Pnevmatik servomühərriklər haqqında bilikləri öyrəndiniz.
İndi özünüzü sınaya bilərsiniz.
Müvəffəqiyyətlər diləyirik!..
Yoxlama sualları 1. Hansı elementlər idarə obyektinin tənzimləyici orqanında idarəedici təsir yaradır?
2. İdarəedici təsirdən asılı olaraq icra elementləri hansı qurğulara ayrılırlar?
3. Hansı icra elementləri güc qurğuları adlanır?
4. Tənzimləyici orqanın vəziyyətinin dəyişməsi nə ilə əlaqədardır?
5. Tənzimləyici orqanın vəziyyətini dəyişən icra qurğuları necə adlanırlar?
6. İcra elementləri hansı üç əsas qurğudan təşkil olunur?
7. Cərəyanın növündən asılı olaraq elektromaqnitlər necə ayrılırlar?
8. Elektrik servomühərrikləri hansı üstünlüklərə malikdirlər?
9. Hidravlik və pnevmatik mühərriklər təzyiq altında olan işçi mühitin enercisini hansı hərəkətə çevirirlər?