2. Agentliyin fəaliyyətinin məqsədi və fəaliyyət istiqamətləri 2.1. Agentliyin fəaliyyətinin məqsədi Azərbaycan Respublikasında əhalini icbari tibbi sığortaya cəlb etmək, baza (əsas xidmətlər) zərfi çərçivəsində tibbi xidmətlərin maliyyələşdirilməsi üçün vəsaitləri cəmləşdirmək, tibbi xidmətlərin keyfiyyətinin yüksəldilməsi üçün tədbirlər görmək, həmin xidmətlərə əhalinin əlçatanlığını təmin etmək, habelə sığortaolunanların hüquqlarını və qanuni mənafelərini qorumaq, icbari tibbi sığortanın tətbiqi ilə əlaqədar toplanmış vəsaitlərdən təyinatı üzrə səmərəli istifadəni və sığorta ödənişlərinin vaxtında icra olunmasını təmin etməkdir.
2.2. Agentliyin fəaliyyət istiqamətləri aşağıdakılardır:
2.2.1. icbari tibbi sığorta sahəsində dövlət siyasətinin formalaşdırılmasında iştirak etmək və bu siyasətin həyata keçirilməsini təmin etmək; [2] 2.2.2. əhalinin icbari tibbi sığortalanmasını həyata keçirmək və icbari tibbi sığortanın maliyyə dayanıqlığını təmin etmək;
2.2.3. icbari tibbi sığorta çərçivəsində tibbi xidmətlərdən istifadə edilməsində əhali üçün bərabər şərtlərin yaradılması, icbari tibbi sığortanın hamı üçün əlçatan olması, əhalinin sağlamlığının qorunması məqsədi ilə tibbi xidmətlərin keyfiyyətinin və səmərəliliyinin artırılması istiqamətində tədbirlər görmək;
2.2.4. icbari tibbi sığorta sahəsinin inkişafını təmin etmək.
3. Agentliyin vəzifələri və hüquqları 3.1. Agentlik, bu Nizamnamə ilə müəyyən edilmiş fəaliyyət istiqamətlərinə uyğun olaraq, aşağıdakı vəzifələri yerinə yetirir:
3.1.1. icbari tibbi sığorta və səhiyyə sahəsi üzrə qanunvericilik aktlarının, inkişaf konsepsiyalarının və məqsədli proqramların hazırlanmasında və həyata keçirilməsində iştirak edir;[4] 3.1.2. beynəlxalq təcrübə nəzərə alınmaqla, icbari tibbi sığorta sahəsində tədqiqatlar aparır və həmin tədqiqatların nəticələri əsasında xidmətlər zərfinin müəyyən olunmasına dair təkliflər hazırlayır;[5] 3.1.3. “Tibbi sığorta haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq, icbari tibbi sığorta haqqının məbləğinin müəyyən olunmasına dair təkliflər hazırlayır;
3.1.4. icbari tibbi sığorta haqlarının və bu Nizamnamə ilə müəyyən edilmiş digər vəsaitlərin yığılmasını və onlardan təyinatı üzrə səmərəli istifadəni təmin edir, icbari tibbi sığortanın maliyyə sabitliyinin təmin edilməsi məqsədilə icbari tibbi sığorta ehtiyatlarını yaradır və icbari tibbi sığorta vəsaitlərini idarə edir; [6] 3.1.5. xidmətlər zərfi çərçivəsində əhaliyə göstərilən tibbi xidmətlərin keyfiyyətinin yüksəldilməsi istiqamətində tədbirlər görür;
3.1.6. xidmətlər zərfində nəzərdə tutulmuş tibbi xidmətlərin göstərilməsi üçün tibb müəssisələri ilə tibbi xidmətlərin göstərilməsi haqqında müqavilələr bağlayır; [7] 3.1.7. xidmətlər zərfinə daxil olan həcmdə göstərilən tibbi xidmətlərə görə sığorta ödənişlərinin müqavilədə nəzərdə tutulmuş qaydada və müddətdə tibb müəssisələrinə ödənilməsini təmin edir;
3.1.8. icbari tibbi sığorta üzrə riskləri sığorta etdirmək üçün müraciət edən şəxslərlə icbari tibbi sığorta müqaviləsi bağlayır;
3.1.9. xidmətlər zərfi çərçivəsində tibb müəssisələri tərəfindən göstərilən tibbi xidmətlərin növünün həcminin, müddətinin, keyfiyyətinin və tariflərinin tərəflərlə bağlanılmış müqavilənin şərtlərinə uyğun olmasına nəzarət edir; [8] 3.1.9-1. insan orqanlarının və toxumalarının donorluğu və transplantasiya ilə bağlı “Əhalinin sağlamlığının qorunması haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada keyfiyyətə nəzarəti və tibbi fəaliyyətin təhlükəsizliyini, habelə bu sahədə əhalinin məlumatlandırılmasını təmin edir; [9] 3.1.10. “Fərdi məlumatlar haqqında” Azərbaycan Respublikası Qanununun tələbləri nəzərə alınmaqla, icbari tibbi sığorta sahəsində vahid elektron informasiya sistemi və elektron məlumat bazası yaradır, tibb müəssisələrinin və digər istifadəçilərin həmin elektron informasiya sistemindən istifadə imkanlarını təmin edir;
3.1.11. icbari tibbi sığortaya cəlb olunan tibb müəssisələrinin vahid reyestrini aparır;
3.1.12. icbari tibbi sığorta sahəsində təlimlər təşkil edir, peşəkar mütəxəssislərin hazırlanması və tədris proqramlarının tərtibi ilə bağlı təkliflər verir və onların həyata keçirilməsində iştirak edir;[12] 3.1.13. icbari tibbi sığorta sistemində sığorta olunan şəxslərin hüquqlarının müdafiəsinə təminat verir;
3.1.14. dövlət orqanları və qurumlarının, yerli özünüidarəetmə orqanlarının, hüquqi və fiziki şəxslərin icbari tibbi sığorta sahəsi ilə bağlı fəaliyyətini əlaqələndirir; [13] 3.1.14-1. icbari tibbi sığorta sahəsində elektron xidmətləri “Dövlət orqanlarının və Azərbaycan Respublikasının Prezidenti tərəfindən yaradılan publik hüquqi şəxslərin elektron xidmətlər göstərməsinin təşkili sahəsində bəzi tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 23 may tarixli 429 nömrəli Fərmanına uyğun olaraq təşkil edir; [14]