Suyun qaynadılması. Suyu zərərsizləşdirmək üçün ən sadə və etibarlı üsul onun qaynadılmasıdır. Su 800C hərarətə qədər qızdırıldıqda patogen mikrobların vegetativ formaları 20-40 saniyəyə tələf olur, buna görə də, su qaynamağa başladıqda əslində zərərsizləşmiş olur, o, asılı maddələrlə və mikroblarla çox çirklənmiş olduqda belə 3-5 dəqiqə qaynadıqdan sonra qorxusuz olur. Suyu 30 dəqiqə qaynatdıqda mikrobların sporal formalarının əksəriyyəti ölür, helmint yumurtaları və sürfələri tələf olur, botulizm toksini parçalanır.