İcra elementləri və onların təsnifatı


Elektromaqnit və elektromexaniki ijra qurğuları



Yüklə 0,83 Mb.
səhifə4/7
tarix22.12.2022
ölçüsü0,83 Mb.
#77298
1   2   3   4   5   6   7
Müh-7

Elektromaqnit və elektromexaniki ijra qurğuları
Elektromaqnit güc mexanizmli icra elementləri elektriki güc icra elementləri arasında daha sadə, etibarlı və cəldişləyən icra elementləridir. Onlar təsbitedici qurğuların idarə edilməsində, tən­zimləyici orqanların (dönən qapaqların, zolotniklərin, ventillərin və s.) daha böyük məsafələrə yerdəyişməsində və s. geniş istifadə olunurlar.
Cərəyanın növündən asılı olaraq elektromaqnitlər (onlar sadəjə olaraq belə də adlanırlar) sabit cərəyan (neytral və polyarizə olunmuş) və dəyişən cərəyan elektromaqnitlərinə ayrılırlar.
Dəyişən jərəyan elektromaqnitləri eyni qabaritli sabit jərəyan elektromaqnitlərinə nisbətən daha az qüvvə hasil edirlər, daha az həssaslığa malikdirlər və bu səbəbdən də az istifadə olunurlar.
Lövbərinin hərəkət xarakterinə görə elektromaqnitlər xətti (irəliləmə) və dönmə hərəkətli elektromaqnitlərinə ayrılırlar. Elek­tromaqnitlər işləmə anında qapanan əlavə kontaktlarla təjhiz oluna bilərlər. Əlavə kontaktlar siqnalizasiya və işə düşdükdən sonra elektromaqnitin dolağındakı jərəyanı azaltmaq üçün istifadə olunurlar.
Şəkil 4.1-də dönən lövbərli neytral elektromaqnitin konstruk­siyası göstərilmişdir.
Dolağa 1 cərəyan verdikdə lövbər 2 elektromaqnit qüvvənin təsiri nətijəsində dönür və lövbəri qütb ujluqlarına çəkir. Lövbər döndükdə spiral yay 4 da burulur və dönmə  bujağına mütənasib əks təsir momenti yaranır. Fırlanma və əks təsir momentləri bir-birinə bərabər olduqda lövbərin dönməsi dayanır. Beləliklə, löv­bə­rin və onunla əlaqəli olan qolun 5 dönməsi dolağın yaratdığı maq­nit selinin qiymətinə və nətijədə giriş siqnalına – dolaqdakı jərə­yana mütənasib olur. Bu jür elektromaqnitin =f(Igir) xarak­te­ristikasını lövbərin və yaxud qütb ujluqlarının profilini həndəsi əyrilər – hiperbola, spiral və s. üzrə dəyişməklə dəyişmək olar.
Şəkil 4.1
Avtomatik sistemlərdə polyarizə olunmuş güj elektro­maq­nit­ləri də istifadə olunur. Polyarlaşma sabit maqnitin köməyilə əldə edilir. Belə ijra qurğuları zolotniklərin vəziyyətinin idarə edil­mə­sində, bəzi jihazların güj kompensatorları və s. kimi tətbiq edilir.
Elektromaqnit icra qurğularının ən mühüm nöqsan jəhətləri hasil olunan qüvvə və yaxud momentin, eləjə də güjün (bir neçə Vattdan bir neçə yüz Vatta qədər) məhdud və çox da böyük olmamasıdır.
Elektromexaniki ijra qurğularına misal elektromexaniki muf­taları göstərmək olar. Onlar idarə siqnallarına əsasən hərəkəti bir valdan digərinə vermək üçün istifadə olunurlar. Elektromexaniki muftaların köməyilə idarə obyektlərinin birləşməsini, ayrılmasını və ya tormozlanmasını tez bir zamanda yerinə yetirmək olar. Muftaların bəzi növləri fırlanma tezliyini və aparılan vala verilən momenti səlis tənzim etməyə imkan verir.
Elektromexaniki muftalar elektromexaniki jihazlarda, lent dar­tıjı mexanizmlərdə, rəqəm proqram idarəli dəzgahlarda, avto­matik manipulyatorlarda və s. geniş istifadə olunur.
Aparıcı və aparılan elementlər arasındakı əlaqənin xarak­te­rindən asılı olaraq elektromexaniki muftaların konstruksiyaları iki qrupa ayrılır: mexaniki əlaqəli muftalar və maqnit sahəsi vasitəsilə (induksion) əlaqəli muftalar. Mexaniki əlaqəli muftalarda fırlanma momenti aparıjı valdan aparılan vala sürtünmə hesabına verilir.
Quru sürtünməli elektromexaniki muftalar friksion muftalar adlanırlar. Şəkil 4.2-də quru sürtünməli friksion muftanın sxemi göstərilmişdir.
Şəkil 4.2
Mühərrik 1 fasiləsiz olaraq disklə 2 birlikdə aparıjı valı fır­ladır. Muftanın işə buraxılmadığı zaman elektromaqnitin lövbəri 5 yayın 4 təsiri altında kənar sağ vəziyyətində olduğu üçün 2 və 3 diskləri arasında hava aralığı olur və ona görə də hərəkət 3 diskinə ötürülə bilmir.
Muftanı isə buraxdıqda elektromaqnitin 6 dolağından axan jərəyan maqnit sahəsi və lövbəri dolağın içərisinə çəkən elektro­maqnit F qüvvəsi yaradır. Nətijədə aparılan disklə aparıjı disk bir-birinə sıxılır və hərəkət idarə obyektinə 7 ötürülür.

Yüklə 0,83 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin