Icarə öhdəliyini həmin tarixdə ödənilməmiş icarə ödənişlərinin diskontlaşdırılmış dəyərilə


Diskontlaşdırmanın riyazı düsturu



Yüklə 198,36 Kb.
səhifə5/6
tarix02.01.2022
ölçüsü198,36 Kb.
#38602
1   2   3   4   5   6
Diskonlaşdırma və mürəkkəb faiz

Diskontlaşdırmanın riyazı düsturu belə olacaqdır:

PV = FV * 1/(1+R)n

Burada PV(present value) - bugünkü dəyər, FV(future value) - gələcəkdəki dəyər, R - faiz dərəcəsi, n - illər (gələcəkdəki tarixdən bu günə kimi).

Düsturun 1/(1+R) - hissəsinə diskontlaşdırma əmsalı da deyilir.

Diskontlaşdırma əmsalı, gördüyümüz kimi, faiz dərəcəsindən (R) və illərin sayından (n) asılıdır. Diskontlaşdırma əmsalını hər dəfə hesablamamaq üçün diskontlaşdırma əmsalı cədvəlindən rahat istifadə etmək olar. Bu cədvəldə faiz dərəcəsindən və illərdən asılı olaraq diskontlaşdırma əmsalları verilir. Bəzən bu cədvələ "diskontlaşdırma cədvəli" də deyirlər. Diskontlaşdırma cədvəlindəki əmsallar vergüldən sonra dördüncü rəqəmə kimi verilir.





Diskontlaşdırma əmsalları cədvəlini yükləmək. MS Excel

Bu cədvəldən istifadə hesablamanı asanlaşdırır: faiz dərəcəsi və illər verilibdirsə, misal üçün, faiz dərəcəsi 12%, il isə 5 ildirsə, o zaman, diskontlaşdırma əmsalı müvafiq sətir və sütunun kəsişməsində olacaqdır - 0.5674.



Misal.

Müəssisə avadanlıq satır. Avadanlığın qiyməti 120 000 manatdır. Müştərinin təklifinə görə, o, avadanlığa görə ödənişi 3 ildən sonra, lakin 150 000 manat məbləğində edə bilər. Maliyyə şöbəsi satışın 2 variantını nəzərdən keçirir. Birinci halda, avadanlıq 120 000 manata nağd satılır, ikinci halda isə satılmış avadanlığa görə ödəniş 3 ildən sonra ediləcəkdir. Lakin, bu zaman, avadanlığın qiyməti 150 000 manat olacaqdır. Hansı variant müəssisə üçün daha sərfəlidir? Gəlin bunu hesablayaq.

Nəzərə alsaq ki, 3 illik depozit üzrə banklarda faiz dərəcəsi təxminən 10%-dir, o zaman, biz 3 ildən sonra alacağımız 150 000 manatın bugünkü dəyərini hesablaya bilərik.

Diskontlaşdırma cədvəlində 10% və 3 il üçün müvafiq əmsal olacaqdır - 0.7513. Bu o deməkdir ki, bu gün aldığımız 0.75 manat, 10% dərəcə ilə 3 ildən sonra 1 manat olacaqdır.

Beləliklə, 150 000 manat * 0.7513 = 112 695

112 695 manat - 3 ildən sonra alacağımız 150 000 manatın bugünkü dəyəridir.

Hesablanan bu məbləğ nağd satış zamanı alınan 120 000 manatdan azdır. Çünki müəssisə bu gün 120 000 manat alarsa və bu məbləği bankda depozit hesabına qoyarsa, o zaman, 3 ildən sonra bu məbləğ olacaqdır: 120 000 * (1.1)3 = 159 720 manat.

Beləliklə, müəssisə üçün birinci variant, və ya 120 000 manatın bu gün ödənilməsi daha sərfəlidir.

Diskontlaşdırma sözünün kökü "diskont" sözüdür, və ingilis dilindən "endirim" kimi tərcümə edilir. Həqiqətəndə biz bu sözün yaranma zamanına geri gayıtsaq görərik ki, artıq 17-ci əsrdə bu söz "deduction for early payment" ("erkən ödənişə görə endirim") mənasında istifadə edilirdi. Hələ o zamanlar iş adamları hesablaşmalar apararkan "pulun zaman dəyərini" nəzərə alırdılar. Buradan diskontlaşdırma terminin daha bir izahını vermək olar - ödənişin daha erkən edilməsinə görə edilən endirimin hesablanması. Bu endirim elə "pulun zaman dəyərinin" ölçüsüdür və ya "time value of money".

IM6: Xalis bugünki dəyər (Net present value – NPV)


Yüklə 198,36 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin