Bunlar mətnin ümumi vəziyyətindən, yaxud ifadə vasitəsinin daxilində olan incə çalarlıqdır. Bunlar
nitqə ifadəlilik keyfiyyəti vermir, ifadəlilik keyfiyyətinin təzahür formasıdır... (3,18).
Ekspressivlik (ifadəlilik) dilin əsas funksiyalarından biridir. Ekspressiv funksiya dilin
semasioloji mahiyyətinin mühüm komponentlərindən – praqmatik və konnotativ aspektləri əsasında
qurulur. Ekspressivliyin ifadə vasitələri çoxdur və müxtəlif səviyyələrdədir. Kommunikativ müna-
sibətlər leksik-ekspressivv vasitələrlə yaranır, üslubi cəhətdən neytal leksika ilə qarşı-qarıya durur.
İ.Əfəndiyevin əsərlərinin dil və üslubunun gücü, hər şeydən əvvəl, onun dramaturgiyasında
aydın şəkildə hiss edilir. Dramaturqun dramlarının ekspressiv əlamətləri , ümumən, emosional
vasitələr İ.Əfəndiyevin dram dilinin estetikasının məxsusi əlamətlərindəndir. İ.Əfəndiyevin
istedadlı bir dramaturq kimi insan qəlbinə və mənəviyyatına nüfuz qabiliyyəti, personajların
təbiətini və psixologiyasını incəliklərilə araşdırma məharəti «Sən həmişə mənimləsən» pyesində
daha parlaq şəkildə özünü göstərir. Nargilə ilə Həsənzadənin canlı emosional xarakterlər
səviyyəsinə qalxmasının sirrini də burada axtarmaq lazımdır. Daxili zənginliyə malik iki həssas
obrazın hiss və həyəcanları, həyata və insanlara baxışı incə psixoloji çalarlarla açılır.
İ.Əfəndiyevin bədii dilinə məxsus emosionallıq, dərin psixologizm, incə lirizm, yerinə görə,
ideya-estetik məqsəd və tələbə uyğun publisist kəskinlik mühüm, səciyyəvi əlamətlər kimi
dramaturgiyasında da özünü qabarıq şəkildə göstərmişdir.
Ümumən, emosional-ekspressiv sözlərdən personajların nitqini xarakterizə etmək məqsədilə
I Türkoloji Qurultayın 90 illiyinə həsr olunmuş beynəlxalq konfrans:
TÜRKOLOJİ ELMİ-MƏDƏNİ HƏRƏKATDA ORTAQ DƏYƏRLƏR VƏ YENİ ÇAĞIRIŞLAR (II hissə)
77
istifadə edir. Dram dilində belə söz qruplarının bir neçə formasına rast gəlmək olur:
1. Əzizləyici sözlərin həm cüttərəfli, həm də təktərəfli birləşmələr forması: əzizim, mənim
əzizim mehribanım, ümidim, mələyim və s.
2. Kiçiltmə bildirənlər: qızcığaz
3. Müəyyən etinasızlıq, laqeydlik, nifrət bildirmək üçün işlədilənlər: çərənçi, bambılı və s.
4. Təhqir və söyüş bildirənlər: dələduz, axmaq və s. Bunlara personajların nitqində təsadüf
olunur.
Bəllidir ki, dilin müxtəlif funksiyaları mövcuddur. Bunlardan biri kommunikativ funksiya –
ünsiyyət əlaqəsi, digəri isə ekspressiv funksiya – dilin ifadə gücü. Dilin estetikasından,
gözəlliyindən söhbət gedərkən, şübhəsiz, yanaşma obyekti olaraq, ilk öncə, bədii dil və üslub əsas
götürülür.
Dram janrı, hər şeydən öncə, təfəkkürün müəyyən qəliblərə salınmış ifadə tərzidir. Dram dili
deyərkən onun sadə və aydınlığı, xəlqiliyi, yığcam və bitkinlik, ahəngdarlıq və obrazlılıq kimi
keyfiyyətləri nəzərdə tutulur.
İ.Əfəndiyev dramaturgiyasının estetikası, ekspressivliyi, bilavasitə onun xalqın taleyinə
münasibəti mövzusunu bütövlükdə yaradıcılığı üçün leytmotivə çevirməsindədir. Onun çoxsaylı
dramlarının dilində işlətdiyi sözlər və canlı ifadələr elə diqqətlə və düşünülmüş zərgər dəqiqliyi ilə
seçilmişdir ki, bunlar obraz və personajların yalnız fərdi keyfiyyətlərini deyil, həmçinin də onların
təmsil etdiyi ictimai təbəqənin bir sıra tipik əlamətlərini professional səviyyədə ümumiləşdirir. Ədib
tiplərin meşşan təbiətini bu sözlərdən istifadə edərək müəyyənləşdirir.
Məlumdur ki, Azərbaycan dilinin ekspressiv leksikasının özünəməxsus xarakteri və
tipologiyası, eləcə də digər leksik fonddan fərqli sərhədləri vardır. Ekspressiv leksikanın
yarımsistemləri emosionallıq, qiymətvermə, intensivlik və obrazlılıqdır.
Dram dilindəki ekspressiv anı N.Abbasova bu cür xarakterizə edir: «Azərbaycan xalq dilinə
məxsus olan emosional leksikada hissilik, təsirlilik, həm də hamı üçün eyni dərəcədə anlaşıqlı
olmaq və ifadə etdiyi hissi incəliyi ilə duydurmaq xasiyyəti vardır. Bu da belə sözlərin ümumxalq
xarakterli olmasından irəli gəlir. Xalq dilinin emosional sözlərinin bədii-üslubi funksiyası
intensivləşir. Emosional sözlər bədii dilin təbiilik koloritini artırır, hisslərin aydın ifadəsini mümkün
edir» (4,18).
İ.Əfəndiyevin dram dilinin funksional-semantik metodla kontekstual-situativ təhlili göstərir
ki, o, surət və obrazların dilində bu altsisemlərin hər birindən uğurla istifadə etmişdir.
Emosionallıq və ekspressivlik dramaturqun sözdən istifadə ustalığını göstərir. Çünki bu
əlamətlər sözün daxili formasına hopub; sözlərin mənalarının keçidi prosesi bu vasitələrin
aydınlaşdırılması üçün stimul rolunu oynayır.
İ.Əfəndiyevin dram dilində ekspressiv sözlərdən təpişdirmək\tıxmaq «yemək» mənasında,
simic (xəsis mənasında), gillətmək (içmək mənasında) işlənmişdir.
Emosional qiymətvermə dram dilinin personajlarının xarakterinin, münasibətlərinin
açılmasına xeyli kömək edir. Personajların nitqində emosionallıq balası, qadası, xalası, nənəsi,
atam, bacım, anacığım, dədəciyim və s. əzizləmə bildirən vokativ sözlər vasitəsilə gücləndirilir.
Dramların dilində əclaf, namərd, alçaq, idiot və s. sözlər də emosional qiymətvermə ölçüləri
kimi diqqəti çəkir.
Söyüş xarakterli söz və ifadələr: donuz oğlu, heyvan qızı, köpək uşağı, it balası, əclaf qızı
əclaf, gədənin biri gədə və s. kəlmələr emosional dəyərvermə baxımından ciddi situasiyalarda
işlənir.
Dramların dil xüsusiyyətləri göstərir ki, obrazlara qiymətvermədə aksiloji modallıq aparıcı rol
oynayır. Bu, qiymətin müsbət və mənfi qütbü ilə bağlıdır. Dramların personajları mənfi və müsbət
xasiyyətə malik olur ki, burada da bir surət o birinə lazım olan qiyməti verir. Beləliklə,
qiymətvermənin xarakteri müsbət-mənfi istiqamətində sıralana bilir.
Dilimizdə ekspressivliyin leksik yolla ifadəsində intensivlik mühüm rola malikdir. İntensivlik
dram dilinin replikalarında real fəaliyyətlə, insan münasibətləri ilə bağlı meydana çıxır. Ekspresiv
sözlərdə intensivlik real hadisələrin icrasında prosesin yüksək dərəcəsi ilə ifadə olunur. Dinamik
hərəkətlər intensiv vəziyyəti yaradır. Məs.: çox maymaq, çox hüşsuz, xəsis (ifrat dərəcədə qənaətçil,
I Türkoloji Qurultayın 90 illiyinə həsr olunmuş beynəlxalq konfrans:
TÜRKOLOJİ ELMİ-MƏDƏNİ HƏRƏKATDA ORTAQ DƏYƏRLƏR VƏ YENİ ÇAĞIRIŞLAR (II hissə)
78
pulgir (pulu həddən artıq sevən) və s.
Dramların dilində qoşa sözlər intensivliyi xarakterizə edir: çən-duman, səs-küy, dikbaş, salam-
əleyküm, kütbeyin.
Obrazlılıq ekspressivliyi doğuran əsas vastlərdəndir. “Bədiilik çox zaman görmə və eşitmə ilə
əlaqədar (audiovizual) təsəvvürlərlə bağlıdır ki, bu təsəvvürlər əlamətli məfhumlarla assosiasiya
edilir və bu məfhumları simvollaşdırır. Bədii təsəvvürlər öz təbiətinə görə psixiki hadisədir. Eyni
zamanda, sözlü surət sözün məna strukturuna daxil olmuş sosiumun təsəvvürüdür. İnsanı
səciyyələndirən ekspressiv leksik vahidlər arasında bədii ifadələr, adətən, zahiri əlamətləri və
şəxsin (şəxsiyyətin) xüsusiyyətlərini əks etdirir (5,14-15). Məs.: acıdil, həlləm-qəlləm, hədərən-
pətərən, xıncım-xıncım, pərən-pərən və s. obrazlı sözlərdir.
Həyat materialını dərindən və hərtərəfli öyrənmiş yazıçı meşşanlığın, xüsusi mülkiyyətçilik
ehtirasının, mənəvi qadağanlara laqeydliyin törətdiyi acınacaqlı nəticələri ictimai planda
göstərməklə yanaşı, bu mənfi keyfiyyətlərin şəxsiyyti alçaldıb onu həqiqi xoşbəxtlikdən məhrum
etdiyini də son dərəcə inandırıcı, emosional vasitələrlə əks etdirə bilmişdir.
N.Abbasova C.Cabbarlının dram dilindəki emosional sözlərə toxunaraq yazır: «Emosional
sözlər müxtəlif dramaturji funksiyalarda istifadə olunur. Gərgin vəziyyət və hərəkətlərin, dəqiq və
örtülü münaqişələrin, qəhrəmanların adi münasibətlərində, dünyanın daxili xarakteristikasında,
kolliziyaların toqquş-masında və s. emosional sözlər işlədilir» (4, 9).
Emosionallığın güclənməsi dramın təsir qüvvəsini artıran əlamətlərdən biri kimi «Atayevlər
ailəsi»ndə çox əhəmiyyətlidir.
«Həyatın hər üzünü, xarakterlərin təqdir olunan və pislənən cəhətlərini adi sözlərlə, üslubi
yükdən məhrum heç bir emosiya və ekspressiya yaratmayan, söz, ifadə və birləşmələrlə göstərmək,
bütün genişliyi ilə təsvir etmək mümkün deyildir. Yazıçı istər-stəməz işlək sözlərdən kənara
çıxmalı, emosional-ekspressiv sözləri bədii əsərə cəlb etməli olur və onlardan daha çox istifadə
etməyə çalışır. İ.Əfəndiyev öz yaradıcılıq ənənəsinə əməl edərək, danışıq dilində işlək olan yüksək
emosiya və ekspressiya bildirən ayrı-ayrı söz qruplarını digər bədii əsərlərində olduğu kimi dram-
larında da cəmləşdirə bilmişdir. Yazıçının əsərlərində səmimi münasibət, qayğı, nəvaziş, öyüd-
nəsihət, ərk, qəzəb, hiddət, nifrət, təhqir, söyüş, qarğış və başqa məzmunlu üslubi çalarla,
məziyyətlər yaradan emosional-ekspressiv leksika müsbət emosiya və mənfi emosiya yaradan
sözlər kimi iki yerə bölünür» (6, 76).
Dialoqlarda emosional-ekspressiv leksika yalnız yerinə görə, mövzuya uyğun seçilib işlənmiş,
əksər hallarda müəllifin (burada onun qəhrəmanlarının hissləri, dünyagörüşləri, davranışları,
münasibətləri və s. nəzərdə tutulur) nəzərdə tutduğu məqsədə yönəldilmişdir.
Müsbət və ya mənfi məzmun ifadə edən emosional sözlər istər yaşlı nəslin nitqində, istərsə də
gənclərin danışığında verilərkən ölçü hissi unudulmur, yerinə görə böyük, ağsaqqal, lazım gələndə
hirsli, qəzəbli təsvir edildiyi kimi, onlar qayğıkeş, səmimi, mehriban, tədbirli, alicənab, ailəcanlı, el
qədrini bilən kimi də təqdim edilir.
Müsbət emosiyalı sözlər üslubi çalarlar yaradır:
1) dialoqun həmsöhbətlərindən biri o birinə öz hörmət hissini, ona olan ehtiramını,
səmimiyyətini ifadə edir: başına dönüm, qadasın aldığım və s.
2) həmsöhbətini inandırmaq, ifadə etdiyi fikrin həqiqiliyini sübut etmək üçün.
3) etiraz, öyüd-nəsihət, danlaq məzmunlu söhbətlərdə. Məs.: adam oğlusan, yekə qızsan və s.
4) səmimi müraciət, nəvaziş, yalvarış, yaxınlıq ifadə edənlər: bacıqızı, mənim əzizim, canım,
aman gündür, balam, amanın bir günüdür, sən allah, ay başına dönüm, mənim iki gözüm və s.
5) inandırma, alqış, xoş arzu, qayğı, söhbətə başlama, mətləbə keçmə üçün şərait, məqam
hazırlama, hörmət, müsahibini yüksək qiymətləndirə və s. bildirənlər: allah eləməsin, allah
göstərməsin və s.
6) təəccüb, heyrət, təəssüf, təsəlli, etiraz, öyüd-nəsihət və s. məzmun və çalar bildirənlər: ay
evi tikilmişin qızı, bir insafın olsun və s.
7) mənfi emosiya yaradan dil vahidlərindən istifadə bədii əsərlərdə yeri gəldikcə
eybəcərlikləri, hətta müsbət qəhrəmanının özündəki sığalsız cizgiləri, keyfiyyətləri də əks etdirir,
onlara yazıçı münasibətini ifadə edir.
I Türkoloji Qurultayın 90 illiyinə həsr olunmuş beynəlxalq konfrans:
TÜRKOLOJİ ELMİ-MƏDƏNİ HƏRƏKATDA ORTAQ DƏYƏRLƏR VƏ YENİ ÇAĞIRIŞLAR (II hissə)
79
8) mənfi məzmunlu sözlər surətlərin mənəviyyatını, daxili aləmini, dünyabaxışını, özünə olan
tələbkarlığını aşkara çıxarır. Mənfi emosiya, ekspressiyaya nail olmaq üçün danışıqda, xalq dilində
kəlməbaşı qarğış, nifrət, hiddət və başqa mənaları bildirmək məqsədilə deyilən söz, ifadə və
birləşmələr: belləri qırılmış, başı batmış, yiyəsi ölmüş və s. (6, 89).
Davud – ilahi! Mələk xanım, Mila! Mən o mavi göylərə sizsiz uçmaq istəmirəm (7, 184);
Həbib - Biz ki, o barədə xəyallarımıza ucsuz-bucaqsız meydan vermişik (7, 72).
