İdman təbabəTİ VƏ GİGİyena


YERÜSTÜ VƏ YA SƏTH SULARI



Yüklə 1,93 Mb.
səhifə107/208
tarix27.04.2022
ölçüsü1,93 Mb.
#56439
növüDərslik
1   ...   103   104   105   106   107   108   109   110   ...   208
İdman təb.və gig.dərslik. 311 (1)

15.3.3. YERÜSTÜ VƏ YA SƏTH SULARI
Bu sulara axarı olan və olmayan su hövzələri-çaylar, dənizlər, göllər və s. daxildir. Açıq su hövzələrinə atmosfer suları, çaylar, qismən də yeraltı sular töküldüyünə görə epidemioloji cəhətdən həmişə qorxulu olur. Su hövzəsinin yaşayış məntəqələrinə yaxın və natəmiz sular buraxılan yerlərdəki sahələri daha çox çirklənir.

Açıq su hövzələrinin suyunun orqanoleptik xassələri və kimyəvi tərkibi bir sıra amillərdən asılı olur. Çaylar və ya onların bataqlıqdan axıb gələn suyu rəngli olur. Çayın yatağı gilli suxurlardan ibarətdirsə, su sürətlə axaraq suxurları yuyur və su bulanıq olur. Açıq su hövzələrindəki suyun keyfiyyəti daimi olmur. O, mövsümdən, havadan asılı olaraq dəyişir.

Açıq su hövzələrinə müxtəlif tullantılar düşməsinə baxmayaraq suyu çox korlanmır. Bunun səbəbi suda gedən çox müxtəlif fiziki, kimyəvi və bioloji proseslərdir. Bu proseslər nəticəsində su hövzəsi asılı hissəciklərdən, üzvi maddələrdən, mikroorqanizmlərdən və başqa kənar tullantılardan öz-özünə təmizlənir.

Çirkli suyun öz-özünə təmizlənməsi nəticəsində onun xoşa gəlməz iyi itir, üzvi maddələr minerallaşır və su əvvəlki keyfiyyətində olur. Suyun öz-özünə təmizlənmə prosesi su hövzəsindəki həcmindən, axma sürətindən, oksigenlə zənginliyindən, günəş şüalanmasından asılı olan mürəkkəb prosesdir.

Su hövzələrinin öz-özünə təmizlənməsinin müəyyən həddi vardır. Su üzvi maddələrlə çox çirkləndikdə həll olmuş oksigen qıtlığı baş verir, bunun nəticəsində çürümə prosesi gedir, su və üzərindəki hava iylənir. Lakin kiçik su hövzələrinin öz-özünə təmizlənmə qabiliyyəti böyük deyildir.

İri və axarı olan açıq su hövzələrindən su təchizatı kimi istifadə etmək lazım gəldikdə, üstünü tutmaq lazımdır. Lakin su hövzəsini məişət və sənaye çirkabından qorumaq, etibarlı surətdə zərərsizləşdirmək lazımdır. Çox vaxt suyu zərərsizləşdirməkdən əlavə, onu asılı maddələrdən və rəngdəndə təmizləmək lazım gəlir.




Yüklə 1,93 Mb.

Dostları ilə paylaş:
1   ...   103   104   105   106   107   108   109   110   ...   208




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin