ELMİ REDAKTOR:
Əli Kazım oğluYusifxanov,
Az.DBTİA-nın «İdman təbabəti və gigiyena» kafedrasının dos.,
tibb üzrə fəlsəfə doktoru
RƏY VERƏNLƏR:
Şükufə Ağaşıxəli qızı Məmmədova
Az.DBTİA-nın «Anatomiya və biomexanika» kafedrasının
müdiri, biologiya üzrə fəlsəfə doktoru, dosent
Səadət Abdulla oğlu Əliyev
Az.DBTİA-nın «Normal və idman fiziologiyası» kafedrasının
dosenti,biologiya üzrə fəlsəfə doktoru
Sayad Aydın oğlu Gürzəliyev
Az.Tibb Universiteti «Uşaq və yeniyetmələr gigiyenası,
əmək gigiyenası» kafedrasının müdiri, tibb üzrə fəlsəfə
doktoru, dosent
Həsən Cahangir oğlu Əliyev
Az.Müəllimlər İnstitutunun «Mülki Müdafiə, Tibbi biliklərin
əsasları və Fiziki tərbiyə» kafedrasının baş müəllimi
Dərslik Az.DBTİA-da tədris olunan « idman təbabəti və gigiyena» fənninin tədris proqramına uyğun yazılmışdır və «Bədən tərbiyəsi və idman» ixtisası üzrə bakalavriat pilləsində təhsil alan tələbələr, magistrlər, eləcə də, idman mütəxəsstisləri üçün nəzərdə tutulmuşdur.
Ö N S Ö Z
İdman təbabəti ümumi tibb elminin bir bölməsi olub, fiziki tərbiyə və idmanla məşğul olanların sağlamlığını, fiziki inkişafını və orqanizmin müxtəlif idman növlərində fiziki yükə verdiyi reaksiyaları öyrənir. İdman təbabəti fiziki yükün orqanizmdə yarada biləcəyi fizioloji, patoloji dəyişiklikləri, xəstəlikləri öyrənir və onların qarşısını almaq üçün müxtəlif profilaktik tədbirlər hazırlayır.
Gigiyena tibb elmlərinin çox qədim sahələrindən biri olub, onlar arasında mühüm yer tutur. Gigiyena elminin qarşısında əsas profilaktik fənn olmaqla xarici mühitin ekoloji tarazlığının mühafizəsi, əhalinin sağlamlığının möhkəmləndirilməsi və əmək qabiliyyətinin yüksəldilməsi, insan ömrünün fəal müddətinin artırılması kimi böyük əhəmiyyət kəsb edən vəzifələr durur.
Gənc nəslin sağlam inkişafı, onun fiziki hazırlığının artırılmasında fəal iştirak edən müəllimlər ümumi gigiyenanın, eləcə də bədən tərbiyəsi və idman gigiyenasının müddəalarını yaxşı bilməli, onları bədən tərbiyəsi məşğələlərində və idmanda geniş tətbiq etməlidirlər.
Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının tədris planına əsasən bu iki fənn birləşdirilmiş və yeni bakalavr pilləsi üçün tərtib olunmuş tədris proqramına əsasən bu dərslik tərtib edilmişdir. Bu dərslik I və II hissələrdən ibarətdir. «İdman təbabəti və gigiyena» dərsliyin 1 hissəsi tibb üzrə fəlsəfə doktorları – A.A.Əliyev və V.H.Quliyev, II hissəsi isə tibb üzrə fəlsəfə doktoru, idman təbabəti və gigiyena kafedrasının müdiri M.Ə.Babayev tərəfindən hazırlanmışdır.
Dərsliyin tərtibatında müxtəlif dillərdə yazılmış tibb ədəbiyyatından və dərsliklərdən istifadə edilmişdir.
Şübhəsiz dərslikdə çatışmayan cəhətlər vardır. Biz dərsliyin gələcək nəşrlərini təkmilləşdirmək məqsədilə veriləcək təklifləri minnətdarlıqla qəbul edir, irad və arzularını təqdim edən oxuculara əvvəlcədən öz təşəkkürümüzü bildiririk.
Dostları ilə paylaş: |