differensiasiya;
7) Nitqdə müntəzəm işlədilmə qabiliyyəti; termin üçün onun söz aldığı terminoloji sahədə
sabit istifadə olunması, müəyyən paradiqmatik və “verilmiş “anlayışı ifadə etməsi (3,46).
Dilimizin öz daxili resursları hesabına yaranan terminlər üstünlük təşkil etsə də, turizmi
terminologiysıanın inkişafı və zənginləşməsində alınma terminlərin mühüm rolunu qeyd etmək
lazımdır və bu proses indi də davam edir. Azərbaycan dilində, daha dəqiq desək, alınma turizm
terminlərinin linqvistik tədqiqatına böyük ehtiyac var.
İngilis dilindən alınan turizm terminlərini iki qrupa ayırmaq olar:
1. Vasitəli alınan turizm terminləri;
2. Vasitəsiz alınan turizm terminləri.
Azərbayçan dilində turizm terminologiyasının formalaşmasında ingilis dilindən alınan terminlərin
mühüm rolu olmuşdur. İngilis dilindən alınma turizm terminlərini mənimsənilməsinə görə iki qrupa
bölmək olar:
1) Dəyişiklik edilmədən mənimsənilən turizm terminləri;
2) Dəyişiklik edilərək mənimsənilən turizm terminləri.
Dilimizə ingilis dilindən alınan terminlər, əsasən, dəyişiklik edilmədən işlədilir. Bu isə
alınan terminlərin unifikasiyasını (unification – birləşdirmə) xeyli asanlaşdırır. Məs.: qipotaksis,
aorist, anunasika, anlaut, alloqraf, assosiasiya, hipezevqma, metabazis, semiotika, determinant,
kontinuativ və s.
Turizm terminlərinin mühüm bir qismi dilin qrammatik qanunlarına uyğunlaşdırılaraq
mənimsənilsə də dilin öz terminləri ilə paralel işlənir. Məsələn, gid- bələdçi ,hotel- mehmanxana-
qastinsa; şopinq mol- ticarət mərkəzi, ekskursiya- səyahət və s.
Lakin bununla belə, alınma turizm terminləri Azərbaycan dilinin qrammatik quruluşuna, fonetik
təbiətinə uyğun şəkildə dəyişdirilərək mənimsənilir. Alınma terminlərdəki bütün dəyişikliklər
Azərbaycan dilinin orfoqrafik qanunlarına uyğun olaraq aparılır. S.Sadıqova yazır: “Dilin lüğət
tərkibində sabitləşən və müasir dövrdə işlədilən alınma terminlər ya reseptor dilin daxili
qanunlarına uyğunlaşmaq məcburiyyətində qalaraq müəyyən fonetik-qrammatik dəyişiklik edilərək
mənimsənilmiş ,ya da mənbə dildə olduğu kimi dəyişdirilmədən alınıb işlədilmişdir.”(5.199).
Beynəlmiləl turizm terminlərinin alınıb işlədilməsi ilə əlaqədar aşağıdakı prinsiplərə
əsaslanmaq lazımdır:
a) terminoloji sistemlərdə Azərbaycan dilinin bilavasitə özünəməxsus terminləri ilə
beynəlmiləl turizm terminlərin uzlaşdırılması;
b) zəruri hallarda beynəlmiləl terminlərin tərkibinə daxil olan komponentlərdə Azərbaycan
dilinin özünəməxsus terminlərin birləşməsi yolu ilə mürəkkəb turizm terminlərinin yaradılması.
Göründüyü kimi, Azərbaycan dilində işlənən Avropa mənşəli terminlərin müqayisəli
təhlilindən aydın olur ki, Avropa mənşəli terminlərin alınmasında vasitəçi dil rolunu oynadığından,
həmin terminlər, əsasən Azərbaycan dilinə məxsus spesifik xüsusiyyətlər öz əksini tapmışdır.
Alınma terminlər əsasında dilimizin sözyaratma vasitələrinin köməyi ilə külli miqdarda yeni
terminlər yaradılmışdır .Məsələn,
Avropa dillərindən keçən terminlərə aşağıdakıları misal göstərə bilərik: Aviabroker, aviatarif ,
aviakompaniya , alpiniada animator destruksiya və s. verilmiş misallardan göründüyü kimi, həmin
terminlər ingilis (eləcə də latın) dilində hansı fonetik tərkib və semantikadadırsa, Azərbaycan dilinə
də məhz o cür keçmişdir. Deməli, həmin terminlər dəyişiklik edilmədən alınmışdır.
Azərbaycan dilində morfoloji dəyişikliyə uğrayan terminlərin müəyyən qismini ingilis
dilindən dilimizə fonetik dəyişikliklə keşmişdir, məs.: annulment-annulyasiya, annimation-
animasiya, destination- destinasiya, destruktion –destruksiya və s.
Avropa dillərindən alınma turizm terminləri Azərbaycan dilində yeni termin yaradıcılığında da
iştirak edir. Bu zaman müəyyən sözlər alınmalara qoşularaq yeni terminlər yaradır. Məsələn,
kupon kitabçası –turistlərə göstərilən konkret xidmətlər üçün turist firmaları və ya mehmanxana
müəssisələri tərəfindən turistlərə verilən; piyada turizm- əsasən yay mövsümündə ən geniş yayılmış
turizm sahəsi və s. Bu terminlərin dilimizdə tətbiqi barədə, deməliyik ki, bu gün elmi
I Türkoloji Qurultayın 90 illiyinə həsr olunmuş beynəlxalq konfrans:
TÜRKOLOJİ ELMİ-MƏDƏNİ HƏRƏKATDA ORTAQ DƏYƏRLƏR VƏ YENİ ÇAĞIRIŞLAR (I hissə)
256
terminologiyada onların əksəriyyəti daha çox işləkliyə malikdir.
Müstəqillik illərinə qədər turizm terminologiyasında Avropa dillərindən alınmalar Azərbaycan
dilinə keçənə qədər rus dilinin qrammatik qayda-qanunlarına uyğun olaraq formalaşmış, yəni əvvəlcə
rus dilinin daxili normalarına müvafiq şəkildə işlənmişdir.
Son illərdə beynəlxalq əlaqələrin genişlənməsi, ideologiyada, demokratik tərəqqidə ümumiliklərin
mövcudluğu, Avropaya inteqrasiya dilin zənginləşmə mənbələrinə də təsir edir. Hazırda Avropa
mənşəli terminlər Azərbaycan dilində terminlərin yaranması üçün əsas mənbələrdəndir. Çünki, yeni
texnikaya, xüsusilə də informatika, telekommunikasiya, kibernetika, ilə bağlı turizm anlayışlarının
funksionallaşması, demək olar ki, dünyanın bütün sivil dilləri kimi dilimizdə də termin və anlayışların
alınma prosesi, əsasən beynəlxalq koordinasiyaya əsaslanır.
ƏDƏBİYYAT
1.Акуленко В.В. Интернациональные элементы в лексике и терминологии. Харьков:
Высшая школа, 1980, с.78-89.
2. В.Д.Бондалетов. Cоциальная лингвистика. Москва, 1987
3.Крысин Л.П. Иноязычные слова в современном русском языке. М., Просвещение,
1968,145 с.
4.Лотте Д.С. Вопросы заимствования и упорядочения иноязычных терминов и
терминоэлементов. Москва, Наука, 1982, 149 с.
5. S.Sadıqova. Azərbaycan dili terminologiyasının nəzəri problemləri. Bakı, Elm, 2002.
6. S.Xəlilova. İnternasional terminlər, Bakı, Maarif, 1991.
Borrowing tourism terms in Azerbaijani Language
Summary
In the article, borrowed tourism terms in Azerbaijani literary language are parsed in terms of
lexical-semantical analysis. It is mentioned that in contemporary Azerbaijani literary language, the
terms borrowing from English dominate in the process of enhancing tourism terminology. In the
research, terms borrowed from English have been classified into 2 groups: (1) directly borrowed
tourism terms; (2) indirectly borrowed tourism terms.
Key words: Azerbaijani language, dominate, tourism, lexical-semantical, tourism terms.
Mehriban Əbdürrəhimova
Bakı Dövlət Universiteti
TÜRK VƏ AZƏRBAYCAN DİLLƏRİNDƏ HƏRBİ TERMİNALMA PROSESİ
Terminoloji vahidlər dilin leksik sistemində xüsusi lay təşkil edir, hər hansı bilik sahəsini
sistemli olaraq öyrənməyə kömək edir. Müasir dövrdə terminologiya problemləri linqvistik
tədqiqatların aktual istiqamətlərindən birinə çevrilmişdir. Terminlər dilin leksik sisteminin
inkişafında prioritet istiqamət kimi mühüm rol oynayır.
Dillərin hərbi-terminoloji sistemi də çox zəngindir. Türk dilləri də bu sistemin zənginliyi və
mürəkkəbliyi ilə diqqəti cəlb etməkdədir.
Hərbi terminologiya tarixi inkişafın nəticəsi kimi ortaya çıxır (1, s.3)
Hərbi leksika xüsusi hərbi anlayışları, hərbi güc əlaqələrini, hərbi işləri, fəaliyyəti və s . söz və
ifadələrlə əks etdirir. Bu leksikanı 2 qrupa bölmək olar:
1)
hərbi terminologiya. Bu terminologiya da öz növbəsində aşağıdakı qruplara ayrılır: a)
rəsmi, nizamnaməyə uyğun terminologiya: karargah (qərargah), kurman və s. b) qeyri-rəsmi,
nizamnaməyə uyğun olmayan terminologiya: kasırga (qasırğa), ceket (jaket) və s.
2)
Emosional elementli hərbi leksika. Belə leksika əsasən üslubi sinonimlərdən ibarət olur:
I Türkoloji Qurultayın 90 illiyinə həsr olunmuş beynəlxalq konfrans:
TÜRKOLOJİ ELMİ-MƏDƏNİ HƏRƏKATDA ORTAQ DƏYƏRLƏR VƏ YENİ ÇAĞIRIŞLAR (I hissə)
257
grup-heyet-takım-müfreze.
Hərbi terminlərin müasir durumunu təhlil etmək, mahiyyətini aydınlaşdırmaq, əsas morfoloji,
sintaktik sözyaradıcılığı tiplərini göstərmək, hərbi teminoloji vahidlərin digər linqvistik
xüsusiyyətlərini müqaysə yolu ilə öyrənmək əsasən müqayisəli türkologiyanın qarşısında duran
ümdə vəzifələrdəndir.
Belə linqvistik xüsusiyyətlərdən birini alınma hərbi terminlər təşkil edir. Dillərin qarşılıqlı
əlaqəsi, sözalma təbii prosesdir. Sözalma prosesi həm ekstralinqvistik, həm də daxili, linqvistik
qaydalarla şərtləşdirilmiş mürəkkəb hadisədir (2, s.104)
«Alınma» dilin bütün normaları çərçivəsində zəruri tələbatla sözün mənimsənilməsidir.
Terminologiyanın xeyli hissəsini alınma terminlər təşkil edir. Terminologiyada alınmalar dilin
kasıblığına dəlalət etmir, əksinə, onun dil kontaktları hesabına zənginləşməsinin göstəricisi kimi
çıxış edir» (3, s. 7, 9)
Alınmalar digər sahə terminləri kimi hərbi sahədə də geniş yayılmış və hərbi leksikanın
mühüm bir hissəsini təşkil edir. Türk və Azərbaycan dilində hərbi terminoloji sistem yüksək inkişaf
mərhələsindədir. Türkiyə respublikasında lap çoxdan yaradılmış milli ordu Azərbaycanda
müstəqillik illərində formalaşmağa və inkişafa başladı. Hər iki dilin hərbi terminologiyasına
ekstralinqvistik amillərin təsiri danılmazdır. Bu dillərdə hərbi terminosistem funksionallaşmış,
onların hər birinə məxsus morfoloji, söz və ifadə yaradıcılığı strukturu yaranmışdır. Bu cür termin
yaradıcılığında analitik derivasiya və affiksasiya (şəkilçiləşmə prosesi) mühüm rol oynamışdır. Bu
onunla bağlı olmuşdur ki, hər iki qohum xalqlarda hərbi iş və hərbi elm dinamik xarakterdə inkişaf
etmişdir. Bundan əlavə, hər bir dilin spesifik qrammatik quruluşu formalaşmışdır. Tarixi inkişaf
xüsusiyyətləri də hərbi terminologiyaya öz müsbət təsirini göstərmişdir. Əsas hərbi terminosistemdə
çoxkomponentli hərbi terminlər formalaşmışdır.
Terminologiyada terminin başqa dillərdən alınması hadisəsi olduqca geniş yayılmış və öz
xarakterinə görə fasiləsiz prosesidir. Bu, hər şeydən əvvəl, onunla bağlıdır ki, elm, texnika bir
ölkədə, bir milli dilin hakim olduğu regionda yaranıb inkişaf etmir. Dünyanın hər yerində elmi
axtarışlar aparılır, yeni-yeni əsərlər yazılır. Elm və digər sahələr inkişaf etdikcə yeni anlayışlar və
onları bildirən terminlər meydana çıxır. İnformasiya mübadiləsi prosesində həmin terminlərin
müxtəlif dillərdə yazılan əsərlərdə istifadə olunması ehtiyacı meydana çıxır və beləliklə, terminlərin
alınması üçün ilkin əsas yaranır (5:106 (268 s.)
Terminalma- yad dildəki terminin sözün hər hansı bir dilin terminoloji sisteminə gələrək
işlənməsi hadisəsidir.
Müqayisə edilən Türkiyə türkcəsi və Azərbaycan türkcəsində digər dillərin də hərbi
terminlərindən istifadə olunur. Bunların böyük əksəriyyəti hazır formada alınır. Həmin terminlərin
alınan dildə müxtəlif tipləri, növləri, formaları, orfoqrafiyası, leksik-qrammatik strukturu və s.
meydana gəlir. Uyğun gəlmə (quruluş və dərəcə etibarı ilə) və ahəng yaratma alınan terminlərin
səciyyəvi əlamətlərindən birini təşkil edir. Buraya digər dildən alınan hərbi terminlərin termin
yaradıcılığındakı fəallığını da əlavə etmək olar.
«Ümumiyyətlə, müxtəlifsistemli dillərdə hərbi-terminoloji sistem öz statik və dinamik xarakteri
ilə seçilir; alınmalar bu dillərin quruluşuna təsir göstərir» (7, 488 s.)
Qarşılaşdırılan dillərin lüğət tərkibindəki hərbi terminlərin mühüm bir hissəsini ərəb və fars
sözləri təşkil edir. Hər iki dilə fars sözlərinin axımı prosesi təxminən XIII-XIV yüzildən başlanır.
Ərəblərdən sonra hakimiyyət başında duran farslar, XIII-XIV əsrlərdə Azərbaycanda ağalıq edən
monqollar və başqaları rəsmi dövlət işlərində fars dilindən istifadə etmiş, yazı dilində fars sözlərinin
saxlanması ilə bərabər, mövcud ərəb sözlərinin də yayılmasına şərait yaratmışdır. Hamza Zülfıkar
yazır ki, "kabul etmek gerekir ki, başka dillerden alınan kelime ve terimler, türetilenlerden kat kat
fazladır: raportör, tribün, politik, rota və s." (8, s.153)
Ərəb və fars dillərindən keçənlər: silah, ateş, hareket, davul (baraban), beyanat, asker, casus,
cephe ateşi, cemiyet, cenaze, cengaver, cesur, ceza, çevre, daire, dava, muharibe, düşman, müdafaa
(müdafiə), ziyaret, ihtiyat, tahliye (evakasiya), memuriyet (ezamiyyət), aksiemir (əks-əmr),
mukavemet, muhalefet (əks-hərəkət), sıravi, fişek (fişəng), askeri kiyafet (hərbi forma), hadise
(hadisə), hakim, hapishane, harbiye (Hərbi Nazirlik), hamle (həmlə), harp (savaş) hilesi (Hərbi
I Türkoloji Qurultayın 90 illiyinə həsr olunmuş beynəlxalq konfrans:
TÜRKOLOJİ ELMİ-MƏDƏNİ HƏRƏKATDA ORTAQ DƏYƏRLƏR VƏ YENİ ÇAĞIRIŞLAR (I hissə)
258
bilik), harita (xəritə), hata (xəta) təyyarə (azərb.)-uçak (türk), azimut (meridian müstəvisi ilə
müşahidə nöqtəsi və müşahidə predmeindən keçən müstəvi arasında ikiüzlü bucaq) və s. kimi
çoxsaylı hərbi terminlər tarixən ərəb və fars dillərindən hər iki dilə keçmişdir.
Fransız dilindən keçənlər: «Fransız dilindən Türkiyə türkcəsinə sözlərin keçidi XVI
yüzillikdən başlanır. Bu vaxtdan türklər əvvəlcə, fransızlarla siyasi-hərbi əlaqələr qurur.
Fransızcanın Türkiyə türkcəsinə möhkəm bir biçimdə əlaqəsinin bir səbəbi də XIX yüzildə dilin
sadələşdirilməsi məqsədilə atılan ərəb və fars sözlərinin əvəzinə fransız kəlmələrinin gətirilməsidir.
Ümumiyyətlə, 5000-dən çox söz və termin fransız dilindən bu dilin lüğət tərkibinə, eləcə də danışıq
dilinə keçmişdir» (10, s.73 (400 s.)
Nümunələr: abordaj-abordaj (avarlı və yelkənli gəmilərdə tətbiq edilən dəniz döyüşü üsulu),
avanqard-avanqard (yürüş zamanı quru qoşunlarının mühafizə elementlərindən biri), avtojir-avtojir
(əsli yunan). (Uçan aparat), ambrazura-mazğal (divarda və ya müdafiə qurğusu örtüyündə silahdan
atəş açmaq üçün pəncərə (deşik), apparel (1. Hərbi istehkam işində səngərlərə və sığınacaqlara hərbi
texnikanın girib-çıxması üçün qurulan yastı eniş. 2. Texnikanı (atları) dəmiryol qatarlarına və su
maneələrindən keçməkdən ötrü vasitələrə yükləmək üçüntorpaq qalaq (platforma). 3. Hərbi
texnikanın bilavasitə sahilə çıxması üçün desant gəmisinin burun hissəsindəki qurğu), artilleriya (
1.Qoşun növü; 2. Silah növü və ya silahlanma predmeti toplusu; 3. Artilleriya silahının quruluşu,
xüsusiyyətləri və döyüşdə tətbiqinin üsulları haqqında elm), ataka-həmlə (düşməni məhv etmək üçün
atəşin ən yüksək gərginliyi ilə döyüş nizamında bölmə, hissə və birləşmələrin, həmçinin təyyarə,
vertolyot, gəmi və onların qrupunun sürətlə hərəkəti), blindaj (canlı qüvvəni (heyəti) güllədən, mərmi
qəlpələrindən, minadan, yandırıcı vasitələrdən, eləcə də zərbə dalğasından, işıq impulsundan,
nüfuzedici radiasiyadan və radiloaktiv çöküntüdən qorumaq üçün sığınacaq formasında və örtülü
tipdə 4-8 nəfərlik sadə istehkam tikintisi), desant (döyüş əməliyyatları apaimaq məqsədilə düşmən
ərazisinə çıxarılan (atılan) və ya bunun üçün nəzərdə tutulan xüsusi hazırlanmış qoşun), divizion
(raket (zenit-raket) qoşunlarında və müasir orduların artilleriyasında əsas atəş və taktiki bölmə),
manevr (döyüş əməliyyatı zamanı qoşunların (qüvvələrin) yeni istiqamətə mütəşəkkil hərəkəti) və s.
İtalyan dilindən keçənlər: Hamit Sunel yazır ki, italyanca ilə Türkiyə türkcəsi arasındakı
kəlmə alış-verişinin təməlində ticarət və savaşlarla bağlı sözlər dayanmaqdadır (11, s.955-956)
Məs.: avariya-qəza (insan itkisi olmadan texnikanın, silahların zədələnməsinə və ya məhvinə
səbəb olan hadisə), qvardiya (imtiyazlı seçmə qoşun hissəsi; döyüşlərdə daha çox fərqlənmiş hissə və
birləşmələrə verilən fəxri ad), qumbara (düşmənin canlı qüvvəsinə və hərbi texnikasına yaxın
məsafədən zərbə vurmaq üçün istifadə edilən döyüş sursatı), kazarma (hərbi bölmələrin şəxsi heyətini
yerləşdirmək üçün yataq, mədəni-maarif, məişət, xidmət və tədris ocaqları olan, xüsusi tikilmiş və ya
yenidən təchiz edilmiş bina), qazamat (insanları və silahları düşmənin atəş vasitələrinin təsirindən
qoruyan bağlı istehkam tikintisi), kompas (oriyentirə (pelenqə, azimuta) istiqaməti və ya kursu təyin
etmək üçün işlədilən cihaz), pexota-piyada (ümumqoşun döyüşündə düşməni məğlub etmək, ərazisini
ələ keçirmək və öz ərazisini müdafiə etmək üçün quru qoşun növü), soldat-əsgər (hərbi qulluqcuların
sıravi heyəti kateqoriyası), ştandart (rus və bəzi xarici ordularda süvari qoşunların hissələrinin
bayrağı), şpaqa-qılınc (əsasən deşən, az hallarda deşən-kəsən soyuq silah) və s.
İspan dilindən keçənlər: Armada. (1. Birgə fəaliyyət göstərən çox böyük miqdarda gəmi,
təyyarə və ya tank. 2. Məğlubedilməz armada), muşket (XVI əsrin 20-ci illərində İspaniyada,
sonralar isə Qərbi Avropanın başqa dövlətlərində və Rusiyada meydana gəmiş odlu silah) və s.
Yunan dilindən keçənlər: avtomat- (yaxın döyüşdə düşmənin canlı qüvvəsini məhv etmək
üçün işlədilən və böyük atəş sıxlığı yaradan fərdi, avtomatik odlu əl silahı), antidotı-antidotlar
(zəhər əleyhinə dərmanlar), epidemiya (eyni infeksion xəstəliyin kütləvi yayılması).
Latın dilindən keçənlər: aqressiya-təcavüz (müasir beynəlxalq hüquqda BMT-nin
Nizamnaməsinə görə bir dövlətin başqa dövlət və ya xalqın (millətin) ərazi toxunulmazlığına və
siyasi istiqlaliyyətinə qarşı güc işləməsi), adyunkt (silahlı qüvvələrdə Müdafiə Nazirliyinin ali hərbi
məktəbləri, elmi müəssisələrin nəzdindəki adyunuturada təhsil alan və elmi-pedaqoji fəaliüyyətə
hazırlaşan zabit heyətindən hərbi qulluqçu), təxliyə (evakuasiya) (1. Yaralıların və xəstələrin döyüş
əməliyyatları meydanlarından arxaya köçürülməsi. 2.Hərbi və siyasi səbəblərə görə, habelə
qarşılıqlı razılıq və sazişlər əsasında qoşunların qabaqcadan tutduqları rayonlardan çıxarılması və s.).
I Türkoloji Qurultayın 90 illiyinə həsr olunmuş beynəlxalq konfrans:
TÜRKOLOJİ ELMİ-MƏDƏNİ HƏRƏKATDA ORTAQ DƏYƏRLƏR VƏ YENİ ÇAĞIRIŞLAR (I hissə)
259
Holland dilindən keçənlər: admiral-admiral (əsli ərəb.-əmiral-bəhr) (Hərbi-dəniz
donanmalarında hərbi rütbə), bosman (bilavasitə göyərtə komandasının (sualtı qayıqlarda sükançı-
siqnalçılar komandasının) rəisi), breyd-vımpel (vəzifəli şəxsin (dəniz rəisinin) bayrağı), hərbi liman
(hərbi dəniz donanması gəmilərinin dayanması, habelə döyüş hazırlığının bərpası və saxlanması
üçün nəzərdə tutulan, təbii və süni küləkdən, dalğadan, su axınından mühafizə olunan sahil
akvatoriyasının yanaşı ərazi ilə bir hissəsi), konvoy (hərbi əsirləri, istintaq və məhkəmə altında
olanları və ya hərbi tribunal tərəfindən məhkum olunmuşları, həbs olunan hərbi qulluqçuları,
inzibati qaydada həbs olunan əsgərləri mühafizə və müşayiət etmək məqsədilə təyin olunmuş hərbi
bölmə (dəstə), ayrıca hərbi qulluqçu), kreyser (düşmənin dəniz kommunikasiyalarını pozmaq,
birləşmə tərkibində dəniz döyüşü aparmaq, öz dəniz yollarını müdafiə etmək, dəniz desantının
çıxarılmasını təmin etmək, mina maneələri qoymaq və s. tapşırıqları yerinə yetirmək üçün suüstü
döyüş gəmisi), matros (Bir çox dövlətlərin HDD-da birinci (kiçik) rütbə), pelenq (müşahidəçidən
nəzarət edilən obyektə tərəf istiqamət).
Alman dilindən keçənlər: akselbant (sağ çiyinə paqon (epolet) altından bərkidilən metal
ucluğu-qızıl, gümüş və ya əlvan ipli toxuma qaytan), ballistik (idarəolunmayan raket, artilleriya
mərmisi, aviasiya bombası, güllə və s. nin hərəkəti haqqında elm), blokhauz (dairəvi avtomat-
pulemyot, bəzən də top atəşi açmaq üçün müdafiə qurğusu), brander (yelkənli donama dövründə
yanacaq və partlayıcı maddələrlə yüklənib, düşmən gəmilərinin yandırılması üçün istifadə edilən
gəmi), brandkugel (yandırıcı mərmi), briqadir (polkovniklə general-mayor arasında zabit rütbəsi),
brustver-istehkam sipəri (güllə və mərmilərdən qorunmaq, düşmənin yerüstü nəzarətindən
gizlənmək, silah üçün dayaq kimi istifadə etməklə atəşin asanlaşdırılması üçün yaradılmış istehkam
qurğularının torpaq sipəri), vaxta-növbə (növbəçəkən dəstə), qaubitsə, yefreytor (komandir
olmayanda onu əvəz edə bilən, baş və nümunəvi əsgərlərə verilən hərbi rütbə), lager-düşərgə
(yaşayış məntəqələrindən kənarda müəyyən bir tapşırığı yerinə yetirmək üçün xüsusi ayrılmış və
təchiz edilmiş sahə), lafet (artilleriya topunun lüləsinin bərkidildiyi dəzgah), rota-bölük (əksər
dövlətlərin silahlı qüvvələrində taktiki bölmə).
Rus dilindən keçənlər: Bu dilə məxsus hərbi terminlər Azərbaycan dilinə keçmişdir. Bunlar
aşağıdakılardır: polkovnik (türkcə: albay), podpolkovnik (türkcə: yarbay), mayor (türkcə: binbaşı),
kapitan, rotmistr (türkcə: yüzbaşı), kontr-admiral (türkcə: tümamiral), paqon (türkcə: apolet),
snayper (türkcə: keskin nişançı), qvardiya (türkcə: muhafiz), rota (türkcə: bölük), batalyon (türkcə:
tabur), polk (türkcə: alay), raket (rusca roket, raketa), reaktiv (türkcə: roket, füze).
İngilis dilindən keçənlər: leytenant (azərb.), türkcə: teğmen; capitan (kapitan), türkcə:
yüzbaşı, general) genera l), türkcə: orgeneral; divizion (division) türkcə: tümen; battery (batereya)
türkcə: btarya; gendarme (jandarma) türkcə: jandarma; cadre (kadro) türkcə: kadro; mobilizatin
(səfərbərlik, seferberlik); deserter (dezerti) türkcə: firari (fərari); berma (sipərlə səngər arasında olan
məsafə); kater (döyüş tapşırıqlarını yerinə yetirmək və donanmanın fəaliyyətini təmin etmək üçün
az sututumlu gəmi), miçman (bir sıra ölkələrin hərbi-dəniz donanmasının hərbi qulluqçularının
rütbəsi), tank (döyüşdə müxtəlif hədəfləri effektli surətdə məhv edən, zərbə vasitələrindən
qorunmaq üçün möhkəm zirehi və xüsusi mühafizəsi, yüksək hərəkət sürəti olub, maneə və
əngəlləri dəf edən tam zirehli tırtıllı döyüş maşını).
Türk dilindən keçənlər: yasaul (yüksək rütbə), qarovul (hərbi və digər vacib obyektləri
qorumaq və müdafiə etmək və ya hərbi ehtiram göstərmək üçün ayrılmış silahlı bölmə), yarbay,
albay, erbaş, bölük və s.
Polyak dilindən keçənlər: karteç (düşmənin açıq canlı qüvvəsini 300 m-dək məsafədə məhv
etmək üçün artilleriya mərmisi)*
Terminlərin funksional xüsusiyyətləri alınma prosesində daha fəal şəkil alır, ünsiyyət
əlaqələrini daha da genişləndirir (12, 154 s.)
Qeyd edək ki, hər iki dilə fransız dilindən keçən hərbi terminlərin sayı daha çoxdur. Bu da
türk dövlətləri ilə fransa dövlətinin hərbi əlaqələrinin daha geniş olması ilə əlaqədardır. İkinci yerdə
yunan və latın mənşəli hərbi terminlər dayanır.
Dostları ilə paylaş: |