İcra elementləri və onların təsnifatı
Məqsədi: İcra elementləri və onların təsnifatı, icra elementlərinin xarakteristikaları, elektromaqnit və elektromexaniki icra qurğuları, elektrik servomühər-rikləri, hidravlik servomühərriklər, pnevmatik servomühərriklər haq-qında biliklərin əldə olunmasından ibarətdir. Plan: 1. İcra elementləri və onların təsnifatı 2. Elektromaqnit və elektromexaniki icra qurğuları 3. Elektrik servomühərrikləri 4. Hidravlik servomühərriklər 5. Pnevmatik servomühərriklər Dərsin HədəfləriBu dərsi bitirdikdə
Müvəffəqiyyətlər diləyirik!..Avtomatik sistemlərin icra elementləri idarə obyektinin tənzimləyici orqanına idarəedici təsir yaratmaq üçündür. Bu halda tənzimləyiji orqanın və müvafiq olaraq idarə obyektinin vəziyyəti və halı dəyişir. İdarəedici təsirdən asılı olaraq icra elementləri iki növ qurğulara ayrılırlar: güc və parametrik. Tənzimləyici orqanın fəza vəziyyəti o zaman dəyişir ki, icra elementi idarəedici təsiri güc və ya moment şəklində yaradır. Belə icra elementləri güc qurğuları adlanır. Güj qurğularına elektromaqnitlər, elektromexaniki muftalar, müxtəlif növ mühərriklər aiddir. Tənzimləyici orqanın vəziyyətinin dəyişməsi onun parametrlərinin (müqavimət, maqnit seli, temperatur, sürət və s.) və yaxud tənzimləyici orqana tətbiq olunan enerjinin parametrlərinin (gərginlik, jərəyan, tezlik, faza-elektrik qurğularında; işçi mühitin təzyiqi – pnevmatik və hidravlik qurğularda) dəyişməsi ilə əlaqədardır. Yüklə 0,83 Mb. Dostları ilə paylaş: |