Qətibə Vaqif qızı, fil.ü.f.d.
AMEA M.Füzuli adına Əlyazmalar İnstitutu
gatibevagifkizi@yahoo.com
ƏBDÜRRƏHİM BƏY HAQVERDİYEVİN TÜRK DİLLƏRİNİN TARİXİNƏ DAİR
ƏLYAZMALARI
Türk dili, ədəbiyyatı, tarixi, o cümlədən türk mədəniyyətinin ayrı-ayrı sahələrini əhatə edən
məsələlərin bir-biri ilə əlaqəli şəkildə araşdırılması türk xalqlarının biri-biri və digər xalqlarla olan
müxtəlif münasibətlərinin tarixi inkişaf səviyyəsinin təyin olunması, bu əlaqələrin inkişaf və
tənəzzülünün sərhədlərinin müəyyən edilməsi baxımından vacibdir. XIX əsrin sonu XX əsrin
əvvəllərində dünyanın bir çox ölkələrində ümumtürk abidələri, türklərin tarixi, mədəni irsi,
etnoqrafiyası və yazı mədəniyyəti geniş tədqiq olunmağa başlamışdı. Azərbaycan ziyalıları,
görkəmli elm və mədəniyyət xadimləri də müxtəlif elmi-nəzəri yanaşma işığında türkoloji
araşdırmalar aparır, Türk tarixi, dili və ədəbiyyatı, türk xalqları və onların yazılı abidələrini əhatə
edən ciddi əsərlər ortaya qoyurdular. Ə.Muznib, Ə.Abid, X.S.Xocayev, Ə.Ağaoğlu, H.Zeynallı,
Ə.Cəfər və başqaları qədim türk dilinə, türk xalqlarının ədəbiyyatına, tarixinə, mədəni və maddi
irsinə, qədim türk dilinin zəngin təməlləri əsasında formalaşan Azərbaycan dilinin milliləşmə tarixi,
regionda və türk dilləri arasında mövqeyi və statusuna dair müxtəlif səpkili araşdırmalar aparırdılar.
XX əsrin əvvəllərində Azərbaycanda türkoloji elmi fikrin təşəkkülü və inkişafı daha çox türkçülük
ideologiyasını dəstəkləyənlər, demokratik düşüncəli, milli konsepsiyanın tərəfdarı olan ziyalıların,
elm və mədəniyyət xadimləri, ədib və yazıçıların adı ilə bağlıdır. XIX əsrin sonu XX əsrin
əvvəllərində Azərbaycan ictimai-ədəbi və mədəni tarixində xüsusi mövqeyi olan, dramaturq,
teatrşünas, nasir, dirijor, pedaqoq, publisist kimi çoxşaxəli fəaliyyət göstərən Əbdürrəhim bəy
Haqverdiyevin milli-mədəni təfəkkürümüzün və ictimai-siyasi düşüncəmizin inkişafında böyük rolu
olmuşdur. Onun ədəbi dil, türk dilləri, türk teatrosu, türk ədəbiyyatı haqqında qələmə aldığı
məqalələri həm elmi tədqiqat üslubu, həm də ehtiva etdiyi informativ zənginlik baxımından
qiymətlidir.
Qeyd etmək lazımdır ki, AMEA Əlyazmalar İnstitutunun xəzinəsində qədim əlyazma,
daşbasma, çap əsərlərlə yanaşı, müxtəlif dövrlərdə yaşamış, fərqli sahələrdə xidmət edən görkəmli
alim, ədib, ictimai xadimlərin şəxsi arxivləri də qorunur. Bu arxivlərin arasında Əbdürrəhim bəy
Haqverdiyevin də arxivi saxlanılır. Arxivdə ümumilikdə 210 saxlama vahidi altında müxtəlif
I Türkoloji Qurultayın 90 illiyinə həsr olunmuş beynəlxalq konfrans:
TÜRKOLOJİ ELMİ-MƏDƏNİ HƏRƏKATDA ORTAQ DƏYƏRLƏR VƏ YENİ ÇAĞIRIŞLAR (II hissə)
145
məzmunlu materiallar vardır. Əbdürrəhim bəy Haqverdiyevin arxivinin izahlı təsviri filologiya üzrə
fəlsəfə doktoru Mehri Məmmədova tərəfindən nəşr olunmuşdur (5: 2012).
Arxivdə ədibə məxsus olan məktub, əsər, şəxsi sənədlər, kitabları ilə birlikdə, həm də onun
qələminin məhsulu olan elmi-publisistik məqalələri də yer almışdır. Ədibin türk dili, ədəbi dilimiz,
türk ƏDƏBIYYATı məsələlərinə dair olan əlyazmaları göstərir ki, o, qədim türklər, türk xalqlarının
etnik tarixi, əski türkcə, türk yazılı abidələri, türk xalqları ədəbiyyatı, qədim türk poeziyası
haqqında çox zəngin elmi məlumata malik olmuş və bu sahədə araşdırmalar aparmışdır. Təsadüfi
deyil ki, elmi-nəzəri məqalələrin, dərin məzmunlu publisisitik əsərlərin müəllifi olan
Ə.Haqverdiyev 1924-cü ildə Rusiya Elmlər Akademiyasının Ölkəşünaslıq Bürosuna üzv seçilmişdi.
Onun “Türk dili”, “Ədəbi dilimiz”, “Azərbaycan ədəbiyyatı tarixinə dair proqram”, “Türk dili dərsi
proqramı”, “Əski və yeni Türk ədəbiyyatı nümunələri. Heca vəzni” adlı əlyazmalarında türk
xalqları və əlifbaları, ümumtürk dili və ədəbiyyatının təşəkkülü və inkişafı, Azərbaycan və Osmanlı
Türkiyəsi ədəbiyyatı haqqında qiymətli bilgilər verilmiş, Azərbaycan Darülfununun Şərq
fakültəsində Türk dili və ədəbiyyatının tədrisi üçün müxtəlif məzmunlu konspektlər, kiçik qeydlər
və mühazirə materiallarında ümumi türkoloji məsələlər, türk dillərinin təsnifi, türkologiyanın
əsasları, türk dili və ədəbiyyatının müxtəlif dövrləri elmi-nəzəri faktlar əsasında təhlil olunmuşdur.
Məlumdur ki, Ə.Haqverdiyev Azərbaycan Dövlət Darülfununda, indiki Bakı Dövlət
Universitetinin şərq fakültəsində mühazirə demişdir. Onun arxivindəki saxlama vahidi 173-də (4)
yerləşən “Türk dili dərsi proqramı” adlanan əlyazması 1882-1938-ci illərdə yaşayıb yaratmış,
maarifçi, pedaqoq, türk dilinə dair bir çox dərsliklərin müəllifi olan Cabbar Əfəndizadənin “Türk
dili öyrədən kitabça”sı əsasında hazırladığı proqram ərəb qrafikalı Azərbaycan əlifbasında
yazılmışdır. Müddərrislərə türk dili dərslərinin təlimində diqqət etməsi gərəkən məsələlərlə yanaşı,
dərsin səmərəli keçirilməsi və müsbət nəticələr əldə etmək üçün lazım olan əyani vəsaitlərdən,
mənbə, mətn və nümunələrdən istifadə üsulları izah olunur. Ədibin “Əski və yeni Türk ədəbiyyatı
nümunələri. Heca vəzni” adlı əlyazması latın qrafikasında yazılmışdır. Saxlama vahidi 34-də (2)
yerləşən və 80 vərəqdən ibarət olan əlyazmada qədim türk ədəbiyyatı tarixinə toxunulur, qədim türk
ədəbiyyatına dair nümunələrdən bəhs olunur, bu sahədəki elmi-tədqiqat işlərinə dair məlumatlar
verilir, türk ədəbiyyatının inkişaf dövrləri təhlil edilir, yeni türk ədəbiyyatının durumu, müxtəlif
nümayəndələri haqqında geniş məlumat verilir, hər dövrə aid müxtəlif ədəbi əsərlərdən örnəklər
gətirilir.
Arxivdə saxlama vahidi 33-də (1) yerləşən “Ədəbi dilimiz” adlı avtoqraf əlyazma latın
qrafikası ilə yazılmışdır, üzərində müəllifin özü tərəfindən “Vaxtı keçdiyi üçün nəşr olunmadı”
qeydi vardır. Bu məqalə Əbdürrəhim bəy Haqverdiyevin “Seçilmiş əsərləri”nin ikinci cildində nəşr
olunduğu (5:2005) üçün geniş məlumatı lazım bilmədik. Qısa olaraq onu qeyd etmək lazımdır ki,
ədib bu məqalədə ədəbi dilimizin təmizliyi, saflığıuğrunda atılacaq addımlardan bəhs etmiş, yerli-
yersiz dilimizə daxil olan yabancı kəlmələrdən, istilahlardan arınmağın yolunu mükəmməl bir
Azərbaycan ədəbi dili və sərf-nəhvinin yaradılmasında gördüyünü yazmışdır. Əbdürrəhim bəy
Haqverdiyev Azərbaycan türk ədəbi dilinin inkişafından bəhs edərək yazır: “Ədəbi dilimizin
yokluklarından biri indiyədək mükəmməl bir sərfi-nəhvin yokdur, ədəbi dil haradan ola bilər” (1,
s.3). “90-cı illərdə оrtalığa atılıb ədəbiyyatla məşğul оlmaq istəyən ziyalılarımız (özümü də о
cümlədən hesab edirəm) iki tərəfdən də avara оlub məcburən rus ədəbiyyatı təsiri altına düşüb, türк
dilində rus cümlələri işlətməyə üz qоydular” deyərək Ə.Haqverdiyev dilimizə bir tərəfdən Osmanlı
türk ləhcəsinin, bir tərəfdən fars dilinin, digər tərəfdən rus dilinin təsir etdiyini göstərir, ədəbi
dilimizin saflığından bəhs edərək “bəziləri özləri hiss etməyərək Azərbaycan qulağını deşən ləfzləri
istimal edirlər”, ədəbi dilimizin qorunması və mükəmməl sərf-nəhvinin yazılması üçün, vahid ədəbi
dil qaydalarının tətbiq olunması üçün “Xalq Maarif Komisarlığı yanında, ya Ümumittifaq
Akademiyasının Azərbaycan şöbəsində Azərbaycan türk ləhcəsinin mükəmməl sərfi-nəhvi və ədəbi
dil yaratmaq üçün xüsusi bir təşkilat” qurulmasını təklif edir (1, s.3-4).
Ədibin diqqət çəkən, nəzərimcə həm elmi-nəzəri səviyyəsi, həm də ehtiva etdiyi zəngin
informativ məlumatlar və tədqiqat zamanı istifadə edilən metod baxımından digər məqalələrindən
fərqlənən “Türk dili” adlı əlyazma iki ümumi dəftərdən, ümumən 62 vərəqdən ibarət, rus dilində
yazılan avtoqraf əlyazmadır.
I Türkoloji Qurultayın 90 illiyinə həsr olunmuş beynəlxalq konfrans:
TÜRKOLOJİ ELMİ-MƏDƏNİ HƏRƏKATDA ORTAQ DƏYƏRLƏR VƏ YENİ ÇAĞIRIŞLAR (II hissə)
146
Əsərin başlanğıcında müəllif türk dilində danışan xalqları coğrafi yerləşiminə görə təsnif
edərək yazır: “İndiki zamanda Türk dilində yakutlardan başlayaraq Avropaya qədər bir çox tayfa və
xalqlar danışırlar. Onlara yakutlar, Cənubi Sibir türkləri, altay-teleutlar, Yuxarı Ob türkləri
(kumandin, lebedinlər, çerneva tatarları, şorlar), Yuxarı Yenisey türkləri (kızıllar, kaçınlər,
karaqaslar, kamasınlər), uryanxaylar və ya Tuva (Qərbi Monqolustanda), barabinlər, Qərbi Sibir
tatarları, qara-qırğızlar, qazaxlar, qaraqalpaqlar, Cənub-Şərqi Rusiya türkləri (Krım, Həştərxan
tatarları, noqaylar, kumıklar, qaraçaylar), başqırdlar, kazan və digər Bolqaboyu tatarlar, sartılar
(Rusiya Türküstanında), özbəklər (Xivə və Buxara xanlığında), Çin Türküstanında və ya Şərqi
Türkistanda yaşayan türklər (tarançilər), Azərbaycan türkləri və nəhayət Osmanlı türkləri daxildir”
(3, I dəftər, s.1). Müəllif qeyd edir ki, bu xalqların bəziləri əskidən türkkökənli olmasalar da,
“məsələn sartılar və Sibirdə yaşayan bəzi tatar tayfaları”, indi türk dilinin müxtəlif dialektlərində
danışırlar. Ə.Haqverdiyev bəzən türk xalqlarının etnik kökəni ilə bağlı bəzi mülahizələri və
türklərin tatar adlandırılmasını elmdəki tarixi anlaşılmazlıq kimi qəbul etdiyini, ciddi elmi-türkoloji
tədqiqatlar nəticəsində bu səhvlərin aradn qaldırılacağına ümid etdiyi yazır (3, I dəftər, s. 2).
Əsərin davamında müəllif qədim türklərin ən mükəmməl, möhtəşəm yadigarları olan yazılı
abidələr haqqında məlumat verir, onların təsnifatı zamanı irəli sürülən mülahizələri şərh edir.
Qədim türk yazılı abidələrinin müxtəlif forma, material və yazılarda günümüzə qədər gəlib çatdığını
qeyd edən görkəmli alim, bu abidələrin VIII, bəzən VII, hətta VI əsrə aid olduğunu yazır (3, I
dəftər, s. 3). Orxon-Yenisey abidələrinin məzmunu haqqında məlumat verərkən, abidələrin
mətnlərinin xaqanların dilindən xalqa müracitə şəklində yazıldığını, bu müraciətlərdə türklərin
hərbi-siyasi dünyagörüşünün, qonşuluq münasibətlərinin, əlxlaqi-mənəvi dəyərlərinin əks
olunduğunu göstərir (3, I dəftər, s.4). Qədim türk dövlət başçıları xaqanları olan Bilgə xaqan və
onun qardaşı Kül Tiqinə məxsus olan abidələrin tədqiq tarixi, aparılan tədqiqatların nəticələrindən,
irəli sürülən mülahizələrdən müasir türk dillərinin bu abidələrin dilinin varisi olduğunu yazan
Ə.Haqverdiyev (3, I dəftər, s.4), həm uyğur, həm Orxon yazısı ilə yazılan uyğur yazılı abidələrinin
də Orxon mətnləri ilə eyni tarixə malik olduğunu, uyğur yazısının XV əsrə qədər istifadə edildiyini
və hətta XI əsrin ən məşhur əsəri olan “Kutadqu Biliq”in də bu əlifbada yazıldığını qeyd edir (3, I
dəftər, s.4)
Qeyd etmək lazımdır ki, əlyazmanın təhlili göstərir ki, Ə.Haqverdiyev bu materalları
toplayarkən çox ciddi elmi tədqiqatlar aparmış, türkologiyada çox mötəbər mənbələr hesab edilən
əsərlərə, araşdırma nəticələrinə, qədim qaynaqlara müraciət etmişdir. Avropa dillərini mükəmməl
bilməsi ona qədim türk yazılı abidələrini tədqiq edən alimlərin orijinal əsərləri ilə tanış olmağa
imkan vermiş, bu sahədə edilən araşdırmaları incələyərək abidələrin tapılması, oxunması, tədqiqi və
nəşri tarixi haqqında müfəssəl bilgi əldə etməsinə zəmin yaratmışdır. Əlyazmada Orxon-Yenisey
abidələri haqqında məlumatdan başlayaraq, onların tədqiqi üçün təşkil edilən müxtəlif elmi
ekspedisiyalar, abidələrin tapıldığı ərazilərdə axtarışlar aparan Avropa alimlərinin elmi
mülahizələri, hətta bir-biriləri ilə apardıqları elmi mübahisələr əks olunmuş, İ.Strallenberq, Heygel,
J.Klaprot, N.İ.İlminski, N.V.Yadrintsev, A. Remuzə, V.Radlov kimi alimlərin qədim türk yazılı
abidələrinin yazılma tarixi, xüsusilə abidələrdəki kod sözlər vasitəsilə sinoloqlar tərəfindən
mətnlərin deşifrə olunması, türk dilinin təşəkkülü və inkişaf tarixi haqqında olan görüşlərini də
təhlilə cəlb etmişdir (3, I dəftər, s.5-8).
Əlyazmanın diqqət çəkən digər xüsusiyyəti, müəllifin orta əsr türk dilli yazılı abidələr
haqqında da geniş, maraqlı bilgiləri qeydə almasıdır. “XII-XIII-XIV əsrlərə dair türk dilli abidələr
haqqında məlumat azdır” deyən Ə.Haqverdiyev “Yusif Balasaqunlu kimi tanınan Yusif Xas
Hacibin “Kutadqu biliq”, müəllifini bilmədiyi “Yusif və Züleyxa” əsərini, Ribati Oğuz adlanan
Nəsirəddin Bürhanəddin oğlunun məşhur “Qısasül Ənbiya” əsərlərini” örnək göstərir (3, I
dəftərs.8). Müxtəlif ərazilərdən tapılan qədim türk yazılı abidələrinin transkripsiyası, oxunuşu,
tərcüməsi və s. haqqında həddən artıq maraqlı, zəngin, dəqiq və indiyə qədər məlum olmayan
məlumatlar verən Ə.Haqverdiyev bu “iki dilli, üçdilli yazılı mətnlərin alimlər tərəfindən həmişə
diqqət mərkəzində olduqlarını” yazır (3, I dəftər, s.9), Avropa alimlərinin, xüsusən V.Tomsen,
V.Radlov, Şlegel, M.Parker, V.Vasilyevin bu sahədə daha çox və ciddi işlər gördüyünü qeyd edir.
Qədim və orta əsrlər türkdilli abidələrin tədqiqi tarixini çox şəffaf şəkildə təhlilə cəlb edən müəllif,
I Türkoloji Qurultayın 90 illiyinə həsr olunmuş beynəlxalq konfrans:
TÜRKOLOJİ ELMİ-MƏDƏNİ HƏRƏKATDA ORTAQ DƏYƏRLƏR VƏ YENİ ÇAĞIRIŞLAR (II hissə)
147
türk xalqlarının orta əsrlərdə yaratdıqları dil və ədəbi qaynaqları da nəzərdən keçirir. Ədibin türk
yazılı abidələrindən bəhs edərkən Kitabi Battal Qazi dastanına da toxunması bu sahə ilə bağlı
araşdırmaların tarixinə yeni işıq salır. Əsər haqqında geniş bilgilər ehtiva edən əlyazmadan aydın
olur ki, müəllif dastanın yazılma tarixi, onun məzmunu, dili və türk ədəbiyyatı tarixindəki yeri
haqqında müfəssəl araşdırma aparmış, əldə etdiyi nəticələri və faktları qeydə almışdır.
