I Türkoloji Qurultayın 90 illiyinə həsr olunmuş beynəlxalq konfrans:
TÜRKOLOJİ ELMİ-MƏDƏNİ HƏRƏKATDA ORTAQ DƏYƏRLƏR VƏ YENİ ÇAĞIRIŞLAR (II hissə)
1
I Türkoloji Qurultayın 90 illiyinə həsr olunmuş
“TÜRKOLOJİ ELMİ-MƏDƏNİ
HƏRƏKATDA ORTAQ DƏYƏRLƏR
VƏ YENİ ÇAĞIRIŞLAR”
mövzusunda Beynəlxalq konfransın
MATERİALLARI
(II hissə)
Bakı, 14-15 noyabr 2016-cı il
“Elm və təhsil”
Bakı – 2016
I Türkoloji Qurultayın 90 illiyinə həsr olunmuş beynəlxalq konfrans:
TÜRKOLOJİ ELMİ-MƏDƏNİ HƏRƏKATDA ORTAQ DƏYƏRLƏR VƏ YENİ ÇAĞIRIŞLAR (II hissə)
2
KONFRANSIN RƏYASƏT HEYƏTİ
AKİF ƏLİZADƏ
AMEA-nın prezidenti, akademik
İSA HƏBİBBƏYLİ
AMEA-nın vitse-prezidenti, akademik
KAMAL ABDULLAYEV
Millətlərarası multikulturalizm və dini məsələlər üzrə Dövlət müşaviri, akademik
TEYMUR KƏRİMLİ
AMEA Humanitar Elmlər Bölməsinin akademik-katibi, akademik
NAİLƏ VƏLİXANLI
Milli Azərbaycan Tarixi Muzeyinin direktoru, akademik
NƏRGİZ AXUNDOVA
AMEA İctimai Elmlər Bölməsinin akademik-katibi, AMEA-nın müxbir üzvü
RAFAEL HÜSEYNOV
N.Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin direktoru, akademik
TEYMUR BÜNYADOV
Akademik
MÖHSÜN NAĞISOYLU
AMEA Nəsimi adına Dilçilik İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü
NİZAMİ CƏFƏROV
Atatürk Mərkəzinin direktoru, AMEA-nın müxbir üzvü
GÖVHƏR BAXŞƏLİYEVA
AMEA akad. Z.Bünyadov adına Şərqşünaslıq İnstitutunun direktoru,
AMEA-nın müxbir üzvü
YAQUB MAHMUDOV
AMEA A.Bakıxanov adına Tarix İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü
MUXTAR İMANOV
AMEA Folklor İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü
ƏRTEGİN SALAMZADƏ
AMEA Memarlıq və İncəsənət İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü
I Türkoloji Qurultayın 90 illiyinə həsr olunmuş beynəlxalq konfrans:
TÜRKOLOJİ ELMİ-MƏDƏNİ HƏRƏKATDA ORTAQ DƏYƏRLƏR VƏ YENİ ÇAĞIRIŞLAR (II hissə)
3
KONFRANSIN TƏŞKİLATÇILARI:
Azərbaycan Milli Elmlər Akademiyasının Rəyasət Heyəti
Azərbaycan Respublikası Təhsil Nazirliyi
Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyi
AMEA Nəsimi adına Dilçilik İnstitutu
AMEA Nizami adına Ədəbiyyat İnstitutu
AMEA akad. Z.Bünyadov adına Şərqşünaslıq İnstitutu
Konfrans 2016-cı il noyabr ayının 14-15-də Bakı şəhərində keçiriləcəkdir
Açılış mərasimi
: AMEA Rəyasət Heyətinin binası, Böyük akt zalı, III m.
Bölmə iclasları
: AMEA-nın Mərkəzi Elmi Kitabxanası, II, III, IV m.
Ünvan: Bakı, H.Cavid prospekti, 115
KONFRANSIN TƏŞKİLAT KOMİTƏSİ
İSA HƏBİBBƏYLİ
AMEA-nın vitse-prezidenti, akademik, sədr
MÖHSÜN NAĞISOYLU
AMEA Nəsimi adına Dilçilik İnstitutunun direktoru,
AMEA-nın müxbir üzvü, müavin
KONFRANSIN TƏŞKİLAT KOMİTƏSİNİN ÜZVLƏRİ
ŞAHİN MUSTAFAYEV
AMEA-nın müxbir üzvü
İLHAM TAHİROV
fil.ü.e.d., prof.
İSMAYIL
KAZIMOV
fil.ü.e.d.,
prof.
İSMAYIL MƏMMƏDLİ
fil.ü.e.d., prof.
MAYIL ƏSGƏROV
fil.ü.e.d., prof.
MƏMMƏD ƏLİYEV
fil.ü.e.d., prof.
MƏSUD
MAHMUDOV
fil.ü.e.d.,
prof.
NADİR
MƏMMƏDLİ
fil.ü.e.d.,
prof.
SAYALI SADIQOVA
fil.ü.e.d., prof.
SEVİL MEHDİYEVA
fil.ü.e.d., prof.
AYNEL MƏŞƏDİYEVA
fil.ü.f.d., dos.
AYTƏN BƏYLƏROVA
fil.ü.f.d., dos.
BABA MƏHƏRRƏMLİ
fil.ü.f.d., dos.
RASİM
HEYDƏROV
fil.ü.f.d.,
dos.
TEYYUB QULİYEV
fil.ü.f.d.,
dos.
ELÇİN İBRAHİMOV
KONFRANSIN MƏSUL KATİBİ:
SEVİNC MƏMMƏDOVA
fil.ü.f.d., dos.
KONFRANSIN MƏTBUAT KATİBİ:
TƏRANƏ ŞÜKÜRLÜ
fil.ü.f.d., dos.
I Türkoloji Qurultayın 90 illiyinə həsr olunmuş beynəlxalq konfrans:
TÜRKOLOJİ ELMİ-MƏDƏNİ HƏRƏKATDA ORTAQ DƏYƏRLƏR VƏ YENİ ÇAĞIRIŞLAR (II hissə)
4
KONFRANSIN MATERİALLAR TOPLUSUNUN
REDAKSİYA HEYƏTİ:
ELMİ REDAKTOR:
MÖHSÜN NAĞISOYLU
AMEA Nəsimi adına Dilçilik İnstitutunun direktoru,
AMEA-nın müxbir üzvü
REDAKSİYA HEYƏTİ ÜZVLƏRİ:
İLHAM TAHİROV,
fil.ü.e.d., prof.
İSMAYIL KAZIMOV,
fil.ü.e.d., prof.
İSMAYIL MƏMMƏDLİ,
fil.ü.e.d., prof.
MAYIL ƏSGƏROV,
fil.ü.e.d., prof.
MƏSUD MAHMUDOV,
fil.ü.e.d., prof.
NADİR MƏMMƏDLİ
fil.ü.e.d., prof.
SAYALI SADIQOVA,
fil.ü.e.d., prof.
SEVİL MEHDİYEVA,
fil.ü.e.d., prof.
AYNEL MƏŞƏDİYEVA, fil.ü.f.d., dos.
AYTƏN BƏYLƏROVA,
fil.ü.f.d., dos.
BABA MƏHƏRRƏMLİ,
fil.ü.f.d., dos.
SEVİNC MƏMMƏDOVA, fil.ü.f.d., dos.
RASİM HEYDƏROV
fil.ü.f.d., dos.
TEYYUB QULİYEV fil.ü.f.d.,
dos.
ELÇİN İBRAHİMOV
Kompüter dizaynerləri
CAHİD KAZIMOV
LALƏ DƏMİROVA
JALƏ ƏSGƏRZADƏ
Kompüter operatorları
PƏRVİN İSAYEVA
RƏNA MƏMMƏDOVA
XATİRƏ MƏLİKOVA
TƏHMİNƏ AXUNDOVA
ANARƏ BABAYEVA
FİRƏNGİZ MƏMMƏDOVA
MİNARƏ MƏLİKZADƏ
Məruzə mətnlərindəki orfoqrafik, qrammatik və üslubi xətalara görə müəlliflər
məsuliyyət daşıyır.
I Türkoloji Qurultayın 90 illiyinə həsr olunmuş beynəlxalq konfrans:
TÜRKOLOJİ ELMİ-MƏDƏNİ HƏRƏKATDA ORTAQ DƏYƏRLƏR VƏ YENİ ÇAĞIRIŞLAR (II hissə)
5
BÖLMƏ 5
TÜRK LÜĞƏTÇİLİYİ, DİALEKTOLOGİYASI, QRAMMATİKASI
İsmayıl Kazımov, fil.ü.e.d., prof.
AMEA Nəsimi adına Dilçilik İnstitutu,
Müasir Azərbaycan dili şöbəsinin müdiri
KARAİMLƏR VƏ ONLARIN DİLİ
Karaimlər qıpçaqlardır. Əhalisinin sayı yüz mindən çox olan karaimlər türk dillərinin Şimal-
Qərb arealına daxildir. Tatarlar, başqırdlar, çuvaşlar da bu arealdadır. «Şimal-Qərb dilləri ərazi
cəhətdən Cənub-Qərb və Şimal-Şərq dillərindən müəyyən dərəcədə uzaq olsa da dillərin ümumi
genealoji və tipoloji yaxınlığı onların müasir quruluşunda da özünü büruzə verir. Bu əlaqələr,
həmçinin dillərin daxili strukturundakı oxşar və fərqli cəhətlər hər hansı dil materialının təhlilində
özünü qabarıq şəkildə göstərir. Ayrı-ayrı dil areallarında olduğu kimi bu arealda da məskunlaşmış
türk xalqlarının həmin ərazidə yerləşməsi prosesi özünəməxsus tarixi və sosial hadisələrlə bağlıdır»
(1, s.291).
Karaim dili və ya türkcəsi danışıq dili kimi işlədilir. Yəhudi dinindən olan karaimlər Litva,
Ukrayna və Polşanın bir sıra şəhərlərində yaşayırlar. Onların ədəbi dilləri, demək olar ki, yoxdur,
lakin yazıları mövcuddur. Əvvəllər ibrani, sonralar isə kril əlibasından istifadə etmişlər. Əhalinin
1989-cu ildə həyata keçirilən ümumi siyahıya alınmasına görə keçmiş SSRİ –də 2602 nəfər karaim
yaşamışdır. Onların 21 %-i karaim dilindən istifadə etmişdir.
Türkoloqlar karaimlərin türk dilləri arasındakı yerini müəyyənləşdirməyə çalışarkən fərqli
yanaşmalar irəli sürmüşlər. V.Radlov onların türkçələşmiş bir Fin-Uqor dili ola biləcəyi ehtimalı
üzərində durarkən, J.Ramstedt və N.Poppe karaim dilinin (çuvaş dili kimi) türkcə ilə monqolca
arasında körpü vəzifəsini yerinə yetirən bir dil olduğunu sübuta yetirmək istəmişdilər.
Xalqın düşüncəsində «karay», «karaylar» qədim türk etnosları olan kerey, kereitlərlə
əlaqədardır. Vaxtı ilə karaim etnosoları Xəzər xaqanlığı ərazisində yaşamışlar. Xaqanlıqda müasir
balkarlar\malkarlar, qaraçaylar, krım tatarları, çuvaşlar, başqırdlar, kumıklar, krımçaklar, noqaylar
və qazaxlar da yaşamışlar.
Öz antropoloji tipinə görə karaimlər balkarlara, qaraçaylara, çuvaşlara yaxındırlar.
Antropoloji əlamətləri, yaxın əlaqələri dil göstəriciləri ilə də əsaslandırmaq olur. Karaimlər qədim
türk adlarını (Tenri, göy və s.) qoruyub saxlaya bilmişlər.
Karaimlər həm də Ukraynada yaşayan azlıqlardan biridir. Karaim dili bir sıra dialektlər
əsasında formalaşmışdır. Həmin dil bir qədər poleveslərin dilinə də yaxındır (Codex Cumanicus-
XIII əsr).
Karaim dilinin tədqiqi ilə Rusiyada, keçmiş Sovetlər İttifaqında, eləcə də xarici ölkələrdə
V.V.Radlov, A.N.Samoyloviç, V.A.Qordlevski, S.M.Şapşal, V.İ.Filonenko, V.Kokenay,
N.A.Baskakov, K.Foya, K.Musayev və b. məşğul olmuşlar.
İlk dəfə olaraq türkologiyada karaim dilinin türk dilləri arasında yerini A.N. Samoyloviç
müəyyənləşdirmiş və bu dili təsnif etmişdir.
Karaim dilinin öyrənilməsinə XIX əsrin axırlarından başlanılmışdır. Bu dövrdə karaim dili
V.V.Radlov və Polşa alimi Jan Qjeqovski tərəfindən tədqiq edilmişdir. XX əsrin 20-30- cu illərində
karaim dili V.A.Qordlovski, polşa alimi T.Kovalski və A.Zayançkovski tərəfindən öyrənilmişdir. II
Dünya müharibəsində karaim dilinin tədqiqi bir qədər səngimişdir. Müasir dövrdə karaim dili,
demək olar ki, araşdırılmır.
Karaimlər Krım, Polşa, Rusiya və Ukrayna karaimləri olmaqla 4 yerə bölünür. Krım
karaimlərinin şeir və mahnılarında onların xəzərlərlə qohumluq əlaqələrini sübut edən faktlar
çoxdur.
I Türkoloji Qurultayın 90 illiyinə həsr olunmuş beynəlxalq konfrans:
TÜRKOLOJİ ELMİ-MƏDƏNİ HƏRƏKATDA ORTAQ DƏYƏRLƏR VƏ YENİ ÇAĞIRIŞLAR (II hissə)
6
Bu dil sistematik şəkildə təsvir olunub. Həmin dil haqqında qısa bir mətnə diqqət yetirək:
«Kray tili- birisi tiurk uluslarnyn eski tilliarinan. Any bijik üriatkian erianliarimiz dahy özgia-die
bijlikliarinin üvriatkianliari az tiuviul tiergiadliar da inçkialiadlar. Tiek bilmiavçiuliargia karay
tilin ajuruç bastyrhan üriatiuv bitikliar joch edi...» (Tiuziuvçiu).
Karaimlər azsaylı türk xalqlarından biridir. Karaimlər özünü karay, karaylar adlandırırlar.
Onlar karaizmə (din) sitayiş ediblər. Sonra bu söz etnonimə, etnotoponimə çevrilib.
Kara sözü- qədim yəhudi dillərində «oxumaq», karaim isə- «oxucu» mənasındadır.
Karait\karaim sözləri ekvivalentlərdir. Güman ki, bizim işlətdiyimiz «qarə», qiraət» sözləri də
həmin mənşədəndir.
Karaimlər Litvada və Rumiyada da yaşayırlar. Karaim dili slavyan dillərinin əhatəsinə inkişaf
etmişdir. Onlar slavyan dillərindən geniş dairədə bəhrələnmişlər.
Karaimlərin bir hissəsi Trakalda konsenrasiya olunub (170 nəfər). Böyük əksəriyyət karaim
ana dilindən məhrum edilib. Ana dilini yaxşı bilmir. Onlar məktub yazıblar ki, «bizim artıq öz
dilimiz yoxdur. Biz rus dilində, yaxud litva, polyak və ukrayin dilində danışırıq. Qəbir daşlarımızın
üzərindəki yazılar da yad dildədir- rus, litva, polyak və ukrayin dillərindədir. Familiyalarımız,
əsasən, ukrayin soyadlarından ibarətdir. Ukrayin dilinin təsiri ilə soyadlarımız formalaşmışdır»
Öz ana dillərini itirmə təhlükəsi bədii ƏDƏBIYYATda da öz əksini tapmışdır. XX əsrin 30-
cu illərində S.Rudkovskinin «Dostiar» («Друзъя») pyes-komediyasında qarışıq slavyan-karaim dili
satira atəşinə tutulmuşdur.
Karaim dilinin tarixi əlaqələri ayrı-ayrı türk dilləri ilə yaxın olmuşdur, bu folklor örnəklərində
də görünür:
Laрa-lapa kar yava,
Эrbi baba koy soya,
Xazar oqlu at çaba,
Baylarımız toy çala. (Azərbaycan dilinə tərcüməsi: Lopa-lopa qar yağar, Erbi baba qoyun
soyar, Xəzər oğlu at çapar, Bəylərimiz toy çalar)
Bu şeir və mahnı xəzər dövləti dövrünü əks etdirir.
Karaimlər yəhudi, latın və rus əlifbasından istifadə etmişlər. Karaim dilinin bəzən yazısı
olduğu da göstərilir. Amma əhatəsində olduğu dildə onların övladları təhsil alırlar. Ukraynada
yaşayan karaimlər qaliç dialektində danışırlar. Deyilənə görə, karaimlər XX əsrə qədər öz dillərini
qoruyub saxlamışlar. Artıq bu dil itmək üzrədir. Bunun bir sıra səbəbləri mövcuddur. Birinci səbəbi
karaimlərin sosial həyatının tarixi şəraitində axtarmaq lazımdır. Digər başlıca səbəb karaimlərin
örtülü, qapalı həyat sürmələri, cəmiyyətdən qaçmaları ilə əlaqədardır. Bu, onlar üçün bir sosial bəla
olmuşdur. Bu gün sosial problemin dil baxımdan doğurduğu reallıqlar da həmin səbəblə bağlıdır.
Onlar adamlara yovuşmamışlar. Qaradinməzlik karaim adamları üçün bir əlamət sayılmışdır. Ancaq
müəyyən qərarları özləri müstəqil olaraq çıxarmışlar və s. Onlar icma şəklində yaşamışlar. Bütün
işlər- dinə və mədəniyyətə dair işlər icmanın çıxardığı qərarla həll edilmişdir.
Qeyd olunduğu kimi, karaimlərin vahid, normalaşdırılmış ədəbi dili mövcud deyildir. Onların
xüsusi ədəbi dilləri olmadığı üçün yaşadıqları ölkənin ədəbi dilindən istifadə edirlər. Məsələn,
Ukrayna karaimləri Ukrayna ədəbi dilindən, Polşa karaimləri polyak ədəbi dilindən, Rusiya
karaimləri rus ədəbi dilindən və s. istifadə edirlər.
1959-cu ildə əhalinin siyahıyaalınmasına görə Sovet İttifaqında 5900-ə qədər karaim var idi.
Doğma dildə danışanlar 16, 5 faiz təşkil edirdi. Onlar Litvada (Trakay, Vilnus şəhərlərində), şərqi
Ukraynada (Qaliç İvano-Frankovsk vilayətində) yaşayırlar. Karaimlərin bir çoxu xarici ölkələrdə də
yaşayırlar.
Karaim dilini əhatə edən üçdilli lüğət 1974-cü ildə nəşr edilmişdir (2).
Karaim dilini öyrənmək üçün türkoloqlar müxtəlif mənbələrə müraciət etmişlər: 1) danışıq
dili materiallarına; 2) qonşu dillərin güclü təsirini əks etdirən sənədlərə. Bu materiallar hələ 1957-
1963-cü illər arası toplanmışdır.
Karaimlərin soyadları maraq doğurur. Onlar «oqlı» sözündən istifadə edir: Abram-Oqlı,
Abraoqlı.
I Türkoloji Qurultayın 90 illiyinə həsr olunmuş beynəlxalq konfrans:
TÜRKOLOJİ ELMİ-MƏDƏNİ HƏRƏKATDA ORTAQ DƏYƏRLƏR VƏ YENİ ÇAĞIRIŞLAR (II hissə)
7
Aqa sözünü adın əvvəli və sonunda işlədirlər: Abraqamoviç-Aqa,, Aqa, Aqalık, Aqa-Kefeli,
Aqa-Neyman, Aqa-Çudakov, Abıkoviç,
Xüsusi səciyyəli adlardan istifadə: Aylık, Ayni, Alan, Babay, Babacan, Baloban, Bektaş,
Bondar, Boru, Yarımbaş, Yamaşa, Şuşman və s.
Şəxs adları karaimlərdə türk, ərəb, qədim Avropa, fars, yunan mənşəlidir (3)
oviç-eviç- şəkilçisi familiyalarda çox işlədilir: Azareviç, Abraxamoviç.
Karaimlər SSRİ dövründə Vülnus, Trakay, Panevejis, Qaliç, Lusk Evpatoniya, Baxçasaray,
Feodosiya və s. şəhərlərdə yaşayırlar.
Krım karaimlərinin dili yaxın qonşuları krım tatarlarının dilinə assimliyasiya olunmuşdur.
Bununla belə, bir sıra özünəməxsus fonetik və leksik özəllikləri də qoruyub saxlamışdır.
Litva və Ukraynada karaimlər XIV əsrin sonu, XV əsrin əvvəllərində məskunlaşmışlar.
Onların –karaimlərin şərq dialekti bu bölgələrin danışığı əsasında yaranmışdır.
Karaimlər ancaq 3 dialektdə danışırlar: krım, trakay və qaliş. Bu dialektlər arasında müəyyən
fərqlər var. Məsələn, getmək feili trakay dialektində yür, qaliç dialektində yur; mənə əvəzliyi trakay
dialektində maya, qaliç dialektində mana şəklində təzahür edir. Bu dilin leksikasında trakay
dialektində «quyu» sözü kuyuv, qaliç dialektində həmin söz kuyduk şəklində. İnək sözü trakayda
sıyır, qaliçdə inek formasında özünü göstərir və s.
Ukraynada yaşayan karaimlərin dillərində arxaik xüsusiyyətlər də qorunub saxlanmışdır;
həmin sözlər intervokal mövqedə çıxış edir: aka, yokarı, sekiz, dokız, daq \tav (meşə, dağ), ağız
(avuz), denuz\tenuz və s.
Ukrayna karaimləri «Qözlerim qörmez oldu» -«gözlərim görməz oldu» (Baxçasarayda
yaşayanlar) frazasını tez-tez işlədirlər.
Qaqauz dilində olduğu kimi, Ukrayna karaimlərinin də dilinin sintaksisində nisbi sərbəstlik
özünü göstərir. Bu xüsusiyyət onu «tipik» türk dillərindən fərqləndirir. Bu dilin sintaksisinə də
qonşu dillərin- məsələn, Ukrayna dilinin güclü təsiri olmuşdur. Bu dilin sintaktik özəlliklərindən
biri məişət-danışıq dilinin əlamətlərini saxlamasıdır. Kitab dili- dini ƏDƏBIYYATların dilidir.
Tövratın tərcümə dili bu baxımdan səciyyəvidir.
Karaim dilinin sintaksisi, başlıca olaraq, qədim yəhudi dilinin orijinal cümlə quruluşlarının
kalkalaşmış formalarıdır.
Ukraynada yaşayan karaimlərin gənc nəsli rus dilində oxumağa böyük meyil göstərirlər, yerli
əhali isə bu dildən nisbətən az istifadə edir.
Karaim dilinin sosial əsaslarında müəyyən dillərin təsiri danılmazdır. Məs.:
Slavyan dillərinin təsiri. Bu təsir XV əsrdən başlanmış və davam etmişdir. Karaim dili eyni
vaxtda qohum slavyan dillərindən- Rus, Ukrayna, Belorus və Polyak dillərinin təsiririnə məruz
qalmışdır. Məsələn, Trakay dialektində rus alınması olan «kirpiç» (kərpiç) sözü ilə yanaşı, eyni
zamanda polyak alınması olan «üeqla» sözü də eyni məna üçün işlədilir. Müxtəlif sözlərdən də
karaimlər eyni mənanı ifadə etmək üçün istifadə edirlər.
Fonetik səviyyədə slavyan dillərinin təsiri. Karaim dili ilə başqa türk dilləri və qədim türk dili
arasında özəlliklə səs dəyişmələri, fonetik hadisələr arasında mühüm fərqlər görünmür.
Karaim dilinin fonetik sistemi xeyli miqdarda slavyan tələffüz normaları ilə əhatə olunub.
Trakay və Qaliç dialektlərində fərqlər: keldi\kelqi, muc\kuc, maya\mana, baş\bas, terejya\tereze və
s.
Sintaksisdə slavyan dillərinin təsiri ilə sintaktik vahidlərin bəziləri deformasiyaya məruz
qalmışdır.
Həmin dil bu baxımdan bir sıra özünəməxsus cəhətləri, həmçinin də çoxlu türk dillərinə
məxsus olan tipik əlamətləri itirmişdir. Trakay dialektində vokalizm sistemi rus dilinin təsiri ilə
dəyişkənliyə məruz qalmışdır. Məs.: yu, yo: üv-yüv-yuv «ev»; köz- küöz-yüoz və s.
Konsononantizm sistemində Trakay dialektindəki sağır nun (n) slavyan dillərinin təsirindən
adi n-səsinə çevrilmişdir.
Slavyan dillərindən alınan leksik alınmalar karaim dilinin fonetik qanunlarına
uyğunlaşdırılmışdır: mığla «мгла», xiren «xren», istep «стер» bervenə «юревно» və s.
I Türkoloji Qurultayın 90 illiyinə həsr olunmuş beynəlxalq konfrans:
TÜRKOLOJİ ELMİ-MƏDƏNİ HƏRƏKATDA ORTAQ DƏYƏRLƏR VƏ YENİ ÇAĞIRIŞLAR (II hissə)
8
Müasir karaim dilində vurğu praktik şəkildə sözün müxtəlif hecaları üzərinə düşür ki, bu da
slavyan dillərinin təsiri hesab edilir.
Morfoloji səviyyədə slavyan dillərinin təsiri. K.M.Musayev, O.Prik bu dili qrammatik
səviyyədə araşdırmış, fundamental bir əsərlər ortaya qoymuşlar (4; 5; 6)
-ar\-şar bölüşdürmə sayını yaradan şəkilçi, -lay,-ley – zərf düzəldən şəkilçi, -mayın (-madın \-
matın) feili bağlama göstəricisi,-yir indiki zaman şəkilçisi bu dilin qıpçaq mənşəli olduğunu sübut
edən faktlardandır.
Əksər slavyan elementləri karaim dilinin morfoloji sisteminə daxil olmuşdur. Bəzi
sözyaradıcılığı və sözdəyişdirici modellər slavyan tipli modellərdir. Karaim dilinə məxsus müstəqil
və köməkçi sözlərə lazım olan slavyan dilinin şəkilçilərini, sözönlərini artırmaq ənənəsi də
yaranmışdır. Slavyanizm karaim dilinin müxtəlif nitq hissələrinə öz təsirini göstərmişdir. Məsələn,
Ukrayna dilindən bu dilin Qalıç dialektinə kiçiltmə mənalıi - inu (-unğ) şəkilçisi keçmişdir: kız-
inu\kız-ina «qız», mam (a)-unö «mamoçka»; malax-unə «anqeloçek».
Karaim dilində şəxs kateqoriyası analitik üsulla formalaşır: Men karay-mın- men karay barm-
men karay.
Karaim dilinin sifətlərində slavyan dillərinə məxsus nai şəkilçisi öndə işlənir: naiunlurax
«naibolğşiy», naiterenrək «qluboçayşiy».
Mürəkkəb feil yaradıcılığında «slavyan feili + et» quruluşu məqbul sayılır: calet etti «on
pocalel».
Leksik səviyyədə slavyan dillərinin təsiri. Danışıq dili vasitəsi ilə karaim dilinə ərəb, fars,
qədim yəhudi dillərindən, slavyan dillərindən sözlər keçmişdir. Məs.: bob, çerep, olenğ, moneta,
nauk, plah, taneü, smola, peçğ, izba və s.
Karaim dilinin leksikasında çoxlu sayda qədim türk sözləri qalmışdır: yav (yağ), tarlov (tarla)
və s.
Gün, həftə, ay, il və s. adlar özünəməxsusdur: yex kün (bazar günü), (yex) baş kün
(bazarertəsi), şebbat (şapate kün) (şənbə günü), xan kün (xain kün, orta kün), ayna kün, baras kün
(4-cü gün), bayram kün (5-ci kün); artarıx ay (aprel), kural ay (may), başkusxan (iyun), yaz ay
(iyul), ulaq ay (avqust), sırıx (çirik) ay (sentyabr), ayrıxsı ay (oktyabr), küz ay (noyabr,
axısqalılarda da belədir), soğum ay (dekabr), kış ay (yanvar), kara kış ay (fevral), syuvyunç ay
(mart), artıx ay (mart-aprel) və s.
Krım tatarlarının dilində üç üslub funksionallaşıb: 1) ədəbi dil, 2) kitab dili, 3) danışıq dili.
Ədəbi dildə: ben qeldim, eytirm (mən dedim), danışıq dilində: men keldim, men aytırm və s.
Karaimlərdən bəziləri özlərinə məxsus sözləri unutmuş, həmin sözlərin əvəzinə rus, ukrayna
və polyak dillərinə məxsus sözlərdən istifadə edirlər: qnezdo, skala, kaplə, rosa, pesok və s. (7)
Sintaktik səviyyədə slavyan dillərinin təsiri özünü sözlərin əlaqələnməsi üsullarında daha çox
göstərir. Məsələn, feillərlə idarədə slavyan dilləri ilə üst-üstə düşən məqamlar var: Men anı ozdum.
Bu cümlənin rus dili ekvalenti Ə eqo pereqnal; kolunu onunu «pravuö ruku» və s.
Dostları ilə paylaş: |