139
2. Elcarı- Ağsu şivəsində “hamı” mənasındə işlənir.
Məsələn; - Qoyunun elcarı burda yatır günorta.
Bosdanın elcarın ot- alaf basıb.
Dialektlərdə işlənən elcarı sözü mürəkkəb sözdür: el və car // çar komponentlərindən
ibarətdir. Kaşğarinin lüğətində car sözü “ailə” mənasında işlənmişdir. Deməli, elcarı sözü iki ədəd
çoxluq bildirən sözdən təşkil olunmuşdur.
3. Ova – Qazax şivəsində tayfa- nəsil mənasını bildirir. Məsələn;
Ova ovanın itiyini bayatıynan gəzər.M. Kaşğaridə ova sözünün oba şəklində tayfa- nəsil
mənasında işləndiyini göstərmişdir. (2, 86)
4.Tirə- Laçın, Sabirabad. Quba və Qazax şivələrində tayfa- nəsil mənalarında işlənir. Məsələn;
Qaflan bizim tirədəndir, onun sizə qarışacağı yoxdu. (Quba)
Bu söz Kültigin və Moyun Çor abidələrində “toplamaq, yığmaq” mənalarında işlənmişdir. (4,
377).
5. Küyül-Qərb qrup dialekt və şivələrində “dəstə, yığnaq” mənasında işlənir.
Qədim “küyə” sözündən əmələ gəlmişdir. Küyə sözü M.Kaşğarinin lüğətində “böcək., dağınıq
həşərat” mənalarında işlənmişdir.
Məsələn; a) A:cın kölgəsində arı küyülü başıma üyüşdü// Ağacın kolgəsində arı sürüsü başıma
dolandı . (Tovuz)
b) Ayə, arı küyülünü görersənmi? // Ədə, arı dəstəsini görürsənmi? (Qazax)
Dilimizin dialektlərində bir qrup sözlər var ki, onlar cəmlik şıkilçisi qəbul etmədən də çoxluq
bildirir. Məsələn;
1.toğullux – qoyunlar
2.çəpişdix - keçilər
3.xadvar – 10 tona yaxın taxıl
4.zomar – 20-25 put ağırlığında qış üçün üyüdülmüş un
5.bərt – on dərz
6.cütqov- dörd ulduz
7.cütmən – dörd qoyun və s.
Cütmən sözü Gəncəbasar regionunda qoyunları sayarkən cütmən əkə şəklində “dörd ana
qoyun” mənasında işlədilir.
Qədim yazılı abidələrdə də müxtəlif sözlər vasitəsilə əşyaların topluluğu bildirilmişdir: alığ-
çox, xeyli; alku- hamı; bodun- xalq; bukun- xalq; kün- camaat; kara- camaat; ökür- sürü; oğuş,
uğuş-qəbilə; ulus- xalq; yemiş-hər cür meyvə; tümen- çox, büte- çox, xeyli və s.
Bu mülahizələrimiz, onları təsdiq edən nümunələr məqalənin əvvəlində söylədiyimiz
“Kəmiyyət kateqoriyası türk dillərində də ən qədim kateqoriyalardan biridir” fikrini isbat edir.. Bəzi
tədqiqatçıların fikrincə, qədim türklərin təfəkkür tərzi onlara təklik və cəmlik məfhumlarını bir-
birindən fərqləndirməyə imkan vermirdi”,- fikrinin döğru olmadığını isbat edir. Belə bir fikri
söyləməyə əsas verir ki, türklər tarix etibarı ilə qədim xalqdır, onların təfəkkürü də, mədəniyyəti də,
ədəbiyyatı da qədim tarixi inkişaf yolu keçmişdir və kəmiyyəti də. Keyfiyyəti də fərqləndirməyi
bacarmış, vasitələr tapmış, hər zaman inkişafda olmuşlar. Bunu türklərə məxsus yazılı abidələr, daş
kitabələr də təsdiq edir.
ƏDƏBIYYAT
1. Bayramov İ. Qərbi Azərbaycanın türk mənşəli toponimləri.B.Elm.2002. 696 səh. s.439
2.B. Atalay. “Divanü-luğat-it türk”.Ankara. 1941.
3. Qəribova Jalə. Azərbaycan dilində kəmiyyət kateqoriyasının ifadə üsulları.nam. dis. Bakı.
1994. 163 s.
4. Rəcəbov Ə. Məmmədov Y.Orxon-Yenisey abidələri. Bakı. 1993. 390 s.
5. Şirəliyev M. Azərbaycan dialektologiyasının əsasları. Bakı.1962
6. “Древнетюpkский словаръ”. Ленинград . 1969.
I Türkoloji Qurultayın 90 illiyinə həsr olunmuş beynəlxalq konfrans:
TÜRKOLOJİ ELMİ-MƏDƏNİ HƏRƏKATDA ORTAQ DƏYƏRLƏR VƏ YENİ ÇAĞIRIŞLAR (II hissə)
140
7. Брокелман С.Ostturkish Grammatik der islamischen literatursprachen Mittelasiens.
Ang/1954.
8.Рамстед Т.И.Введение в Алтайское языкознание.М.1957
9. Севортян Э.В. Этимологический словарь тюркских языков. М.1989
10. Щервак А.М. Очерки по сравнительной морфологии тюркских языков. Лен. 1977
11. Gronbech K. Der Turkische sprachbau 1c. Kopenhagen. 1936.
12. “Kitabi – Dədə Qorqud”. Bakı: Öndər. 2004
13. Xətai. Seçilmiş əsərləri. Bakı: Kitab klubu. 2014.
14. Nəsimi. Seçilmiş əsərləri. Bakı: Lider. 2004
15. Ergin M. Seçilmiş əsərləri. İstanbul: 1969
16. Q.Bürhanəddin. Seçilmiş əsərləri. Divanı. Bakı: Öndər. 2005
Gahramanova C.
SUMMARY
Quantity of Turkic linguistics
Turkish language is one of the most ancient groups of the category of quantity. Azerbaijan -
Turkish linguistics has been category of historically quantitative grammatical, lexical and
syntactic expression. The article basically talks about lexical and morphological indicators. alığ- a
lot of, alku- everybody,bodun-nation,bukun-people,kün-people,kara-people,uğuş-
clan, yemiş- all kind of fruits,tümen-a lot of,büte-a lot of and etc. Used as
examples of ancient written monument.
Key words: quantitiy, kvivantitiy, numeral, morfologic method,lexic method, sintactic
method and etc.
Fizuli Mustafayev,
fil.ü.f.d.
AMEA Nəsimi adına Dilçilik İnstitutu, Tətbiqi dilçilik şöbəsinin böyük elmi işçisi
AZƏRBAYCAN-TÜRK TELEVİZIYALARININ ELM, TƏHSIL, SƏHİYYƏ VƏ
MAARİFÇİLİK VERİLİŞLƏRİNİN DİLİ ƏDƏBİ DİL NORMALARI HÜDUDLARINDA
Əslində dil normaları, onun variantları dilçilikdə diqqəti ayrıca cəlb edən problem
məsələlərdən biridir. Bu gün ziyalılar arasında, o cümlədən, telejurnalistikada bir çox mübahisəli
məqamlar elə bu zəmində, yəni məsələnin dilçiliyin özündə də hələ mübahisəli olması zəminində
baş verir. Afat Qurbanov yazır ki, müasir dilçilikdə dil normasını müəyyən edən rəsmi ölçü
vahidi yoxdur. Həm də bu elmdə norma meyarları haqqında anlayışlar hələ əsaslı formada
dəqiqləşdirilməmişdir. Tədqiqatçılar arasında müxtəlif fikir və mülahizələr mövcuddur. Meyarla
bağlı irəli sürülmüş prinsiplər bir-birindən ciddi şəkildə fərqlənir. Lakin bununla belə, artıq
nəinki mütəxəssislər – linqvistlər arasında, o cümlədən, ümumi dil təcrübəsində müəyyən ümumi
universal meyarlar təşəkkül tapmışdır ki, onları nəzərə almaq və onlara əməl etmək bir vəzifə
kimi qarşıda durmalıdır. Çünki “Ədəbi norma dil sisteminin kollektiv realizasiyalarının hər hansı
bir məcmusudur ki, cəmiyyətin inkişafının müəyyən bir mərhələsində cəmiyyət tərəfindən qəbul
edilir və onun tərəfindən düzgün və nümunəvi kollektiv realizasiyalar kimi başa düşülür”.
Göründüyü kimi, burada, yəni normanın seçilməsi, sabitlyi və tətbiqi üçün cəmiyyət və daha
geniş mənada milli məqbulluq əsas şərtlərdəndir. Norma ixtiyari, təsadüfi və subyektiv amil
deyildir. “Tarixi planda normaların sabitliyi və davamlığı cəmiyyətə xidmət edən kommunikativ
vasitələrin zəruriliyi və vərəsəliyi ilə müəyyən edilir”. Bu mülahizələr TV verilişlərinin dilində
I Türkoloji Qurultayın 90 illiyinə həsr olunmuş beynəlxalq konfrans:
TÜRKOLOJİ ELMİ-MƏDƏNİ HƏRƏKATDA ORTAQ DƏYƏRLƏR VƏ YENİ ÇAĞIRIŞLAR (II hissə)
141
ədəbi dili bir norma səviyyəsində qəbul etməyin, onun yuxarıda xatırlatdığımız meyarlarını
gözləməyin vacibliyini bir daha yada salmış olur. Güclü təbliğat, təşviqat vasitəsi kimi özünün
öyrətmə, mənimsətmə və maarifləndirmə imkanlarına görə elm, təhsil, səhiyyə və maarifçilik
verilişlərinin dili bu baxımdan, xüsusilə nümunəvi bir dil olmalıdır.
Müasir Azərbaycan ədəbi dil normalarının müəyyənləşdirilməsində əsasən dörd meyar
təklif olunur: a) təbiilik, b) işləklik, c) sabitlik, ç) zərurilik. Tür ədəbi dil normalarında da bu
ideyalar, çox hallarda əsas götürülür. Ayrı-ayrı türk radio və televiziya kanallarında hazırlanan
“Filmin ən gözəl səhnəsi”, “İyi fikir”, “15 temmus qəhrəmanları” adlı veriliş və proqramlarda
sözü gedən meyarların şahidi oluruq. Buradan çıxan nəticə odur ki, ETSM-in aparıcıları və
redaktorlar da hazırladıqları verilişlərdə öz dil-nitq mətninə məhz bu baxımdan nəzarət etməyi
bacarmalıdırlar. Başqa sözlə desək, tamaşaçı – dinləyiciyə müraciət edən, ona hər hansı bir
məlumatı, mövzunu, informasiyanı, bilgi və dəyəri aşılamaq istəyən jurnalist mütləq öz dil və
nitqini bu suallar sınağından keçirməyi özünə borc bilməlidir: mənim nitqim ümumi ədəbi dilin
ruhuna yad deyildir ki? O Azərbaycanın hər bir regionunda başa düşülürmü? Təsadüfi,
gəlişigözəl səciyyə daşımır ki? Məsələn, məlum olduğu kimi, dilimizdə nə və ma, mə ünsürləri,
adətən, inkar əlaməti kimi çıxış edir. Və əgər onlardan biri cümlə daxilində işlənirsə, ikinci
elementin işlənməsi sadəcə olaraq, məqbul sayılmır. Halbuki ETSM-in aparıcıları və
telejurnalistlər “Təhsil və tərəqqi”, “Bağçılıq”, “Zəka nuru”, “Ekologiya və həyat”, “Daş nağılı”,
“Vernisaj”, “Sərbəst söhbət”, “Maraq dünyası”, “Çələng”, “Nurdan damlalar” və digər
verilişlərin redaktor-rejissorları bu cür səhvlərə tez-tez yol verirlər. Məsələn, nə biz bir hökm
vermirik, nə o bir qərara gəlmir. Və ya nə müəllimin dediyinə əməl etmir, nə də inşanı düz
yazmır...
Sözün bu mənasında həm türk, həm də Azərbaycan telejurnalistlərinə bir kömək kimi
mövzunun aktuallığı baxımından yuxarıda xatırlanan meyarlar üzərində qısa da olsa dayanmağa
ehtiyac vardır:
Təbiilik: Təbiilik, hər şeydən əvvəl, mahiyyət faktorudur. Təklif edilən normanın milli
dilin təbiətinə, ruhuna, onun linqvistik sisteminə uyğun olub-olmaması ilə bağlı bir məsələdir.
Fərdi-subyektiv baxımdan, xalis nitq hadisəsi kimi, konkret olaraq, məsələn, jurnalistin fərdi dil-
nitq sistemi kimi, xüsusilə prinsipial bir məzmun kəsb edir. Xalq arasında filankəs qeyri-təbii,
süni və ya qeyri-səmimi danışır kimi ifadələr əbəs yaranmamışdır. Və belə ifadələr jurnalistin dil
savadsızlığına ünvanlanmışdır. Ədəbi dildə təbiiliyi şivəçiliyə, dialektizmə endirmək təşəbbüsləri
və ya şifahi nitqdə yazılı nitqə uymaq, başqa sözlə desək, kitab dilinin, hərfi danışığın təsirinə
düşmək meylləri ədəbi dilin təbiilik meyarı ilə bir araya sığmayan hallardandır. Belə hallara çox
zaman “Mən də uşaq olımuşam”, “Dərsdən sonra”, “Hazırcavablar”, “Təmas nöqtəsi”, “Tələbə
dünyası”, “Masir Azərbaycan gənci”, “Mən Azərbaycanlıyam” uşaq və gənclər verilişləri,
“Günün nəbzi”, “Həftə”, “Kənd saatı”, “Bizim planet” informasiya-analitik və ictimai-siyasi
proqramlarında hadisələrə politoloji və elmi nöqteyi-nəzərdən yanaşan redaktorların
materiallarına rast gəlmək olur.
İşləklik. Adından göründüyü kimi, bu meyar birbaşa dilin ümummili xarakterini, onun
hamı və hər kəs tərəfindən başa düşülməsi vacibliyini əhatə və ehtiva edir. Məsələn, gizli
deyildir ki, bizim humanitar peşə adamları – alimlər, yazıçılar, şairlər, xüsusilə jurnalistlər
arasında yeni söz yaratmaq, guya savadlı görünmək xatirinə başqa dillərdən, fərqinə varılmadan,
əcnəbi söz və ifadə almaq həvəskarları daha çoxdur. Halbuki Azərbaycan Televiziyasının
“Vətəndaş”, “Qobustan”, “Ədəbi abidələr”, “Zamanın sorağında”, “Qədim yurdun baharı”,
“Əbədi zirvə”, “Tarixin yollarında”, “Ağ işığın möcüzəsi”, “Doymadım bu dünyadan”, “Gənclik
və zaman”, “Dünya səndən kimlər keçdi” verilişlərini hazırlayan bəzi redaktorlar unudurlar ki,
ədəbi dilin işləklik meyarı bu cür zorakılığı, onun strukturuna və sisteminə yad olan bu cür
müdaxiləni əsla qəbul etmir. Məsələn, apardığımız müşahidələrdən məlum olur ki, ETSM-in
aparıcılarının dilində ərəb mənşəli “malikdir”, “malik olmaq” söz və ifadələri tez-tez işlənir.
Xüsusilə, müəllimlərimiz bu ifadələri az qala dilimizin yeganə leksik-qramatik vahidi kimi
işlətməyə çalışırlar. Halbuki, həmin ifadələrin məhz işləklik baxımından ümumi ədəbi dildə təsir
və nüfuz dairəsi olduqca məhduddur. O, adətən, ədəbi dilə yazılı elmi-publisistik üslub vasitəsilə
I Türkoloji Qurultayın 90 illiyinə həsr olunmuş beynəlxalq konfrans:
TÜRKOLOJİ ELMİ-MƏDƏNİ HƏRƏKATDA ORTAQ DƏYƏRLƏR VƏ YENİ ÇAĞIRIŞLAR (II hissə)
142
daxil olmuşdur. Və onun, xüsusilə, şifahi ədəbi dildə leksik-semantik imkanları minimumdur.
Lakin bununla belə, Azərbaycan televiziyasının “Günün nəbzi”, “Həftə”, “Bizim planet”, Kənd
saatı” və digər proqramların bəzi süjetlərində tez-tez səslənən “Azərbaycan xalqı zəngin
yeraltı, yerüstü sərvətlərə malikdir”, “böyük ideoloji təsirə malik olan...”, “geniş hüquqlara malik
olan...” deyim və tərkibləri necə başa düşmək olur ?.. Bu məsələ ilə bağlı professor Ağamusa
Axundov çox haqlı olaraq belə yazır: “Bu fel qrammatik-leksik vasitə kimi flektiv (insirafi)
dillərə, o cümlədən, keçmiş zamanlarda Azərbaycan dili ilə çeşidli əlaqələrdə olmuş fars və
ərəb dillərinə aiddir... Qrammatik quruluşa görə Azərbaycan dilinin mənsub olduğu aqlütinativ
(iltisadi) dillərdə isə belə qrammatik-leksik vasitə yoxdur. Bununla belə, ümumxalq danışıq
dilində olmayan “malik”, “malik olmaq” sözləri, nəinki, ədəbi dilimizdə işlənməklə davam edir,
hətta onun fəaliyyət dairəsi kitabdan-kitaba, qəzetdən-qəzetə, jurnaldan-jurnala keçir”. Əlavə
edək ki, buradan da telejurnalistlərimizin nitqində özünə yer tapır. Halbuki “malik” sözünü
Azərbaycan dili qrammatik quruluşunda çox maraqlı yer tutan “var” sözü ilə əvəz etmək
mümkündür. Alimin sözünün qüvvəti, məsələn, aşağıda olduğu kimi: “Azərbaycan xalqının
zəngin yeraltı-yerüstü sərvətləri var”, “böyük ideoloji təsiri olan...”, “geniş hüdudları olan...” və
s. Bu deyilənlərdən çıxan nəticə odur ki, hətta işləklik meyarı baxımından hər hansı bir dil
hadisəsi “geniş işlənsə belə” norma hüququ qazana bilmir. Çünki Azərbaycan televiziysının
“Məclisi-üns”, Yada düşər xatirələr”, “Musiqi xəzinəsi”, “Bakı fəvvarələri” və digər verilişləri
hazırlayan bəzi ssenari müəllifləri dilin sistemi ilə “dil tapa” bilmir.
Sabitlik. Ədəbi normanın təşəkkülündə, fəallığında və sabitliyində xalqın ziyalı
təbəqəsinin – yazıçı və şairlərin, o cümlədən, mətbuat, radio və televiziyanın yaradıcı
əməkdaşlarının əvəzsiz xidmətləri olsa da, yəni normalar özü də vaxt axarına uyğun olaraq,
müəyyən dəyişikliyə və təkamülə uğrasa da, o hər halda uzunmüddətli və uzunömürlü dil
hadisəsidir. Bunu məhz o mənada başa düşmək lazım gəlir ki, normanın funksional imkanları və
Azərbaycan televiziyasının “Azərbaycan respublikasına xidmət edirəm”, “Zəka nuru”,
“Ekologiya və həyat”, “Daş nağılı”, “Vernisaj”, türk telekanallarının “Gülə-gülə oturun”,
“Analara məsləhət”, “Para məndə”, “Yurdum mənim” və başqa verilişləri hazırlayan
jurnalistlərin potensialı ilə onun tarixi missiyası arasında dərin bir asılılıq vardır. Düşündüyü
kimi, norma heç də həmişə hər hansı bir kəsin arzusu ilə “icad” olunmur. O məhz dilin tarixi
təkamülü nəticəsində meydana gəlir və yalnız yenə də bu təkamülün tələbi ilə zəifləyib sıradan
çıxır, yaxud başqa bir norma ilə əvəzlənir.
Zərurilik. Zərurilik ədəbi norma üçün bir meyar kimi, əslində zərurilik məqamlarında
üzə çıxır. Başqa sözlə desək, dilin sistemi normaya münasibətdə məhz zərurəti ifadə edir və
etməlidir. Onun üçün hər “norma” yox, sistemə uyğun və onun işləkliyini təmin edən norma
mümkün və məqbuldur. ETSM-in jurnalistləri “Teatr”, “Sərbəst söhbət”, “Vernisaj”, “Çələng”,
Nurdan zərrələr”, “Ana dili”, “Kino ulduzları”, “Yaşıl orman”, “Çarpaz boyalar” verilişlərinin
təqdimində məsələnin bu aspektini əsla unutmamalıdırlar. Ədəbi normaya, onun meyarlarına
hörmət əslində milli dilə və sisteminə hörmətin ifadəsidir.
Fəaliyyətdə olan ədəbi dil normalarının geniş yayılmasının təbliğində orta və ali
məktəblərin, radio və televiziyanın rolu əvəzsizdir. Buna görə də həmin müəssisə və birliklərin
üzərinə ciddi dil məsuliyyəti düşür. Məktəblərdə hər bir dil vahidi ədəbi cəhətdən ölçülüb-
biçilməli, radio və televiziya verilişlərində isə dil normalarına ciddi riayət olunmalıdır. Məhz
bu baxımdan türk kanallarında hazırlanan “Elmin üfüqləri”, Okulda bir gün”, “Gəzə-gəzə
öyrəndim”, Əkək, becərək, öyrənək”, “Kənd saatı” və digər verilişlərdə ədəbi dil normalarına
cidid riayət olunur. Əks təqdirdə burada buraxılan hər hansı dil qüsuru milyonlarla dinləyici və
tamaşaçının öz nitqində səhvlərə yol verməsinə səbəb ola bilər. Digər tərəfdən, ədəbi dil
sistemində istifadə edilən hər bir norma mədəni ənənədir. İnsan öz tarixi təcrübəsində ən yaxşı
nə əldə edə bilibsə, onları gələcək nəslə ötürmüşdür. Ədəbi norma da hər bir xalqın illərlə
yaratdığı mədəni nailiyyətlərindəndir.
Məlum olduğu kimi, ədəbi norma dili bir küll halında – həm səs məxrəcinə, həm tələffüz
tutumuna, həm qrammatik quruluşuna, həm leksik-semantik məzmununa, həm üslub çeşidinə
görə bütün cəhətləri əhatə edir. Və təbii ki, canlı dil praktikasında bu istiqamətlərdə çox
I Türkoloji Qurultayın 90 illiyinə həsr olunmuş beynəlxalq konfrans:
TÜRKOLOJİ ELMİ-MƏDƏNİ HƏRƏKATDA ORTAQ DƏYƏRLƏR VƏ YENİ ÇAĞIRIŞLAR (II hissə)
143
asanlıqla təsnif oluna bilir. Bu baxımdan ETSM-in dilində mövcud olan həmin normaların
mühümləri üzərində dayanmağa ehtiyac vardır.
ƏDƏBIYYAT
1.
Abdullayev Ə. Şifahi nitq haqqında. - “Dil mədəniyyəti”. Bakı, “Elm”, 1979
2. Adilov M.İ. Qəzet dili. Bakı, ADU nəşri, 1973
3. Axundov A.A. Televiziyanın və radionun xalqın nitq mədəniyyətinin inkişafında rolu. –
“Dil mədəniyyəti”: Bakı, “Elm”, 1985 (IV buraxılış).
4. Axundov A.A. Dil və mədəniyyət. Bakı, “Yazıçı”, 1992.
5. Əzizov R. Televiziya həyatımızda. Bakı, 1988.
6. Məmmədov İ.O. Ekran, efir və dilimiz”. Bakı, “Elm”, 1989.
7. Svetlana C.B. “Телевизионная речь. M., 1960.
8. Аксенов В.Н. Искусство художественного слова. Ь., 1962.
SUMMARY
The presented article is dedicated to the language of scientific, educational, healthcare and
enlightenment programs. Literary language norms are put forward,work of broadcaster, announcer
and creative persons in this regard and their duties are montioned. Simplicity,functionality, stability
and necessity criteria defining the literary language, their basic principles are emphasized.
Key words: language norms, languages of programs, TV broadcasters, enlightenment in
programs.
Güntəkin Binnətova, f.ü.f.d.
AMEA Nəsimi adına Dilçilik İnstitutu, Azərbaycan
dialektologiyası şöbəsinin aparıcı elmi işçisi
guntekin-binnatova@mail.ru
MÜASIR ƏDƏBİ DİLİMIZDƏ ŞIVƏ İZLƏRİ
Dialektlər və ədəbi dil-bunların hər biri ayrı-ayrılıqda dil formalarıdır. Ədəbi dil normalarla
müəyyənləşən və fəaliyyət göstərən dil formasıdırsa, dilin, xalqın tarixinin, etnoqrafiyasının,
etnogenezinin, psixologiyasının aynası olan dialektlər isə bu normalara sığmayan, ifadə hüdudları
daha geniş olan, çoxvariantlılıqla müşaiyət olunan dil formasıdır.
