İdman təbabəTİ VƏ GİGİyena


Sağlamlıq və xəstəlik haqqında anlayış



Yüklə 1,93 Mb.
səhifə6/208
tarix27.04.2022
ölçüsü1,93 Mb.
#56439
növüDərslik
1   2   3   4   5   6   7   8   9   ...   208
İdman təb.və gig.dərslik. 311 (1)

2. 1. Sağlamlıq və xəstəlik haqqında anlayış
Sağlamlıq orqanizmin elə bir vəziyyətidir ki, o, bioloji cəhətdən tam keyfiyyətlidir, yəni onların bütün üzvləri və sistemləri normal anatomik - fizioloji xüsusiyyətlərə malikdir. Deməli, sağlamlığın əsas əlaməti xarici mühitin təsirinə asanlıqla uyğunlaşmaq qabiliyyətidir. O, böyük həcmdə psixi və fiziki təsirə yüksək uyğunlaşma qabiliyyətinə malik olur. Bu zaman insan əmək qabiliyyətini tamamilə saxlayır və onda heç bir xəstəlik əlaməti nəzərə çarpmır. Bu xüsusiyyətlərə xüsusilə yüksək səviyyədə məşq etmiş şəxslər malik olur.

Nəzərdə saxlamaq lazımdır ki, «sağlamlıq» və ya «norma» anlayışı şərti xarakter daşıyır. Bu onunla izah olunur ki, fizioloji norma anlayışı bir sıra funksiyalar üçün geniş hüdudları əhatə edir və insanların fərdi xüsusiyyətlərindən, məsələn, bədənin konstitusiyasından, yaşdan, cinsdən, məşqlilik vəziyyətindən və s. asılı olur. Odur ki, bu və ya digər dəyişikliklər bir fərd üçün xəstəliyin əlaməti hesab edilirsə, digəri üçün fizioloji norma kimi qəbul edilir. Məsələn, maksimal arterial qan təzyiqinin aşağı düşməsi hipotoniya xəstəliyinin əlamətidirsə, idmançılarda yüksək məşqlilik səviyyəsinin göstəricisi kimi qiymətləndirilir.

Sağlamlıqdan xəstəlik vəziyyətinə keçid nəzərə çarpmadan, yavaş-yavaş baş verə bilər. Belə vəziyyət çox vaxt idmançılarda müşahidə olunur, çünki onların orqanizmi yüksək kompensator imkanlarına malikdir.

Başqa hallarda da sağlamlıqla xəstəlik arasında keçid vəziyyəti müşahidə olunur. Orqanizm olduqca güclü qıcığın təsirinə məruz qalarsa və ya adi qıcığa qarşı onun uyğunlaşma qabiliyyəti pozularsa, xəstəlik meydana çıxır. Xəstəlik zamanı orqanizmin normal həyat fəaliyyəti pozulur, xarici mühitə uyğunlaşması və iş qabiliyyəti aşağı düşür.

Xəstəlik zamanı orqanizmdə spesifik və qeyri-spesifik dəyişikliklər meydana çıxır. Spesifik dəyişikliklər xəstəliyi törədən amildən çox asılıdır. Bu amillərə orqanizmdə xarakterik dəyişikliklər törədən bəzi mikroblar misal ola bilər. Müəyyən xəstəliklər üçün spesifik olan dəyişikliklər orqanizmdə müxtəlif səviyyələrdə, yəni molekulyar (irsi), hüceyrə və ya toxuma (məsələn, şişlər), beyin qabığı və qabıqaltı törəmələr arasında qarşılıqlı münasibətlərin pozulması (ruhi xəstəliklər) üzv və ya üzv sistemlərinin səviyyəsində formalaşa bilər. Qeyri-spesifik dəyişikliklərə xarici mühitin müxtəlif amillərinin təsiri nəticəsində hipofizin ön payının və böyrəküstü vəzlərin qabığının funksiyasının pozulması aiddir.

Xəstəliklər zamanı spesifik və qeyri-spesifik dəyişikliklər bir-birini tamamlayır və müxtəlif xəstəliklərin inkişafı prosesində müxtəlif əhəmiyyət kəsb edərək bütün xəstəlik prosesində dəyişikliyə uğrayır.

Yadda saxlamaq lazımdir ki, hər bir xəstəlik yayılmasından və üzvlərin, toxumaların zədələnməsinin dərəcəsindən asılı olmayaraq bütün orqanizmin zədələnməsi hesab edilir.

Ümumiyyətlə «xəstəlik» anlayışına aşağıdakılar aiddir: patoloji reaksiya, patoloji proses və patoloji hal.




Yüklə 1,93 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   208




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin