I Türkoloji Qurultayın 90 illiyinə həsr olunmuş beynəlxalq konfrans:
TÜRKOLOJİ ELMİ-MƏDƏNİ HƏRƏKATDA ORTAQ DƏYƏRLƏR VƏ YENİ ÇAĞIRIŞLAR (I hissə)
220
(erməni d.), joghurt (macar d.), joghurt (çex d.), yogurt, yugurt, yagurt, ugurt (bolqar d.), ğiaurti,
yarğuti (yunan d.), jogurt (serb d.), yoghurt (ingilis d.), iogurt, yoghurt (italyan d.) və s. Fars dilində
yuxa (bir növ nazik çörək), erməni, bulqar dillərində yufka (nazik açılmış xəmir qatı), rumun dilində
iofca, efca, efcale (yuxa, bir növ xəmir məmulatı), çex dilində jufka (yuxa), serb dilində jufka,
juhka, jupka (börek, şirin və duzlu yeməklər hazırlanmasında istifadə edilən nazik xəmir), alban
dilində jufke, jufk, jufek (yuxa, bir növ əriştə), yunan dilində ğiofkas, yufka (yuxa, xəmir məmulatı)
şəklində yaşayan dil vahidi isə türk dillərinin başqa dillərə təsir göstəricilərindən biridir.
Ümumiyyətlə, türk dilindən keçən sözlər arasında kulinariya ilə bağlı etnoqrafizmlər xüsusi lay
təşkil edir. Bu isə türk xalqlarının uzun əsrlər boyu müxtəlif xalqlarla qarşılıqlı əlaqələrinin əksidir.
XI-XII əsrlər abidələrində işlənən “barçın” sözü ipək parça mənasında işlənir. Osmanlı
işğalları zamanı macar və rumın dillərinə keçən söz “barsony-ipək, məxmər”, “borangic-ipək parça
növü” şəklində bugün də işlənməkdədir. Bu dövrdə “uşaq yatağı” kimi türklərdə geniş yayılmış
“beşik” sözü Osmanlıcanın təsirilə macar (belcsö), bolqar (beşik), serb (bešika, beša), italyan
(balsico, biscolo), makedon (beşika), yunan (besiki) dillərinə keçmişdir.
“Bayram” sözü də tarixən türk dillərindən dünya dillərinə keçmiş, çin (bailanjie), fars
(bayram), ərəb (bayramun), rus (bayram), erməni (baryam), macar (bajram, bajran, barjam), rumın
(bairam, baraiam), bolqar (bayram), serb (bajram, barjam), italyan (bailamma, bairam, biliemme),
alban (bajram, barām), yunan (bairami, payramin), alman, fransız (bairam, beiram), ingilis (bairam)
dillərində işləklik qazanmışdır. [TVS.,s.92-93] Qeyd etməliyik ki, bu söz daxil olduğu dillərdə yeni
mənalar qazanmış, yeni sözlərin yaranmasında iştirak etmişdir. Məsələn, çin, rus, alman, fransız,
ingilis dillərində bayram islamla əlaqələndirilmiş və müsəlmanların müqəddəs günlərini bildirmək
üçün istifadə edilmişdir. Rumın dilində isə şənlik, şölən, ad günü və yeni il tədbirləri “bayram”
adlanır. İtalyan dilində yeni, tamamilə fərqli məna qazanan söz “səs-küy, qarışıqlıq” deməkdir.
“Bayram” sözü əsasında yaranan bayramalay (ərəb d.), bairamlic (rumın d.), bajramluk, bajram-
namaz (serb d.), bajramovati, bajramllek (alban d.), payrantasoras (yunan d.) sözləri bugün də
həmin dillərdə öz işləkliyini qorumaqdadır.
“Bilərzük” tarixən türk zərgərlik nümünəsi kimi Orta Asiya və Yaxın Şərqdə geniş yayılmış
bəzək əşyasıdır. Bu əşya türklərin qonşu olduğu xalqlar arasında da istifadə edilmiş, onun daşıdığı
ad isə yeni mənalar qazanaraq dünya dillərində özünə yer tapmışdır. Fars dilində “bilerzük”, ərəb
dilində “bilazīk” (Aytaç, s.45) kimi işlənən söz, macar (bilincs, kezbilincs), rumın (belezic), bolqar
(bilezik,belezitsi), serb (bilenzuka, belenzuka), alban (belezik, belenzike, bilizyk, byzylyk,
vërzelik), makedon (bezelik), yunan (pelezikkin, biletziki, bilezikia, belezitoi) dillərinə keçmişdir.
Qeyd etmək lazımdır ki, balkan ölkələrində bu söz eyni zamanda “qandal” mənasını bildirir.
“Qutadğu bilig” əsərində “boğuz” insanın bir orqanının adıdır. Tarixən oğuz qrupu türk
dillərində dəyişikliyə uğrayaraq “boğaz” şəklini alan söz bu dillər vasitəsilə başqa xalqların lüğət
tərkibinə daxil olaraq yeni məna çalarları qazanmışdır. G.Dörfer fars dilində bu sözün əsl mənası
ilə yanaşı, “qapı”, “dar keçid” mənalarını da qeyd edir. Müəllif, eyni zamanda, sözün ərəb dilində
də yeni mənalar qazanaraq həm omonimlik, həm də çoxmənalılıq daşıdığını vurğulayır (hər hansı
bir şeyin boğazı, çilçırağın boğazı, kanal, dar keçid) [TMEN., S.792]. Rumın və macar dillərində isə
arx və kanallar “boaz/bohaz/ bogaz” adlanır. Söz makedon və alban dillərində“bogaz” və “bugas”
şəklində “iştah, qidalanma” mənasında, bolqar dilində “boaz” şəklində “düz, ova”, “dar keçid”,
“boğaz”, “qırtlaq” mənalarında işlənir. “Boazliya, buizliy” isə bolqar dilində “çoxyiyən” mənasını
daşıyır. Serb dilində boğaz sözündən yaranmış “bogazluk” boyuna taxılan ziynət əşyasını
bildirməklə yanaşı, “ağ tülkünün boynundan əldə edilən kürk”ün adıdır.
Məişət etnoqrafizmlərindən olan yoqurqan, yurt, ütüg, otağ, sanduk, saban, yastuk kimi
sözlər də qonşu dillərin lüğət tərkibinə keçmiş və yeni məna çalarları qazanmışdır. “Yoqurqan”
“yōrqān” şəklində ərəb, “yorgan” kimi erməni, “yorqan” formasında rumın dilində bugün də
işlənməkdədir. Bolqar dilində “yorgan/yurgan”, serb dilində yorgan”, alban dilində
“yorgan/yargan/yergan”, makedon dilində “yorgan/ yorganitsa”, yunan dilində “yorganin/ ğiorğani”
şəklində olan etnoqrafizm bu dillərdə söz yaradıcılığı prosesində iştirak etmişdir. Bolqar dilindəki
yurganlik (yorğan ləvazimatı), yorganciya (yorğan sırıqçısı), yorgancilik (sırıqçı peşəsi), serb
dilindəki yorgandžija (yorğan salan və ya satan şəxs), yorganluk (yorğan üzü hazırlanan parça)
I Türkoloji Qurultayın 90 illiyinə həsr olunmuş beynəlxalq konfrans:
TÜRKOLOJİ ELMİ-MƏDƏNİ HƏRƏKATDA ORTAQ DƏYƏRLƏR VƏ YENİ ÇAĞIRIŞLAR (I hissə)
221
sözləri, alban dilindəki “yorgani ash itrash” (Azərbaycan dilində bunun ekvivalenti “yastığı yüngül
olsun” ifadəsidir), makedon dilindəki “yorgan çocuk” (yorğan çocuğu) ifadələri qeyd olunan
etnoqrafizmin həmin xalqların dilinə necə sirayət etdiyinin göstəricisidir.
XI-XII əsr abidələrində “yurt” sözü “xaraba qalmış, tərk edilmiş məskən” mənasında verilir.
Bu söz türklərin yayıldığı bütün torpaqlarda məskunlaşma ilə əlaqədar olaraq qonşu xalqların da
məişətinə yol tapmışdır. Fars dilinə “çadır, yurt” kimi keçən söz “otlaq yeri”, “mənzil vergisi” kimi
yeni mənalar qazanmış, ondan əmələ gələn “yurtge” isə fars dilində “xüsusi bir ev növü”nü bildirən
söz kimi dilə daxil olmuşdur (4, s.95). Sözün “otlaq ərazi, torpaq” mənası rus dilində də
işlənməkdədir. Qazax, qırğız çöllərində yerli köçəri xalqın yaşadığı çadırlar isə rus dilində “yurta”
adlanır. Ərəb dilində isə “çadır, oba”mənasında yurta və urut sözləri işlənir.[TMEN, s.1914] Bolqar
dilində də bu söz müxtəlif mənalarda işlənməkdədir. “Çadır, ev,yuva, məskən” mənasında yurta
işlədən bolqarlar evlər arasındakı boş torpaq sahələrini yurt adlandırır,”ev əşyası”,”mal mülk”, “boş
açıqlıq ərazi” kimi müxtəlif mənaları daşıyan yurtluk sözü isə, göründüyü kimi, bolqar dilində
omonimlik qazanmışdır.
“Divanü luğat-it-türk” əsərində işlənən “ütüg” sözü tarixən türk dillərində fonetik dəyişikliyə
uğramış və ütü şəklini almışdır. Lakin müasir rus dilində bu sözün ilkin variantı «утюг» şəklində
işlənməkdədir. Fin dilində işlənən “utukka”nın ilkin alınmalardan, yoxsa sonrakı dövrdə rus dili
vaitəsilə keçən sözlərdən olduğunu müəyyənləºdirmək isə çətindir. Fars dilində “otu” ºəklində olan
bu söz “ütüyə düºmək” ifadəsində isə “dəyişmək, mahiyyətini dəyişmək” mənasını daşıyır. (4.s.6.)
Ərəb dilinə keçən etnoqrafizmlərdən olan ütü ərəb dilinin qaydalarına uyğunlaşaraq cəmlənir: ūtī→
uvatī, “al-ūtīyāti'l-kəhrubā`īya” (elektrik ütüləri). Balkan ölkələrin-də isə bu etnoqrafizm yutiya
(bolqar d.), ūtija (serb d.), yti/uti/ ulti (alban d.), utiya (makedon d.) şəklində işlənir.
“Otağ” sözü həm XI, həm də XII əsr abidələrində “çadır, mənzil” mənasında işlənməkdədir.
Sonrakı dövrlərdə otağ → odağ → ocağ → oda şəklində dəyişikliklərə uğrayan söz, demək olar ki,
bütün müasir türk dillərində bu və ya digər şəkildə işlənməkdədir. Bu isə öz növbəsində sözün geniş
areala yayılmış türk xalqlarının qonşuları tərəfindən də mənimsənilməsinə yol açmışdır. Məsələn,
A.İnayətin verdiyi məlumata görə, “otağ” etnoqrafizmi çin dilinə keçmiş və bu dildə işlənən “ē tuo
ke” sözü “ocak” mənası ilə yanaşı, qinq sülaləsi dövründə cunqarların qəbilədaxili bölgüsünü
bildirirdi. Cunqarlar 24 otoqa bölünmüşdü, hər otoqa 1-5 nəfər daxil imiş.”(6.s.81-99) Rumın
dilində işlənən odaie sözü “otaq”, otac sözü isə “çadır, heyvan saxlanılan yer, tövlə” mənalarını
ifadə edir. Ocak sözü isə “ogeac, ogiac, hogeac” şəklində “ocaq” və “ev əhalisi” mənalarını daşıyır.
Bolqar dilində “otaq” mənasında odaya, alban dilində odae,yunan dilində outas, odas sözləri ilə
ifadə olunur. Qeyd etmək lazımdır ki, Balkan dillərində bu söz Osmanlılar zamanında yeni məna
qazanaraq hərbi terminə çevrilmişdi. Macar dilində odaja (yeniçərilikdə oda, bölmə), rumın dilində
odae, oadie (yeniçəri kazarması), bolqar dilində oda, odaya (400 nəfərlik yeniçəri birliyi), oda-başı
(yeniçəri komandiri), serb dilində hodaja, oda (əsgərlikdə bir bölüm), odabaša (yeniçəri odasının
rəhbəri) kimi hərbi terminlər otag, oda sözündən törəmədir. Osmanlıcada isə bu sözün
qarşılığı”asker ocağı”dır.
Qədim musiqi alətlərindən olan kubuz da tarixən bir çox xalqların dilində türk müsuqisini
özündə yaşatmışdır. Çin dilində hubōsi, kībusi, kubeizīqın, kē bu zha kimi müxtəlif variantlarda
yazılan söz “qədim dövrlərə aid, 5-25 telli alət” kimi tarixizmə çevrilsə də, “qazax və qırğızların
milli aləti”ni bildirən ad kimi bugün də işləkdir (7.s.281). G.Dörfer isə ərəb və fars dillərinə kubuz,
kobuz şəklində keçən sözün türk dillərindəki mənasını saxladığını qeyd edir.[TMEN, 1421] söz
macar dilində koboz, kobza, rumın dilində cobuz, cobža, yunan dilində kubuzi, çex dilində isə
kobos, kobza kimi işlənməkdədir. [TVS.,s.524]
Sıbızğu qədim musiqi alətlərindən biri kimi bugün əksər türk xalqları tərəfindən
unudulmuşdur. Lakin qonşu xalqların dilinə keçərək tarixin qaranlıq səhifələrinə işıq tutan bu
etnoqrafizm çin dilində “sībusīkē, sībeizijiādi, sabāyī” şəklində qazaxların tütəyə bənzər milli
aləti”ni bildirməklə yanaşı, “pípí” kimi “uyğurlara aid nəfəsli alətin adı”dır (7.s.286). Fikrimizcə,
hər iki alət tarixən “sıbızğu”nun bir qədər dəyişmiş formalarıdır. Ərəb və alban dillərində “uzun
çubuq”mənasında işlənən sibsi və sipsi də sıbızğu ilə eyni kökdəndir. Buna alban dilində həm də
I Türkoloji Qurultayın 90 illiyinə həsr olunmuş beynəlxalq konfrans:
TÜRKOLOJİ ELMİ-MƏDƏNİ HƏRƏKATDA ORTAQ DƏYƏRLƏR VƏ YENİ ÇAĞIRIŞLAR (I hissə)
222
“tütək” mənasında işlənən supsi /sumsi sözlərinə əsasən deyə bilərik. Görünüşcə çubuğa bənzər bu
alət keçdiyi dillərdə həmin formanı ifadə edən sözə çevrilmişdir.
Yuxarıda verilən nümunələr dünya dillərinə keçən etnoqrafizmlərinin bir qismini əhatə edir.
Çadır, çakmak, davar, don, düğme, kuşak, oba, etek/etik, kedim, güdeyü, kidiz, kımız, pekmes,
asırğa, sucuk, yüzük, şölen, top, toy, töre, tüfek və s. kimi yüzlərlə söz müasir dövrdə çoxsaylı
dünya dillərinin lüğət tərkibinə daxil olaraq türkcənin həmin yerlərdəki uzunmüddətli
hakimiyyətini, qarşılıqlı əlaqələrini özündə əks etdirən tarixi faktdır.
ƏDƏBİYYAT
1.
Aslanov V. XII əsrə qədərki Azərbaycan dili haqqında//Azərbaycan filologiyası məsələləri.
Bakı-Elm, 1984, 264 s.
2.
Hacıyev T. Azərbaycan ədəbi dili tarixi, I cild,
3.
Hüseynzadə Ç. Orta əsrlər ərəbdilli yazılı abidələrdə türk mənşəli antroponimlər. Bakı,
2011.
4.
Naibi M.S. Fars dilində 1000 türk sözü. Bakı, 2014, 96 s.
5.
Ateş A. Arapça yazı dilinde türkçe kelimeler. X yüzyıla kadar, Reşit Rahmeti için, Türk
Kültürü Araştırmaları, Ankara 1966, s.26-31.
6.
İnayet A. Doğrudan ve ya dolaylı olarak Çinceye geçen Türkçe kelimeler üzerine,/ Türk
dünyası incelemeleri dergisi; VI c., №31,İzmir 2006,s.81-99.
7.
İnayet A. Haanyu Wailaici Cidian`a (HWС) göre Çinceye geçen türkçe kelimeler
üzerine,/Turkish Studies, Volume3/1, winter 2008, s.280-289
8.
Добродомов И.Г. Тюркизмы славянских языков как источник сведений по
исторической фонетике тюркских языков. //Советская тюркология, 1971, №2, с.79-86.
Shabnam Hasanli-Qaribova
Summary
Ethnographic layer of the language which depicts ancient ethnic national features is the mirror
of historical, geographical, cultural and moral solidarity of historic and contemporary Turkic world.
Ethnographic words become functionality in various languages which this is also reflector of
mutual relations and impact of Turkic nations with those ones. Particularly, existing of ethnographic
vocabulary in other languages in general and also domestic styles, not in the level of exoticisms, is
the main indicator which shows that this language has been dominant one for many centuries in the
relations with neighbor languages. It was sometimes free and sometimes obligatory impact. Based
on research, it becomes obvious that obligatory influence reduces resistance of national language
and even can lead to disappearing of this language. That's why one of the significant conditions of
mutual word borrowing process relates to the official status and reputation of communicating
languages. This is defined in accordance with the volume of communicative functions, historicity of
literary traditions and social stance of language drivers.
Existing of ethnographic words which were used XI-XII centuries' Turkic monuments in
contemporary languages and saving its functionality in domestic styles in these languages, exhibit
mutual relations between these languages for many centuries. As a result of such relations, lots of
words passed to other languages during this time. This process was long-term and covered various
steps.
Key words: Turkic languages, ethnographic, dependent words, semantic borrowing, semantic
law.
I Türkoloji Qurultayın 90 illiyinə həsr olunmuş beynəlxalq konfrans:
TÜRKOLOJİ ELMİ-MƏDƏNİ HƏRƏKATDA ORTAQ DƏYƏRLƏR VƏ YENİ ÇAĞIRIŞLAR (I hissə)
223
Təhminə İsmayılova, fil.ü.f.d., dos.
AMEA Nəsimi adına Dilçilik İnstitutu
AZƏRBAYCAN DİLİNİN LÜĞƏT TƏRKİBİNDƏ ALINMA SÖZ VƏ TERMİNLƏR
Məlumdur ki, hər hansı bir dilin lüğət tərkibinin formalaşmasında, zənginləşməsində alınma
söz və terminlərin xüsusi bir rolu vardır. A Qurbanov haqlı olaraq yazır ki, dünyada öz xalis
sözlərindən ibarət olan saf dil yoxdur (7, s.193). Bu baxımdan müasir Azərbaycan dili də alınma
sözlərlə zəngindir. Dilimizin lüğət tərkibinin alınma söz və terminlərlə bu cür zənginləşməsi vaxtilə
- Sovetlər Birliyi zamanı rus dilindən və rus dili vasitəsi ilə başqa dillərdən, xüsusilə də Avropa
dillərindən alınmalar hesabına olmuşdur. Məhz buna görə də A. Qarayev yazır ki, indi dilimizdə
külli miqdarda Avropa dillərindən alınma sözlər işlədilir.
Alınma söz və terminlər haqqında A.Qarayevin (5), N.Məmmədlinin (8) doktorluq, A.
Bayramova (2), T.Yaqubovanın (11) namizədlik dissertasiyalarında və S.N.Xəlilovanın (4)
monoqrafiyasında, S.Sadıqovanın xeyli sayda məqalələrində (10) araşdırmalar aparılmışdır. Bu
muəlliflərin əsərlərinin bir – birinə oxşarlığı və ümumi cəhətləri ilə yanaşı, onlar arasında ciddi
fərqlər də mövcuddur. Belə ki, A Qa-rayev öz əsərində Avropa mənşəli sözlərin alınma yollarından,
vasitələrindən, mənşəyindən, onların semantikasından, sosioloji xüsusiyyətlərindən bəhs edir.
N. Məmmədlinin monoqrafiyasında ərəb, fars, rus və Avropa mənşəli alınma söz və
terminlərdən geniş bəhs edilir, onların struktur tipləri, mənşəyi, leksik – semantik xüsusiyyətləri,
terminalma prosesinin obyektiv şərtləri və sairə şərh edilir. Burada, həmçinin alınma terminlərin
mənimsənilməsindən də ətraflı danışılır.
T. Yaqubovanın namizədlik dissertasiyasında da alınma sözlər tədqiqata cəlb olunmuş, onlar
14 sahə üzrə qruplaşdırılmış, hər sahədə son dövrdə dilə daxil olmuş leksik vahidlərin linqvistik
strukturları tədqiq edilmişdir. Müəllif, həmçinin alınma sözlərin mənşəyindən asılı olmayaraq, öz
ekvivalentləri ilə aktiv paralelliyini sübut edən faktları aşkarlamış, onun səbəblərini izah etmişdir.
S.Xəlilovanın monoqrafiyasında isə əsas obyekt ictimai – siyasi terminlərdir. Müəllif burada
beynəlmiləl terminlərin formalaşmasında dildaxili və dilxarici amilləri aydınlaşdırır, beynəlmiləl
terminlərin əhəmiyyətindən, milli terminlərin formalaşmasında onların təsirindən bəhs edir.
B Abbasova sözalma hadisəsini o zaman baş tutmuş sayır ki, bir dildən digərinə maddi
varlıq – söz, morfem, şəkilçi və s. keçmiş olsun. Müəllifin fikrincə, “sözalma hadisəsi leksik
hadisədir. Semantik alınma – kalka anlayışı əslində tərcümə deməkdir. Deməli, semantik alınma
anlayışı dəqiq deyildir. Çünki bu zaman dilə heç bir maddi varlıq – leksem gətirilmir” (1, s.6).
Müəllifin bu sözləri öz orijinallığını bu günümüzdə də qoruyub saxlayır: “Söz
sosiolinqvistik amillərin təsiri altında alınır, resipientin tələbi ilə assimilyasiya olunur. Yalnız
bundan sonra “alınma söz ” statusu qazanır” (1. s. 14 - 15).
Qeyd etmək lazımdır ki, sözalmanın ən mühüm şərti ünsiyyətdə olan dillərin rəsmi statusu
və nüfuzluluğu sayılır, bu isə kommunikativ funksiyaların həcmi, ədəbi ənənələrin qədimliyi, dil
daşıyıcılarının sosial mövqeyi ilə müəyyən edilir. Alınmaların mənbəyi, kəmiyyəti və xarakteri
əsas etibarilə bir etnosun mədəni orientasiyası, onun dilinin rəsmi statusu və nüfuzluğu ilə müəyyən
edilir.
Fikrimizcə, alınma sözlərin yaranmasının əsas səbəbi əşyaların və məfhumların
adlandırılmasıdır. Sözalan dilin sistemində assimilyasiya məsələlərini öyrənərkən, alman dilçiləri
alınma sözlərin dildə tədricən mənimsənilməsi ideyasını yaratdılar (bu mənada yad, xarici sözlər
termini yarandı).
Alınma sözlər probleminə toxunarkən, mütləq onların ifadə etdiyi üslubi məqamları da
nəzərdən qaçırmaq olmaz.
Alınma dillərin bir – biri ilə ünsiyyət və əlaqələrini möhkəmləndirir. Məhz buna görə də,
alınmaların təhlilinə başlamazdan öncə, ilk növbədə, ikidillilik problemi araşdırılmalıdır. Bu ideya
ingilis və amerikan dilçilərinin əsərlərində inkişaf edərək konkretləşmişdir. Bu, həm də dilin tarixi
– coğrafi şəraiti zəminində əks olunmuşdur. Çoxsaylı dilçilik faktlarını ərazi, lokal şərait,
I Türkoloji Qurultayın 90 illiyinə həsr olunmuş beynəlxalq konfrans:
TÜRKOLOJİ ELMİ-MƏDƏNİ HƏRƏKATDA ORTAQ DƏYƏRLƏR VƏ YENİ ÇAĞIRIŞLAR (I hissə)
224
dialektizmlərin mövqeyi nəzərə alınmadan tədqiq etmək mümkün deyildir (buraya sosial prosesi də
aid etmək vacibdir).
Amerikadan Avropaya doğru xalqların ikidilliliyinin öyrənilməsi, bu sahədə aparılan elmi
tədqiqatların əsasını təşkil etməlidir. İkidilliliyin öyrənilməsinə bizim yüzilliyin əvvəllərindən
başlanılsa da, alimlər tərəfindən bu proses müdafiə olunsa da, onun real inkişafı uğurlu alınmadı.
1950 – ci ildə E. Hauqen alınma sözlərin quruluşunun differensasiyasını yaratdı. O, alınma
sözlər ideyasının üç növünü təklif etdi:
1.
Heç bir morfoloji əlamət qəbul etmədən dilə gələn, mənbə dildə dəqiq ekvivalenti olan
alınmalar;
2.
Morfoloji əlamət qəbul edənlər, calaq yolu ilə gələnlər, bütün elementləri alınma olanlar;
3.
Leksik alınmalar və kalkalar. ( 5, s.8)
Bu bölgünün birinci tipinə rus dilində yalnız isimlər və əsli sifətlər daxildir.Onlar
qrammatika etibarilə dilin öz faktlarından fərqlənir və alınma feillər arasında, hətta uyğunsuzluq da
yaradırlar. İkinci və üçüncü növlərə sözün bütün qrammatik strukturları aid ola bilər. Müəllifin
fikrincə, alınma sözlərin tədricən mənimsənilməsini fonetik, qrafik, leksik, morfoloji, sintaktik
uyğunlaşma və ya uyğunlaşmama təyin edir ki, bu da alınma sözlərin dilin öz faktlarından
fərqlənməsinə səbəb olur.
Əgər alınma sözlər dil yaruslarında tam mənimsənilibsə, onda onlar 1 rəqəmi, heç mənimsə-
nilməyibsə sıfırla, natamam mənimsənilibsə 0,5 – lə işarə olunur. Fonetik və morfoloji
münasibətlərinə, leksik mənimsənilməsinə görə alınma sözlər leksikologiyada sərhədləri etibarilə
məhduddur. Sözdə tam mənimsəmənin mümkün olmadığı kimi nəzərə alınmalıdır ki,
varvarizmlərin də yad dilllərdə struktur xüsusiyyətləri var. Bu həm də mövcud çətinliklərlə bağlıdır.
Bəs dildə alınma sözü necə təyin etməli, onların sintaktik əlaqələrini və digər sözlərlə
qrammatik əlaqələrini necə müəyyənləşdirməli, nitqdə onlardan necə istifadə etməli və s.?
Alınma sözlərin ənənəvi təyin olunması dilin fonetik və qrammatik strukturuna uyğunlaş-
dırılmamalıdır. Alınma sözlərin təyin olunmasında frazeoloji və söz yaradıcılığı baxımından
aktivliyi nəzərə alınmalıdır. Ən pisi budur ki, alınma sözlərin dəqiq müəyyənləşdirilməsi və onlar
haqqında müəyyən elmi nəticələrə gəlinməsi bir sıra çətinliklər törədir. Digər tərəfdən alınma
sözlərə münasibət bəsləyərkən, məsələn, alınma leksika sözalan dilin sistemində özünü necə
göstərir, bütün sözlərmi bir dildən digərinə rahat keçə bilər, bu sözlərin tərkibində onların bir dildən
başqa dilə keçməsini məhdudlaşdıran hansı səbəblər vardır və s. suallara cavablar həmişə müxtəlif
olmuşdur.
XIX əsrin axırları XX əsrin əvvəllərində alınma sözləri tədqiq edərkən, onlara sadəcə olaraq,
bir dilin başqa dilə ötürdüyü elementlər kimi baxılmışdır. Yaxın dillərdən dilə keçən alınmalara
bəzən (bütün əks mənaları və quruluşları ilə bərabər) daxili alınmalar kimi baxılmışdır. Bu dövrdəki
tədqiqat əsərlərində istər dilxarici, istər dildaxili səbəblərindən asılı olmayaraq, alınma sözlərə az
əhəmiyyət kəsb edən predmet kimi baxılırdı. Bunun da əsas səbəblərindən biri o idi ki, alınmalar dil
prosesi kimi qəbul edilmirdi. Başqa sözlə desək, alınma mürəkkəb söz kompleksləri dildaxili və
dilxarici səbəblərə görə dil prosesi kimi qəbul edilmirdi. Xarici - dilə aid olmayan səbəblərə görə
alınma sözlərin bir dildən digərinə keçməsi xalqların sosial – siyasi, iqtisadi və sənaye əlaqələri ilə
bağlıdır.
Məlumdur ki, leksika dilin elə bir sahəsidir ki, yüksək dərəcədə xarici proseslərə, cəmiyyətin
bütün təbəqələrinə və təbəddülatlara açıqdır və cəmiyyətdə gedən siyasi, mədəni prosesləri həzm
edir. Buna misal olaraq, mədəni – siyasi cəhətdən gözəl əlaqələr qurmuş iki xalqın dilindən
Dostları ilə paylaş: |