Ədəbi dillə dialektlər arasında sıx əlaqə mövcuddur. Bu iki cəbhə daima biri digərinə təsir
edir. Ədəbi dil bütün dövrlərdə dialektlərə söykənmiş və ondan bəhrələnmişdir. Dialektlərin norma
daxilində ədəbi dilə təsiri nə qədər müsbət haldırsa, ədəbi dilin şivələrə təziri bir o qədər
arzuolunmaz hal kimi qiymətləndirilmişdir. Çünki şivəyə ədəbi dil prinsiplərini tətbiq etmək, elmi-
nəzəri təzyiq göstərmək ona ağırlıq və bayağılıq gətirir. Lakin ədəbi dilə şivə sözləri ilə sığal
çəkmək, dil normativliyini pozmadan onlardan məqamında və qədərində istifadə etmək ona
şirinlik, canlılıq və millilik gətirir.
Şivə sözlərinin müasir ədəbi dilimizdə bu və ya digər formada qoyduğu izlər çox maraqlıdır.
Dilin müxtəlif səviyyələrində özünü göstərən bu təsirlərin izlənməsi dil tarixi, müasir dil
problemlərinin öyrənilməsində gərəklidir. Belə ki, dialekt faktları müasir ədəbi dilimizdə bəzi
sözlərin etimoloji izahının açılmasında mühüm rol oynayır, quruluşca sadə söz kimi qəbul edilən
bəzi leksik vahidlərin düzəltmə və ya mürəkkəb olduğunu söyləməyə əsas verir.
Nümunə üçün müasir ədəbi dilimizdə ümumişlək olan üzük sözünün etimoloji izahına diqqət
yetirək. Araşdırmalara əsasən belə bir nəticəyə gəldik ki, üzük sözü quruluşca düzəltmədir və onun
əsasında dialektal üy sözü dayanır. Üy qərb qrupu dialekt və şivələrinin bəzilərində barmaq,
I Türkoloji Qurultayın 90 illiyinə həsr olunmuş beynəlxalq konfrans:
TÜRKOLOJİ ELMİ-MƏDƏNİ HƏRƏKATDA ORTAQ DƏYƏRLƏR VƏ YENİ ÇAĞIRIŞLAR (II hissə)
144
Yevlax, Balakən, Gədəbəy şivələrində isə barmaqda oynaq, buğum mənasında işlədilir(-Barmaxda
üç üy olur-Yevlax). Demək, barmağa müxtəlif məqsədlərlə taxılan bu əşyanın adı üylükdür. İstər
dialekt və şivələrimizdə, istərsə də ayrı-ayrı türk dillərində -lıq
4
şəkilçisinin müxtəlif fonetik
variantlarınin olduğunu nəzərə alıb demək olar ki, burada üy kök, -lük isə şəkilçi morfemdir. Qeyd
edək ki, bəzi şivələrdə üzük sözü üyzük/üyzüx , yaxud yüzüg şəklində də tələffüz edilir.
Yüzügüyzük sözünün metatezaya uğramış variantıdır. Üyzüküy kökünü mühafizə edir. Bu arada
paltar tikərkən iynə ələ batmasın deyə barmağın başına keçirilən əşya mənasında əksər şivələrdə
işlədilən üsgük/üysüx (metateza üy-üs, səs keçidi g-y), Xanlar şivəsində işlədilən nüy, ədəbi dildə
onun qarşılığı olan oymaq sözlərinə diqqət yetirsək, bu sözlərin də təkhecalı üy kökünə
əsaslandığını söyləmək olar. Basarkeçər şivələrində isə bu söz(üysüx ) həqiqi mənasından
uzaqlaşır, məcazi məna kəsb edərək arı şanında olan dəlik mənasında işlədilir.- Şanın üysüyündə
bal var.
Belə bir açıqlamadan sönra ədəbi dilimizdə işlədilən bilərzik sözünün də biləklik şəklində
izahı inandırıcı görünür.
Dialekt materialları ilə bir çox sözlərin - oraq, qurbağa, tısbağa, tülkü və s. bu kimi sözlərin də
etimoloji izahını vermək mümkündür. Belə bir izah maraqlı və inandırıcıdır, eyni zamanda, dilin
tarixi inkişaf prosesini izləmək baxımından cox əhəmiyyətlidir.
Dostları ilə paylaş: |