Yazıçı «Atayevlər ailəsi»ndə bitkin ekspessiv dialoqlar yaratmışdır. O, dialoqda tez-tez söz, cümlə
əvəzinə jest və hərəkətkərdən istifadə etmişdir: Reyhan (zarafatyana)- Yoxsa, bir adama vurulub
eləmisən? Mehrican «yox» mənasında başını tərpədir (7, 8).
Güclü müasirlik duyğusu, yaradıcılıqda müasir bədii təsvir və ifadə vasitələri, ədəbi prosesə
sabahın gözü ilə baxmaq İ.Əfəndiyevi bir yazıçı kimi çoxlarından fərqləndirən cəhətlərdəndir.
ƏDƏBIYYAT
1. Seyidov Y. İlyas Əfəndiyev. Azərbaycan Dövlət Nəşriyyatı. Bakı,1975
2. Elçin. “Uçan naməlum obyektlərə sözü qaldı…”- Yaddaşın boy çiçəyi. Bakı,”Qərənfil”
nəşriyyatı, 2006
3. Azərbaycan bədii dilinin üslubiyyatı (oçerklər). Bakı, Elm, 1970
4. Abbasova N. C.Cabbarlı pyeslərinin leksikası. Fil.elm.dokt.diss.avtoreferatı. Bakı, 1974
5. Джалилова Т.А. Экспрессивность в азербайджанском языке и лексические средства
ее выражения. АКД, Баку, 1992
6. Salahova A. İlyas Əfəndiyev yaradıcılığının poetikası. Bakı, Yazıçı, 1984
7. Əfəndiyev İ. Bizim qəribə taleyimiz. Pyeslər, xatirələr, roman. Bakı, Yazıçı, 1989
Namazova F.K.
SUMMARY
Expressive-emotional Vocabulary in Ilyas Efendiyev s Dramaturgy
The expressive-emotional vocabulary of the artistic words in I.Efendiyev s dramaturgy varies
with their specifications. In this article it is noted that the dialogues which are formed with the help of
artistic words not only are used to describe the life, but also reveals the secret, potential, emotional
thoughts.
Key words: expressive-emotional vocabulary, semantic functionality dramatic works,
literary language
Gülnarə Əliyeva-Koşkun, fil.ü.f.d.
Bakı Slavyan Universiteti
gulnara.fakhraddin@gmail.com
Tatarca-rusca və rusca-tatarca ikidilli lüğətlər
Müstəqil elm sahəsi olub dilçiliyin leksikologiya, semantika, etimologiya, fonologiya,
frazeologiya və s. kimi sahələri ilə sıx bağlı olan leksikoqrafiya bəzən həmin sahələrdə aparılan
araşdırmaların nəticələrinə söykənsə də, çox vaxt bir sıra problemlərin həllində onları
qabaqlamışdır. Bunu ensiklopedik və ya izahlı lüğətlərdə daha aydın müşahidə etmək olar. Bununla
da, leksikoqrafiya tədricən formalaşmış, digər dilçilik sahələri ilə bərabərhüquqlu olmaqla
müstəqillik əldə etmiş və dilçilik elminin mühüm sahəsinə çevrilmişdir. Türk lüğətçiliyi “Divani
lüğət-it türk”dən başlamış bu günə kimi yaradılmış dəyərli və fundamental türkdilli lüğətlərin elmi-
nəzəri tədqiqi və təhlili fonunda 1000 illik şərəfli yol keçmişdir. Ayrı-ayrı lüğətçilik əsərlərində
lüğətlərin tipologiyasının müəyyələşdirilməsi, leksikoqrafların apardığı tədqiqatların
I Türkoloji Qurultayın 90 illiyinə həsr olunmuş beynəlxalq konfrans:
TÜRKOLOJİ ELMİ-MƏDƏNİ HƏRƏKATDA ORTAQ DƏYƏRLƏR VƏ YENİ ÇAĞIRIŞLAR (II hissə)
80
işıqlandırılmasına ehtiyacın olması bu gün də bu mövzunun aktuallığına zəmin yaradır. Türk
lüğətçiliyi tarixində tatar lüğətçiliyi zəngin və tarixi cəhətdən əhəmiyyətli yer tutur. Xüsusilə
tatarca-rusca və rusca-tatarca lüğətlərin yaranaması qədim ənənənyə söykənir. Təbii ki, əsrlər boyu
yaxın olan rus və tatar xalqlarının sosial-iqtisadi və ədəbi- mədəni əlaqələrini də nəzərə alsaq, bu
dillərdə tərcümə lüğətlərinin yaranması labüd idi. Tatar dilində ikidilli lüğətlərin hazırlanması
əvvəlki əslərdən başlansa da, geniş vüsət alması XIX əsrə təsadüf edir. Həmin dövrdə hazrılanan
lüğətlərin böyük əksəriyyətini tatarca-rusca və rusca-tatarca lüğətlər təşkil edirdi. Bu lüğətlərin
hazırlanmasında əsas məqsəd tatar olmayan (xüsusilə rusdilli) xalqlara tatar dilini öyrətmək idi.
Məhz bu səbəbdən A.A.Troyanski, L.Z.Budaqov, S.Kuklyaşev, N.Ostroumov, A.Voskresenskiy,
Q.Nasıri, M.Yunusov, S.M.Qəniyev, N.F.Katanov, İ.P.Berezgin, R.Qazizov və digər alimlərin
yadıcılığına nəzər salmaqla, onların tərtib etdikləri tatarca-rusca və rusca-tatarca lüğətləri, türkoloji
lüğətçiliyin inkişafında göstərdikləri xidmətlər, bu lüğətlərin yaradılmasını şərtləndirən cəhətlər,
hansı səbəbdən türkoloji lüğətçiliyin nəzəri əsaslarının rus lüğətçiliyinə meyilləndirilməsi amilləri
araşdırılacaqdır. Eyni zamanda, yazımızda tatarca-rusca və rusca-tatarca türk lüğətlərinin analizi, bu
leksikoqafik abidələrin müəllifləri haqqında məlumat veriləcək, həmin lüğətlərin yaranma tarixi və
strukturu analiz ediləcəkdir.
Г.Н. Ягафарова
Федеральное государственное бюджетное учреждение науки Институт истории,
языка и литературы Уфимского научного центра Российской академии наук.
Старший научный сотрудник
rishrinat@mail.ru
СОВРЕМЕННАЯ ТЮРКСКАЯ ЛЕКСИКОГРАФИЯ: НОВЫЕ ТЕНДЕНЦИИ И
ПЕРСПЕКТИВЫ РАЗВИТИЯ
История тюркской лексикографии очень древняя, насчитывает более 10 веков. Для
письменности как таковой – это очень большой промежуток времени, в течение которого
сменялись, перемешивались, передвигались народы и племена, но и успевали появляться
новые. Однако связующим звеном для всех тюркских народов остается их язык, древность
которого подтверждается как дописьменными источниками, как письменными источниками
соседних народов и путешественников, так и собственными письменными памятниками.
О языковой общности тюркских народов мы судим в том числе и по имеющимся
словарям, которые за все время своего существования претерпели ряд существенных
изменений.
В данной статье мы хотим остановиться на синхронной характеристике тюркской
лексикографии, на общих тенденциях, появившихся в современной лексикографии, на общих
принципах составления тюркских словарей, а также на некоторых отдельных вопросах,
присущих частным тюркским лексикографиям, в данном случае на примере башкирской
лексикографии.
В последнее время тюркская лексикография переживает период небывалого расцвета.
В каждом тюркском языке появляется множество новых словарей, каждый из которых
вносит свой весомый вклад в дело своевременной фиксации разнообразного языкового
материала. Помимо существующих традиционных словарей, к коим относятся одноязычные
толковые, двуязычные переводные, учебные, этимологические, семасиологические,
фразеологические и др., тюркская лексикография в последнее время обогатилась новыми
типами словарей: словообразовательными, тематическими, идеографическими,
когнитивными. Новшества в деле составления тюркских словарей касаются как структуры,
так и состава, словников словарей.
