İdman təbabəTİ VƏ GİGİyena


Xəstəliyin gedişi və nəticəsi



Yüklə 1,93 Mb.
səhifə8/208
tarix27.04.2022
ölçüsü1,93 Mb.
#56439
növüDərslik
1   ...   4   5   6   7   8   9   10   11   ...   208
İdman təb.və gig.dərslik. 311 (1)

2.2. Xəstəliyin gedişi və nəticəsi
Xəstəliyin gedişi bir neçə dövrə bölünür:

  1. Gizli və ya inkubasiya dövrü;

  2. Prodormal və ya xəstəliyin ilk əlamətləri dövrü;

  3. Xəstəliyin tam inkişaf dövrü;

  4. Xəstəliyin nəticəsi.

Xəstəliyin gizli dövrü xəstəlik amilinin orqanizmə təsiri başlanandan ilk əlamətlərinin meydana çıxmasına qədər dövrü əhatə edir. Bu dövr bir neçə saniyədən bir neçə ilə qədər davam edə bilər.

Prodormal dövr ümumi əzginlik, üşütmə, bədənin hərarətinin yüksəlməsi kimi ümumi əlamətlərlə başlanır.

Xəstəliyin tam inkişaf dövrü zamanı hər hansı bir xəstəliyə xas olan əlamətlər meydana çıxır.

Xəstəliyin nəticəsi bir neçə cür ola bilər:



  1. Tam sağalma. 2. Natamam sağalma. 3. Ölüm.

Tam sağalma zamanı xəstəliyin bütün əlamətləri itir. Ancaq xəstəliyin əlamətlərinin itməsi, xüsusilə idman təcrübəsində hələ orqanizmin funksional vəziyyətinin bərpa olunmasını sübut etmir. Orqanizmin xəstəlikdən əvvəlki funksional vəziyyətinin bərpa edilməsi üçün onu fiziki işə tədricən cəlb etmək lazımdır.

Natamam sağalma baş verdikdə xəstəliyin qalıq əlamətləri müşahidə olunur. Məsələn, ağciyərlərin sətəlcəmi xəstəliyini keçirmiş insanda plevranın müxtəlif dəyişiklikləri meydana çıxa bilər. Bu dəyişikliklər bəzi hallarda ömürlük saxlanıla bilər.

Xəstəliyin digər nəticəsi – ölüm qəflətən və ya müəyyən müddətdən sonra baş verə bilər. Bu canvermə, kliniki və bioloji ölüm şəklində müşahidə olunur.

Canvermə və ya aqoniya zamanı orqanizmin bütün həyatı funksiyaları kritik həddə çatır, nəticədə ürək fəaliyyəti, tənəffüs pozulur, bədənin hərarəti aşağı düşür, reflekslər itir.

Kliniki ölüm zamanı isə qan dövranı, tənəffüs tamamilə pozulur, reflekslər tamamilə itir.

Bununla bərabər orqanizmin toxumaları 5-6 dəqiqə (orta hesabla) fəaliyyətini hələ saxlayır. Əgər bu müddət ərzində ürəyin fəaliyyətini və tənəffüsü bərpa etmək mümkün olarsa, insanı diriltmək olar.

Bioloji və ya həqiqi ölüm zamanı toxuma və üzvlərdə bərpa olunmayan dəyişikliklər meydana çıxır.

Xəstəliyin adi gedişi fəsadların və ya residivlərin baş verməsi nəticəsində dəyişə bilər.

Xəstəliklər gedişinə görə üç qrupa bölünür: kəskin, yarımkəskin və xronik.

Xəstəliyin kəskin formasında onun əlamətləri sürətlə meydana çıxır və tezliklə itir. Xəstəlik bir neçə gündən bir neçə həftəyə qədər davam edə bilir (məsələn: qrip, angina, ağciyərlərin sətəlcəmi və s.). Xəstəlik yarımkəskin gedişində bir neçə həftə və ay davam edir. Bəzi xəstəliklər xronik formaya keçərək bir neçə il və ya insanın bütün ömrü boyu davam edir və bəzi hallarda kəskinləşir.

Kəskin müşahidə edilən xəstəlik yarımkəskin və xronik formaya da keçə bilir. Pis və ya yarımçıq müalicə, xəstəlikdən sonra məşqlərin erkən başlanması dabuna səbəb ola bilir.


  1. 3. Etiologiya

Etiologiya (yunanca «etio»-səbəb, «loqos»-elm deməkdir) xəstəliklərin səbəbləri və onların baş verməsinin şəraiti haqqında elmdir. Xəstəliklərin baş verməsində rol oynayan səbəblər etioloji amillər adlanır.

Etioloji amillərin öyrənilməsi xəstəliklərin qarşısının alınmasına və onların düzgün müalicəsinə kömək edir.

Xəstəliklərin meydana çıxmasına səbəb olan amillər iki böyük qrupa bölünür: xarici səbəblər (ekzogen) və daxili səbəblər (endogen). Xəstəliyin meydana çıxmasında çox vaxt hər iki səbəb eyni zamanda rol oynayır.

Demək olar ki, xarici mühitin hər bir amili müəyyən şəraitdə xəstəliyin meydana çıxmasına səbəb ola bilir.


Yüklə 1,93 Mb.

Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   ...   208




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin