Icarə öhdəliyini həmin tarixdə ödənilməmiş icarə ödənişlərinin diskontlaşdırılmış dəyərilə



Yüklə 198,36 Kb.
səhifə3/6
tarix02.01.2022
ölçüsü198,36 Kb.
#38602
1   2   3   4   5   6
Diskonlaşdırma və mürəkkəb faiz

(1+R)n

Burada:


  • R - faiz dərəcəsi (10% və ya 0.10);

  • n - illər.

Bizim misalda olacaqdır: 1 000 * (1 + 0.10)2 = 1 210.

Misaldan göründüyü kimi iki ildən sonra bank depozitində olan pulun məbləği illik bank faizinin dərəcəsindən asılıdır. Əmanətlər üzrə illik bank faizi çox olduqca məbləğ də artacaqdır. Əmanətlər üzrə bankın illik faiz dərəcəsi 12% olsa idi, iki ildən sonra müəssisə bankdan 1 254.40 manat götürə biləcəkdi: 1 000 * (1+0.12)2 = 1 254.40.

Beləliklə, bu üsul ilə depozitə qoyulan məbləğin istənilən ildən sonra məbləğini hesablamaq mümkündür. Pulun gələcəkdə dəyərinin hesablanmasına inqilis dilində "compoundinq" deyilir. Azərbaycan dilində bu termin "mürəkkəb faizin hesablanması" kimi tərcümə edilir. Bu termini "faizlərin toplanması" kimi də tərcümə etmək olar.

Aydındır ki, banka qoyulmuş əmanətlər illər keçdikcə illik faiz dərəcəsi miqdarında artacaqdır. Dünyada olan bank siteminin təməli bunun üzərində qurulubdur və bu məntiqdən irəli gələrək iqtisadçıların fikrincə vaxt- puldur.

İndi isə gəlin bu məsələyə əks tərəfədən baxaq. Misal üçün, tutaq ki, A müəssisi B müəssisəsinə iki ildən sonra 1 210 manat məbləğində borc ödəməlidir. Bunun yerinə A müəssisəsi, bu gün B müəssisəsinə 1 000 manat pul ödəyir, B müəssisəsi isə bu məbləği illik 10% dərəcə ilə bank depozit hesabına qoyur. Və iki ildən sonra bankdakı depozit hesabından 1 210 manat pul çıxardır. Gördüyümüz kimi, bu gün əlimizdə olan 1 000 manat iki ildən sonra bərabərdir 1 210 manata. Nəticə etibarı ilə B müəssisəsi üçün əslində heç bir fərq etmir, o bu gün 1 000 manat alacaq, yoxsa iki ildən sonra 1 210 manat.


Yüklə 198,36 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin