Likvidlikdərəcəsinəuyğuntəqdimatındahaədalətlitəqdimedilmiş və əhəmiyyətli məlumat təqdim etdiyi hal istisna olmaqla,təşkilat76-87-cimaddələrəuyğunolaraqqısamüddətlivəuzunmüddətliaktivlərini,həmçininqısamüddətlivəuzunmüddətliöhdəliklərinimaliyyəvəziyyətihaqqındahesabatdaayrıtəqdimetməlidir. Göstərilən istisna halda isə bütün aktivlər və öhdəliklərlikvidlikdərəcələrinəuyğunolaraq genişşəkildətəqdimedilir.
Hansıtəqdimatmetodununsecilməsindənasılıolmayaraq,təşkilat (a) hesabat tarixindən sonrakı 12 ay ərzində və (b) hesabattarixindən sonra 12 aydan cox olan muddətdə bərpa edilməsi və yaodənilməsi ehtimal olunan məbləğləri daxil edən hər bir aktiv vəöhdəlikmaddəsiüzrəhesabattarixindən12aydancoxolanmüddətdəbərpaedilməsivəyaödənilməsiehtimal olunanməbləğləriaçıqlamalıdır.
Təşkilat dəqiq müəyyən edilə bilən adi əməliyyat dövrü ərzində malları və ya xidmətləri təmin etdikdə, maliyyə vəziyyəti haqqında hesabatda qısamüddətli və uzunmüddətli aktiv və öhdəliklərin bir-birindən ayrıtəsnifləşdirilməsi dövriyyə vəsaitləri formasında daim yenilənən xalis aktivlərin təşkilatın uzunmüddətli əməliyyatlarında istifadə olunanlardan ayrılması vasitəsilə faydalı informasiya ilə istifadəçiləri təmin edir. Bu həmçinin cari əməliyyat dövründə satılması gözlənilən aktivləri və həmin dövrdə ödənilməli olan öhdəlikləri aydın şəkildə göstərməyə imkan verir.
Maliyyə institutları kimi bəzi təşkilatlar və üçün aktivlər və öhdəliklər üzrə maddələrin likvidlik dərəcəsinin artımı və ya azalması üzrə göstərilməsi,təşkilat mal və xidmətləri dəqiq müəyyən edilən dövr ərzində təmin edə bilmədiyi üçün, onların qısamüddətli və uzunmüddətli kimi təqdim edilməsindən ədalətli təqdim edilmiş və daha əhəmiyyətli informasiyanı təmin edir.
Bu Standartın 70-ci maddəsində ədalətli təqdim edilmiş və daha əhəmiyyətli olan məlumatnı təmin etdiyi təqdirdə, təşkilatların aktiv və öhdəliklərinin bir hissəsinin qısamüddətli və uzunmüddətli kimi, digər hissəsinin isə likvidlik dərəcəsinə uyğun olaraq təsnifatına icazə verilir. Belə qarışıq təqdimata təşkilat müxtəlif növ əməliyyatlar həyata keçirdikdə zərurət yaranır.
Aktivlərin və öhdəliklərin gözlənilən realizasiya tarixləri haqqında informasiya təşkilatın likvidliyi və ödəmə qabiliyyətinin qiymətləndirilməsi baxımından faydalıdır.“Maliyyə Alətləri: Açıqlamalar” üzrə İctimai Sektor üçün 30 №li Beynəlxalq Mühasibat Uçotu Standartı həm maliyyə aktivlərinin, həm də maliyyə öhdəliklərinin son ödəmə tarixinin açıqlanmasını tələb edir.Maliyyə aktivlərinə ticarət üzrə və digər debitor borcları, maliyyə öhdəliklərinə isə ticarət və digər kreditor borcları daxildir.Aktiv və öhdəliklərin qısamüddətli və uzunmüddətli kimi təsnifləşdirilməsindən asılı olmayaraq,
ehtiyatlar və qiymətləndirilmiş öhdəliklər kimi qeyri-monetar aktiv və öhdəliklərinin də
bərpa olunmasının və ya ödənilməsinin ehtimal olunan müddətləri haqqında məlumatlar
həmçinin faydalıdır.