3.1.14-2. kargüzarlığı və vətəndaşların qəbulunu müvafiq normativ hüquqi aktların tələblərinə uyğun təşkil edir; 3.1.14-3. Agentlik əməkdaşlarının əlavə təhsili və peşəkarlığının yüksəldilməsi üçün tədbirlər görür; 3.1.15. icbari tibbi sığorta sisteminin inkişaf istiqamətləri üzrə təkliflər verir;
3.1.16. Azərbaycan Respublikasının beynəlxalq müqavilələri ilə tənzimlənən və Agentliyin səlahiyyətinə aid olan məsələlər üzrə Azərbaycan Respublikasının götürdüyü öhdəliklərin yerinə yetirilməsini təmin edir; [15] 3.1.17. dövlət və kommersiya sirrinin, “Fərdi məlumatlar haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən konfidensial hesab edilən, habelə həkim sirrini təşkil edən məlumatların və məxfilik rejiminin qorunması üçün tədbirlər görür;
3.1.17-1. icbari tibbi sığorta sahəsində inzibati xəta əlamətləri aşkar etdikdə, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq tədbirlər görür, cinayət əlamətləri olduqda isə aidiyyəti üzrə məlumat verir; [16] 3.1.18. öz fəaliyyəti haqqında əhalinin məlumatlandırılmasını, internet saytının yaradılmasını, malik olduğu və siyahısı “İnformasiya əldə etmək haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş açıqlanmalı olan ictimai informasiyanın həmin saytda yerləşdirilməsini və bu informasiyanın daim yenilənməsini təmin edir;
3.1.19. icbari tibbi sığortanın təbliği və bu istiqamətdə əhalinin maarifləndirilməsi məqsədi ilə tədbirlər görür;
3.1.20. Agentliyin strukturunun və fəaliyyətinin təkmilləşdirilməsi üçün tədbirlər görür;
3.1.20-1. qabaqcıl beynəlxalq təcrübəni nəzərə almaqla, icbari tibbi sığorta sahəsində elmi-texniki nailiyyətlərin tətbiqini təmin edir; [17] 3.1.21. Agentliyin fəaliyyəti ilə bağlı daxil olan müraciətlərə “Vətəndaşların müraciətləri haqqında”, “İnzibati icraat haqqında” və “İnformasiya əldə etmək haqqında” Azərbaycan Respublikasının qanunlarına uyğun olaraq baxır və qanunla müəyyən edilmiş qaydada tədbirlər görür; [18] 3.1.22. dövlət orqanları, beynəlxalq təşkilatlar, hüquqi və fiziki şəxslər tərəfindən maliyyələşdirilən məqsədli proqram və layihələri birgə həyata keçirir;
3.1.23. Agentliyə ayrılan büdcə vəsaitlərindən, kreditlərdən, qrantlardan və digər maliyyə vəsaitlərindən təyinatı üzrə səmərəli istifadə olunmasını təmin edir;
3.1.24. Agentliyin informasiya təminatını təşkil edir və onun təhlükəsizliyini təmin edir; [19] 3.1.24-1.uşaqların icbari dispanserizasiyasının həyata keçirilməsinə nəzarət etmək; 3.1.24-2. uşaqların icbari dispanserizasiyası zamanı müayinələrin və baxış keçirəcək ixtisaslı mütəxəssislərin siyahısını təsdiq etmək, dispanserizasiyadan keçiriləcək və dispanserizasiyadan keçmiş uşaqların uçotunu aparmaq, dispanserizasiyanın təqvimini müəyyən etmək, dispanserizasiyadan keçmiş uşaqların registrini yaratmaq və aparmaq; 3.1.24-3. şəkərli diabet xəstəliyinə tutulmuş şəxslərin registrini yaratmaq və aparmaq; 3.1.24-4. dağınıq skleroz xəstəliyinə tutulmuş şəxslərin registrini yaratmaq və aparmaq; 3.1.24-5. bədən tərbiyəsi vəidmanın sosialəhəmiyyətinin,əhalinin sağlamlığının möhkəmləndirilməsindəki, fiziki inkişafındakı vəsağlam həyat tərzinin formalaşdırılmasındakı rolunun təşviqindəiştirak etmək; [20] 3.1.24-6. bədən tərbiyəsi və idmanla, o cümlədən idman-sağlamlıq turizmi ilə məşğul olan şəxslər üzərində tibbi nəzarəti həyata keçirmək, ehtiyat idman qüvvələrinin və idman növləri üzrə müxtəlif səviyyəli milli yığma komandaların idman yarışlarına hazırlığının tibbi təminatında iştirak etmək; 3.1.24-7. “Yetkinlik yaşına çatmayanların baxımsızlığının və hüquq pozuntularının profilaktikası haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq, yetkinlik yaşına çatmayanların baxımsızlığının və hüquq pozuntularının profilaktikası sahəsində tabeliyindəki tibb müəssisələrinə həvalə edilən məsələləri həll etmək; 3.1.25. qanunla və Azərbaycan Respublikası Prezidentinin aktları ilə müəyyən edilmiş digər vəzifələri yerinə yetirir.
3.2. Agentliyin öz vəzifələrini yerinə yetirmək üçün aşağıdakı hüquqları vardır:
3.2.1. icbari tibbi sığorta sahəsində normativ hüquqi aktın layihəsinin qəbul olunması, aktda dəyişiklik edilməsi, aktın şərh edilməsi, qüvvəsinin dayandırılması və ya ləğv edilməsi haqqında aidiyyəti üzrə təklif vermək; [21] 3.2.2. icbari tibbi sığorta ilə bağlı Azərbaycan Respublikasının beynəlxalq müqavilələrə tərəfdar çıxması barədə təkliflər vermək, fəaliyyət istiqamətləri üzrə beynəlxalq konfransların, seminarların və digər beynəlxalq tədbirlərin keçirilməsini təşkil etmək və onların işində iştirak etmək;[22] 3.2.3. beynəlxalq təcrübənin tətbiqi imkanlarının araşdırılması məqsədilə beynəlxalq təşkilatlarla, xarici dövlətlərin aidiyyəti dövlət orqanları (qurumları) ilə əməkdaşlıq etmək;[23] 3.2.4. icbari tibbi sığorta sahəsində beynəlxalq təcrübəni öyrənmək və xaricdə fəaliyyət göstərən müvafiq qurumlarla təcrübə mübadiləsi aparmaq;
3.2.5. icbari tibbi sığortanın maliyyələşdirilməsi üçün nəzərdə tutulan vəsaitlərin həcminin artırılması və icbari tibbi sığortanın maliyyə dayanıqlığının təmin edilməsi məqsədilə sərbəst maliyyə vəsaitlərini yerli bazarda investisiyaya yönəltmək;
3.2.6. xidmətlər zərfi çərçivəsində tibbi xidmətlər göstərilməsi üçün tibb müəssisələrini seçmək;
3.2.7. xidmətlər zərfi çərçivəsində tibbi xidmətlər üçün tariflərin müəyyən olunmasına dair təkliflər hazırlamaq;
3.2.9. tibb müəssisəsinin və (və ya) tibb işçisinin təqsiri üzündən sığortaolunana vurulmuş zərərin ödənilməsi üçün məhkəməyə müraciət etmək;
3.2.11. tibb müəssisələri müqavilənin şərtlərini pozduqları hallarda tibbi xidmətlərə çəkilən xərcləri qismən ödəmək və ya ödəməkdən imtina etmək;
3.2.12. “Tibbi sığorta haqqında” Azərbaycan Respublikası Qanununun 15-20-ci maddəsinə uyğun olaraq subroqasiya hüququndan istifadə etmək; [26] 3.2.13. sığortaolunanlara göstərilən tibbi xidmətlərin həcminin və keyfiyyətinin monitorinqini həyata keçirmək;
3.2.14. sığortaolunanlara göstərilən tibbi xidmətlər üçün tibb müəssisələrinə ödənilən sığorta ödənişlərinin əsaslılığına nəzarət etmək;
3.2.15. dövlət orqanlarına və qurumlarına, yerli özünüidarəetmə orqanlarına, fiziki və hüquqi şəxslərə icbari tibbi sığorta sahəsi üzrə zəruri məlumatlar (sənədlər) barədə sorğu vermək və onlardan məlumatlar (sənədlər) almaq;[27] 3.2.16. müstəqil ekspertləri və mütəxəssisləri qanunvericiliklə müəyyən edilmiş qaydada öz fəaliyyətinə cəlb etmək; [28] 3.2.16-1. Agentliyin fəaliyyət istiqamətlərinə aid məsələlərlə bağlı araşdırmalar aparmaq, işçi qruplar və komissiyalar yaratmaq; [29] 3.2.17. icbari tibbi sığorta sahəsində rəy və təkliflər vermək, təhlillər, ümumiləşdirmələr və tədqiqatlar aparmaq, analitik və metodik materiallar hazırlamaq, xüsusi bülletenlər və digər nəşrlər buraxmaq;[30] 3.2.18. könüllüləri öz fəaliyyətinə cəlb etmək;
3.2.18-1. əməkdaşlarını dövlət təltiflərinə və digər mükafatlara təqdim etmək, onların həvəsləndirilməsi üçün tədbirlər görmək; [31] 3.2.19. istifadəsində olan əmlak barəsində qanunla nəzərdə tutulmuş hüquqları həyata keçirmək;
3.2.20. icbari tibbi sığortanın inkişafı məqsədilə investisiyalar cəlb etmək;
3.2.21. Agentliyin balansında olan dövlət əmlakını qanunvericiliyə uyğun olaraq icarəyə vermək və ya ondan istifadə etmək;
3.2.22. vəzifələrinin yerinə yetirilməsi məqsədilə təsərrüfat cəmiyyətləri yaratmaq və ya onlarda iştirak etmək;
3.2.22-1. Azərbaycan Respublikasının Prezidenti ilə razılaşdırmaqla, “Publik hüquqi şəxslər haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq, icbari tibbi sığortanın həyata keçirilməsi ilə bağlı publik hüquqi şəxs yaratmaq, yenidən təşkil və ya ləğv etmək; [32] 3.2.23. qanunla və Azərbaycan Respublikası Prezidentinin aktları ilə müəyyən edilmiş digər hüquqları həyata keçirmək.