Suyun gümüş ionları ilə zərərsizləşdirilməsi. Gümüş ionlarının bakteriosid təsiri onunla izah olunur ki, onlar mikroorqanizmlərin protoplazmasına təsir göstərib fermentləri zəiflədir. Suyu gümüş ionları ilə zərərsizləşdirmək üçün bir neçə üsul vardır: gümüş duzlarını bilavasitə suda həll etmək, suyu gumuş vurulmuş qum süzgəcindən buraxmaq və elektroliz üsulu. Axırıncı metod daha səmərəlidir.
Tərkibində çoxlu miqdarda xloridlər olmayan rəngsiz, şəffaf suları zərərsizləşdirmək üçün 1 l suya 0,1-1 mq gümüş tələb olunur. Dezinfeksiya müddəti 2 saata qədərdir.
Məişətdə suyun keyfiyyətini yüksəltmək üçün xüsusi portativ filtrlərdən («Rodniçok», «Akva» və s.) geniş istifadə edilir. Onlar artıq təmizlənmiş sular üçün nəzərdə tutulur.
Dostları ilə paylaş: |