В современном мире мы становимся свидетелями очень глубоких перемен в
гуманитарных науках. Расширяются границы их изучения, полностью обновляется методика
I Türkoloji Qurultayın 90 illiyinə həsr olunmuş beynəlxalq konfrans:
TÜRKOLOJİ ELMİ-MƏDƏNİ HƏRƏKATDA ORTAQ DƏYƏRLƏR VƏ YENİ ÇAĞIRIŞLAR (II hissə)
81
исследования, совершенствуется методология, меняется сам подход к определению статуса
гуманитарной науки, в том числе филологической науки.
Все это характерно и для лексикографии.
Лексикографические издания последних лет все больше обращаются к привлечению
большего числа языков, что дает возможность лингвистике проводить более обширные
сопоставительные исследования на базе представительного количества языков.
Как отмечают Абрамова Н.Н. и Глобус Е.И., «в современном мире, охваченном
глобализацией и интеграцией стран и народов, возрастает роль многоязычных словарей. К
примеру, расширение ЕС - это не только политическая и экономическая проблемы, но и
лингвистическая проблема. Сегодня в ЕС говорят на 20 официальных языках, относящимся к
разным языковым семьям: германским, романским, славянским, угро- финским. В рамках ЕС
ведется разработка многоязычных словарей, которые будут помогать в общении. Однако
роль многоязычных словарей не исчерпывается функцией перевода. Они применяются для
обучения языкам, унификации терминологии в различных областях науки и технологий,
поиска информации в иноязычных базах данных по запросам на родном языке (так
называемый кросс-языковой поиск). В последние годы в связи с бурным развитием
интернет-технологий актуальность многоязычной лексикографии резко возрастает»
[Абрамова, Глобус, с. 19]. Таким образом, современная лексикография все больше
становится полиязычной, что полностью соответствует глобальным социальным изменениям
в мире. Здесь особо следует отметить тот факт, что в словарях чаще всего сопоставляются
данные не родственных, а типологически отличных друг от друга языков. К примеру, в
настоящее время издается десятитомный толковый словарь башкирского языка, в котором
все значения переведены на русский язык, а все заглавные слова даются с переводом на
английский (как один из международных языков) и турецкий язык (как один из самых
распространенных тюркских языков) [Баш орт теленең академик һү леге...].
Однако современная реальность дает куда более широкие перспективы для
осуществления лексикографических наработок. Глобальная сеть открывает возможности для
размещения онлайн-словарей, предоставляет повсеместный доступ к лексикографическим
ресурсам, позволяет значительно увеличить и постоянно пополнять число сравниваемых
языков, не дожидаясь издания книги в бумажном формате. Тюркская лексикография также
значительно обогатилась с учетом данных достижений (об этом мы писали раньше, см.
[Ягафарова 2015]). К примеру, на сайте dic.academic.ru, на котором имеется возможность
взаимоперевода с более чем 100 языков, в 2015 году из тюркских языков были представлены
лишь словари азербайджанский, башкирский, казахский, киргизский, крымскотатарский,
татарский, тувинский, турецкий, узбекский. Ныне этот список значительно обогатился:
выложены словари по азербайджанскому, алтайскому, башкирскому, казахскому,
карачаевскому, крымскотатарскому, кумыкскому, татарскому, турецкому, туркменскому,
узбекскому, уйгурскому, урумскому, чувашскому, шорскому, якутскому языкам. С другой
стороны, доступность подобного языкового материала позволяет проводить сравнительные
исследования с привлечением данных представительного количества как родственных, так и
неродственных языков.
Но не только вширь, лексикография растет и вглубь. В лексикографических изданиях
последних лет практически полностью поменялась методика подачи материала. Так, в
словникинаряду с отдельными лексемами сейчас принято включать и сложные слова, что
Dostları ilə paylaş: |