İctimai Sektor üçün


Qiymətləndirmə ilə bağlı qeyri-müəyyənliklərin əsas mənbələri



Yüklə 117,61 Kb.
səhifə27/30
tarix12.10.2022
ölçüsü117,61 Kb.
#64957
1   ...   22   23   24   25   26   27   28   29   30
1- Maliyye hesabatlarinin teqdimati uzre

    Bu səhifədəki naviqasiya:
  • Kapital

Qiymətləndirmə ilə bağlı qeyri-müəyyənliklərin əsas mənbələri





  1. Təşkilat (a) qeydlərdə gələcəyə aid əsas fərziyyələr barədə məlumatnı

(b) növbəti maliyyə ili ərzində aktiv və öhdəliklərin cari məbləğlərinə əhəmiyyətli düzəlişlərə səbəb olma kimi riskə məruz qalan hesabat tarixində qiymətləndirmə üzrə qeyri-müəyyənliklərin digər əsas mənbələrini açıqlamalıdır.Bu aktiv öhdəliklərdən asılı olaraq, qeydlərdə onların aşağıda qeyd olunanlarının təfsilatı açıqlanmalıdır:

  1. Onların xarakteri;

  2. Hesabat tarixində onların qalıq məbləği.




  1. Bəzi aktiv və öhdəliklərin cari dəyərinin qiymətləndirilməsi zamanı hesabat tarixində bu aktiv və öhdəliklərə təsir edə biləcək gələcək qeyri- müəyyənliklərin qiymətləndirilməsini tələb olunur.Misal üçün, aktiv və öhdəliklərin dəyərinin ölçülməsində istifadə olunan bazar qiymətləri haqqında yeni məlumatların olmaması şəraitində gələcək nəticələrə istinad edilən qiymətləndirmədən (a) müəyyən qrup torpaq, tikili və avadanlıqların bərpa dəyərinin, (b) texnilogiyanın inkişafı nəticəsində mal-material ehtiyatlarının dəyərsizləşməsinin və (c) davam edən məhkəmə proseslərinin gələcək nəticələri üçün yaradılan qiymətləndirilmiş öhdəliklərin müəyyən edilməsi üçün istifadə etmək olar.Bu qiymətləndirmələr pul vəsaitlərinin hərəkətinəvə ya istifadə olunan diskont dərəcələrinə dair risklər üzrə müvafiq düzəliş və qiymətlərdə baş verəcək gələcək dəyişikliklər limi maddələr fərziyyələri daxil edir.




  1. 140-cı maddəyə uyğun olaraq açıqlanmış müvafiq əsas fərziyyələr və digər əsas qeyri-müəyyənlik mənbələri rəhbərlikdən daha çətin, subyektiv və mürəkkəb mülahizələri tələb edən qiymətləndirmələrə aiddir. Qeyri- müəyyənliklərin gələcəkdə həllinə təsir göstərən dəyişən göstəricilərin və fərziyyələrin sayı artdıqca belə mülahizələr daha subyektiv və mürəkkəb olur və aktiv və öhdəliklərin balans dəyərlərinə növbəti əhəmiyyətli düzəlişlərin edilməsi ehtimalı adətən müvafiq şəkildə artır.




  1. Növbəti maliyyə ilində dəyəri əhəmiyyətli dərəcədə dəyişəcəyi riski olan aktiv və öhdəliklər hesabat tarixində son bazar qiymətləri əsasında ədalətli dəyərlə qiymətləndirildikdə, 140-cı maddədə göstərilən açıqlamalar onlar üçün şamil edilmir (növbəti ildə qiymətlərin əhəmiyyətli dərəcədə dəyişikliklərə məruz qalması, rəhbərliyin hesabat tarixində irəli sürülən fərziləyyələrdən və ya qeyri-müəyyənliklə bağlı digər əsas mənbələrdən irəli gəlmir).

  2. 140-cı maddəyə uyğun olaraq, açıqlamalar maliyyə hesabatlarının istifadəçilərinə rəhbərliyin gələcəyə dair mülahizələrinin və qiymətləndirmə ilə bağlı qeyri-müəyyənliklərin digər mənbələrinin anlaşılmasını təmin edən yolla təqdim edilir.Təqdim edilən məlumatın xarakteri və həcmi müvafiq fərziyyələrin və digər halların xarakterindən asılı olaraq dəyişir.Açıqlanmalı olan məlumatın aşağıdakı nümunələrini təqdim etmək olar:

  1. Fərziyyələrin və ya qiymətləndirmələrilə bağlı digər qeyri-müəyyənliyin xarakteri;

  2. Balans dəyərlərinin və onların hesablamalarının əsaslandığı metodlar, fərziyyələr və qiymətləndirmələrə qarşı həssaslığı, bu həssaslığın səbəbləri daxil olmaqla;

  3. Qeyri-müəyyənliyin ehtimal olunan həll olunması və təsirə məruz qalmış aktiv və öhdəliklərin balans dəyərlərinə dair növbəti maliyyə ilində məntiqə uyğun olaraq mümkün olan nəticələrin diapazonu; və

  4. Qeyri-müəyyənlik aradan qaldırılmamış halda qaldıqda, bu aktivlər və öhdəliklərə dair əvvəlki fərziyyələrə daxil edilmiş dəyişikliklərin izah edilməsi.

  1. 140-cı maddədə nəzərdə tutulmuş məlumatların açıqlanması zamanı büdcə haqqında məlumat və ya proqnozların açıqlanması tələb olunmur.

  2. Hesabat tarixində hər hansı fərziyyənin və ya qiymətləndirmə ilə bağlı qeyri-müəyyənliyinin digər mənbəyinin ehtimal olunan təsir dərəcəsinin açıqlanması praktiki olaraq mümkün olmadıqda, təşkilat, mövcud olan biliklərə əsaslanaraq, növbəti maliyyə ilində fərziyyələrdən fərqlənən real faktların təsirinə məruz qalmış aktiv və ya öhdəliyin balans dəyərində əhəmiyyətli düzəliş tələb edə biləcəyini göstərir.Bütün hallarda təşkilat müvafiq fərziyyənin toxunduğu konkret aktiv və ya öhdəliyin (və ya aktiv və ya öhdəliklər sinfinin) xarakterini və balans dəyərini açıqlayır.




  1. Təşkilatın uçot siyasətinin tətbiqi prosesində mаndаrtda istifadə edilmiş əsas anlayışlar аşаğıdakı mənaları ifadəliyyə hеdir:sаndаrtda istifadə edilmiş əsas anlayışlar аşаğıdakı mənaları ifadəbаndаrtda istifadə edilmiş əsas anlayışlar аşаğıdakı mənaları ifadətlаndаrtda istifadə edilmiş əsas anlayışlar аşаğıdakı mənaları ifadərınаndаrtda istifadə edilmiş əsas anlayışlar аşаğıdakı mənaları ifadə görə məsul olan şəxslər tərəfindən qəbul edilmiş konkret qərarlar haqqında 137-ci maddədəki məlumatların açıqlanması 140-cı maddədəki qiymətləndirmə ilə bağlı qeyri-müəyyənliyin digər əsas mənbələrinin açıqlamaları ilə bağlı deyildir.




  1. 140-cı maddəyə əsasən tələb olunan bəzi əsas fərziyyələrin açıqlanması bəzən digər İctimai Sektor üçün Beynəlxalq Mühasibat Uçotu Standartları ilə tələb oluna bilər. Məsələn,İctimai Sektor üçün 19 №li Beynəlxalq Mühasibat Uçotu Standartının xüsusi hallarda gələcək hadisələrin qiymətləndirilmiş öhdəliklərə təsirinin açıqlanmasını tələb edir. İctimai Sektor üçün 30 №li Beynəlxalq Mühasibat Uçotu Standartı maliyyə aktivlərinin və öhdəliklərinin ədalətli dəyərinin qiymətləndiriməsi zamanı istifadə olunan əsas mülahizələrin açıqlanmasını tələb edir.İctimai Sektor üçün 17 №li Beynəlxalq Mühasibat Uçotu Standartı torpaq, tikili və avadanlıların yenidən qiymətləndirilməsi zamanı istifadə olunan əhəmiyyətli mülahizələrin açıqlanmasını tələb edir.



Kapital


148A.Təşkilat öz maliyyə hesabatlarının istifadəçilərinə təşkilatın məqsədlərini, uçot siyasətlərini və kapitalının idarə olunması proseslərini qiymətləndirmək üçün zəruri məlumatları açıqlamalıdır.
148B.148A maddəsinin tələblərinə cavab vermək üçün təşkilat aşağıdakıları açıqlamalıdır:
c) Kapitalın idarə olunması ilə əlaqədar təşkilatın məqsədləri, siyasətlər və prosesləri haqqında aşağıdakılar daxil olmaqla,keyfiyyət xarakterli məlumatlar, (lakin, bunlarla məhdudlaşdırılmayan):

  1. İdarə olunan kapitalın təsviri;

  2. Kənardan təşkilatın kapitalına qarşı tələblər mövcud olduqda, bu tələblərin xarakteri və onların kapitalın idarə olunması ilə hansı şəkildə əlaqələndirilməsi haqqında məlumat; və

(i) Kapitalın idarə olunması ilə bağlı öhdəliklərini necə yerinə yetirir.

  1. Kapital qismində idarə etdiyi vəsaitlər haqqında ümumiləşdirilmiş kəmiyyət xarakterli məlumatları.Bəzi təşkilatlar bəzi maliyyə öhdəliklərini(məsələn, tabeli borcların bəzi formalarını) kapitalın tərkib hissəsi kimi qəbul edirlər.Bəzi təşkilatlar isə bəzi komponentlərin (məsələn, pul vəsaitlərinin hedcinqindən əmələ gələn komponentlərin) kapitaldan çıxarılmasının tərəfdarıdırlar.

  2. Ötən dövrdən bəri (a) və (b) bəndlərindəki göstəricilərdə baş vermiş dəyişikliklər.

  3. Əvvəlki dövrdə edilmiş kənar qoyuluşlar üzrə kapital tələblərinin yerinə yetirməsi haqqında məlumat.

  4. Kənar qoyuluşların kapital tələbləri yerinə yetirilmədiyi təqdirdə bunun nəticələri.

Bu açıqlamalar təşkilatın daxilində əsas idarə heyətinə təqdim olunan məlumatlar əsasında hazırlanmalıdır.
148C Təşkilat kapitalı müxtəlif yollarla idarə edə bilər və eyni zamanda, kapital üzrə qoyulan müxtəlif tələblərin subyekti ola bilər.Məsələn, idarənin tərkibinə bank və sığorta fəaliyyəti göstərən müəssisələr daxil ola bilər və bu müəssisələr müxtəlif qanunvericilik əsasında fəaliyyət göstər bilərlər.Maliyyə hesabatlarında ümumi kapitalın idarə olunması haqqında və ona olan tələblər haqqında ümumi məlumatlar açıqlanması hesabat istifadəçilərinə düzgün məlumat verməzsə, bu halda, hər bir kapital tələbi ayrılıqda açıqlanmalıdır.



Yüklə 117,61 Kb.

Dostları ilə paylaş:
1   ...   22   23   24   25   26   27   28   29   30




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin