Psixogen amillər. Patoloji proseslərin meydana çıxmasında və gedişində insanın mərkəzi sinir sisteminin vəziyyəti mühüm rol oynayır.
Ali sinir fəaliyyətinin gərginliyi, müxtəlif həyat şəraiti, patoloji travmalar (kədər, qorxu və s.) nəticəsində baş beyində oyanma və tormozlanma proseslərinin tarazlığının pozğunluğu, baş beyin qabığı ilə qabıqaltı nahiyələrin tarazlığının pozulmasına səbəb olur. Naticədə vegetativ dəyişikliklər meydana çıxır və müxtəlif üzvlərin fəaliyyəti pozulur. Belə pozğunluq hipertoniyanın, xora və digər dəri xəstəliklərinin inkişafına imkan yaradır.
Dostları ilə paylaş: |