Gəncə şəhəri İ.Qayıbov adına 1№li tam orta məktəbin texnologiya müəllimi Məmmədova Ulduzun 21.10.2016-ci il tarixdə Texnologiyadan 5 –ci sinfində “Oduncağın emalı üçün iş yeri və alətlər” mövzusunda apardığı açıq dərsin
İCMALI
2016 - 2017
Fənn: Texnologiya
Tarix: 21.10.2016
Sinif: 5
Mövzu: “Oduncağın emalı üçün iş yeri və alətlər”
Standartlar: 1.2.1, 2.1.1
Məqsəd:
Əl alətlərindən istifadə etməklə, oduncağdan məmulat hazırlamaq üçün iş yerini təşkil edir.
Oduncağı emal etmək üçün əl alətlərinin təsnif edir və növlərini sadalayır.
İnteqrasiya: A-d 1.2.2.
İş forması: Quruplarla iş
İş üsulları: Beyin həmləsi, müzakirə
Dərsin tipi: İnteraktiv
Resurslar: Mövzuya aid şəkillər, oduncaq emalı üçün müxtəlif alət və tərtibatlar.
Dərsin mərhələsi.
Motivasiya:
Oduncaqla işləmisinizmi və ya oduncaq məmulatı təmir etmisinizmi?
Bunun üçün hansı alətlərdən istifadə etmisiniz?
Tətqiqat sualı
“Oduncağı harada və hansı alətlərlə emal etmək olar?”
Müəllim qruplara aşağıdakı suallarla müraciət edir:
-
Xarrat emalatxanasında işçi yeri necə adlanır?
-
Oduncaqla işləyərkən hansı və tərtibatlardan istifadə olunur?
-
Mişarlama qutusu nə üçün istifadə olunur?
-
Sıxıcının təyinatı nədir?
-
Oduncaqla işləyərkən hansı təhlükəsizlik qaydalarına riayət etmək lazımdır?
Qruplara iş vərəqləri paylanır
I qrup
1. Verstakın quruluşunu təsvir edin
2. Oduncağın təmizləməsi üçün alət və tərtibatları sadalayın
II qrup
1.Oduncaqla işləmək üçün tərtibatları sadalayın
2.Oduncaqla işləyirkən istifadə edilən alətləri sadalayın.
Müzakirə:
-
Taxta məmulatlarının düzəldiyi yer necə adlanır?
-
Oduncaqla işləyərkən hansı alətlərdən istifadə edilir?
-
Oduncaqla işləyərkən hansı tərtibatdan istifadə edilirlər?
Nəticə:
Bir daha verstakın tərkib hissələrini sadalaır və oduncaqla işləmək üçün alət və tərtibatlarından istifadəqaydalarını izah edir.
Qiymətləndirmə
|
I qrup
|
II qrup
|
Oduncaqla işləmək üçün lazım olan alətləri tanıyir və sadalayır
|
|
|
Oduncaqla işləmək üçün əsas tərtibatları sadalayır
|
|
|
Əməkdaşlıq
|
|
|
Dostları ilə paylaş: |