Misal. Diskontlaşdırma
A müəssisəsi iki ildən sonra B müəssisəsinə 1 210 manat məbləğində ödəniş etməlidir. Bu borc məbləğinin bu günə dəyəri nə qədər olacaqdır?
Bu borc məblğinin bu günə olan dəyərini hesablamaq üçün əksinə edərək, borc məbləğini 1 210 manatı, (1 + 0.10)2 əmsalına bölmək lazımdır:
1 210 / (1 + 0.10)2 = 1 000.
Bu əməliyyata diskontlaşdırma deyilir.
Beləliklə, diskontlaşdırma bir neçə ildən sonra ödəniləcək (və ya alınacaq) məbləğin bu günə dəyərinin hesablanmasına deyilir.
Gələcəkdə ödəyəcəyiniz və ya alacağınız məbləğin bu günə olan dəyərini bilmək istəyirsinizsə bu məbləği müəyyən faiz dərəcəsi ilə diskontlaşdırmaq lazımdır. Bu faiz dərəcəsinə "diskontlaşdırma dərəcəsi" deyilir. Hər iki misalda diskontlaşdırma dərəcəsi 10%-dir. 1 210 manat iki ildən sonra ödəniləcək məbləğdir, 1 000 manat isə gələcəkdə ödənilən məbləğin bugünə diskontlaşdırılmış dəyəridir. Məbləğlərin gələcəkdəki və bu günkü (diskontlaşdırılmış) dəyərlərinə inqilis dilində müvafiq olaraq future value (FV) və present valur (PV) deyilir. Misalda 1 210 manat - gələcəkdəki dəyərdir (FV), 1 000 manat isə bugünkü dəyərdir .
Diskontlaşdırma əməliyyatı etdikdə biz gələcəkdəki məbləğin bu gününkü dəyərini hesablayırıq:
Bu gün - ?
İki ildən sonra - 1 210
Mürəkkəb faiz hesabladıqda isə əksinə biz bu günkü məbləğin gələcəkdə dəyərini hesablayırıq:
Bu gün - 1 000
İki ildən sonra - ?
Diskontlaşdırılmış dəyəri hesablamaq üçün düstur və ya diskontlaşdırma düsturu ikinci misalda olacaqdır: 1 210 * 1/(1+R)n = 1 000.
Dostları ilə paylaş: |