pronoun *mV also similar to the data of the Azerbaijani language, especially increases its important
role in Nostratic studies.
Key words: personalpronoun, monogenesistheory, nostratic languages
Təranə Şükürlü, fil.ü.f.d., dos.
AMEA Nəsimi adına Dilçilik İnstitutu,
Türk dilləri şöbəsinin aparıcı elmi işçisi
TÜRK DİLLƏRİNDƏ FONETİK HADİSƏLƏR
Dil vahidlərinin fonetik qabığında müxtəlif çalarlıqda təzahür edən hadisələr ümumiləşmiş
halda fonetik hadisələr adlanır. Azərbaycan və türk dillərində aşağıdakı fonetik hadisələr
mövcuddur: assimilyasiya, dissimilyasiya, proteza, eliziya, metateza.
Türk ədəbi dilində də müxtəlif fonetik hadisələr mövcuddur. Bu hadisələrin bir qismi yalnız
tələffüzlə əlaqədardır, yəni sırf orfoepik hadisədir. Yazı ilə əlaqədar fonetik hadisələr səs düşümü
və səs artımı şəklində özünü göstərir. Lakin bu hadisələr danışıqda da geniş yayılmışdır.
Türk dillərində fonetik hadisə və qanunlar qanunauyğun şəkildə baş verir. Məhz buna görə
də dilçilik elmində nitqin səs quruluşu inkişafını ifadə edən fonetik qanunlar və hadisələr fəaliyyət
göstərir. Səs qanunları bir dilin inkişafının müxtəlif dövrlərində və ya qohum dillər arasında
səslərin uyğunluğunu müəyyənləşdirir. Dillərin qohumluq problemini başa düşmək, nitqin səs
quruluşunun inkişafındakı qanunauyğunluqları anlamaq üçün fonetik qanunauyğunluqları
müəyyənləşdirmək çox böyük əhəmiyyətə malikdir.
Söz tərkibində yaxın, yanaşı gələn səslərin biri digərinə təsir etməklə məxrəc və akustik
cəhətdən həmcinsləşmələrinə, yaxınlaşmalarına uyuşma deyilir.
Bu tərifdən aydın olur ki, uyuşma hadisəsi, hər şeydən əvvəl, səslərin formalaşmasında fəal
iştirak edən üzvlərin vəziyyət dəyişməsilə, hətta, bəzən üzvlərdən birinin digərini əvəz etməsilə
əlaqədar bir hadisədir. Çünki uyuşma şəraiti nitq axını prosesində yanaşı və ya qonşu səslərin az-
çox məxrəclə dəyişməsi nəticəsində yaranmış olur. Buna görə də uyuşma prosesində səsləri
formalaşdıran danışıq üzvlərinin uyuşma prsesindəki əlamətdar rolunu nəzərdən keçirmək lazımdır.
Türk dillərində baş verən fonetik hadisələrdən biri də səslərin məxrəc və akustik cəhətdən
bir-birinə yaxınlaşıb uyğunlaşmasıdır. Assimilyasiya (uyuşma) adlanan bu prosesə uğrayan, məruz
qalan səs, təsirinə düşdüyü səslə ya tam həmcinsləşir, ya da məxrəccə ona yaxın olan səsə çevrilir.
Müasir Azərbaycan dilində yanaşı işlənən nl, rl, zl, st kimi səs birləşmələri “nn” anlamaq
“annamaq”, ll “çıxallar” çıxarlar, zd “qızdar” qızlar formasında assimilyasiyaya uğrayır.
Azərbaycan dilində samitlər sistemində geniş yayılmış kombinator hadisələrdən biri də
uyuşmadır. Azərbaycan dilində uyuşma hadisəsinin tam və natamam, təsadüfi və daimi formaları
fərqləndirilir.
Tam uyuşmada uyuşma hadisəsinə uğrayan səs, təsirinə düşdüyü səslə tam eyniləşir.
Məsələn, tapmaq- tappaq ( Azərb). Qırğız dilində z+s-ss formasında: tuzsura-tussura “ duz
istəmək”, sözsüz-sössüz “sözsüz”, jazsa-jassa “ yazsa”, köz sal- kössal “göz qoy”, n+m-mm:
janmay-jammay “qayıdış”, tunma-tumma “çöküntü”. formasında olan nümunələr çox rəngarəngdir.
I Türkoloji Qurultayın 90 illiyinə həsr olunmuş beynəlxalq konfrans:
TÜRKOLOJİ ELMİ-MƏDƏNİ HƏRƏKATDA ORTAQ DƏYƏRLƏR VƏ YENİ ÇAĞIRIŞLAR (II hissə)
129
Natamam uyuşmada uyuşma hadisəsinə uğrayan səs,təsiri altına düşdüyü tam eyniləşməyib,
ona yaxın məxrəcli başqa bir səslə əvəz edilir.: qızlar-qızdar , adamlar-adamnar .[ 1, 126]
Qırğız dilində assimilyasiya hadisəsi zəngin nümunələrlə diqqəti cəlb edir:
b-p: jaşbı-jaşpa: “gəncdirmi”,uk+ba-ukpa “qulaq asma”;
d-t: jumuş+dan-jumuştan “işdən”. tündük+da- türndükto “şimalda”, klass+da-klassta
“sinifdə”;
q-k: taş+qa-taşka “daşa”, atqıç-atkıç “atıcı”, tış+qaarı-tışkaarı “kənar”;
n-m: tan+ba- tamba “danma”, inan+bayt- inambayt “inanmır”.
Azərbaycan dilindən fərqli olaraq müasir qıırğız dilində n (sağır nun) samiti mövcuddur.
Azərbaycan dilində bu səs yalnız dialektlərdə işlənir. Tam uyuşmada burun samiti n sağır nun
samitinə çevrilir: körün+qan- körünqan ( görünən), juun+qan-juunqan “yuyunan”.
Türk dillərində uyuşma hadisəsi çox mühüm hadisədir və rəngarəng formalara məxsusdur.
A. M. Şerbak uyuşma və səsfərqləşmələri hadisələrinin türk dillərində aşağıdakı səslər
arasında geniş yayıldığını göstərir: ln-nn, zn-st, ln-ld, nd-nn, tn-tt, ll-ld,md-mn, rd-ro və s. atti-atni,
attar-atlar, maldi-malni, mini-mindi, onnan-ondan. basşı-başşı, aşsa-aşşı, jazsa-jassa. (qarq). [5,
104-105]
Dilimizin tarixində yumşaq damağın vəziyyətinə görə fonetik əvəzlənmə özünü
göstərmişdir. Bunu biz daha çox dilönü- dişarxası d və burun n samitləri arasında görürük. N
samiti özündən əvvəl gələn d samitinə təsir edərək, onu tamamilə öz məxrəcinə çevirir: Bəndəni
annamışam, aşiq rüsvayi gərək.
Nümunələrdən görünür ki, uyuşma fonetik hadisəsi zamanında əmələ gələn əvəzlənmələr
danışıq dilinin təsirilə yazılan və daha çox yaxın dövrə aid hadisələrdir. Göstərilən fonetik
əvəzlənmələrin dialekt və şivələrimizdə özünü çox geniş şəkildə göstərməsi bunu bir daha təsdiq
edir. Beləliklə, bu cür samit əvəzlənmələrin dilimizin tarixi üçün xarakterik olmadığını qeyd etmək
daha vacibdir.
Təsadüfi uyuşma sözə şəkilçinin bitişdirilməsi və ya hansı bir sözün qoşulması –
yanaşdırılması prosesində baş verir: yazsa-yassa, getsə-gessə, tapmaq-tappaq, odtək-ottək və s
Daimi uyuşma əsasən, sadə kökdən ibarət bu və ya digər sözün daxilində olan qanun
mahiyyətli uyuşmadır.
Azərbaycan ədəbi dilindəki sözlərdə olan saitlər uyuşması və saitlərlə samitlərin uyuşması
məhz daimi uyuşmanın ən parlaq təzahürüdür. Belə uyuşmalar dilin fonetik qanunları halında
sabitləşmişdir. Hətta, bu cür uyuşma sözlər vasitəsilə şəkilçilərə də köçürülür.
Sibir tatarlarının dilində də assimilyasiya, yəni bənzəşmə hadisəsi geniş yayılmışdır.
Bənzəşmə hadisəsinin iki növü vardır:
1.
Yaxın bənzəşmə
2.
Uzaq bənzəşmə
Söz daxilində iki yanaşı səsin məxrəc və akustik cəhətdən uyğunlaşması hadisəsi yaxın
bənzəşmə hadisəsi adlanır:
md- mn: apaqamnan-ablamdan, tilimnen-dilimden.
nb- mb : umbiş-on beş.
Uzaq bənzəşmə hadisəsində uzaqda olan səslərin məxrəc baxımından uyğunlaşması vacibdir:
tsats < “saç” [ 4, 192]
Qaraçay-Balkar dilində assimilyasiya hadisəsinin iki növü vardır.
1.
Proqressiv ( irəli) assimilyasiya;
2.
Reqressiv (geri) assimilyasiya.
Proqressiv assimilyasiya hadisəsinə ket+di- ketti, elt+di-eltti və s.
Reqressiv assimiylasiya hadisəsinə isə aşağıdakı prosesləri misal göstərmək olar.
nl-ll: oltan+lı-oltallı,biçen+lik-biçellik, koyayan+la-koyalla.
nm-mm: kelin+mişe-kelimmişe, tin+maz-timmaz, işleqen+me- işleqemme.
zs- ss: kız+sa-kıssa.
nb-mb: işleqen+biz- işleqembiz, on+bir- ombir, on+beş-ombeş.
I Türkoloji Qurultayın 90 illiyinə həsr olunmuş beynəlxalq konfrans:
TÜRKOLOJİ ELMİ-MƏDƏNİ HƏRƏKATDA ORTAQ DƏYƏRLƏR VƏ YENİ ÇAĞIRIŞLAR (II hissə)
130
Çuvaş və Qaraçay- balkar və tatar dillərində proqressiv asimmilyasiya geniş yayılıb:
çavaşsem-çavaşşem, yıvas+sem-yıvassem (çuv), ket+di- ketti, elt+di-eltti(q-balk), alıp-b ar, küpd
(d) ide ( tat)
Reqressiv assimilyasiya tatar dilində çox geniş yayılıb: kitap-kitabı, un ber-umber ( on bir).
Kumuk dilində: qetti-qetdi, bitti-bitdi, senne-sende, yassa-yazsa, zamallar-zamanlar.
Reqressiv assimiylasiya hadisəsinə aşağıdakı prosesləri misal göstərmək olar.
nl-ll: oltan+lı-oltallı,biçen+lik-biçellik, koyayan+la-koyalla;
nm-mm: kelin+mişe-kelimmişe, tin+maz-timmaz, işleqen+me- işleqemme,
zs- ss: kız+sa-kıssa;
nb-mb: işleqen+biz- işleqembiz, on+bir- ombir, on+beş-ombeş.
Çuvaş dilində proqressiv asimmilyasiya geniş yayılıb: çavaşsem-çavaşşem, yıvas+sem-
yıvassem.
Reqressiv assimilyasiya tatar dilində çox geniş yayılıb: kitap-kitabı, un ber-umber ( on bir).
Kumuk dilində: qetti-qetdi, bitti-bitdi, senne-sende, yassa-yazsa, zamallar-zamanlar. Bəzi
türk dillərində eyni sözün assimilyasiya mövqeyində iki cür yazılışı bu dillərdə orfoqrafiya
qaydalarının pərakəndiliyi ilə əlaqədardır. Bu baxımdan, Azərbaycan dilinin orfoqrafiya qaydaları
öz sabitliyini qoruyub saxlayır.
Altay dilində reqressiv assimilyasiya da yazıda öz əksini tapa bilir. Bu vəziyyətdə sözün
sonuna şəkilçi qoşulduqda həmin sözün son samiti məxrəc və akustik baxımından dəyişir.
Aşağıdakı səslər bir-birini əvəz edir:
t-d (at-ad)-ada (adlandırmaq), ş-c (yaş- ( gənc)-yaca- (böyümək, boyatmaq), kəreş-
(mübarizə)- kərecer (mübarizə aparmaq), kursak (yemək)- kursaqı (onun yeməyi), iştet (işdət)-
işteder (işlədər).
Qeyd edək ki, attı, qaşdı (Azərb), kaştı (altay) tipli reqressiv assimilyasiya isə yazıda öz
əksini tapmır.[3, 120]
Sözün tərkibində bir səsin başqa bir məxrəcdə olan səsə çevrilməsi səs fərqləşməsi hadisəsi
kimi tədqiq edilir. Türk dilində dissimilyasiya hadisəsi samitlərdən birinin öz səs məxrəcindən
uzaqlaşaraq yaxın və eyni qəlibli səslərdən biri kimi tələffüz olunması formasında baş verir.
Məsələn: onbaşı-ombaşı, sonbahar- sombahar ( payız), şemsiye-şemşiye (çətir), İstanbul- İstambul,
içten-işten. Qaraçay-balkar dilində dissimilyasiya hadisəsinin mənzərəsi aşağıdakı kimidir: çd-şd:
aç+dı- aşdı, kaç+dı- kaşdı, kyuç+den- kyusden;
çdj-şdj: aç +djil- aş djil.
Türk dilində bəzən dissimilyasiya hadisəsinin yazıda öz əksini tapan formalarına da rast
gəlmək olur: aşçı-ahçı ( aşbaz), muşamma-muşamba, tepme- tekme ( təpik).
Tələffüz prosesində sözün tərkibindəki danışıq səslərinin düşməsi eliziya hadisəsi adlanır.
Qədim fonetik hadisələrdən olan səs düşümünün söz daxilində yaranması başlıca olaraq səslərin
tutduqları mövqe və münasibətlə, həmçinin səslərin güc iyerarxiyası ilə bağlıdır. Beləliklə, nitq
prosesində bəzi səslər gücünü itirir və əvvəlki mövqeyində qala bilmir. Səslərin düşümü nəticəsində
sözlər sadə şəkil alır və bununla da prosesdə artıq deyilən qüsur aradan qaldırlır. Əvvəlcə nitq
daxilində əmələ gələn bu hadisə sonradan dil normasına çevrilir.
Türk dillərində daha çox q,k, m, n, t samitlərinin düşməsi müşahidə olunur. Q, k samitləri
əsasən, sonor samitlərdən sonra işləndikləri sözün tərkibindən düşürlər. Ancaq bu daimi xarakter
daşımır. Belə ki, bu tip fonetik qəliblər qalmaqdadır..Məsələn, elek ( ədəbi dildə)- elqek (
dialektlərdə) “ələk”, orok ( ədəbi dildə)- orqok “oraq”, tarak-tarqaq “daraq”.
Səs düşümü ayrı-ayrı dillərə məxsus leksik vahidlərdə də özünü göstərir: Özbək dilində el,
em, emak, emiş, emok,er, erli, etim sözləri Azərbaycan dilində yel, yem, yemek, yer, yerli, yetim
formalarında diqqəti cəlb edir.
Qaqauz dilində eliziya hadisəsi geniş yayılmışdır. Nümunələrə nəzər saldıqda fikrimizin
təsdiqini tapmaq mümkündür: dost-dos, elqek- elek “ələk”, altay- altı ay, baraldı- bara aladı,
balalar- ballar.
Noqay dilində də eliziya hadisəsi mövcuddur: yıllar- ıllar, auç- avuç, ava- hava, yiqit- iqit,
yüv – üv “ev”, dos-dost.
I Türkoloji Qurultayın 90 illiyinə həsr olunmuş beynəlxalq konfrans:
TÜRKOLOJİ ELMİ-MƏDƏNİ HƏRƏKATDA ORTAQ DƏYƏRLƏR VƏ YENİ ÇAĞIRIŞLAR (II hissə)
131
Səs düşümü ayrı-ayrı dillərə məxsus aşağıdakı leksik vahidlərdə də özünü göstərir: el,
em,emak, er (özb), yel, yem, yemək, yer (Azərb)
Sibir tatarlarının dilində səs düşümü hadisəsi ünsüz düşümü adlanır. Söz daxilində n, r, l, f
cingiltili –sonor samitlərilə yanaşı, y, v, g, k, h samitlərinin düşməsi hadisəsidir.
quan ( quwan-quban) “övün-qürurlan”
su ( sub) “su”.
Səs artımı hadisəsi dildə səs düşümü hadisəsinin əksidir. Bu hadisəyə təkcə tük mənşəli
sözlərdə deyil, alınma sözlərdə də təsadüf edilir. Alınmalara artılan səslər söz alan dilin qanunlarına
unifikasiya olunur. Axısqa türklərinin dilindəki aılnmalarda səs artımı hadisəsi geniş yayılmışdır.
Bu dildə səslər sözün əvvəlinə artırlır ki, bu da dilin orfoepik tələblərini ifadə edir. Axısqa
türklərinin dilində səs artımının məqamı və sabitləşmə dərəcəsi nəzərə alınmır. Ümumiləşmiş
qanuni hal sayılmayan məqamlar yazıda qeyri-qanuni olaraq sabitləşmışdır. Bunlar alınmalarda
daha çox sabitləşmişdir. Alınma sözlərə artırılan səslər: istikan ( stakan), iskam ( skamayeka).
Axısqa türklərinin dilində protezanın digər növlərilə də qarşılaşırıq. Rus dilindən keçən
alınmalarda səslər sözün həcmini və kütləsini artırır.
Axısqa türklərinin dilində ən çox müşahidə olunan səsartımı hadisəsi “h” laşma hadisəsilə
bağlıdır. “h” səsi əsasən a səsilə başlayan axl ( ağıl), ax ( ah) , açar tipli sözlərin əvvəlinə
artırılır. Axısqa türklərinin dilində h səsi iki sait arasına da artırıla bilər: saat ”sahat
Türk dilində metateza hadisəsi samitlərin yerdəyişməsi hadisəsidir. Azərbaycan dilindən
fərqli olaraq türk dilində yer dəyişmə hadisəsi geniş yayılmamışdır, az təsadüf edilmişdir. Dilimizdə
bu tipli sözlərin tələffüz variantları ədəbi danışıqda və yazıda əsas variant kimi möhkəmləndiyi
halda, türk dilində bu cür sözlərin yazılışı və tələffüzü sabitdir: yarpaq- yapraq ( azərb) , yaprak
(türk), topraq- torpaq ( azərb), toprak (türk).
Qaraçay- balkar dilində metateza hadisəsinin aşağıdakı nümunələrinə rast gəlmək olar: çx-
xç: bıçxı-bıxçı, açxa-axça,, sx-xs: basxa-baxsa
Türk və Azərbaycan dillərində yağmur sözündəki “ ğm “ başqırd, qırğız, özbək, uyğur
dillərində “mğ” formasında yerini dəyişir: yağmur ( Azərb,türk), yamğur ( başq), camğır ( qırğ),
yamğir ( özb), yamğur ( uyğ).
Yazılı abidələrimizin dilində yerdəyişmə hadisəsinə rast gəlmək olur. Nəsiminin
“Divanı”nda – Ey Süleyman məntiqindən quş dilin öğrənməyən.. Müasir ədəbi dilimizdə isə g-y
əvəzlənməsilə “ öyrənmək” şəklində sabitləşmişdir [2, 183] .
Müqayisə edilən faktlar göstərir ki, türk dillərində fonetik hadisələrin fəaliyyəti müxtəlif
dərəcədədir.
ƏDƏBIYYAT
1. Ə. Dəmirçizadə. Müasir Azərbaycan dili. Bakı, Maarif, 1972.
2 .Ə. Tanrıverdi. Azərbaycan dilinin tarixi qrammatikası. Bakı, Elm və Təhsil, 2010.
3.İ. Kazımov. Müaisr türk dillərinin müqayisəli fonetikası .Bakı, Elm və Təhsil. 2011.
4. Ercan Alkaya. Sibirya Tatar Türkçesi. Ankara, 2008.
5. А. М. Щербак. Сравнительная фонетика тюрских языков.АДД, Л, 1968.
Phonetic events in Turkic languages
Summary
Phonetic event in Turkic languages occurs regularly. Understanding the problems of
relationship of languages, for the investigation of regularity in the development of sound structure
of speech the determination of phonetic regularity is important. And from this point of view this
article is important.
Key words: Turkic languages, phonetic event, assimilation, elision, prothesis
I Türkoloji Qurultayın 90 illiyinə həsr olunmuş beynəlxalq konfrans:
TÜRKOLOJİ ELMİ-MƏDƏNİ HƏRƏKATDA ORTAQ DƏYƏRLƏR VƏ YENİ ÇAĞIRIŞLAR (II hissə)
132
Vahidə Cəfərzadə, fil.ü.f.d., dos.
vahidajafarzade@gmail.com
MUSTAFA ZARİRİN “FÜTUHUŞ-ŞAM” ƏSƏRİ VƏ AZƏRBAYCAN DİALEKTLƏRİ
Qədim keşmişə malik olan xalqımızın tarixi bir xəzinədir. Bu xəzinənin yazıb yaradan
görkəmli sənətkarlarından biri də XIV əsrdə yaşayıb yaratmış, tərcümə sahəsində mükəmməl
əsərləri olan Mustafa Zərirdir. Tədqiq etdiyimiz Mustafa Zəririn “Fütuhuş-Şam”əsərində işlənən
qədim türk sözləri, ifadələri bu gün də dialeklərimizdə qorunub saxlanılmışdır. Müqayisədə
müəyyən fonetik fərqlər olsa da məna baxımından heç bir dəyişiklik müşahidə olunmur. Məsələn:
Nəsnə-nəstə -şey, əşya; Bakı/, qancaru-hancarı/həncəri-necə, nə cür; Gədəbəy, Qazax, Tovuz,
Gəncə, Zərdab, Balakən/, becid-beçid//bejit-tez; Quba, Qazax, Bakı, Şamaxı, Ordubad/,
tamu//tamuğ-damu cəhənnəm; Quba, Şamaxı, Göyçay, Sabirabad, Ağsu/, tüş-düş//duş-yuxugörmə,
yuxu; Qazax, Zaqatala, Füzuli/, barmaq-varmaq-varıf-getmək, yola düşmək; Qazax, Tovuz, Xanlar,
Şəmkir, Marneuli və s. Bu kimi sözlər bir sıra yazılı abidələrdə işlənmişdir. Dialekt faktı kimi qəbul
etdiyimiz sözlərin “Fütuhuş-Şam” əsərində işlənməsi onların türk mənşəli və köklərinin daha qədim
olduğunu göstərən dil faktıdır. Həmin sözlərin bir qismi müasir ədəbi dilimiz üçün arxaik səciyyə
daşıyan leksemlərə çevrilmiş, bir qismi isə ayrı-ayrı dialektlərdə, yuxarıda qeyd etdiyimiz kimi
müəyyən fonetik fərqlərlə qorunub saxlanmışdır. Bu baxımdan abidəmin dilində işlənmiş aşağıdakı
qədim türk mənşəli sözlərə nəzər salaq:
Dərilmək – yiğılmaq, toplanmaq.
Sizin qorqunuzdan dərilüb şəhərə girmiş idik (91 b). Şəmkir rayonu şivələrində də dəril sözü
yığılmaq mənasını ifadə edir (1, 202) .
Sınmaq – məğlub olmaq.
Ondan müsəlmanları sındırdılar (155 a). Dialektlərimizdə incimək mənasında da işlənir.
R.Rəsulov “sınmaq” sözünün Bakı, Füzuli dialektlərində omonim olaraq “məğlub olmaq” (orduya
aiddir) – Padşah ordısı çox vırışa bilmədi, sındı (i). – Diyəsən məm sözümnən sındun, hə? (Bakı); –
“incimək” – Onnan yaman sınmışam (Füzuli) mənalarına malik olduğunu qeyd edərək yazır: Bəzən
bədii əsərlərdə, azərbaycanca-rusca lüğətlərdə sın – feilinin məğlub olmaq, incimək mənalarında
işlənməsinə təsadüf edilir. Lüğətlərdə hər iki mənanın canlı danışıq dilinə aid olduğu göstərilir.
Deməli, bədii əsərlərdə, lüğətlərdə sın – feli yuxarıdakı mənalarda dialektizmlərdə işlənməkdədir
(2, 364).
İsmarlamaq – tapşirmaq, sifariş vermək (3, 130).
Busra şəhərindən hasil olan malı cəm edüb Şurahbil ibn Həsənə ismarladı (25 b). Gədəbəy,
Karvansaray, Qazax, Tovuz dialektlərində ismarlamax şəklində işlənmişdir. İsmarradım, dağdan
koramaz yolleyjax ciyim (Karvansaray) (3, 261). Müasir türk dilində ismarla (D.A.Maqazanik.
Tурецко-русский словарь, M., 1945) tapşırmaq; nəyi isə əldə etməyi buyurmaq; sifariş etmək
mənalarında işlənir.
İrmək – çatmaq, yetişmək.
Fələstin vilayətinə irişüb əskəri-İslama qavışdılar (16 b). Azərbaycan dialektlərində (4, 234),
Şamaxı, Ordubad dialektlərində, habelə Culfa rayon şivəsində ilkin mənasını mühafizə etməkdədir
(5, 30).
Yağmala – talamaq, talan etmək, çapqın, basqın.
Bihədd və biqiyas mal və tavar, səlb və silah yağma etmişlər (78 b). Yağma (talan, qarət,
çapqın, basqın) ismindən düzəlmişdir. Quba dialektində həmin mənaları ifadə edir. Qavax
vaxdlarda böyüx kənt kiçix kəndi yağmalardı (5, 65).
Yayağ – piyada.
Yayaq duran kafirlərdən taş yığırdı və kafir bəgləri cəhənnəm səgləri əskərinə əmr etdi ki,
müsəlmanları çevrələr, ortaya alalar (74 b); Gah yayaq olur, oqlar atır ğəriminə ğərim olur (42 b).
Dilimizin Marneuli şivəsində bu söz indi də işlənir. Yayax getsək yorularıx, gəlin maşına minək (6,
218).
I Türkoloji Qurultayın 90 illiyinə həsr olunmuş beynəlxalq konfrans:
TÜRKOLOJİ ELMİ-MƏDƏNİ HƏRƏKATDA ORTAQ DƏYƏRLƏR VƏ YENİ ÇAĞIRIŞLAR (II hissə)
133
İkindi – günortadan sonrakı vaxtı bildirir.
İslam dilavərləri ardın alub qırdılar. Ta ikindi keçincə qodılar (45 a). Azərbaycan dili
şivələrində (Qazax, Göyçay, Nuxa, Oğuz) ilkindi şəklində “günorta ilə axşam arasındakı vaxt,
günbatan vaxt” mənasımda işlənmişdir: İlkindi vaxdı gediv Alnout kəndinə çatdıx (Qazax) (2,
234).
Yazı – çöl, səhra (7, s. 25).
Çün əskəri-İslam Həməs şəhərinin yazılarına qondılar (79 a). E.Əzizov qeyd edir ki,
Azərbaycan dilinin dialekt leksikasında (Qazax, Göyçay, Şamxor, Muğan, Qax, Füzuli, Cəbrayıl,
Qubadlı, Zəngilan, Şahbuz, Urmiyə) eyni şəkildə çöl, düzənlik, səhra mənasını ifadə edir: Yazının
düzündə qoyub otduyur (Şahbuz); – Adamnar yazıya gediplər (Zəngilan). Muğan qrupu şivələrində
də bu həm yazu şəklində, həm də “çöl, düzənlik” mənasında olan yaban sözü ilə yanaşı işlənir: –
Bütün yazı-yabanı gəzmişəm, heyvanı tapmamışam. Yaban (çöl) sözü müasir dilimizdə çölü
biyaban, yabanı bitki birləşmələrində qalmışdır (8, 244). Tədqiq etdiyimiz abidənin dilində də
yabanı sözü eyni mənada işlənmişdir. Həman ol yeritdi və tükürdi, yabana atdı (91 b).
Becid – tez, cəld.
Bu ikisi məktubı alub becid getdilər (157 b). Dialektlərimizdə – “tez, yeyin, təcili, tələsik”
mənasında becid işlənmişdir. (Bakı, Şamaxı, Ordubad) – Adə, beçid gəl, əyağun altında yumurta
qalmıyıb ki! (Baki); – Bir az becid gəlin, yoldaşdara çatax (Ordubad) (2, 65).
Qulavuz/qılavuz – bələdçi, yol göstərən, rəhbər: Ondan Səid ibn Amir qılavuz olub nisfi-
leylədə-kin yüridilər (85 b). Qərb qrupu şivələrində “qılvız” şəklində işlənmişdir. Qılvız adama
xoşum gəlmir. Prof. Ə.Nəcibə görə “qulağuz” quruluşca mürəkkəb sözdür – “qulaq” və “ağuz”
(ağız) sözlərindən təşkil olunmuşdur və əski oğuz sözüdür (9, 96).
Dürlü-dürlü-növbənöv, cürbəcür: Ey bəglər,bu dünyanın əvarizi dürlü-dürlüdür (4 b).
Azərbaycan dialektlərində qeydə alınmışdır (10, 244).
Göygü – kürəkən.
Anun xələtin geyəsən, qızına evlənəsən. Ana göygü olasan (86 a). Göy (əksər şivələrdə =
kürəkən. – Məm göyüm qolxozda işder (Borçalı rayonu, s. 226). (Azərb. dil. qərb. qrup dial), göy
(Qazax, Tovuz, Marneuli, Dmanisi, Göyçay) “kürəkən”. Əlinin göyü danna bizə gələcək (Göyçay),
(11, 55).
“Kitabi-Dədə Qorqud”un dilində göygü “kürəkən” şəklindəişlənmişdir.Xan babamın göygusu,
Qadın anamın sevgisi; Gördi dügündə göygü ox atar.
Duş – yuxu.
Vəqta ki bu vəsvəsə ilə uyxuya vardım, duşımda gördim ki, bir yüzi nurlu şəxs oturar (164 a).
Azərbaycan dilinin dialektoloji lüğətində tuş (Qazax, Zaqatala, Füzuli)şəklində qeydə alınmışdır.
Bir gün bir yaxşı tuş gördüm (Zaq.) (2, 391).
Nəsnə – şey. Əmir ayıtdı.
Bu nəsnə sənə nədən məlum oldı ki, el, vilayət xalqı şəhərə girdilər (90 a). Bakı dialektində
nəsdə, nəsnə şəklində işlənmişdir (12, 37).
Börk – papaq.
Dövran ərəbə yüz dutdı. Dunya bizdən yüz döndərdi. Dəxi dəhr dövlət börkin bunların başına
Dostları ilə paylaş: |