Əsərin davamında Əbdürrəhim bəy Haqverdiyev Osmanlı türk ədəbiyyatının inkişaf tarixi,
Anadolu coğrafiyasında təşəkkül tapan, böyük Osmanlı imperiyasında inkişaf edən türk ədəbiyyatı
haqqında danışarkən ilk öncə İstanbulun Türk-İslam aləmindəki yerinə toxunaraq yazır: “Türk
xalqları zaman-zaman təzyiqlərə məruz qaldıqları üçün bəziləri ədəbiyyat və dil baxımından
inkişafdan geri qaldı. Lakin Osmanlı Türkləri öz ədəbiyyatlarını və dillərini ən yüksək zirvəyə
daşımağı bacardılar, İstanbul bir zamanlar Buxara və Səmərqənd kimi, dövrün elm və mədəniyyət
mərkəzi oldu” (3, I dəftər, s.39). Ə.Haqverdiyev Osmanlı imperiyası coğrafiyasında məskunlaşan
türklərin inkişafından yazarkən çox əhəmiyyətli bir mövzuya toxunmuşdur. O qeyd edir ki, “bizim
kazan tatarları Konstantinopoldan kitab ixrac edirdilər və onları öz istifadələri üçün nəşr edirdilər.
Bunu heç də sadə hadisə hesab etmək olmaz, Osmanlı vahid və böyük dövlət idi, öz siyasi və
mədəni gücünü itirməmişdi və Osmanlı Türk ləhçəsi leksik və qrammatik göstəricilər baxımından
digər türk ləhçələrindən daha zəngin və daha inkişaf edir, sait səslərdəki güclü sinharmoniya
sayəsində ahəng qanunu fövqaladə şəkildə inkişafı ilə seçilirdi (3, I dəftər, s. 39-40).
XIX əsrin sonu XX əsrin başlarında Osmanlı Türk ədəbiyyatının inkişaf yoluna nəzər salan
müəllif, onu mütərəqqi rus ədəbiyyatı ilə müqayisə edir, onlar arasında oxşalığı göstərir. Tərcümə
ədəbiyyatı və Avropa təsirilə yazılan yeni ədəbiyyat nümunələrini müvəffəqiyyət kimi qeyd edən
Ə.Haqverdiyev, Osmanlıların əsasən qəzetçilik, mətbuat sahəsində böyük, möhtəşəm uğurlar
qazandığını yazır (3, I dəftər, s. 31) Səlcuqilər dövründən başlayaraq Anadolu sahəsi ədəbiyyatının
inkişafına toxunan müəllif, türk ədəbiyyatının müxtəlif janrlarından da bəhs edir (3, I dəftər, s. 32),
Əndəlibinin “Oğuznamə”si, atalar sözləri, tapmacalar, nağıllar, türkülər, manilər (3, I dəftər, s. 34-
53) haqqında məlumat verən müəllif, bu janrlara aid örnəkləri rus dilinə tərcümə edərək
göstərmişdir (3, I dəftər. s.54; II dəftər, s. 5). Seyid Battal Qazi dastanı haqqında məlumat verən
Ə.Haqverdiyev maraqlı bir cəhətə toxunur, onun digər türk xalqları arasında çoxlu nüsxələrinin
yayıldığını, hətta qeyri-türk əsilli xalqların ƏDƏBIYYATlarında da bu motivləri əks etdirən
epopeyaların mövcud olduğunu yazır (3, II dəftər, s.7), Rus dastan qəhrəmanı İlya Muramets bənzər
xüsuslarının olduğunu göstərir (3, II dəftər, s.8). Əlyazmada Sultan Sarı Satlık Buğra Xan
epopeyası, onun məzmunu, motivləri haqqında da danışılır, bu əsərin Battal Qazi qədər populyar
olmadığı qeyd olunur (3, II dəftər, s, 9), Xoca Nəsrəddin və onun lətifələri, Osmanlı sahəsində
yazılan təzkirələr, onların tərtib qaydaları, ən məşhuru olan Lətifi təzkirəsi, XII əsrdən sonra inkişaf
edən klassik türk ƏDƏBIYYATı, Mövlana Cəlaləddin Rumi, əsərləri, ümumiyyətlə, təriqət
ƏDƏBIYYATı nümayəndələri haqqında geniş bilgi verilir, müqayisəli təhlillər aparılır (3, II dəftər,
s. 11-24).
Sonda qeyd etmək lazımdır ki, bu əlyazma Azərbaycan fililoji elminin tarixini öyrənmək,
ədəbi dil və türk dillərinin tədqiqi tarixinin inkişaf yolunu araşdırmaq baxımından qiymətli mənbə
hesab oluna bilər. Əlyazmalar, xüsusən də Azərbaycanda qədim türk yazılı abidələrinin tədqiqi
tarixinə işıq salmaq, Azərbaycan türkoloji fikrinin təşəkkülü və inkişaf istiqamətlərini öyrənmək, bu
sahədə dair tədqiqatların elmi-nəzəri əsaslarını əks etdirməsi baxımından dəyərlidir.
ƏDƏBIYYAT
1.
AMEA M.Füzuli adına Əlyazmalar İnstitutu, Fond 9, s.v. 33
2.
AMEA M.Füzuli adına Əlyazmalar İnstitutu, Fond 9, s.v. 34
3.
AMEA M.Füzuli adına Əlyazmalar İnstitutu, Fond 9, s.v. 38
4.
AMEA M.Füzuli adına Əlyazmalar İnstitutu, Fond 9, s.v. 173
5.
Haqverdiyev Ə. Seçilmiş Əsərləri. 2 cilddə. II cild. Baкı: 2005, “Lider nəşriyyat”, 408 səh.
6.
Məmmədova Mehri. Əbdürrəhim bəy Haqverdiyev arxivinin izahlı təsviri. Bakı: 2012,
“Elm və təhsil”, 120 s.
I Türkoloji Qurultayın 90 illiyinə həsr olunmuş beynəlxalq konfrans:
TÜRKOLOJİ ELMİ-MƏDƏNİ HƏRƏKATDA ORTAQ DƏYƏRLƏR VƏ YENİ ÇAĞIRIŞLAR (II hissə)
148
ABDURRAHIM BEY HAQVERDIYEV’S MANUSCRIPTS ON THE HISTORY OF
TURKISH LANGAGES
Abstract
At the end of the 19
th
and beginnings of the 20
th
centuries in most countries of the world
researchers had started to study the history, cultural heritage and monuments of the Turks.
Azerbaijani intellectuals, eminent men of science, cultural workers used to research turkological
studies, write works embracing the Turkish history, language, literature and written monuments.
AbdurrahimbeyHaqverdiyev, well-known representative of the Azerbaijani literature, specialist in
drama study conducted valuable researches about ancient Turks, their written monuments and old
Turkish poetry. In his manuscripts titled “Turkish language”, “Our literary language” is given
valuable information on the research of the Turkish monuments, their classification, new
turkological studies, especially Ottoman Turkish literature.
Key words: Abdurrahimbey Haqverdiyev, Turkish, Orkhon-Yenisei, Azerbaijan, Ottoman.
Zabitə Teymurlu, fil.ü.f.d.
Qafqaz Universiteti, Azərbaycan dili və ədəbiyyatı bölməsi
ANADOLU AĞIZLARINDA VƏ AZƏRBAYCAN ƏDƏBİ DİLİNDƏ PARALEL
İŞLƏNƏN ORTAQ LEKSİK VAHİDLƏR
Türk dillərinin müqayisəli öyrənilməsi türkologiyada aktual məsələlərdən biridir. Xüsusilə
eyni dil qrupuna xas türk dillərinin fonetik, morfolojik, leksik baxımdan tədqiqi bu dillərdə
mövcud uyğun və ya fərqli dil xüsusiyyətlərinin aşkar edilməsinə kömək ola bilər.Bu səbəbdən
oğuz dil qrupuna aid Azərbaycan və türk dillərinin fonetik, qrammatik, leksik baxımdan
müqayisəsi iki dilin tarixi yaxınlığına bir daha işıq salır. Tarixi baxımdan Azərbaycan ədəbi dili
ilə türk dili arasında çox da böyük fərq yoxdur. Ancaq müasir Azərbaycan ədəbi dili ilə türk ədəbi
dili arasındakı fərqli məqamlar özünü göstərməkdədir.
Azərbaycan və türk dillərini fonetik baxımdan müqayisə etdiyimiz zaman Azərbaycan
dilində mövcud olan ə saiti və x samiti türk dilində yoxdur, ancaq dildə ə, q səsləri yazıda öz
əksini tapmasa da danışıq səsi kimi mövcuddur. g hərfi ilə iki danışıq səsi ifadə edilir.ghərfi qalın
saitlərlə heca qurduğu zaman [q], incə saitlərlə heca qurduğu zaman [g] səsini verir: gazete
[qazetə], galiba [qaliba] «ehtimal ki, yəqin ki», gönül [gönül], gösteri [göstəri]
«nümayiş».Azərbaycan dilində x samiti ilə başlayan və bitən sözlər türk dilində h və ya k samiti
ilə, sözün ortasında isə həmin samitlərdən başqa bir də ş samiti ilə işlənir.Hər üç samit x səsinə
nisbətən daha kardır: haber «xəbər», çok «çox», arşiv «arxiv».Söz əvvəlində dilarxası, novlu, kar
x samitinin mövqeyində türk dilində olduğu kimi h boğaz samitinin işlənməsinə Ordubad və
Yardımlı şivələrində təsadüf edilir: horuz, hermən, hurcun, hala(Ord.), harman, hortdan, hurcun,
hiyar, hasta(Yar.-Telavar, Üzü, Ostayır)(9, 280)Türk dilində ğ samiti qalın saitlərlə heca qurduğu
hallarda tələffüz edilmir, özündən əvvəlki sait qismən uzun tələffüz olunur: sağlam [saalam], ağaç
[aaç].Türk dilində Azərbaycan dilindən fərqli olaraq sözün əvvəlində ı saitinin işlənməsi normal
haldır: ışık «işıq», ırak «iraq», ısı «istilik».Bu hala Azərbaycan dili dialektlərində də təsadüf
edilir.Ədəbi dildə ahəng qanununa tabe olmayaraq, sözün əvvəlində i səsi gəldiyi halda, Qazax,
Gəncə dialektlərində və Qarabağın bəzi şivələrində ı səsi özünü göstərir.Məsələn, ışıx, ılxı, ıldırım
və s.(12, 56) Türk dilində bəzi sözlərdə söz başında qədim fonemlərdən olan y saxlanmış.
Azərbaycan dilində isə bunlar səs düşümünə uğramışdır: yıldırım «ildırım», yıldız «ulduz», yılkı
I Türkoloji Qurultayın 90 illiyinə həsr olunmuş beynəlxalq konfrans:
TÜRKOLOJİ ELMİ-MƏDƏNİ HƏRƏKATDA ORTAQ DƏYƏRLƏR VƏ YENİ ÇAĞIRIŞLAR (II hissə)
149
«ilxı».Av səs birləşməsi türk dilində saxlandığı halda Azərbaycan dilində dəyişikliyə uğrayır: Türk
dilində- av, avuç, tavşan, tavuk; Azərbaycan dilində ov, ovuc, dovşan, toyuq.Lakin
Naxçıvan,Şahbuz,Şərur, Zəngilan, Qubadlı, Cəbrayıl, Füzuli(Qarabulaq) şivələrində av
səsbirləşməsi saxlanılır: davşan, yavşan, qavla-.( 9, 280)Azərbaycan dilində çoxhecalı və bəzi
təkhecalı sözlərin sonunda işlənən d, b, g, c cingiltili samitləri tələffüz zamanı karlaşır, yəni kar
qarşılığı ilə deyilir.Bu cür sözlər türk dilində d, b, g, c samitləri kar qarşılıqları olan t, p, k, ç
qarşılıqları ilə yazılır və tələffüz edilir.Bu hala Azərbaycan dili dialektlərində də təsadüf Dostları ilə paylaş: |