Maliyyə sahəsində bir çox hallarda (investisiyaların qoyulması, səhmlərin alınması, yeni layihələrin qiymətləndirilməsi və s. hallarda) məbləğlərin diskontlaşdırılmasından istifadə edilir. Bundan başqa, məbləğlərin diskontlaşdırılmasını bir çox maliyyə hesabatlarının beynəlxalq standartları tələb edir:
Müştərilərlə müqavilələr üzrə gəlirlər. IFRS 15;
"İcarələr. İFRS 16";
Aktivlərin Qiymətdən düşməsi. IAS 36;
Yaradılmış ehtiyat fondları, Şərti öhdəliklər və Şərti aktivlər. IAS 37;
Maliyyə alətləri: Tanınma və ölçülmə. IAS 39 və s.
Misal üçün, "İcarələr. İFRS 16" standartında icarə müddətinin başlanması tarixində icarəçi icarə öhdəliyini həmin tarixdə ödənilməmiş icarə ödənişlərinin diskontlaşdırılmış dəyərilə ölçməlidir.
Bəs məbləğin diskontlaşdırılması nədir? Nə cür hesablanır?
Diskontlaşdırmanın mahiyyətini izah etmək üçün gəlin bu əməliyyatın izahını sondan başlayaq.