hecasını – yəni -ça hissəsini müsir Azərbaycan dilindəki -ça kiçiltmə şəkilçisi kimi götürsək, onda
ala sözü də iki hissədən – kök və şəkilçinin qovşuğundan ibarət olmalıdır. Belə olduqda alaşa bir
qədim söz kökü və ikiqat şəkilçilidir. Burada al-söz kökünün alaşa sözü ilə semantik əlaqəsi
müəyyən edilməlidir. Qədim türk lüğətindəki al “aşağı, aşağı hissə, alt” V. V. Radlovun lüğətində
I Türkoloji Qurultayın 90 illiyinə həsr olunmuş beynəlxalq konfrans:
TÜRKOLOJİ ELMİ-MƏDƏNİ HƏRƏKATDA ORTAQ DƏYƏRLƏR VƏ YENİ ÇAĞIRIŞLAR (I hissə)
281
“alt, aşağı” sözünün mənaları ilə alaşa sözünün al-hissəsi semantik cəhətdən uyğun gəlir. Bu kök də
“alçaq, alt” kimi ədəbi dil sözləri ilə birləşir. Demək, alaşa (al+a+ şa//al+a+ca) sözü “zəif, yerişsiz
at”mənasındadır.
Türk dillərində alaşa şəklində elə sözlər var ki, alçaq mənasında işlənir. Məs.: kumıkca alaşa
“alçaq”, qazaxca alaça “alçaq”, noqayca alaçaq “alçaq”, qaraqalpaqca alasa “alçaq” mənasındadır.
Bu sözün al-hissəsinin qədim kök olduğunu göstərən əsaslar aşağıdakılardır: Məsələn, qaraqalpaqca
ылдый “alçaq, aşağı”, xakasca alti “alt, aşağı hissə”, V. V. Radlovun lüğətində aldın “altda,
aşağıda” mənasındadır. Görünür, alaça//alaşa hər cür at deyildir, atın bir növünün adıdır. Elə
türkməncə alaşa “atın bir növü”, noqayca alaşa “axta at”, kumıkca alaşa şifahi dildə ümumən at,
başqırdca, tatarca alaşa “axta at”, şivələrində ümumən at anlamındadır. E. V. Sevortyanın lüğətində
alaşa sözünün işlənmə arealı və səkkiz məna növü göstərilir. Onlardan at, “aşağı, pis” mənaları
Azərbaycan dili şivələri ilə düz gəlir. Onun fikrincə, söz al+aş+a//al+a+ş hissələrindən ibarətdir.
Al – “zəif olmaq, gücsüz, qüvvəsiz” deməkdir. Müəllif müxtəlif mənbələrdən alqın//alğın//alğun,
alık “zəif, xəstə, arıq”, alız “arıq, zəif, gücsüz”, alın “gücsüz” kimi misallar verir. Sonra burada P.
M. Melioranskinin, M. Fasmerin, A. M. Şerbakın bu sözdən bəhs etdikləri xatırlanır. V. Q.
Yeqorov, M.Rəsənən alaşa sözünü al (alçak) “nizkiy” kökü ilə bağlı sayırlar. Biz də bu fikrə
qoşuluruq. E.V.Sevortyan yazır: “sözün özbəkcə forması alaca ala
ibarətdir. Buradaca qeyd edək ki, bu -al kökü də daha qədim forma ar (arıq) söz kökü (r~l) ilə
birləşir. Bunu S. E. Malovun arul “zəifləmə” faktı da həqiqətə yaxınlaşdırır. E. V. Sevortyan da
arıq sözünün kökünü a:r//ar- kimi qeyd edir. Beləliklə, dialektal alaşa sözü al+a+şa-al+a+ça kimi
hissələrdən ibarət olub ikiqat şəkilçili sözün sadələşməsi sayıla bilər (5. 108-109).
“Alaşa”sözü mənbənin birində atla bağlı təhlilə cəlb edilib. Tədqiqatda göstərilir ki, XIX əsrin
ortalarında Şərqi Altayda Alaş, XX yüzilin əvvəllərində Alaşa çayı qeydə alınmışdı. Assuriya çarı II
Sarqonun kitabəsində deyilir: “Nairi ölkəsi əhalisinin Elaş (mətndə Elaşuniya) adlandırdığı Zaban
çayını keçdim. V-VII əsr erməni tarixçiləri Alaş şəhərinin adını Alaşkert şəklində qələmə almışlar.
Q. Kapançiyan yazır ki, Alaş tayfası Urartudan əvvəl Xett dövlətinin qonşuluğunda yaşayırdı. Xett
mixi yazılarında Alaş ölkəsi Alaşia şəklində göstərilir. -ia protosemit dillərinə aid şəkilçi olub, “a”
səsi verir və totem adı yaradır. Alaş türk etnik adıdır. “Şəcəreyi-tərakimə”də Alaş oğlu Olsun Dib
Yabqu xanın oğludur. Alaş boyu sonralar Səfəvilər dövlətinin tərkibinə keçdi. İ. Petruşevski yazır
ki, Alaş kiçik qızılbaş tayfalarindan biri olmuşdur. VII əsrdə yazılmış bir Çin salnaməsində
göstərilir ki, türklər ala ata xela deyirlər (3. 117-119).
Göründüyü kimi, “alaşa” sözü türk dilində, eləcə də tarixi mənbələrdə bir-birinə yaxın, həm
də qismən fərqli mənalarda işlənmişdir. Hər şeydən əvvəl bu sözü türk dillərinin əksəriyyətində
“alçaq, aşağı yer” mənasında izah etmişlər. Atın bir növünün alaşa adlandırılması da bu mənaya
uyğun gəlir. Belə ki, mənbədən də göründüyü kimi, “zəif, gücsüz, axtalanmış at” alaşa adlandırılır.
Alşa sözünün tayfa adına keçməsi də inandırıcı görünür. Görünür, böyük tayfa birliyinə daxil olan
alaşa etnosu qonşu tayfalardan qismən aşağı səviyyədə yaşadıqlarına görə belə adlandırılıblar.
Astara rayonunda yerləşən Alaşa oykonimi coğrafi mövqeyinə görə “aşağı, alcaq yerdə”salındığına
görə, Alaşaçay hidronimi isə “çox hündür olmayan, dağlıq ərazidən axdığına görə” belə
adlandırılmışdır.
Şamaxı rayonu ərazisindən axan və Ağsu çayına tökülən Çağan hidroniminin semantik
xüsusiyyətləri də maraq kəsb edir. Şamaxı rayonundakı Birinci və İkinci Çağan kəndləri, eləcə də
Bakı şəhərinə daxil olan Şağan qəsəbəsi də Çağan hidronimi ilə eyni mənşəlidir.
Dialektlərimizdə çağan sözünün izlərinə təsadüf olunur. Bu baxımdan G. Vəliyevanın fikirləri
maraq kəsb edir. Müəllif yazır ki, cağan türk mənşəli qədim sözdür və yazılı abidələrimizdə,
lüğətlərdə “kasıb, yoxsul” anlamında cığan şəklində qeydə alınmışdır. Cığan leksik vahidi
Azərbaycan ədəbi dilində işlənmir. Bu söz müasir türk dillərindən çuvaş və özbək dillərində
müstəqil mənalı leksem kimi geniş dairədə fəaliyyət göstərir. Müasir Çuvaş ədəbi dilində cığan
sözü çuxan fonetik variantında mövcuddur. Çuxan sözünə müxtəlif morfoloji əlamətlərin əlavəsi ilə
yeni leksemlər yaranır: çuxanlaq, çuxansem və s. Dil faktlarına istinadən demək olar ki, cığan
leksik vahidi dilimizin müəyyən inkişaf mərhələsində onun fəal lüğəvi vahidlərindən olmuşdur.
Fikrimizi illərin, yüz illərin möhkəm daşından keçən və tarixi fakt kimi yaşayan toponimik adlar bir
I Türkoloji Qurultayın 90 illiyinə həsr olunmuş beynəlxalq konfrans:
TÜRKOLOJİ ELMİ-MƏDƏNİ HƏRƏKATDA ORTAQ DƏYƏRLƏR VƏ YENİ ÇAĞIRIŞLAR (I hissə)
282
daha sübut etməkdədir. Hazırda bu qədim söz öz varlığını Şamaxı rayonunda iki oykonimdə (I
Cağan kəndi, II Cağan kəndi), bir hidronimdə (Cağan mineral bulağı). Vartaşen (indi Oğuz – N. Ə)
rayonundakı bir oronimdə (Cağanqaya) qoruyub saxlamışdır. Maraqlıdır ki, Cağanqaya oroniminin
semantikasının əsasını məhz bu yerlərin bitki örtüyünün yoxsul olması təşkil edir. Abşeron
yarımadasında yerləşən və vaxtilə çox kasıb, yoxsul bir kənd kimi tanınan Şağan oykonimi də heç
şübhəsiz bu sözdən törəmişdir. Türk dillərindəki ç-ş-s səs uyğunluğu bu sözün qədimliyinə və
ondan törəməsinə əsas verir. Cığan sözü Azərbaycan dilinin Göyçay, Abşeron şivələrində eyni
mənada və eyni fonetik qəlibdə işlənməkdədir (9. 174-175).
Mənbənin birində qeyd olunur ki, Çağan Şamaxı rayonu ərazisindən axan və Ağsu çayına
tökülən kiçik çayın adıdır. Bu çayın adı ilə orta əsrlərdə Ağsu çayının özü də Çağan-Muren
adlanmışdır ki, bu da monqol dilində Ağ çay, ya da Ağsu deməkdir. Monqolların tarixini yazmış
XIII əsr müəllifi Rəşidəddin yazır ki, Ağsu, həm də Çağan-Muren adlanır. Buradan görünür ki,
çayın əsil adı Çağan-Muren olmuşdur, sonralar Muren sözü düşmüş, kənd də çayın adı ilə
adlanmışdır. R. Yüzbaşova görə, Çağan çahan-“çuxur yer, çala” deməkdir. Digər araşdırmalara
görə, Çağan kəndinin adı monqol dilində sağan “ağ” sözündəndir. Potapov Altay qrupuna aid olan
Çaqandıq adlı əhali tirəsinin Çağanu çayından ad almasını qeyd edir. Lakin Çağan toponiminin
arealını izlədikdə buradan aydın olur ki, Çağan “ağ” mənasını verməklə tayfa adıdır.
Mənbədə eyni zamanda Çağan hidroniminin arealı da tədqiqata cəlb edilmişdir. “Şağan
(Abşeron rayonu) kənd, Türkmənistan ərazisində Salor tayfasının bir qolu, Sakar Çaqan rayonu,
Qazaxıstan ərazisində - Çaqan və Sarışaqan qəsəbə, Şaqançay, Ural dağlarının cənub-qərb
ətəklərində Ural çayının sağ qolu Çaqan, Kalmık ərazisində Tsaqan Aman, Monqolustan ərazisində
- Tsaqan-Nur, Tsaqan-oba, Tsaqan olom, Tsaqan-ur yaşayış məntəqələri, BöyükTsaqan-Nur gölü,
Şimali Çində Tsaqan Toxoy yaşayış məntəqəsi və s. adları qeydə alınmışdır. XI əsr Səmərqənd
hakimlərindən biri Süleyman ibn Yəhya əs-Soğani (Çoğani) olmuşdur. Çağan sözündə ərəbcə “ç”
olmadığından onu “sad” ilə əvəz etmişlər. Çağana isə Termez, Bəlx və onlara yaxın olan ərazilər
daxildir. Y. E. Markov Çağanı oğuzların bir hissəsi olduğunu qeyd edir. Toponimik paralellərin
müqayisəsi bizcə, çağanın türkdilli tayfalardan birinin adı olmasını söyləməyə imkan verir” (1. 78-
79).
N.Bədəliyev başqa bir tədiqat əsərində yazır: “Bizcə, Çağan coğrafi adının arealını izlədikdə
çağanın fars dilində çahan – yoxsul, kasıb mənasını bildirən mülahizələr şübhə altına düşür. Monqol
dilində “ağ” mənasını verən “tsaqan” sözündən olması isə daha inandırıcıdır” (2. 146).
Qeyd etdiyimiz kimi, Abşeron rayonundakı Şağan kəndi də Çağan adı ilə eyni mənşəlidir.
Şağan oykonimi ilə bağlı araşdırma bu mənşə birliyini qəbul edirmi? Mənbədə yazılıb: “Abşeronun
ən qədim yaşayış məskənlərindən biri də Şağandır. Şağan coğrafi məfhumunun bir neçə izah
variantı vardır. S. Aşurbəylinin fikrincə, Şağan oykonimi iki hissədən: farsca “şah” – böyük və
məkan, yer, kənd mənasını ifadı edən “an” şəkilçisindən ibarətdir; yəni, “böyük kənd, baş kənd”.
Xalq etimologiyasına görə, guya haçansa burada Şahxan (Şahqan) adlı bir nəfər (onun nəsli)
yaşamış və kənd də onun adı ilə belə adlandırılmışdır.
Qazax alimi E.Koyçubayevin fikrincə, Şaqan, Şiqan və Çaqan coğrafi məfhumları türk
mənşəlidir. M. Abbasova yazır ki, ola bilsin bu yaşayış məntəqəsinə (oykonim) ad çay, sahil, göl,
körfəz kimi mənbələrin həmin ərazidə mövcud təbii obyektlərə səciyyəvi münasibətinə, yəni
yerləşmə əlamətinə görə verilmiş ola. Başqa sözlə, kənd həmin ərazidə yerləşmə mövqeyinə görə
bu cür adlandırıla bilərdi. İstər etnoqrafik, istərsə də dilin müqayisəli, paralel təhlili göstərir ki,
Şağan əhalisi köklü surətdə türkdillidir. Toponimin Sakan//Şakan (Şaqan) etnonimi ilə istər
qrammatik, istərsə də fonetik və dil mənsubiyyəti baxımından oxşayışı belə bir mülahizə irəli
sürməyə əsas verir ki, bunlar arasında etnik yaxınlıq da vardır və bu nöqteyi-nəzərdən Şağan
sakların Azərbaycan yadigarlarından ola bilər. Bir növ yuxarıda deyilən fikri tamamlayan, lakin
Şağan oykoniminin izahını özünəməxsus bir yol ilə açıqlayan daha bir elmi mülahizə. Toponimik
araşdırmalar göstərir ki, müəyyən fonetik dəyişikliklərə uğramasına baxmayaraq, kökü “çağan”
olan yer adlarının arealı olduqca geniş ərazini əhatə edir. Biz də şəxsən Şağan toponiminin Çağan
sözü ilə eyni köklü və eyni mənalı olduğu (əlbəttə, burada Sakan//Şakan variantı da istisna deyildir)
mülahizəsinə bəraət qazandırırıq” (8. 38-39).
I Türkoloji Qurultayın 90 illiyinə həsr olunmuş beynəlxalq konfrans:
TÜRKOLOJİ ELMİ-MƏDƏNİ HƏRƏKATDA ORTAQ DƏYƏRLƏR VƏ YENİ ÇAĞIRIŞLAR (I hissə)
283
E.Mehrəliyev yazır: “Çağan – böyük olmayan yararlı düzən yer. Şamaxı rayonundakı bu
addakı kəndlər (Aşağı, Orta və Yuxarı Çağanlar) belə bir sahədə yerləşir. Həmin termin qazax və
xakas dilində də vardır” (7. 73).
R.Eyvazova Əfqanıstan ərazisində Şaqan onomastik vahidi haqqında məlumat verir. Müəllif
yazır: “Şağan sözünə Əfqanıstanın ərazisində izafət tərkibində rast gəldik. Kutale-şağanə aşırım –
Qəzvində. “Şağan” çağan sözünün fonetik variantıdır. Toponimik paralellərin müqayisəsi, bizcə,
çağanın türkdilli tayfalardan birinin adı olmasını söyləməyə imkan verir” (4. 179-181).
Mənbədə də qeyd olunduğu kimi, Çağan onomastik vahidi “ağ” rəng anlamını bildirməklə
tayfa adıdır. Bu fikri Çağan adlı yer-yurd adlarının arealı da təsdiq edir. Çağançay hidronimi “Ağ
çay” deməkdir.
ƏDƏBİYYAT
1.
Abbasov M.Ə., Bəndəliyev N.S., Məmmədov X.N. Böyük Qafqazın cənub hissəsinin
toponimiyası. Bakı, 1993, s. 78-79
2.
Bəndəliyev N.S. Çağan və Kolanı coğrafi adları haqqında. AOP. IV. Bakı, 1993, s. 146.
3.
Cəfərsoylu İ. Türk, Urartu, Alban etnolinqvistik uyğunluqları. Bakı, 2008, s.117-119.
4.
Eyvazova R. Əfqanıstanda türk mənşəli toponimlər. Bakı, 1995, s. 179-181.
5.
Əhmədov B. Leksika məsələləri. Bakı, 1990, s. 108-109
6.
Əhmədov T. Azərbaycan paleotponimiyası. Bakı, 1985, s. 59
7.
Mehrəliyev E. Xalq coğrafi terminlərinin izahlı lüğəti. Bakı, 1987, s. 73.
8.
Səlimov T. Abşeronun yer adları. Bakı, 1993, s. 38-39.
9.
Vəliyeva G. Azərbaycan toponimlərində qədim türk ünsürləri. AOP. Bakı, 1986, s.174.
Nabi Asgerov
Summary
İn this article the onomastie units “Alasha and Chaghan”, and their using in our dialects, and
also their roles which play in the history of our language have been researched. During the
investigation the ethimological explanation of onomastic units which are noted have been kept in
the attention.
Key words: oyconym, hidronym, toponym, ethnonym, areal, semantics.
Sevil Mehdiyeva, fil.ü.e.d., professor
AMEA Nəsimi adına Dilçilik İnstitutu,
Azərbaycan dilinin tarixi şöbəsi
AZƏRBAYCAN TÜRK ŞAİRLƏRİNİN
“SULTANÜŞ-ŞÜƏRAS”SI MƏHƏMMƏD FÜZULİNİN DİLİ
Prof. Bəkir Çobanzadənin geniş yaradıcılıq coğrafiyası türk xalqlarının ədəbi dilləri və bu
missiyanın ağırlığını çiyinlərində daşıyan ayrı-ayrı söz ustadlarının ədəbi dildə qazandıqları mövqe
və sanbalı ilə əlaqədar olmuşdur. Onun zəngin elmi yaradıcılığının mühüm bir hissəsi şair və yazıçı
dilinə, ümumən ədəbi dil məsələlərinə həsr edilmişdir.
Prof. B.Çobanzadənin böyük Azərbaycan şairi Məhəmməd Füzulinin 400 illik yubileyi
münasibətilə söylədiyi elmi mülahizələri bu gün artıq 100 ildən artıq bir zaman kəsiyində öz elmi
dəyərini saxlayır.
Prof. B.Çobanzadə XVI əsr Azərbaycan ədəbi dilinin böyük siması Məhəmməd Füzuliyə həsr
etdiyi “Füzuli və onun yeri” adlı əhatəli məqaləsinə məşhur Avropa alimi, altı cildlik “Osmanlı
şerinin tarixi” adlı fundamental əsərin müəllifi Mister Cibbin əsərindən alınmış “Füzuli Şərqin
yetişdirdiyi ən səmimi, ən həssas şairdir” epiqrafı ilə başlayaraq onunla həmrəy olduğunu bildirir.
I Türkoloji Qurultayın 90 illiyinə həsr olunmuş beynəlxalq konfrans:
TÜRKOLOJİ ELMİ-MƏDƏNİ HƏRƏKATDA ORTAQ DƏYƏRLƏR VƏ YENİ ÇAĞIRIŞLAR (I hissə)
284
Alim böyük fəxarət hissilə Avropa şairlərinin “Sultanüş-şüəra” adlandırdıqları M.Füzulini, Avropa
türkşünaşlığının babası Hammerdən prof. Krımskiyə qədər alimlərin ümumiləşdirilmiş fikirlərini
göz önünə gətirərək göstərir ki, bütün türk dəbiyyatında Füzulidən daha böyük bir isim (ad –C.M.)
bulmaq mümkün deyildir və onun yeri bütün şərqin yetişdirdiyi ölməz böyüklər arasındadır. „Prof.
B.Çobanzadə fikrinə bir daha aydınlıq gətirir və belə bir məqama toxunur ki, prof. Krımski “Türk
ədəbiyyati tarixi” əsərində “Füzuli həm fars, həm Azərbaycan, həm Osmanlı ədəbiyyatina girər”
deyərkən yanılıyor”. Bu fikri irəli sürərkən prof. B.Çobanzadə XVII əsrə qədər Şərqdə, xüsusən
İraqda və onun paytaxtı Bağdad və Bağdad ətrafında mövcud ictimayi-iqtisadi-mədəni durumun
mühüm rol oynadığını vurğulayır və qeyd edir ki, bu zaman İraqda ərəbi, farsı, türkü birləşdirən
iqtisadi, ruhi, ictimai bir təməl var idi və bu təməldə ümumi ruhda yetişən filosoflar, ədiblər, şairlər
bütün şərqin malı olaraq bir şərq tarixi, şərq Ədəbiyyatı meydanı yaratmışdılar. Bu meydanda
üçayaqlı (üç dildə) deyil, yekparə (vahid) əsəri yaradan məhz Füzuli olmuşdur. “Füzuli ərəb eşqi,
fars ruhu və türk qılıncilə qurulan əsrlərin ağır uruşları (vuruşları) altında yıxılan Bağdadın ruhunu
qavramış, onu bizə də duyurmuşdur. Füzulinin yaşadığı Bağdad o zamanlar İran və Türkiyənin
İslam dünyasında hegemonluğa nail olmaq mücadiləsinin qanlı meydanına çevrilmişdi”. Prof.
B.Çobanzadənin məlumatına görə M.Füzuli Şərq ədəbiyyatinda birinci şair olmaqla bərabər, həm
də bu zaman İranla Türkiyə arasında gedən müharibənin əleyhinə olmuş, Şah İsmayıl Xətaiyə və
onun “qanlı düşməni” Sultan Süleymana (yəni həm sünni ruhunda, həm də şiə ruhunda) mərsiyələr
yazmışdır. Beləliklə böyük türk dünyasının iki qüdrətli hökmdarlarını sülhə sövq etməyə
çalışmışdır. Məhz bu mənada prof. B.Çobanzadə Füzulini “Şərq məsləhətçisi və taktiki” hesab
etmiş, Füzulinin bu mövqeyini yüksək qiymətləndirərək, onun iki türk hökmdarı arasında
əminamanlıq yaratmağa səy göstərməsini müdriklik nümunəsi hesab etmişdir. “Bununla belə alimin
qeyd etdiyi kimi Füzuli heç bir hökmdarın quluna çevrilməmiş, hər zaman saraydan uzaq olmuşdur”
–fikrini diqqətə çatdırır.
Prof. B.Çobanzadə XVI əsr Türkiyənin ədəbi-mədəni həyatına diqqət yönəldərək göstərir ki,
bu dövrdə bütün şərqdə nüfuz dairəsinə malik Əhməd Yasəvi, Yunus İmrə, Aşıq Paşa və b. kimi
sufi şairlər –mistiklər yetişmişdi, lakin Füzuli sufi-mistik deyildi, gerçək sufilər kimi Füzuli də xalq
ruhunun tərcümanı idi. Füzulinin eşqi Əhməd Yasəvi və başqalarında olduğu kimi, eşqi-ilahi,
əflatuni eşq deyildi. Əsli və şəxsi məhəbbətinin əks sədası idi. Alimin sözlərilə desək, “yüzdə yüz
Füzulinin kəndi ruhundan, öz mühitindən gələn real – “Bağdadın filan məhəlləsində, filan evində
yaşayan, Füzulicə (Füzuli üçün –C.M.) gözəl bir xanıma –bir türk gözəlinə ünvanlanmışdı. İşdə
Füzulinin ən böyük səmimiyyəti də burda”dır.” Böyük türkoloqun fikrincə bu, “pək böyük yenilik,
pək yüksək qəhrəmanlıqdır”. Füzulinin eşqi dedikdə böyük türkoloqun fikrincə, xalqın “qara sevda”
dediyi melanxoliya, ən yüksək həyəcan dərəcəsinə çıxan... bir sevgi, məzhəb qovğalarından uzaq
bir güşədə ailə qurmaq, bəxtli olmaq istəyən həssas fərdiyətçi –individualist sevgisini görürüz” –
deyə alim öz elmi nəticəsini oxucuya ünvanlayır və bu fikri təsdiqləmək üçün şairin, oxucunu bu
gün də valeh və məmnun edən qəzəlini nümunə gətirir:
Pərişanhal oldum, sormadın hali-pərişanım
Qəmindən dərdə düşdüm, qılmadım dərimanım!
Nə dersən, rüzigarim böyləmi keçsin, gözəl yarım
Gözüm-canım, əfəndim, sevdigim dövlətli sultanım?!
Qəddü könlün nədən bu zülmə bidadə raibdür?
Gözəllər sən kibi olmaz, cəfasindən nə vacibdir?
Sənin tək nazəninə nazənin işlər münasibdir
Gözüm-canım, əfəndim, sevdigim dövlətli sultanım?!
Dəgər hər dəm vəfasız çərx yayından mənə bir ox!
Kimə şərh eyləyim kim, möhnətü ənduhü dərdim çox!
Sənə qaldı mürüvvət, səndən özgə hiç kimsəm yox!
Gözüm-canım, əfəndim, sevdigim dövlətli sultanım?!
I Türkoloji Qurultayın 90 illiyinə həsr olunmuş beynəlxalq konfrans:
TÜRKOLOJİ ELMİ-MƏDƏNİ HƏRƏKATDA ORTAQ DƏYƏRLƏR VƏ YENİ ÇAĞIRIŞLAR (I hissə)
285
Nəzər qılmazsan əhli-dərd gözdən axıdan seylə!
Yamanlıqdır işin uşaqilə, yaxşımıdır böylə!
Gəl allahı sevirsən, aşiqə cövr etmə lütf eylə!
Gözüm-canım, əfəndim, sevdigim dövlətli sultanım?!
Həqiqətən də, şairin bu qəzəlində göylərdə məskən salan “sufi-mistik duyğunu və ruhu aramaq
mümkün deyil”, burada şairin özünün cismani duyğularını qidalandıran adi, ailə-məişət, real-həyatı
sevgisindən bəhs edilir. Sonralar alim Mir Cəlal Paşayevin göstərdiyi kimi, Füzulinin qəzəllərində
insanı yaşayıb-yaratmağa sövq edən həyati-insan sevgisindən söhbət açılır. Prof. B.Çobanzadənin
fikrincə, Füzulidə müşahidə edilən “az-çox mistik-sufi şeirlər də şairin öyrənib-faydalandığı şərqin
məşhur söz ustalarına təqlid və qismən də tərcümə şeirlərində özünü göstərir. Füzulinin yazdığı
sevgi şeirləri “əsli və şəxsi şeirlərdir ki, yüzdə yüz Füzulinin kəndi ruhundan”, şeirlərində işlətdiyi
“gözəl, canım, sultanım, əfəndim, sevdigim, gözüm-canım (buradakı –m vokativləri ifadələrin
şifahi şeirdən gəldiyini təsdiqləyir!) habelə, dərdə düşdüm, nə dersən? (Müqayisə edək XV əsrdə,
Ş.İ.Xətayinin “Qızıl gül bağü bostanım, nə dersən?!) ox dəyər, sənə qaldı, eləcə də cümlə kimi
formalaşmış” səndən özgə kimsənəm yox, gəl allahı sevirsən?! yaxşımıdır (boylə)? və s. xalq ruhu
ilə yoğrulmuş söz və ifadələr” heç bir zaman ilahi, movhumi, hətta xəyali gözələ deyil, həqiqətən də
“Bağdadın filan məhəlləsində, filan evində yaşayan, Füzulicə (Füzuli üçün, Füzuliyə görə! –S.M.)
gözəl bir xanıma, bir türk qızına” ünvanlanmışdır.
Prof. B.Çobanzadənin M.Füzulinin dili ilə əlaqədar söylədiyi fikirlər xüsusilə maraqlıdır. Alim
“bəzi lisani əlamətlərə əsaslanaraq ... Füzulinin lisanının türkcə qismi (türk dillərindən biri kimi –
S.M.) etibarilə Azərbaycan şivəsinə daha ziyadə yaxın” olmasını vurğulayaraq, həm də Füzulinin
etnik (milli) mənsubiyyətinə də özünəməxsus şəkildə aydınlıq gətirir. Alim yazır ki, prof.
Krımskinin Füzulinin kürd olması haqqında irəli sürdüyü iddianın müzakirəsindən vaz keçərək
Krımskinin Osmanlı dövründə yetişən bütün “türk ədib, həkim və şairlərinin yüzdə doxsanının rum,
kürd və s. hesab etməsini elmdən dış qılmaq lazımdır” qənaətinə gəlir [2-172].
Alimin Füzulinin dili haqqında söylədiyi fikirlər bu gün də özünün gerçək üstünlüyü ilə diqqəti
çəkir: Prof. B.Çobanzadə yazır:
1.
Füzulini oxuyarkən hiss olunur ki, şair əsərlərini yazarkən söz üzərində, sözün seçilib-
əvəz edilməsində çətinlik çəkməmiş, “hafizəsinə nasıl gəlmişsə, şüurunda, vicdanında nasıl
doğmuşsa, öylə yazmış”dır; Qeyd edək ki, bu, ilahi bir keyfiyyətdir ki, o hər kəsə yox, yalnız,
allahın sayıb, seçdiyi xoşbəxtlərə əta edilir.
2.
Füzulinin dili sadə olmaqla bərabər, heç də təmiz deyildir. Alim burada “təmiz deyildir”
deyərkən Füzuli dilində geniş şəkildə işlənmiş ərəb, fars dili alınmalar çoxluğuna işarə edir;
3.
Füzulinin dilində küllü miqdarda ərəb, fars dili alınmalarının işlək olması, alimin
fikrincə, Füzuli dilinin ana təbiətini kölgə altına ala bilməmişdir;
4.
Çünki Füzuli ərəbi, farsi sözlərindən qulağımızın alışdığı, bugünki terminlə desək,
dilimizdə vətəndaşlıq hüququ qazanmış, sadə xalq dilinə daxil olmuş sözlərdən daha çox istifadə
etmişdir;
5.
Füzuli dilindəki ərəb, fars dili sözlərinin yarıdan ziyadəsi (çoxu) bu gün cənub türk
xalqlarının ağzında işlənməkdə və lüğətlərində kullanılmaqdadır.
Həqiqətən, Füzulinin türk-azərbaycanca divanında işlənmiş eşq, aşiq, məhəbbət, mey, ney,
Dostları ilə paylaş: |