,
Kiminin axırı vay oldu getdi. [14]
Türkiyə türkcəsindən götürdüyümüz nümunəyə diqqət yetirək:
“Annem
və
babamla
ilişikmi nasıl düzenleyeceğimi bilemiyorum. Beni heç anlamıyorlar. Benim hoşlandığım hiçbir şeyi
onaylamıyorlar... Benim duyğularım ve düşüncelerimin benim için doğru olacağını kabul
eemiyorlar. Beni sevmediklerini söylemek istemiyorum. Beni seviyorlar, fakat benim onlardan
farklı bir insan olduğumu göremiyorlar” ( Doğan Cüceloğlu “İnsan insana”). Bu nümunədə I şəxs
tək əvəzliyi təsirlik və yiyəlik halda aktuallaşaraq sintaktik bütövün komponetlərinin arasında
koqeziya, bağlılıq yaradır və komponentləri bir- birinə bağlayaraq mürəkkəb sintaktik bütövün bit
sistem halında formalaşmasına xidmət edir.
Azərbaycan türk dilndəki nümunəyə nəzər salaq: “Nəzakət: Ərə getmək başqa, mən səni bir
ana kimi bütün qayda- qanunu ilə köçürmək istəyirəm. Mən bunun üçün illər uzunu Fərəcdən
gizlin, öz maaşımdan qəpik-qəpik kəsib pul yığmışam. Mən səni ləyaqətlə ərə
verəcəyəm”.(Əfəndiyev İ. “Boy çiçəyi”.) İlyas Əfəndiyevin “Sən həmişə mənimləsən”, yaxud “Boy
çiçəyi” pyesindən götürdüyümüz bu iqtibasda “mən” I şəxs tək əvəzliyi nitq aktı iştirakçısının
I Türkoloji Qurultayın 90 illiyinə həsr olunmuş beynəlxalq konfrans:
TÜRKOLOJİ ELMİ-MƏDƏNİ HƏRƏKATDA ORTAQ DƏYƏRLƏR VƏ YENİ ÇAĞIRIŞLAR (II hissə)
109
intensiyasından asılı olaraq onun daxili hisslərini, emosiyalarını bildirmək üçün danışanın özü
tərəfindən xüsusi intonasiya ilə tələffüz olunaraq mürəkkəb sintaktik bütövün tərkibində aktual üzvə
çevrilir və mətni təşkil edən cümlələrin- komponentlərin əvvəlində tam halda təkrarlanır, kom-
ponentlərin bir-biri ilə əlaqələnməsinə və sintaktik bütövün tam bir sistemə çevrilməsinə səbəb olur.
Yuxarıda nəzərdən keçirdiyimiz nümunələr əsasında Türk dillərindən Türkiyə türkcəsində
və Azərbaycan türk dilində əvəzlikli təkrarların mürəkkəb sintaktik bütövün komponentlərinin
bağlanmasında, mürəkkəb sintaktik bütövün formalaşmasında anaforik və kataforik əlaqə vasitələri
kimi təzahürünün yaranmasındakı rolunu hər iki dildən götürdüyümüz nümunələr əsasında izlədik
və hər iki dildə əvəzliklərin aktuallaşaraq mətndəki mənanı daha qabardıb oxucuya, dinləyiciyə
çatdırmağa xidmət etdiyinin şahidi olduq.
ƏDƏBIYYAT
1.
Abdullayev Ə. Aktual üzvlənmə və mətn. Bakı-“Xəzər Universiteti Nəşriyyatı”-1998.
2.
Abdullayev K.M., Məmmədov A.Y., Musayev M.M., Üstünov K., Novruzova N.S.,
Hüseynov Ş.Q., Rzayeva G.N., Hacıyeva K.B., Ziyadova L.V., Fətəliyeva S.Q., Nağıyeva G.Q.,
Məhərrəmova G.A., Zeynalova Ş.T., Səlimova F.Q., Məhərrəmova V.H. “Azərbaycan dilində
mürəkkəb sintaktik bütövlər”. Bakı-“Mütərcim”-2012.
3.
Abdullayev K.M. Azərbaycan dili sintaksisinin nəzəri problemləri. Bakı-“Maarif”-1999.
4.
Allahverdiyeva F. Bədii mətnin formalaşmasında sintaktik əlaqə vasitələri. Bakı- “Elm və
təhsil”-2011.
5.
Hacıyeva K. B. “Leksik təkrarlar mürəkkəb sintaktik bütövü yaradan factor kimi”.
Avtoreferat. Bakı-2010.
6.
Kazımov Q.Ş. “Müasir Azərbaycan dili”. Bakı-“Elm və təhsil”-2010.
7.
Müasir Azərbaycan dili. II hissə, Morfologiya. Bakı- “Elm” nəşriyyatı- 1980.
Mənbələr:
8.
Anar, Seçilmiş əsərləri 1, Bakı- “Azərbaycan dövlət nəşriyyatı”- 1988.
9.
Anar, Seçilmiş əsərləri 2, Bakı- “Azərbaycan dövlət nəşriyyatı”- 1988.
10.
Bülent Akyürek “İçinizdeki öküze oha deyin”. Ankara-C 4 Kitab- 2011.
11.
Doğan Cüceloğlu “İnsan insana”. İstanbul- Remzi kitabevi-2001.
12.
Əfəndiyev İ. “Üçatılan”. Bakı-“Gənclik”- 1982.
13.
Nazim Hikmet. http://www.turkstudent.net/content/article/1428/kadin.html.
14.
Aşıq Alı. Seçilmiş əsərləri. http://anl.az/el/a/aa_e.pdf
Asadova M. N.
The Text Formation Function of the Pronouns in the Turkic Languages
(The Cognitive and Linguopragmatic Approach to the Problem )
Summary
This article deals withthe text formation function of the pronouns in the Turkic languages
from the aspect of the cognitive and linguopragmatic approach to the problem. The author also
studies the role of the pronouns as a means of connection between the components of the complex
syntactic whole in the Turkic languages. On the basis of the examples taken from the Turkish and
Azerbaijani languages the author analyses anaphoric and cataphoric relations between the
components of the complex syntactic whole. The pronouns play a special role in order to connect
the parts of the complex syntactic whole.
Key words: complex syntactic whole, repetition, pronoun, cohesion, anaphora.
I Türkoloji Qurultayın 90 illiyinə həsr olunmuş beynəlxalq konfrans:
TÜRKOLOJİ ELMİ-MƏDƏNİ HƏRƏKATDA ORTAQ DƏYƏRLƏR VƏ YENİ ÇAĞIRIŞLAR (II hissə)
110
Ramiz Qasımov, fil.ü.f.d., dos.
Azərbaycan Milli Elmlər Akademiyası Naxçıvan Bölməsinin Elmi katibi
ramizasef@yahoo.com.tr
CƏLİL MƏMMƏDQULUZADƏNİN İRSİNDƏ ANA DİLİ VƏ ƏLİFBA MƏSƏLƏLƏRİ
Azərbaycan xalqının görkəmli ictimai xadimi, maarifçi, pedaqoq, görkəmli publisist, naşir,
tənqidi rеalist ədəbi cərəyanının bayraqdarı, ilk mənzum və allеqоrik dram əsərinin müəllifi,
dramaturgiyanın nəhəng simalarından biri, yenitipli ictimai satiranın yaradıcısı, bütün dünyada
məşhur olan yeni üslublu “Molla Nəsrəddin” jurnalının naşiri və mollanəsrəddinçilərin ağsaqqalı,
kiçik hеkayənin böyük ustadı, milli mücadilə ƏDƏBIYYATımızın sərkərdəsi böyük ədib Cəlil
Məmmədquluzadənin (1869-1932) irsində və fəaliyyətində mənsub olduğu xalqının ana dilinin
qorunması, onun savadlanması və yeni tipli əlifbanın yaradılması məsələsi başlıca yer tutur.
Təsadüfi deyil ki, böyük azərbaycançı ədib Mirzə Cəlil Azərbaycan ƏDƏBIYYATında həm də ana
dilinin təəssübkeşi kimi tanınır. Onun əsərlərinin sadə ana dilində yazılmasından tutmuş ana dilinin
müxtəlif problemlərinə həsr olunan çoxsaylı məqalələri böyük ədibin ana dilinə qoyduğu ən böyük
mənəvi abidələrdən hesab olunur. Ədibin “Molla Nəsrəddin” jurnalının baş məqaləsi olan “Sizi
deyib gəlmişəm” məqaləsindən başlamış “Lisan bəlası”, “Bizim obrazovannılar”, “Abirin və kilab”,
“Şirin rusi danışan”, “Ana dili”, “Dil”, “Bismilla xiragima nirragim”, “Əlifba”, “Rus məxrəci”,
“İlan-qurbağa”, “Təzə əlifba”, “Latın hürufatı və ingilislər”, “Yeni əlifba nə istəyir?”, “Nöqtələr”,
“Behişt əlifbası”, ““X” hərfi”, “Ərəb əlifbası” kimi məqalə və felyetonlarında, eləcə də “Anamın
kitabı”, “Saqqallı uşaq”, “Sirkə” kimi bədii əsərlərində ana dili və əlifba məsələlərinə aid müxtəlif
problemləri öz təbirincə qaldırmış, konkret münasibət və fikir ifadə etmişdir.
Ərəb qrafikalı əlifbanın yaratdığı çətinlikləri konkret nümunələrlə təqdim edən görkəmli
ədib C.Məmmədquluzadə latın qrafikalı əlifbanın tərəfdarı kimi çıxış edərək həmçinin ilk əlifba
islahatçılarından biri kimi də geniş şöhrətə malikdir. Onun nəşr etdirdiyi “Molla Nəsrəddin” jurnalı
da xalqın milli oyanışı və istiqlalında böyük rol oynamış, bütün müsəlman və türk dünyasında ilk
dəfə ana dilində çap olunan karikutaralı, sadə xalq dilində yazan, rəngli və şəkilli bir mətbuat orqanı
kimi mühüm xidmətlərlə yadda qalmışdır.
Türkçülük və Azərbaycançılıq ideyalarının iki nəhəng mücahidi: Əli bəy Hüseynzadə
və Cəlil Məmmədquluzadə
Ümumtürk düşüncəsi və azərbaycançılığın bitkin ideologiya və vətəndaşlıq proqramına
çevrilməsində “söz və fikir zadəganları” olan Əli bəy Hüseynzadə (1864-1940) və Cəlil
Məmmədquluzadənin (1869-1932) əvəzsiz xidmətləri var. Haqlı olaraq türkçülüyün atası və türk
dünyasının böyük oğlu kimi görkəmli Azərbaycan ziyalısı Əli bəy Hüseynzadə göstərilir.
Müasirləri, hətta bu ideyanın görkəmli simalarımdan olan Ziya Göyalp özü də onu mənəvi və fikir
atası hesab etməklə ideologiyanın müəyyənləşməsində bu dahinin yerini müəyyən edirdi. Etiraf
edildiyi kimi, “milli ideologiya səviyyəsində türkçülüyün “Ana Yasası” kimi dəyərləndirilən
“türkləşmək, islamlaşmaq, avropalaşmaq (müasirləşmək)” triadasının yaradıcısı və ilk carçısı məhz
bu nəhəng şəxsiyyət, Əli bəy Hüseynzadə idi. Azərbaycan ƏDƏBIYYATında həm də “Füyuzat”
ədəbi məktəbinin lideri və Azərbaycan romantiklərinin ağsaqqalı olan Əli bəy Hüseynzadə türklük,
islamlıq, millət və Vətən qarşısındakı xidmətlərinə görə “Qafqaz müsəlmanlarının atası”,
“Qafqazdakı türk balalarına türklüyünü bildirən, həsəb-nəsəbini (soykökünü) öyrədən”, “irqin
(türklərin) ən mükəmməl öndəri”, “türk xalqlarına kimliyini bildirən dahi”, “ilk turançı”, “bütün
türk dünyasının mücahidi”, “türkçülüyün babası (atası)” kimi adlandırılırdı. Bu görkəmli fikir
adamı ömrünün yarım əsrdən çoxunu yorulmadan türklüyün inkişafına, o cümlədən Azərbaycan
xalqının milli oyanış və özünüdərkinə, maarif və mədəniyyətinin yüksəlişinə, milli istiqlal
mücadiləsinə həsr etmişdi...”. Bütün türk dünyasını özünə vətən olaraq elan edən Əli bəy
I Türkoloji Qurultayın 90 illiyinə həsr olunmuş beynəlxalq konfrans:
TÜRKOLOJİ ELMİ-MƏDƏNİ HƏRƏKATDA ORTAQ DƏYƏRLƏR VƏ YENİ ÇAĞIRIŞLAR (II hissə)
111
Hüseynzadə “Siyasəti-fürusat”, “Türklər kimdir və kimlərdən ibarətdir?”, “Nicat məhəbbətdədir”,
“Qırmızı qaranlıqlar içində yaşıl işıqlar” və başqa əsərlərində türkçülüyün ideoloji əsaslarını əks
etdirmişdi.
Məlumdur ki, Əli bəy Hüseynzadə türkçülüyün ideoloji əsaslarını yaratmış böyük ideoloq
idi və onun siyasi fikrinin əsasını, dövlətçilik idealını Turançılıq təşkil edirdi. Onun ədəbi dil meyarı
da İstanbul ləhcəsi əsasında müəyyənləşmiş bir dil idi. Bu fikirlərinə görə Əli bəy dövrünün bir
qisim şəxsiyyətləri ilə bir tərəfdən birlik, digər tərəfdən fəqlilik nümayiş etdirirdi. Türkçülüyün bir
ideya olaraq geniş intişar tapdığı XX əsrin əvvəllərində Əli bəy Hüseynzadə kimi nəhəng
şəxsiyyətlə birgə görkəmli ədib, “Molla Nəsrəddin” ədəbi məktəbi və mollanəsrəddinçilərin
ağsaqqalı, tənqidi realizmin banisi və bayraqdarı Cəlil Məmmədquluzadə də türkçülük, türkçülüyə
doğma olan azərbaycançılıq ideyası ilə fikir və ideya birliyi nümayiş etdirirdi. Böyük ədibin
“Anamın kitabı”, “Azərbaycan”, “Cümhuriyyət” və başqa əsərləri azərbaycançılığın ideoloji
əsaslarını özündə əks etdirirdi. Bu baxımdan Azərbaycanda fikir cərəyanlarından, məfkurəyə
çevrilən azərbaycançılıq ideologiyasından ona görə razılıqla bəhs etmək və onun müəlliflərini
alqışlamaq olar ki, onlar “küldən cüzə” yox, “cüzdən küllə “ inkişaf yolunu tərcih edərək daha real,
perspektivli yolu tərcih edirdilər.
Amma bununla belə Əli bəy Hüseynzadə ilə Cəlil Məmmədquluzadə öz ideyalarında daha
çox “kəmiyyətcə” fərqlənir, fikirlərinin, ideoloji əsaslarının daha çox miqyasına görə ayrılırdılar.
Ə.Hüseynzadə ayrıca Azərbaycan milləti və dövləti deyil, böyük miqyaslı bütün türk xalqlarını
əhatə edən və onları birləşdirən Turan dövləti barədə düşünürdü. Dövrünün mötəbər
məfkurəçilərindən olan Azərbaycançı ədib Cəlil Məmmədquluzadə isə “soyköklərdəki birliyini,
qohumluğu inkar etməmək şərtilə konkret tarixi-coğrafi məkanda yerləşən Azərbaycan
türkçülüyünü müdafiə və təsdiq edirdi” (İ.Həbibbəyli). “Vətənin nicat yollarını aramaqda və
mənsub olduqları millətə xidmət etməkdə hər iki sənətkarın” baxışları eyni idi... Mirzə Cəlil böyük,
vahid və müstəqil Azərbaycanın Məcnunu, Əli bəy isə Turançılığın ideoloqu idi” (İ.Həbibbəyli).
Rasim Heydərov, fil.ü.f.d., dos.
AMEA Nəsimi adına Dilçilik İnstitutu, Monitrinq şöbəsinin aparıcı elmi işçisi
dr.rasimheydarov@mail.ru
DİALEKT FONETİKASININ TƏDQİQ TARİXİ
Dialektologiya dilçilik, tarix, etnoqrafiya, coğrafiya və digər elm sahələri ilə sıx bağlıdır.
Dialektoloji araşdırmalarda biz xalqın tarixi, etnoqrafiyası, mədəniyyəti ilə tanış ola bilirik.
Dialektoloji materiallar eyni zamanda, tədqiq olunan ərazidə qədimdə yaşayan xalqların dil
xüsusiyyətlərinin bu günümüzə qədər gəlib çatmasında müstəsna rol oynayır. Məsələn, türk
dillərində əvvələr geniş işlənən, M.Kaşğaridən üzü bəri bir sıra tədqiqatçıların qeyd etdiyi η (sağır
nun) səsi indi də Azərbaycan dilinin qərb qrupu şivələrində geniş şəkildə işlənməkdədir. Bu barədə
danışarkən M.Şirəliyev yazır: “η – dilarxası sonorlu cingiltili səsdir. Bu səsə sağır “nun”, ya da
velyar n” deyilir. η səsi dilin arxa tərəfinin arxa damağa yaxınlaşması ilə deyilir.
Bildiyimiz üzrə, η səsinin qədim şəkli qovuşuq nq, ng, nğ olmuşdur ki, bunu turk dillərinə
aid qədim abidələrdə, klassiklərimizdə və dialektlərimizdə görə bilərik. M.Kaşğaridə: tanğa (I, 20-
16), sanğa (I, 391-18), sonğuk “son” (III, 107-19), tenğri “tanrı” (I, 53-2), tenğiz (II, 45-27),
A.Bakıxanovda: onga – ... Ağanın vəsfindən bəyan etməkdən madər mehribanın dəxi onga təəşüq
yetiri ola (A.Bakıxanov, “Kitabi-Əsgəriyyə”), M.F.Axundovda: yengicə – ... əhli İran hələ yengicə
iməkləmək başlayır; yengi dünya (M.F.Axundov, “Əsərləri”, III cild, s.164); songra – neçə vaxtdan
songra... (Kazım bəy, “Dərbəndnamə”, s.248), sonqra (Q.), donquz (Muğ., Şə.), donqardonar (Şə.)
və s. Daha sonralar qovuşuq η səsi get-gedə öz hissələrinə parçalanmış, bir qrup dialektlərdə bu
səsin n ünsürünə, başqa bir qrup dialektlərdə isə q, ğ, g ünsürünə üstünlük verilmişdir. ğ
səsininyumşalmasınəticəsində onun yerində bəzi dialekt və şivələrdə y səsi meydana gəlmiş, bəzi
dialekt və şivələrdə də ğ səsi v səsi ilə əvəzlənmişdir” (1, s.72). Göründüyü kimi, η (sağır nun) səsi
I Türkoloji Qurultayın 90 illiyinə həsr olunmuş beynəlxalq konfrans:
TÜRKOLOJİ ELMİ-MƏDƏNİ HƏRƏKATDA ORTAQ DƏYƏRLƏR VƏ YENİ ÇAĞIRIŞLAR (II hissə)
112
tarixən dilimizdə olmuş, hazırda isə ədəbi dilimizdə işlənməsə də Azərbaycan dilinin dialektlərində
hələ də işlənməkdədir. Deməli, biz dialektləri öyrənməklə dilin tarixi fonetikasını da öyrənir, eyni
zamanda bu ərazilərdə tarixən baş verən prosesləri izləyə bilirik. Dialekt tədqiqatlarının
aparılmasında dilçilikdə nisbətən cavan sahələrdən olan “dilçilik coğrafiyası” və “areal dilçilik”
metodlarından geniş istifadə olunur. Bu metodlar son dövrlər dilçilikdə geniş istifadə olunmağa
başlanmışdır. “Dilçilik coğrafiyası dil hadisələrinin yayılma sərhədlərini öyrənən elmdir; daha
doğrusu, dilçilik coğrafiyası ümumi mənada dil (istər yazılı, istərsə şifahi) hadisələrini deyil, onların
coğrafi yayılmasını öyrənir. Buna görə də dilçilik coğrafiyasına belə bir tərif verə bilərik: xalq
ləhcələrinin kartoqrafik tədqiqi ilə məşğul olan dilçilik sahəsinə dilçilik coğrafiyası deyilir. Dilçilik
coğrafiyası dialektlərlə məşğul olduğu üçün bəzi mütəxəssislər onu dialekt coğrafiyası da
adlandırırlar. Göründüyü kimi, dilçilik coğrafiyasının əsas vəzifəsi dil hadisələrinin məkanca
yerləşməsini öyrənmək və bunlardan hasil olan, təzahür edən problemləri həll etməkdir” (2, s.296).
Dialekt fonetikasının tədqiqi tarixi təxminən dialekt və şivə materiallarının toplanması və
öyrənilməsi tarixi ilə üst-üstə düşür. İlk fonetik tədqiqatların özü də məhz dialekt fərqləri ilə bağlı
yaranmışdır. Azərbaycan dialektlərinin tədqiqinə isə XVIII əsrin ikinci yarısından başlanmışdır. Bu
sahədə hələlik ilk tədqiqatçı alman İ.A.Güldenşted hesab olunur. O, 1770-ci ildə Qafqazda olarkən
türkdilli xalqların dillərinə aid zəngin material toplamış və Berlinə qayıtdıqdan sonra “Материалы
по азербайджанскому, ногайскому, кумыкскому, тереkeменскому (трухменскому) языкам и
первая классификация кавказских языков” (Berlin, 1973) monoqrafiyasını çap etdirmişdir.
Ümumiyyətlə, həmin dövrdə Qafqazda Azərbaycan dilinin ümumi ünsiyyət vasitəsi olması barədə
xeyli məlumat vardır. Bu mənada hələ o zaman Azərbaycan dilinin dialektlərinə marağın olması
təsadüfi deyildir. Türk dillərinin fonetik tədqiqatlarından danışarkən isə, heç şübhəsiz,
Dostları ilə paylaş: |