sayesinde bilinmelidir.
Oğuznâme hakkında söylenecek ve yazılacak daha çok şey vardır. Fakat bir bildiriye bundan
daha fazlasını sığdırmak mümkün değildir.
KAYNAKLAR
Ahmed Zeki Paşa (2008), “Tatarların Menşeleri ve Akınlarının Ana Sebepleri Hakkında”
(Tercüme: Ferhat Tamir), Prof. Dr. Ahmet Bican Ercilasun Armağanı, Ankara, Akçağ Yayınları.
Alizade, Samed (1992), Oğuzname (Emsal-i Mehmedalî) – XVI. yy. da yazılmış Türk
Atasözleri Kitabı (Eklerle Yayına Hazırlayan: Ali Haydar Bayat), İstanbul, Türk Dünyası
Araştırmaları Vakfı.
Bang, W. und Rachmati G. R. (1932), Die Legende von Oghuz gaghan, Berlin.
Demir Necati – Aydoğdu, Özkan (2015), Oğuzname [Kazan Nüshası] (İnceleme-Metin-Dizin-
Tıpkıbasım), İstanbul, Kesit Yayınları.
Demir, Necati (2016), Oğuzname (İngiltere Nüshaları) – İnceleme-Metin-Sözlük-Tıpkıbasım,
İstanbul, Kesit Yayınları.
Ercilasun, Ahmet B. (2007), “Muallim Cevdet ve Oğuzname”, Makaleler – Dil-Destan-Tarih-
Edebiyat (Yayına Hazırlayan: Ekrem Arıkoğlu), Ankara, Akçağ Yayınları.
I Türkoloji Qurultayın 90 illiyinə həsr olunmuş beynəlxalq konfrans:
TÜRKOLOJİ ELMİ-MƏDƏNİ HƏRƏKATDA ORTAQ DƏYƏRLƏR VƏ YENİ ÇAĞIRIŞLAR (I hissə)
276
Ergin, Muharrem (1989), Dede Korkut Kitabı I – Giriş-Metin-Faksimile, Ankara, Türk Dil
Kurumu Yayınları.
Ergin, Muharrem (1963), Dede Korkut Kitabı II – İndeks-Gramer, Ankara, Türk Dil Kurumu
Yayınları.
Gökyay, Orhan Şaik (1938), Dede Korkut, İstanbul, Aylı Kurt Yayınları.
Kargı Ölmez, Zuhal (1996), Ebulgazi Bahadır Han Şecere-i Terâkime (Türkmenlerin
Soykütüğü), Ankara, Simurg Yayınları.
Kırzıoğlu Fahrettin (Sadeleştiren, 1949), “Bayatlı Mahmud Oğlu Hasan – Câm-ı Cem-Âyîn”,
Osmanlı Tarihleri I (Hazırlayan: Atsız), İstanbul, Türkiye Yayınevi.
Kopraman, Kâzım Yaşar (2009), “Ebû Bekir b. Abdullah b. Aybek ed Devâdârî’ye Göre
Türklerin ve Tatarların Yaratılışı”, Gazi Üniversitesi Gazi Eğitim Fakültesi Dergisi (GEFAD) –
Özel Sayı: Prof. Dr.Reşat GENÇ Armağanı (Temmuz 2009, Cilt: 29), Ankara. Gazi Üniversitesi
Yayını.
Köprülü, Fuad (1991), Türk Edebiyatında İlk Mutasavvıflar, Ankara, Diyanet İşleri
Başkanlığı Yayınları.
Oğuzname Destanı (1998), Ahmet Veli Menger Vakfı yayını.
(Orkun), Hüseyin Namık (1923), “Oğuzname – 2”, Yeni Mecmûa, Dördüncü cilt, sayı: 88, 20
Teşrîn-i Sânî 1923, İstanbul.
Orkun, Hüseyin Namık (1935), Oğuzlara dair, Ankara.
Sümer, Faruk (1992), Oğuzlar (Türkmenler) – Tarihleri- Boy Teşkilatı- Destanları, İstanbul,
Türk Dünyası araştırmaları Vakfı Yayınları.
Şerbak, A. M. (1959), Oguz-name – Muxabbatname, Moskva.
Şükürova, R. M. (1992), Fezlullah Reşideddin – Oğuzname, Bakı, Azerbaycan Dövlet
Neşriyyat-Poligrafiya Birliyi.
Togan, A. Zeki Velidî (1972), Oğuz Destanı – Reşideddin Oğuznâmesi, Tercüme ve Tahlili,
İstanbul.
Qara Məşədiyev, fil.ü.e.d., prof.
AMEA Nəsimi adına Dilçilik İnstitutu,
Müasir Azərbaycan dili şöbəsi
“KİTABİ-DƏDƏ QORQUD” DASTANINDA QEYD OLUNMUŞ TOPONİMLƏRIN
AZƏRBAYCAN VƏ TÜRKİYƏ PARALELLƏRİ
Bu gün Türkiyə ilə Azərbaycanın, eləcə də başqa türk ölkələrinin əlaqələri hər bir sahədə
olduğu kimi elm sahəsində də genişlənməyə başlamışdır. İndi dilçilərimiz hər iki ölkənin yer
adlarını müqayisəli şəkildə araşdırır, oxşar və fərqli cəhətlərini aşkara çıxarırlar. Bu baxımdan
Azərbaycanda və Türkiyə ərazisində olan yer adlarının tədqiqinə maraq xeyli artmış, həmin
onomastik vahidlərin məna və mənşəyini, paralel xüsusiyyətlərini öyrənməyə güclü həvəs
yaranmışdır. Çünki müxtəlif ərazilərdə toponimik adlar ətraflı araşdırılır və bu zaman yeni fikir və
mülahizələr meydana çıxır.
Dastan yaradıcılığı dünya ədəbiyyatında ayrı-ayrı xalqların müxtəlif tarixi dövlətlərdə ədəbi-
bədii, ictimai-siyasi düşüncəsini əks etdirən şifahi yaradıcılıq sahələrindən biridir. Xalqımızın
həyatını, məişətini, adət və ənənələrini özündə əks etdirən,Türk dünyasının qədim mədəniyyət
abidələrindən, bədii və fəlsəfi təfəkkürümüzün ən nadir incilərindən sayılan, dilimizin və
mənəviyyatımızın şah əsəri olan “Kitabi-Dədə Qorqud” xüsusi maraq doğurur. “Dədə Qorqud
kitabı” ədəbi əsər olmaqdan başqa, bədii şəkildə yazılmış Oğuz zamanının tarixidir. Bu dastana
yalnız ədəbi ölçülərlə dəyərləndiriləsi əsər kimi baxmaq olmaz. Kitab həm də tariximizin,
I Türkoloji Qurultayın 90 illiyinə həsr olunmuş beynəlxalq konfrans:
TÜRKOLOJİ ELMİ-MƏDƏNİ HƏRƏKATDA ORTAQ DƏYƏRLƏR VƏ YENİ ÇAĞIRIŞLAR (I hissə)
277
soykökümüzün, mənşəyimizin, məskənimizin müəyyənləşdirilməsi üçün də son dərəcədə etibarlı və
mötəbər bir qaynaqdır.
“Dədə Qorqud kitabı”nın özü təsdiq edir ki, onun boyları Qafqazın cənub ətəkləri və
bütövlükdə Azərbaycan ərazisilə bağlıdır. Boylardakı əhvalatlar Kür-Araz düzənliyində, Şərur
mahalında, Əlincəqala qoruqlarında, Dərəşamda, Ağcaqalada, Sürməlidə, Ağqayada, Qaradərədə,
Qara dağda, Kökcə dağda, Boyatda və s. yerlərdə baş verir. Bu adda yerlər isə Naxçıvan ərazisində,
Araz üstündə, Zəngilanda, Göyçə mahalında, Ağcabədidə, Şəmkirdə, Şəkidə, Şirvanda, Abşeron
torpağında bu gün belə mövcuddur [1]. Mədəniyyətimizin şah əsəri olan “Kitabi-Dədə Qorqud”da
hadisələr ulu babalarımızın yaşadığı bütün torpaqlarda – Dəmir qapı Dərbənddən Diyarbəkir
torpaqlarına və Mardinə, Xəzərdən Qara dəniz sahillərinədək, Abxaz elinə, Trabzona qədər geniş
ərazilərdə cərəyan edirdi. Tarixi araşdırmalar türk etnoslarının Türkiyə və Azərbaycan ərazisində
yaşadıqlarını təsdiqləyir. Hər iki ölkənin ərazisindəki toponimlər Türk etnoslarının əsasən də
Oğuzların bu ərazilərin sakinləri olduğunu sübut edir. Bu səbəbdən areal toponimlərin tarixi,
coğrafi, eləcə də dil baxımından araşdırılması çox aktual məsələlərdən biridir. Azərbaycan, eləcə də
Türkiyə ərazisində türkdilli qəbilə və tayfaların məskunlaşmasının tarixi lap qədimlərə gedib çıxır.
Onu da qeyd edək ki, areal toponimik adların təkrarlanması və yayılması müxtəlif səbəblərlə
bağlıdır. Tayfalar yaşamaq üçün əkin yerlərinin əlverişli olmaması səbəbindən, bəzən də savaş
nəticəsində məcburi köçürlər. Müxtəlif dövrlərdə bir ərazidə yaşayan tayfalar başqa əraziyə
köçərkən toponimlərin adlarını da özləri ilə aparmış, məskunlaşdıqları yerə qoymuşlar. Bu zaman
ərazidə yaşayan yerli tayfalar və ya tayfa birləşmələri həmin adları düzgün tələffüz edə
bilmədiklərindən ya təhrif etmiş, ya da yazılışında yanlışlığa yol vermişlər. Beləliklə, ayrı-ayrı
tayfalar və xalqlar tərəfindən coğrafi obyektlərə verilən terminlər bir-birinə qarışmışdır.
Ümumiyyətlə, onomastik adlar, əsasən də toponimlər təkcə respublikamızın deyil, digər dövlətlərin
ərazisində yaşamış bir sıra tayfa, qəbilə adları ilə əlaqəli şəkildə öyrənilməlidir. Çünki əlaqəli
şəkildə onomastik vahidlərin öyrənilməsi hər hansı bir ərazidə tarixən sakin olmuş əhalinin etnik
tərkibini öyrənməyə çox kömək edir.
Dastanda “İç oğuz” adına tez-tez rast gəlirik. “İç oğuz” dedikdə Kür-Araz ovalığında (Aran)
yerləşən torpaqlar nəzərdə tutulurdu. “Dış oğuz”a isə Şimali və Cənubi Azərbaycan vilayətləri,
habelə gündoğan Anadolunun Van vilayəti və qalan ərazilər daxil idi. Erkən orta əsrlərdən
Azərbaycan kimi tanınan Oğuz dövləti Urmiya, Göyçə gölü və Xəzər dənizi, Qızılüzən və Samur
çayı, Dəmir qapı Dərbənd və Həmədan çevrəsi ərazilərini əhatə edirdi.
Dastan Azərbaycanın bütövlüyünü göstərir. Dastanda əksini tapan adət-ənənə, etnoqrafiya,
məişət, toponimlər, qəhrəmanlıq hadisələri məhz azərbaycanlı təfəkkürünün, yaşayış tərzinin bariz
ədəbi nümunələridir. Fridrix fon Dits Oğuz siklopunu Odissey qəhrəmanları ilə müqayisə edərək
yazırdı ki, dastanda oğuzların obrazı daha bütöv, daha realdır. Fon Ditsin "Oğuznamə" kitabı var.
Bu dastanı hər kəsə təqdim etmək vacibdir. Azərbaycan xalqının hardan gəlib hara getdiyi bu
dastanlarda tamlığı ilə əksini tapıb. Qorqud nə qədər əfsanəvidirsə o qədər həqiqdir. Qəhrəmanın
real adam olmağı onu qəhrəman etmir, o, əfsanələşməsi ilə qəhrəmandır [2].
Qaragünə antroponimi Qərbi Azərbaycan ərazisində toponimik ad olaraq hifz olunub
saxlanılmışdır. Əlbəttə, Qaraqunə toponimi Qərbi Azərbaycana təsadüfi düşməmişdir. Bu ad Dədə
“Kitabi – Dədə Qorqud dastanı” ilə bilavasitə bağlıdır. Dastanda Qaraqunə Qazan xanın qardaşının
adıdır.
Bayandır- Dədə Qorqud dastanlarında oğuzların başçısı Qamqan oğlu Bayındır xandır. Bu
ad areal toponimlərdə öz işləkliyini saxlamaqdadır. Türkiyənin Bolu bölgəsində 6, Hudavendiyarda
5 yerdə qeydə alınmışdır. Azərbaycanda da (Laçın, Bərdə, Tərtər,) Bayandır tayfasının adı ilə bağlı
toponim, oykonim, hidronim vardır. Bayandur oykonimi Tərtər rayonunun Səhlaabad i.ə.v.-də
kənd. Qarabağdüzündədir. Yaşayış məntəqəsi Laçın rayonunun keçmiş Bayandır kəndindən gəlmiş
ailələrin məskunlaşması nəticəsində yaranmışdır. Etnotoponimdir. 1933- cü ildə Bərdə rayonunun
Xoruzlu və Güloğlular i.ə.v.-lərində eyniadlı iki kənd qeydə alınmışdır. Ermənistanda Bayandur,
Türkiyədə Bayandur yaşayış məntəqələri vardır (6, s. 188). Bayandır adının kökü əski türk sözü
olan "bay"-dır. Mənası "varlı", "zəngin" deməkdir. Bu məna indi də qalır. Faruk Sümer Anadoluda
Bayandur
adlı 52 oykonimin o6lmasını qeyd etmişdir [7, s.269]. Azərbaycanın şimal rayonlarının
I Türkoloji Qurultayın 90 illiyinə həsr olunmuş beynəlxalq konfrans:
TÜRKOLOJİ ELMİ-MƏDƏNİ HƏRƏKATDA ORTAQ DƏYƏRLƏR VƏ YENİ ÇAĞIRIŞLAR (I hissə)
278
dialektində «bay» sözü – hündür/iri/böyük/ canlı mənalarında qalmaqdadır. Qərbi Azərbaycan,
indiki Ermənistan ərazisində Bayandur etnotoponiminin variantlarının müxtəlif areallarda yaşayan
izləri də bu yerlərin məhz türk torpaqları olduğunu sübut edir. Ermənistan ərazisində, Gorus
rayonunda 2 Bayandur kəndi, Düzkənd rayonunda isə başqa bir Bayandur toponimi vardır[8, s. 60].
Bayandur etnotoponiminin müxtəlif areallarını göstərmək olar. Bu ad Bayandur//
Bayandır//Bayındır // Baymdur fonetik variantlarda işlənməkdədir.
Bayat - “Bayat boyundan Qorqud ata derlər bir ər qopdu.Oğuzun ol kişi bilicisiydi”.
Xalqımızın qədim və möhtəşəm abidəsi, məhəbbət və qəhrəmanlıq dastanı «Kitabi-DədəQorqud»
bu sözlərlə başlanır. Bayatlar, bilindiyi kimi, tariximizdə mənəvi şəxsiyyətlər yetirmiş bir boydur.
Oğuzların dövlət və din adamı Dədə Qorqud, məşhur şair Füzuli bu boya mənsub idi. XV əsrin
başlanğıcında Intab ilə Hələb arasında yaşayan bayatlar XVI əsrdə digər türkmənlərlə birlikdə
Hələb türkmənlərini meydana gətirmiş, XVI əsrin əvvəllərind «Bayadi» adı ilə tanınmışlar.
Anadolu və Antakyada isəonlarənməşhuroymaqlarolanXəfərli, Şərəfli, Qızıldonlu, Ökdənli,
Qaracaqoyunlu, Mancanıq, Qanqal və Yeni Eldə yurd salmışlar. XVI əsrdə bunların bir qismi
Qaraman, bir qismidə Adana bölgələrinə köçmüşlər [8, s.63]. Boyat//Bayat//Bayatlılar//SincanBo-
yat//Qızıltəpə Boyat//Boyatansüxtə//Bayatlı//Keşlakbayat//Əlbayat//Boqayat (Tanrıodu) və s.
paralelləri olan bu adın müxtəlif ərazilərdə, o cümlədən Azərbaycanda da arealları vardır.
Azərbaycan ərazisində Ağcabədi rayonunda Boyat kənd adı, Ucar, Neftçala və Şamaxı rayonlarında
eyni adlı Boyat kəndi, Dəvəçi rayonunda Boyat və Sincan Boyat kəndləri, Dərbənddə Boyatlar
məhəlləsi var.Türkiyənin Konya bölgəsində (7), Xudavəindigar-Bursa bölgəsi (4), Qara Hisari-
Sahib Afyon (4), Karasi-Balıkesirdə 4 yerdə məskunlaşmışlar. XV və XVII əsrlərdə Anadoluda,
həttaİranda da boylardan bir çoxlarının adlarının (əfşar, bayat, çavundur, salur, eymür, bayındır)
Oğuz kimi daha ziyadə türk oymaqları arasında şəxs adı olaraq işləndiyinin müşahidə olunmasıdır.
Bunun daha əvvəl də göstərildiyi kimi, Türkiyədə oğuzçuluq cərəyanı ilə əlaqədar olduğu aşkardır.
Əfşarlar etnogenezimizin formalaşmasında iştirak etmiş ən qədim türk tayfalarından biridir. Bu gün
də Afşar adı bir çox oykonimlərin adında qalmaqdadır. “Dairətül-maarif və Əfqanıstan” adlı əfqan
ensiklopediyasında Əfqanıstan ərazisindəki azərbaycanlılar haqqında deyilir: “Azəri-Azərbaycan
türklərinin keçmiş tayfaları – çox hissəsi Nadir şahın hakimiyyəti dövründə Əfqanıstana
köçürülmüşlər. Onlar əsasən Kabul ətrafındakı Əfşar təpə və Nənəkçi kəndlərində yaşayır, öz ana
dillərində danışırlar. Deməli, Əfqanıstandakı Əfşar Nanəkçi, Əfşarxan toponimləri də avşar
etnonimi əsasında formalaşmışdır” [10, s.156,159]. Qərbi Azərbaycanda (İrəvanda) bu etnonimlə
bağlı toponimlər mövcuddur. Məsələn, Avsarlı kəndi. “Avsarlı toponimi qədim türk tayfalarından
biri olan avşar etnoniminə Azərbaycan dilində mənsubluq bildirən “-lı” şəkilçisinin qoşulması
əsasında meydana gəlmişdir və “avşar tayfasının yaşadığı yer” mənasını ifadə edir. Avsarlı
toponiminin kökündə dayanan avsar, avşar etnoniminin fonetik variantıdır. Burada ş~s səs
əvəzlənməsi baş vermişdir ki, bu da Azərbaycan dili üçün qanunauyğun haldır. Məsələn, Sabran –
Şabran əvəzlənməsi kimi” [11, s. 135]. Mənbələrdə qeyd edilən Afşar variantı ilə indiki dövrdə
yazılan Əfşar forması arasında təkcə a~ə əvəzlənməsi vardır. Göründüyü kimi, hazırda bu
onomastik vahidin yazılışının müxtəlif variantları vardır. Variativlik uzun tarixi dövr ərzində
meydana gəlmiş və bunun da həm intralinqvistik, həm də ekstralinqvistik səbəbləri vardır.
Məşhur təbib və tarixçi Rəşidəddinə əsaslanaraq, həmin etnonimin Oğuz Xaqanın oğlu
Ulduz xanın dörd oğlundan ən böyüyü olan Auşarın soyundan əmələ gəlməsi fikrini irəli sürmək
olar. Rəşidəddin Auşar adının cəsur, ov həvəskarı mənasını bildirməsi fikrini qeyd etmişdir [12, s.
88].
“Kitabi-Dədə Qorqud” boylarının toponimlərinin araşdırılması boyların yarandığı tarixi-
coğrafi yurdların aydınlaşdırılması baxımından mühüm mənbədir. Boylarda cərəyan edən
hadisələrin hüdudları isə olduqca genişdir. Müasir bölgüdə türklərin ana yurdu Sibirdən -Altaydan
başlamış (qədim Türküstan Orta Asiyanı da içərisinə almaqla) bütövlükdə Qafqaz, Qara dəniz
sahilləri və bugünkü Türkiyəni əhatə edir.
“Kitabi -Dədə Qorqud” boylarında adı keçən tarixicoğrafi toponimləri məna baxımından
aşağıdakı səpkidə qruplaşdırmaq olar:
I Türkoloji Qurultayın 90 illiyinə həsr olunmuş beynəlxalq konfrans:
TÜRKOLOJİ ELMİ-MƏDƏNİ HƏRƏKATDA ORTAQ DƏYƏRLƏR VƏ YENİ ÇAĞIRIŞLAR (I hissə)
279
a) Tayfa, el-oba adları: Oğuz eli// oğuzlar, Rum eli, Qarun eli, alpanlar, abxazlar, qan Abxaz
eli, Ağsaqa, pasinlər, İç Oğuz, Taş Oğuz və s.
b) Dağ, dərə, dəniz, çay, yer, yurd, orman adları: Ağlağan, Ala dağ, Qara dağ, Gökcə dağ,
Ağ orman, Talı sazı, Ağ saz, Ağ qaya, Arı gölü, Ayqırgözlər suyu, Qanlı su, Amid suyu, Quru çay,
Umman dənizi, Qara dəniz və s.
c) Dövlət, şəhər, qala, qəsr, şəxs adları: Türküstan, Gürcüstan, İstanbul, Trabuzan, Bayburd,
Gəncə, Bərdə, Dərbənd, Kərbəla, Məkkə, Mədinə, Ərafat, Sürməli, Tumanın qalası, Düzmürd
qalası, Əlincə qalası və s.[3]. Naxçıvan toponimləri bölgənin “tarix kitabı”dır. Bu adları”torpağın
yaddaşı”na yazan “Dədə Qorqud” dastanındakı Əlincə qalası, Dərəşam, Dərəşam suyu, Əyrək,
Bəkdüz, Qaraçuğ kimi yer adları birbaşa Naxçıvan ərazisi ilə bağlıdır. Tanınmış coğrafiyaşünas
alim Səfəralı Babayev ərazidə mövcud olan Şərur, Sədərək, Qazançı Qazan yurdu, Qazangöldağ,
Qara çoban düzü, Qara dərə, Qara dağ, Dərbənd, Salaxan qayası, Buğa çeşmə, Sarı ağıl, Sarı bulaq,
Ağ qaya, Altuntaxt və s. kimi toponimlərin mənşəyinin “Kitabi-Dədə Qorqud”la bağlı olduğunu
yazıb. Tədqiqat sübut edir ki, “Kitabi-Dədə Qorqud”dakı Naxçıvan toponimləri leksik-semantik və
etimoloji cəhətdən çox zəngin xüsusiyyətə malikdir [4]. Fikrimizcə, Naxçıvan ərazisində Dədə
Qorqudun toponimlərinin qeydə alınması buranın vaxtilə Oğuz yurdu olduğunu göstərir. “Dərəşam”
toponiminə biz dastanın “Uşun Qoca oğlu Səgrək boyu”nda rast gəlirik. Bu coğrafi obyekt Babək
rayonu ilə Culfa rayonunun sərhədində, Araz çayının sahilində yerləşən qədim yaşayış məskəni və
böyük bir ərazinin adıdır.
"Daş oğuz"dan (Dış oğuzdan) yadigar qalan "Daş üz", qıbçaqlardan yadigar qalan
"Qıbçaq" kəndi buradadır. Qıpçaq-XII-XIII əsrlərdə şimali Qafqazda və Qara dənizin şimal
çöllərində köçəri halında yaşayan türk dilli tayfalara verilən addır. Qıpçaq “çölçü”, “çöldə yaşayan”
deməkdir. Qax rayonunda kənd adıdır [9, s. 39]. Qıpçaqlar IX əsrdə eldən ayrılmış bu boy qərbə
doğru köçmüş, Şimaldan oğuzlara qonşu olmuşdur. Hələ «Hüdud ül-aləm» qıpçaqların bəzi
adətlərdə oğuzlara bənzədiyi göstərilir [7, s. 47]. Kıfçak türk tayfalarından birinin adı kimi Mahmud
Kaşğarinin “Divani-lüğat-üt-türk” əsərində dəfələrlə xatırlanmış və ləhcəsinin bir çox baxımdan
oğuzlarınkına uyğun olduğunu qeyd etmişdir. Oğuzun nəsil səcərəsindəki türk sərkərdəsi Belakanın
adından yadigar qalan və yerli camaatın indi də "Bələkan", "Beləkan" adlandırdığı "Balakən" də
buradadır"[5, s.58]. XIII-XVIII əsrlər gürcü mənbələrində Belakani variantında adı çəkilir. Yer
adlarının təhlili göstərir ki, hazırda elm aləmində məlum olan Drezden və Vatikan nüsxələrinin
boylarında cərəyan edən hadisə və əhvalatlar əsasən Qafqazla qədim Azərbaycan (Şimal-Cənub), o
cümlədən indi Ermənistana daxil edilən qədim türk oğuz Azərbaycan torpaqları, Gürcüstan və
Anadolu bölgələri ilə bağlıdır.
Toponim, etnonim, hidronim, antroponimi və s. tarixi abidə, sərvət hesab etmək olar. Belə
bir sərvətə yanaşma düzgün olmalı və qiymətli sərvətimiz kimi qorunmalıdır.
ƏDƏBİYYAT
1.
http://www.serqqapisi.az/index.php/humanitar/m-d-niyy-t/7949-kitabi-daedae-gorgud-
tarikhimizin-aynas-d-r)
2.
http://photo.atv.az/news/science/29693-kitabi-dede-qorqudun-izi-ile-qaxda-oguz-
qehremani-bekilin-soraginda)
3.
http://dede.musigi-dunya.az/t/toponimler.html
4.
Səmədova K. Naxçıvanda “Kitabi-Dədə Qorqud” toponimləri, Bakı: Yeni nəşrlər evi,
1999, 224 s.
5.
Mahmudlu Y.M. "Kitabi Dədə Qorqud tarixi mənbə kimi və ya türkün çağlayan tarix
bulağı". Altay dünyası. Beynəlxalq jurnal, sayı 1-2, Bakı: Altay, 1997, 51-69 s. ,
6.
Əliyeva R., Məşədiyev Q., Xalıqova R. və b. Azərbaycan toponimlərinin ensiklopedik
lüğəti. 2 cilddə. I c. Bakı: Şərq-Qərb, 2007, 304 s.)
7.
Sümər F. Oğuzlar. Bakı: Yazıçı, 1992, 432 s.
8.
Səmədova K. Qərbi Azərbaycan-indiki Ermənistan etnotoponimlərinin arealları
(monoqrafiya). Bakı: Nurlan, 2008, 152 s.
9.
Yüzbaşov R.M., Əliyev K., Sədiyev Ş. Azərbaycanın coğrafi adları. Bakı: Maarif, 1972,
I Türkoloji Qurultayın 90 illiyinə həsr olunmuş beynəlxalq konfrans:
TÜRKOLOJİ ELMİ-MƏDƏNİ HƏRƏKATDA ORTAQ DƏYƏRLƏR VƏ YENİ ÇAĞIRIŞLAR (I hissə)
280
100 s.
10.
Eyvazova R.H. Əfqanıstanda Türk mənşəli toponimlər. Bakı: Elm, 1995, 244 s.
11.
Рашид-ад-дин. Сборник летописей. Том 1, книга первая, М.: Академии Наук
CССР, 1952, 316 с.
Gara Mashadiev, Dr.,
professor
Summary
In the article, the author makes an attempt to study the dissemination area of the toponyms
and ethnonyms registered in “The Book of DedeGorgud” (Kitabi-Dada Qorqud), their Azerbaijani
and Turkish parallels, as well as the territories where the events in the epos took place. The study
confirms the territories where the events in the epos took place to belong to Azerbaijan, and to be a
place with rich verbal folk art even in the period of the absence of the writing.
Key words: Azerbaijan, Turkey, toponym, onomastic units, epos.
Nəbi Əsgərov, fil.ü.e.d., prof.
ADPU Elmi-Tədqiqat Mərkəzi
nbi.sgrov.56@mail.ru
İKİ ONOMASTİK VAHİDİN (ALAŞA,ÇAĞAN) DİL TARİXİMİZDƏ MÖVQEYİ
Azərbaycan onomastikasında elə xüsusi adlar vardır ki, onların tədqiqi dilimizin tarixi,
şivələrimizin araşdırılmasıbaxımdan böyük əhəmiyyət kəsb edir. Lerik rayonu ərazisindən axan
Alaşa hidronimi belə onomastik vahidlərdən biridir. Bu hidronim Lənkəran çayının sol qoludur.
Astara rayonu ərazisində də eyni adlı oykonim mövcuddur. T. Əhmədov yazır ki, Astara
rayonundakı Alaşa oykonimi, həmin rayonda göstərilən kənddən 3 km qərbdə yerləşən Alaşa
mineral suları (İstisu çayının yatağındakı 16 yüksək debitli, acı-şor sulu bulağın adı) və Lerik
rayonundakı Lənkəran çayının sol qolu olan Alaşa çayı hidronimlərinin birinci komponentləri də
qədim dil elementləri sırasına daxil edilə bilər. Belə ki, toponimlərin əsasını təşkil edən alaşa
sözünün V. V. Radlov tərəfindən qırğız dilində “hündür olmayan, alçaq (yer); arxa” mənasında
işləndiyi qeyd olunmuş alaca, yenə onun tərəfindən barabin, turalin və tobol ləhcələrində eyni
mənada işləndiyi göstərilən alaşa sözü ilə əlaqədar olması fikrini irəli sürmək olar.
Fikrimizcə, Talış dağlarının ucqar şimal-şərqindəki silsilənin adı olan Alaşar- Burovar sıra
dağları oroniminin Alaşar komponenti də mənbələrdəki “alçaq olan, alçaq etmək” mənalı
alaşar/alasar sözü ilə eyni mənşəlidir. Müq. et: Alaşar-Burovar “Kiçik, alçaq Burovar” – Burovar
“Nisbətən hündür Burovar”. “Azərbaycan SSR-in izahlı coğrafi adlar lüğəti”ndə Alaşar-Burovar
sıra dağları haqqında verilən izahat da bu fikri əsaslandırmağa imkan verir: “Başlıca olaraq üçüncü
dövrün vulkanik suxurlarından əmələ gəlmişdir. Cənub-şərq istiqamətində uzanır və dik yamaclarla
Lənkəran ovalığına qovuşur. Alaşar-Burovar sıra dağları alçaq olub, ən hündür zirvələri 1000 m-
dən artıq yüksəlmir” (6. 59).
B. Əhmədov alaşa sözünü bir qədər fərqli istiqamətdə araşdırıb. Müəllif yazır ki, alaşa sözü
Azərbaycan dilinin Qərb qrupu şivələrində daha çox işlənir. Alaşa (Şam.) – “zəif, arıq at”
mənasındadır. Türk dillərində, onların qədim mənbələrində həmin sözün işləndiyi bəllidir. Hər
şeydən əvvəl qeyd edək ki, alaca, alaşa, laşa fonovariant sözlər at anlayışı ilə bağlı olub, rus dilinə
də (лошадь – alaşa at – laşat) keçmişdir. Bizi maraqlandıran bu sözün quruluşudur. Əgər sözün son
Dostları ilə paylaş: |