İdman təbabəTİ VƏ GİGİyena


I H İ S S Ə İDMAN TƏBABƏTİ



Yüklə 1,93 Mb.
səhifə3/208
tarix27.04.2022
ölçüsü1,93 Mb.
#56439
növüDərslik
1   2   3   4   5   6   7   8   9   ...   208
İdman təb.və gig.dərslik. 311 (1)

I H İ S S Ə

İDMAN TƏBABƏTİ


I F Ə S İ L

İDMAN TƏBABƏTİNİN MƏQSƏDİ,

VƏZİFƏLƏRİ VƏ İNKİŞAF TARİXİ
Bədən tərbiyəsi və idman orqanizmin harmonik inkişafında, tərbiyəsində, onun sağlamlığının qorunmasında, möhkəmlənməsində və uzun ömür sürməsində çox mühüm yer tutur.

İdman təbabəti ümumi tibb elminin yeni şöbəsi olub, fiziki tərbiyə və idmanla məşğul olan şəxslərin sağlamlığını, fiziki inkişafını və orqanizminin məşq prosesində fiziki yükə verdiyi reaksiyasını öyrənir, fiziki yükün orqanizmdə yaratdığı fizioloji və patoloji dəyişiklikləri, xəstəlikləri aşkara çıxaraq onların qarşısını almaq üçün müxtəlif profilaktik tədbirləri həyata keçirir.

İdman təbabətinin məqsədi insan bədənin möhkəmləndirilməsi, onun harmonik inkişafı, sağlamlığının saxlanılması, yüksək məhsuldar əməyə nail olmaq üçün mühüm vasitələrdən hesab edilən bədən tərbiyəsi və idmanın inkişafına hər tərəfli yardım göstərməkdir. İdman təbabətinin inkişafının ilk dövrlərində SSRİ-nin səhiyyə naziri N.Semaşko demişdir ki, həkim nəzarəti olmadan fiziki tərbiyə də ola bilməz.

İdman təbabəti qarşısında aşağıdakı vəzifələr qoyulur:

1. Bədən tərbiyəsi və idmanla məşğul olan şəxslərin sağlamlığı üzərində müntəzəm həkim nəzarətinin təşkili və onun yerinə yetirilməsi;

2. Fiziki tərbiyənin vasitə və metodlarının əsaslandırılması, həkim müayinəsinin və xəstəliklərin diaqnostikasının, onların müalicəsində yeni və daha qabaqcıl üsulların həyata keçirilməsi;

3. Fiziki tərbiyə üçün daha məqsədəuyğun gigiyenik şəraitin təmin edilməsi, məşq prosesi zamanı insana mənfi təsir göstərən amillərin aradan götürülməsinə yönəldilmiş tədbirlər sisteminin həyata keçirilməsi.

İdman təbabətinin aşağıdakı iş formalarından istifadə edilir:

a) Bədən tərbiyəsi və idmanla məşğul olan şəxslərin həkim müayinəsindən keçirilməsi;

b) Yüksək dərəcəli idmançıların dispanser müayinəsi;

v) Həkim-pedaqoji nəzarəti;

d) Sağlamlaşdırıcı və müalicə-profilaktik tədbirlərin yerinə yetirilməsi;

e) İdman yarışlarının tibbi cəhətdən təmin edilməsinin təşkili;

g) Məşqlərin və yarışların keçirilmə yerlərinə və onların şəraiti üzərində sanitar-gigiyenik nəzarətin aparılması;

z) Bədən tərbiyəsinin kütləvi formaları üzərində tibbi nəzarətin yerinə yetirilməsi;

j) İdman zədələnmələrinin qarşısının alınması və düzgün tibbi yardımın göstərilməsi;

k) İdmançıların arasında sanitar-maarif işlərinin təşkil edilməsi.

İdmanla məşğul olan şəxslərin həkim müayinəsi üç formada həyata keçirilir: ilkin, təkrar, əlavə.

İlkin həkim müayinəsi zamanı həkim şəxsin bədən tərbiyəsi və idmanla məşğul olmasına icazə verir. Müayinə nəticəsində onun sağlamlıq vəziyyəti, fiziki inkişaf səviyyəsi və orqanizmin dozalaşdırılmış fiziki yükə uyğunlaşma qabiliyyəti təyin edilir.

Təkrar həkim müayinəsi zamanı müntəzəm keçirilən bədən tərbiyəsi və idmanın orqanizmin sağlamlıq vəziyyətinə, fiziki inkişafına və orqanizmin funksional vəziyyətinə təsiri öyrənilir (ildə azı 1 dəfə).

Əlavə həkim müayinəsi şəxsin yarışlarda iştirak etməsi, xəstəliklərdən, zədələnmələrdən və ifrat məşqlilik vəziyyətindən sonra idmançının məşqlərə buraxılması məsələsi həll olunur.

Yüksək dərəcəli idmançıların dispanserizasiya müayinəsi müntəzəm məşq edən və yarışlarda çıxış edən idmançılar üzərində həkim müşahidəsinin aktiv formasıdır. Dispanserizasiya prosesinə ildə 1-2 dəfə dərin tibbi müayinə, ümumi kliniki baxış, idmançının fiziki iş qabiliyyəti və xüsusi hazırlığının təyin edilməsi daxildir. Belə hərtərəfli müayinə idmançının sağlamlığının, funksional qabiliyyətinin təyin edilməsinə kömək edir, həddən artıq məşqlilik vəziyyətinin ilk əlamətlərinin, xəstəlik hallarinin aşkar edilməsinə imkan yaradır. Bununla onların fiziki vəziyyətinin yaxşılaşdırılmasına və idman fəaliyyətində iş qabiliyyətinin yüksəlməsinə yardım göstərir.

Həkim-pedaqoji nəzarət idmançıların sağlamlığı üzərində aparılan həkim müşahidəsinin əsas hissəsini təşkil edir, fiziki tərbiyənin və idman məşqlərinin daha da mükəmməlləşməsinə doğru yönəldilir. O, tədris-məşq prosesində həkim və məşqçi ilə birlikdə həyata keçirilir. Bu zaman məşqlərin düzgün aparılmasına, idmançıların funksional vəziyyətinə, məşqlilik dərəcəsi üzərində nəzarətə fikir verilir. Əldə edilən məlumat məşqin planlaşdırılmasında, fiziki yükün həcmi və onun intensivliyinin təyin edilməsində istifadə olunur.

Bədən tərbiyəsi və idmanla məşğul olduğu zaman sağlamlaşdırıcı, müalicəvi və profilaktik tədbirlərin həyata keçirilməsinin idmançıların sağlamlığının möhkəmləndirilməsində böyük əhəmiyyət daşıyır. Belə tədbirlər idman həkimləri ilə müalicə–profilaktika və sanitar-epidemioloji stansiyaların həkimləri tərəfindən birlikdə aparılır.

İdmanla məşğul olan yerlərə və yarışların keçirilmə şəraiti üzərində aparılan sanitar-gigiyenik nəzarət cari və xəbərdaredici formalarda təşkil olunur. Bu idman qurğularında sanitar vəziyyətə nəzarət, məşqlərin aparılması zamanı meterioloji şərait üzərində müşahidə, idman avadanlığı, geyim üzərində nəzarət və s. şəklində aparıla bilər.

Yarışların tibbi cəhətdən təmin edilməsi idman həkiminin fəaliyyətinin əsas hissələrindən biridir. Tibb işçisi yarışlarda iştirak etmədikdə baş həkim yarışların başlanmasını qadağan edir.

Kütləvi idman növlərinin tibbi təminatın ƏMH kompleksinin hazırlanmasının və yerinə yetirilməsinin, istehsalat gimnastikasının, sağlamlıq qruplarında orta və yaşlı şəxslər arasında məşqlər aparıldıqda, sağlamlıq zonalarının işində həkim nəzarətinin həyata keçirilməsi nəzərdə tutulur.

Məktəb həkiminin bədən tərbiyəsi dərslərinin təşkil edilməsində mühüm rolu vardır. Tədris proqramına əsasən dərslərin keçirilməsində bütün şagirdlər 3 tibbi qrupa bölünürlər: əsas, hazırlıq və xüsusi qruplar.

Əsas qrupa tam sağlam şagirdlər daxil olurlar. Onlarla bədən tərbiyəsi dərsi tədris planına əsasən keçirilir və şagirdlər idman seksiyalarında və yarışlarda iştirak edə bilirlər.

Hazırlıq qrupuna nisbətən zəif və fiziki inkişafında müəyyən qüsur olan şagirdlər daxil edilir. Bu qrupa daxil olan şagirdlər də bədən tərbiyəsi ilə tədris planına uyğun məşğul olurlar. Lakin dərslərin aparılma müddəti və ƏMH kompleksi normasının yerinə yetirilmə vaxtı bir qədər azaldılır.

Xüsusi tibbi qrupa çox zəif və xəstəlikləri olan şagirdlər daxil edilir. Onlarda fiziki inkişaf dərəcəsi və xəstəliklərin xüsusiyyətləri nəzərə alınaraq, fiziki tərbiyənin xüsusi proqramı ilə məşğul olurlar.


Yüklə 1,93 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   208




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin