I türkoloji Qurultayın 90 illiyinə həsr olunmuş beynəlxalq konfrans



Yüklə 2,97 Mb.
Pdf görüntüsü
səhifə48/94
tarix31.01.2017
ölçüsü2,97 Mb.
#7251
1   ...   44   45   46   47   48   49   50   51   ...   94

Cümhuriyyət tarixi boyunca gördüyümüz bu qütbləşmədə şərqə meyillənməni təmsil edənlərə görə 

əsas qərbin latın əlifbası qəbul ediləcəyi təqdirdə milli kimlik və dəyərlər əldən gedəcəkdi. 

Həmçinin ərəb əlifbasını müdafiə edənlər, latın əlifbasının qəbul ediləcəyi təqdirdə qədim Osmanlı 

tarixi və İslam dünyası ilə əlaqələrin kəsiləcəyini düşünür, bundan bərk narahat olurdular. Beləliklə 



I Türkoloji Qurultayın 90 illiyinə həsr olunmuş beynəlxalq konfrans: 

 

TÜRKOLOJİ ELMİ-MƏDƏNİ HƏRƏKATDA ORTAQ DƏYƏRLƏR VƏ YENİ ÇAĞIRIŞLAR (I hissə) 



 

 

 



 

 

 



240

iki tərəf də əlifbaya demək olar ki, sirli bir məna verir, istənilən halda bu qrupların ikisindən birinin 

qalib gələcəyi halda bir çox əsaslı dəyişikliklə olacağını gözləyirdilər. (12, 376) 

Bu dəyişikliklərin bir an əvvəl həyata keçirilməyini istəyənlərin sırasında olan bir başqası da 

Cəlal Nuri idi. “Ərəb əlifbasının Türkcənin ruhuna uyğun olmadığını və dünyəvi bir yazı olan Latın 

əlifbasının qəbul edilməyinə ehtiyac” olduğunu dilə gətirən Cəlal Nuri, 1912-ci ilə “Tarih-i 

Tedenniyat-ı Osmaniye Mukadderat-ı Tarihi-ye” adlı əsərində, rumunların Slavyan hərflərini, 

almanların Qotik hərflərini buraxaraq latın əlifbasını qəbul etməklərindən danışaraq Maarif 

Nəzarətinə bir təklif irəli sürdü. “Latın hərfləri ilə təhsil və tədris metodu bir vilayətdə bir illik 

təcrübə məqsədilə tədris edilsin. Əgər bir ilin axırında xalq bu yazını asanlıqla qəbul edə bilməsə və 

bu dildə təhsilin asanlığını görməsə əlifba qəbul edilməsin.” (13, 61) 

Eyni il ərzində Almaniyada yaşayan türk tələbələri “Yeni hərflər birliyi” adlı bir dərnək 

quraraq bütün Türkiyədə latın hərflərinin qəbul olunmağı fikrini irəli sürüblər və “Yeni yazı” 

adında bir də jurnal çıxarırdılar. (12, 377) 

1925-ci ildə İsmail Şükrü, “Asrı Türk Harfleri Hakkında” adlı əsərində çağdaş Türk 

hərflərinin yalnızca latın əlifbası ola biləcəyini söyləyirdi. 1926-cı ildə Bakıda keçirilən Türkoloji 

qurultayın ardından türk maarif problemlərini araşdırmaq məqsədilə Türkiyəyə dəvət edilən Dr. 

Kühne yazı haqqında “Macar və Fin dillərində olduğu kimi latın əlifbasının qəbul edilməsi qərb 

mədəniyyətinə qoşulmağı asanlaşdıra bilər” fikirlərini ifadə etmişdir. Eyni il içərisində “Akşam” 

qəzetinin apardığı bir sorğuda iştirak edən 16 nəfərdən üçü (Abdullah Cevdet, Mustafa Hamid və 

Refet Avni) Latın əlifbasının qəbul edilməyə qarşı münasibətlərinin müsbət olduğunu 

söyləmişdilər. (14, 10-12) 

Aparılan bu sorğu nəticəsində mətbuatda da fikir ayrılıqları yarandı. Ahmet Cevdetin 

rəhbərliyi altındakı “İkdam” qəzeti ilə “Yeni Kafkasya” və “Hayat” jurnalları ərəb əlifbası 

tərəfdarları, Yunus Nadi rəhbərliyindəki “Cumhuriyet” qəzeti və  “Milliyet” qəzetlər isə latın 

əlifbasının qəbul edilməyinin tərəfdarları idi. (15, 11) 

Cəlal Nuri İleri 1926-cı ildə nəşr olunan “Türk inqilabı” adlı əsərində latın əlifbasının 

birdən-birə yox tədricən qəbul edilməsi fikirini təsdiqləyir. Eyni il Midhat Sadullah “latın 

harfleriyle Türkçe elifba tecrübesi” adlı bir kitab nəşr etdirir. Müəllif bu kitabında 29 hərflik bir 

türk əlifbası layihəsi tərtib edir. (12, 378) 

Bir il sonra Hidayet İsmail, “ərəb və latın harfleri” adlı kitabında 35 hərflik bir Latın əlifbası 

layihəsi təklif edir. 1927-ci ildə isə Stepan Karayan “Muaddel Latin Harfleriyle Elifba-i Türk 

Projesi” adlı kitabı nəşr edilir. (11, 84) 

Bu layihələr, tərkibinə görə Latın əlifbasını tam olaraq əhatə etmir. Hidayet İsmailin 

layihəsində Ərəb hərfləri, Stefan Karayanın tərtib etdiyi layihədən tamamilə fərqlənirdi. Latın və 

fərqli simvollardan ibarət olan bu yeni əlifba layihəsi məhz bu çatışmamazlıqlarına görə qəbul 

edilməmişdir. 

1927-ci ildə Ahmet Cevat Emrenin “Vakit” qəzetində başlatdığı “Lisanımız Hakkında Bir 

Kalem Tecrübesi” başlıklı altı aylık yazılar silsiləsi, 1928-ci ildə “Muhtaç Olduğumuz Lisan 

İnkilabı Hakkında” adı ilə nəşr edilir. 7 may 1928-ci ildə İbrahim Necmi Dilmen “Milliyet” 

qəzetində, “Latin Harfleriyle Türkçe Elifba” başlıklı yazılarını nəşr etməyə başlayır və yazılar eyni 

ilin 29 iyun tarixinə qədər davam edir. “Milliyet” qəzetində, İ.N.Dilmen tərəfindən hazırlanan Latın 

əlifbası ilə bəzi yazılar nəşr olunmağa başlanır. Ancaq bu əlifba daha sonra onlara qoşulan 

Dilmenin özünün də iştirak etdiyi dilçi mütəxəssislər tərəfindən təsdiq olunmur. Əlifbada x hərfi ş 

səsini,  j  hərfi  y  səsini,  y hərfi ı səsini təmsil etməkdədir və bu qarşılıqlar, dil dilçilərin üzərində 

çalışdığı layihəyə uyğun deyil. Buna baxmayaraq “Milliyet” qəzeti bəzi  səhifələrində bu əlifbadan 

bir müddət istifadə edir.  

Hökumət tərəfindən latın hərflərinin qəbul edilməsi qərarı qəbul edildikdən (1927) bir il 

sonra, dilçilər cəmiyyəti qurulur və “Hakimiyet-i Milliye” qəzetində 10 iyun 1928-ci ildə bunu 

xalqa elan edirlər. (16, 728) 

Dilçilərdən ibarət Komissiyaya SSRİ daxilində olan Türkdilli respublikaların istifadə 

etdikləri əlifbalar da daxil olmaqla, latın əlifbası əsasında 20-yə qədər əlifbanı təhlil edərək bir iş 

proqramı hazırlayır. Fəaliyyətin əsas prinsipləri aşağıdakı şəkildə müəyyən edilir: (12, 380) 


I Türkoloji Qurultayın 90 illiyinə həsr olunmuş beynəlxalq konfrans: 

 

TÜRKOLOJİ ELMİ-MƏDƏNİ HƏRƏKATDA ORTAQ DƏYƏRLƏR VƏ YENİ ÇAĞIRIŞLAR (I hissə) 



 

 

 



 

 

 



241

1.

  Qoşa hərflərdən istifadə edilməyəcəkdir, 



2.

  Milli bir türk əlifbası olacaq, 

3.

  Səslərin beynəlxalq dəyəri dəyişməyəcək, 



4.

  İşarəli hərflərə mümkün olduğu qədər az yer veriləcəkdir. (13, 217) 

12 iyun 1928-ci ildə hazırlanan əlifba layihəsi üzərində son müzakirələr aparılır. Komissiya 

adından İbrahim Qrandi rəy yazır. Bu rəy 21 iyun 1928-ci ildə “Akşam” qəzetində nəşr olunur. 

Rəyin hamısı avqust 1928-ci ildə İstanbulda nəşr edilir. (11, 92) 

1 avqust 1928-ci ildə Mustafa Kamal Atatürkə təqdim edilən, İ.Qrandinin rəyində əsasən bu 

fikirlər qeyd olunmuşdu: “Latın hərflərinin dilimizə tətbiqi imkanını düşünmək üçün 26 iyun 1928-

ci ildə fəaliyyətə başlayan heyətimiz, birbaşa bugünkü müştərək və ədəbi dilimizin istinad etdiyi 

incə və İstanbul danışıq dilini əsas götürərək, bu dilə nəzəri və əməli cəhətlərdən ən uyğun və 

əlverişli bir əlifba yaratmağa çalışmışdır. Bu məqsədlə ibtidai latın hərflərinin əsas dəyərini  

Avropa millətləri istifadə etdiyi hərflərini Türkcəyə hansı şəkildə istifadə ediləcəyimizi aşağıdakı 

şəkildə təklif edirik.” (13, 218) 

Avropada və SSRİ tərkibində olan Azərbaycanda istifadə olunan latın əlifbası layihəsi bu 

şəkildə idi.  

Dil komissiyası, əlifbanın ən son variantını müzakirə etmək məqsədilə, 6 avqust 1928-ci ildə 

Qalatasaray liseyində maarif vəkili Mustafa Necatinin rəhbərliyində iclas keçirir. İsmət İnönünün 

təklifi ilə komissiyada iştirak edən Cəlal Sahir Erozan, İbrahim Necmi Dilmen, Ahmet Rasim, Reşat 

Nuri Güntekin, Besim Atalay, Veled Çelebi İzbudak, Hamit Zübeyr Koşay və Qyula Meszaros da 

iclasda iştirak edirlər. (13, 220) 

Əlifbadakı hərflərin ən son variantı müzakirə edilərkən, ərəb və fars dilindən alınma sözlərin 

yazılışında istifadə edilmək üçün hərf müəyyənləşdirilib-müəyyənləşdirilməməsi haqqında 

narahatçılıqlar olmuşdur. Xüsusilə, 

ذ,

,

ض



,

,

خ



,

ح

,



ق

,

ع



,

غ

 hərflərinin yer aldığı alınma sözlərin 



imlasının problem yaradacağı məsələsi, heyətdəki bəzi üzvlərin bu hərflərə qarşılıq Latın hərfi 

yaratmaq təkliflərinin ortaya atılmasına səbəb olmuşdur. 

İclasda 

ظ



,

ز

 hərflərinə 



س

,

ص



,

 hərflərinə qarşılıq olaraq tək bir latın həfrinin qəbul 

edilməyinə qərar verilmişdir. (12, 382) 

a, b, d, e, f, h, i, l, m, o, p, r, s, t, u, v, z hərflərində də qısa müddət ərzində razılaşma əldə 

olunmuşdur. Buna qarşılıq

.



گ

.

ج



,

,

ش



,

غ

,



ى

 və sait səslərin qarşılıqları haqqında müzakirələr davam 

etmişdir.   üçün c, 

آ üçün q, گ üçün ج

,

ع  j və ya dj,   üçün c və ya ct,  ش üçün ch və ya sh, غ üçün g 



və ya 

غ

,



ى üçün j,ı saitləri üçün y və ya i, ü vokal üçün y kimi təkliflər təqdim edilmişdir. (13, 221) 

Xüsusilə 

غ, 

,

ق



.

və گ



 hərflərinin qarşıladığı səslərə bir hərf təklif edilmişdir. İclasda 

گ üçün 


gy, 

آ üçün ky,   üçün kh və غ üçün gh qəbul edilmişdir. Ancaq istifadəyə daxil olmadan bu 

hərflərdən imtina edilmişdir. Həmçinin komitənin aldığı qərarların bir nömrəli maddəsi, bir səsin 

birdən artıq hərflə qarşılanmaması idi.  

İstanbulda bir həftə davam edən yeni əlifbanın ən sonuncu variantı üzərində davam edən 

müzakirələr nəticə aşağıdakı şəkildə müəyyən edildi.  

 

Avqust 1928-ci ildə İstanbulda yeni hərflərin elan olunduğu və əsas imla 



qanunauyğunluqlarının qeyd olunduğu “Elifba Raporu” nəşr edilir. 41 səhifədən ibarət olan bu 

hesabat (rəy) bu başlıqlardan ibarət idi: 

1.

  Türk dilindəki səslərin miqdarı və keyfiyyəti, 



2.

  Latın hərflərinin səs dəyərləri, 

3.

  Avropa ölkələrində istifadə olunan latın əsaslı əlifbadakı hərflər kimi, 



4.

  Bu əlifbalardakı hərflərin şəkilləri və savtı qiymətləri, 

5.

  Türkcəyə məxsus latın hərflərinin seçilməsi və bu xüsusda tətbiq olunan əsaslar 



6.

  Müxtəlif əlifbalardakı qoşa hərflər, işarəli hərflər, latın əlifbasına əlavə edilmiş hərflər

7.

  Türk əlifbasını təşkil edən hərflərin müxtəlif dillərdəki qarşılıqları, 



8.

  Müəyyən edilən yeni əlifbanın vəsfləri. (17, 93) 

Təqdim edilmiş rəydə (hesabatda) əlifbadakı hərflər və səs dəyərləri ilə əlaqədar olaraq 

aşağıdakı ifadələrə yer verilmişdir. Türk dildəki səsləri ifadə etmək üçün komitəmiz tərəfindən 



I Türkoloji Qurultayın 90 illiyinə həsr olunmuş beynəlxalq konfrans: 

 

TÜRKOLOJİ ELMİ-MƏDƏNİ HƏRƏKATDA ORTAQ DƏYƏRLƏR VƏ YENİ ÇAĞIRIŞLAR (I hissə) 



 

 

 



 

 

 



242

tərtib edilən şəkillərin hamısını istifadə formaları ilə aşağıdakı şəkildə verə bilərik: “a, â, b, c, ç, d, 

e, f, g, (ga, ge, gha, geh), h, ı, i,  , j, k (ka, ke, kha, khe), l, m, n, o, ö, p, r, s, ş, t, u, û, v, y, z”.(12, 384) 

Kar samitlərlə qalın, cingiltili samitlərlə incə oxunması tələb olunan yerlərdə k və g 

samitlərinə bir h əlavə olunur. “Makh sun-aleyh, khâtip, terghib, dergâh, idrakh” kimi sözlərdə. 

(11, 93) 

Yekunda təqdim edilmiş yeni türk əlifbası 29 şəkildən ibarət olmaqla aşağıdakı şəkildə təklif 

edilir: a (a), b (be), c (ce), ç (çe), d (de), e (e), f (fe), g (ge), h (ha), ı (ı), i (i), j (ji), k (ka), l (le), m 

(me), n (ne), o (o), p (pe), q (kü), r (re), s (se), ş (şe), t (te), u (u), v (ve), w (çift v), x (iks), y (ye), z 

(ze). (12, 384) 

Qısa zaman sonra yeni hərflərin tanıdılması və öyrənilməsi məqsədilə yerinə yetirilən 

fəaliyyətlərdə qarışıqlığa səbəb olan gh və  kh birləşmələri əlifbadan çıxarılmış və 31 hərflik yeni 

Türk-Latın əlifbası 29 hərfə endirilmişdir. Bundan sonra ictimaiyyətə “Yeni türk hərfləri” olaraq 

təqdim edilən əlifbanın xalqa tanıdılması və qəbul edilməməsi üçün fəaliyyətlərə başlanılır.  

Təqribən 75 il davam edən əlifba islahatı və  reform fəaliyyətlərindən sonra 1 noyabr 1928-

ci ildə 1353 saylı qanunla latın hərflərinə əsaslanan türk əlifbası qəbul edilir. Qanuna görə, 1929-cu 

ilin əvvəllərindən etibarən yəni iki ay sonra dövlət vasitəsilə yerinə yetiriləcək bütün yazışmalar, 

mətbuatda və digər sahələrdə yeni türk əlifbasından istifadə ediləcəkdir. Bundan sonra məktəblərdə 

və digər təhsil sahələrində də yeni əlifba ilə tədrisə başlanılır.  

Daha sonra əlifba islahatının qorunması üçün 23 dekabr 1931-ci ildə qəbul edilən bir 

qərarla;  “Yeni türk əlifbası qanununa zidd olan ərəb hərfləri ilə açıq və gizli şəkildə mədrəsələr, 

tədris mərkəzləri və digər yerlərdə ərəb əlifbası ilə istənilən şəkildə tədrisdən istifadə fəaliyyəti 

Cinayət Məcəlləsinin 526-cı maddəsinə görə cəzalandırılacağı” hökmü qeyd olunur.  

ƏDƏBİYYAT 

1.

  Ziya Gökalp, “Osmanlı İmlasının Tarihi 1” Gənc Kalemler, Cilt II, Nu 10,  14 Ekim 1911, 



sayfa 161-165 

2.

  Cafer Ulu, “Osmanılda Alfabe Tartışmaları ve Latın Alfabesinin Kabulü Sürecinde Mustafa 



Kemalin Çıktığı Yurt Gezileri: Tekirdağ Örneği” Pdf makale. 

http://dergiler.ankara.edu.tr/dergiler/18/1900/19970.pdf, sayfa 2. (Indirilme tarihi 

30.03.2014) 

3.

  Fevziye Abdulla Tansel, “Arap Harflerinin İslahı ve Değiştirilmesi Hakkında İlk 



Teşebbüsler ve Neticeleri (1862-1884)”, Belleten, Cilt XVIII, sayı66, nisan 1953, sayfa 

223-249  

4.  M.F.Axundovun fondu,  Azərbaycan Milli Elmlər Akademiyası Respublika Əlyazmalar 

İnsititutu, Fond-2, siy.1, sax.vah 39 

5.

  Hüseyn Sadoğlu, “Türkiyede Ulusçuluk ve Dil Politikaları” İstanbul 2003, Talat Tekin, 



“Tarih Boyunca Türkçenin Yazısı, Ankara 1997. 

6.

  Levend Agah Sırrı, “Türk Dilinde Gelişme ve Sadeleşme Evreleri” TTk, Ankara 1960, 



sayfa 17-18. 

7.

  Ali Suavi Pariste 1869 da yayımlamakta olduğu “Ulum” gazetesinin 214.sayısında “Lisan 



ve Hatt-ı Türki” başlıklı makalesinde bu konudaki fikirlerine yer vermiştir. 

8.

  Bilgin Çelik, “İttihatçılar ve Arnavutlar”, Büke Kitapları, İstanbul 2004, sayfa 273-303. 



9.

  İ.Başgöz-Howard E.Wilson, “Türkiye Cumhuriyetinde Eğitim ve Atatürk”, Ankara 1973, 

sayfa 113 

10.


  Sultan Abdülhamit, “Siyasi Hatiratım”, (çev Salih Can), Hareket Yay., İstanbul 1974, 

sayfa 177-178 

11.

  Bilal Şimşir, “Türk Yazı Devrimi, Ankara 1992, sayfa 29 



12.

  Hatice Şirin User, "Başlangıcından Günümüze Türk Yazı Sistemler" Akçağ yayınları, 

Ankara 2006, səhifə 375 

13.


  Rekin Ertem, “Elifbeden Alfabeye Türkyede Yazı Meselesi”, Dergah Yay, İstanbul n1991, 

say 221 


I Türkoloji Qurultayın 90 illiyinə həsr olunmuş beynəlxalq konfrans: 

 

TÜRKOLOJİ ELMİ-MƏDƏNİ HƏRƏKATDA ORTAQ DƏYƏRLƏR VƏ YENİ ÇAĞIRIŞLAR (I hissə) 



 

 

 



 

 

 



243

14.


  Muharrem Doğdu Mercanlıgil, “Yeni Harfler Birliği” ve “Yeni Yazı”, Ülkü, IV/40, Nisan 

1949, sayfa 10-12. 

15.

  “Yeni Kafkasya” qəzetində M.Ə.Rəsulzadənin Ərəb əlifbasına qarşı olan fikirlərinin qeyd 



olunduğu “Əlifba Məsələsi” adlı yazısı çox faydalıdır. M.Ə.Rəsulzadə Latın əlifbasının 

qəbul ediləcəyi təqdirdə Türk dünyasındakı birliyin də pozulacağını düşünürdü. “Yeni 

Kafkasya”, say 3, səhifə 11, İstanbul 1926.  

16.


  Faik Reşit Unat, “Latın Alfabesinden Türk Alfabesine”, TD, Ankara, 1.8.1953, sayfa 728  

17.


  M.Şakir Ülkütaşır, “Atatürk və  Harf Devrimi” TDK Yay, Ankara 1973, sayfa 61-61, Bilal 

Şimşir “Türk Yazı Devrimi, Ankara 1992, sayfa 93 

18.

  https://tr.wikipedia.org/wiki/Dil_Devrimi (yükləmə tarixi 30.12.2015) 



 

 

 



 

Gülnar Bəşirova, dissertant 

AMEA Nəsimi adına Dilçilik İnstitutu  

bashirova.gulnar@mail.ru

 

 

HƏRƏKƏT  VASİTƏLƏRİ VƏ ONLARIN HİSSƏLƏRİ İLƏ BAĞLI 



                       DƏNİZÇİLİK TERMİNLƏRİNİN XÜSUSİYYƏTLƏRİ 

Dənizdə hərəkət vasitələri, şübhəsiz, dəniz nəqliyyatı vasitələridir. Dənizdə terminlər 

terminoloji ifadələr vasitəsilə nominasiya olunur. 

Hərəkət vasitəsi kimi gəminin xeyli sayda növləri fərqləndirilir: river boat (çay gəmisi), river-

canal vessel (çay-kanal gəmisi), river-marine vessel (çay-dəniz gəmisi). 

Qayıq dəniz nominasiyası kimi bir sıra terminlərlə adlandırılır: qayıq (balancell, balensela), 

olima – olayma (Bismark adalar qrupu oyulmuş qayıq), ompo – ompo (Hind qayığı), ondoan – 

ondoan (Filippin qayığı), ora – ora (Saloman adası qayığı), pajala – peysal (Hind qayığı), panagatan 

– panaqatan (Filippin oyulmuş qayığı), pangkoh – panqa (Panama oyma qayığı), pao-pao – pao-pao 

(Mamoa adasına məxsus qayıq), papalim bang – panalinq banq (İndoneziya yelkənli qayığı), 

pareranda-pakata (İndoneziya yelkənli qayığı) və s. Qayığın kimə, hansı ölkəyə mənsub olması 

həmin terminlərdə öz əksini tapmışdır. Bundan əlavə, dənizdə növbətçi qayıqlarından müxtəlif 

məqsədlər üçün istifadə edilir. Məsələn, xilasedici məqsədlər daşıyan qayıqlar ingilis dilində 

quarter boat adlandırılır. 

Gəmidə hərəkət vasitələri və onları təmin edən müxtəlif vasitə və avadanlıqlar vardır. Bunlar 

terminlərdə öz təzahürünü tapır. 

Gəmi və qayıq müxtəlif hissələrdən ibarətdir. Həmin hissələr arxa, yan, qabaq və s. 

hissələrdir. Onların hər birinin ingilis və Azərbaycan dillərində özünəməxsus adları vardır: 

Gəminin yan aldığı yeri bildirmək üçün «terminal» terminindən istifadə olunur. “Terminal 

liman, sonuncu stansiya, sonuncu nöqtə” mənalarında işlədilir. 

«Üzmək» (ride) bir hərəkətin adıdır, hərəkət feilidir. Ride – getmək, gəlmək (gəmiyə aid), 

dayanmaq (lövbərdə) kimi hərəkətləri də bildirir Gəmini hərəkətə gətirən vasitələrdən biri küləkdir. 

İngilis dilində tam küləklə gələn gəmi «running-free vessel» adlandırılır. Sürətlə hərəkət edən gəmi 

ingilis dilində «fast-steaming ship» adlandırılır. 

Hərəkət vasitəsi kimi gəminin xidmətlərindən asılı olaraq aşağıdakı növləri fərqləndirilir: 

oiler (neftdaşıyan gəmi), oil-carrying vessel (neftdaşıyan gəmi), ontro – ontro (Yuqoslaviya balaca 

motorlu yelkənli balıqçı gəmisi), ore-carrier (dəmir filizi daşıyan gəmi) və s. 

Dənizdə hərəkət vasitələrindən biri də tanker termini ilə adlandırılır. Bu vasitə aşağıdakı 

terminoloji vasitələrdə öz ifadəsini tapa bilmişdir: ore-oil tanker (filiz-neft daşıyan tanker), parao-

parao (Filippin yük-sərnişin tankeri) və s. 

Gəminin, qayığın hərəkət yolları, istiqamətləri, marşrutu ilə əlaqədar dənizçilik terminləri 

geniş yayılmışdır. Məsələn: route (marşrut, isiqamət, yol), arctic route (arktika dəniz yolu), 



I Türkoloji Qurultayın 90 illiyinə həsr olunmuş beynəlxalq konfrans: 

 

TÜRKOLOJİ ELMİ-MƏDƏNİ HƏRƏKATDA ORTAQ DƏYƏRLƏR VƏ YENİ ÇAĞIRIŞLAR (I hissə) 



 

 

 



 

 

 



244

optimum ship route (gəmi hərəkətinin optimal yolu), soiling routes (naviqasiya yolu // xətti), sea 

route (dəniz yolu), ship-ring route (gəmilərin üzmə yolu; gəminin hərəkəti üçün məsləhət görülən 

yol), short sea route (qısa dəniz yolu), trade route (ticarət yolu; marşrutu müəyyənləşdirmək, 

müəyyən marşrutla yola salmaq, göndərmək) və s. 

Hərəkəti zamanı (against-weather) qarşıdan əsən külək və dalğa vaxtı; ahead (irəli) ahead 

turbina (irəli hərəkət edən turbin), astern turbine (geri hərəkət edən turbin), ahead operation (irəli 

hərəkət edən), astern operation (geri hərəkətetmə manevri) və s. 

Dəniz nəqliyyat vasitələri, yəni qayıq, gəmi dənizdə müxtəlif istiqamətlərdə hərəkət edir. Bu 

hərəkət – üfüqi, şaquli istiqamətlərdə olur. 

Gəminin külək istiqaməti ilə hərəkəti: guble (gəmini külək istiqamətinə döndərmək). Bu 

məqsədlə ingilis dilində dənizçilik termini kimi «guide» sözündən istifadə olunur. Bu feil 

yönəltmək, istiqamətləndirmək, rəhbərlik etmək, istiqamətləndirici mənalarında işlədilir. 

Haul sözü gəminin istiqamətinin dəyişməsi, hər hansı bir tərəfə yan alması ilə bağlı əmələ 

gəlmişdir: Bu feil ingilis dilində istiqamətini dəyişmək, yan almaq, dartmaq, çəkmək anlamlarında 

işlənir: The ship hauled southward – Gəmi cənuba yan aldı. The wind hauled to the east – Külək 

şərq istiqamətində əsdi. 

Xətti gəmiçilik anlayışını ifadə edən dənizçilik terminlərində daxilolma limanları elan 

edilməklə cədvəl üzrə (tarixi göstərilməklə) müəyyən istiqamətlərə hərəkət edən gəmilər əsas yer 

tutur. «Xətti gəmi» termini ingilis dilində liner ship formasında ifadə olunur. Ümumiyyətlə, 

dənizçilik terminologiyasında line shipping  (xətti gəmiçilik) – həmin nəqliyyat xidmətinin 

formasıdır, gəmilərin ciddi surətdə müəyyənləşdirilmiş müntəzəm xətlərdəki yükləmə//boşaltma 

limanlarına gəlib-getmə cədvəli üzrə işləməsidir. Xətti gəmiçiliyin əsas xarakterik xüsusiyyətləri 

aşağıdakılardır:  

-gəmilərin hərəkətinin zəruri tezliyi təmin edilməklə yük göndərənlərə və yük alanlara 

etibarlı, müntəzəm xidmətin göstərilməsi; 

-gəmilərin müəyyən istiqamətdə təhkim edilməsi və əvvəlcədən elan olunmuş gəlib-getmə 

cədvəli üzrə yükləmə//boşaltma limanlarına hərəkəti; 

-yüklərin daşınmasına görə tariflərə yükləmə-boşaltma işləri və onların keyfiyyətli icrası üzrə 

bütün xərclərin daxil edilməsi [1, s.148]. 

 Dənizçilik terminlərinin qruplaşdığı sahələr çoxdur. «Müxtəlif elmlərin qovşağında yaranan 

yeni sahələrin öz terminlərinin olması və ilk dövrlərdə həmin terminlərin bazis sahələrin 

terminlərindən formalaşması elmi dilin başqa bir cəhətini də əks etdirir. Bu cəhət terminologiyada 

istifadə olunan sahə anlayışı ilə sıx əlaqəlidir. Sahə məsələsinin nəzərdən keçirilməsi ayrı-ayrı 

termin sistemlərinin əlaqəsini və müxtəlif elmlərin qarşılıqlı təsirinin sahə terminologiyasında 

özünü necə büruzə verdiyini aydınlaşdırmaqda, habelə terminlərin nizama salınması, unifikasiyası 

və standartlaşdırılması üçün xüsusi əhəmiyyət kəsb edir» [2, s. 12]. 

 Terminoloqlar yazırlar ki, sahə terminin var olduğu spesifik sahədir. Həmin sahə daxilində 

termin onu xarakterizə edən cəhətləri özündə əks etdirir [3, s.110]. 

Sahə terminləri onun baza anlayışlarının təyini prosesində yaranmağa başlayır və sahənin 

sonrakı inkişafı ilə artır. Sahənin bir anlayışı digərlərinə əsasən təyin edildiyinə görə sahəyə aid 

terminin müəyyənləşdirildiyi kontekstdə həmin terminoloji sahənin başqa vahidləri iştirak edir [4, 

s.66]. 

M.Qasımov yazır ki, termini həqiqətən bir termin kimi başa düşmək üçün onun neytral olduğu 



terminoloji sahəni və öz neytrallığını itirdiyi qeyri-terminoloji sahəni dəqiq surətdə fərqləndirmək 

lazım gəlir. Termin yalnız bir sahə ilə bağlı olan bir anlayışı ifadə etməklə bərabər, təkcə bir məna 

daşıyır; başqa mənada işlənildikdə isə müəyyən sahənin termini olmaq hüququnu itirir. Belə 


Yüklə 2,97 Mb.

Dostları ilə paylaş:
1   ...   44   45   46   47   48   49   50   51   ...   94




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin