İdman təbabəTİ VƏ GİGİyena


Suyun orqanoleptik xüsusiyyətlərinin təyini



Yüklə 1,93 Mb.
səhifə116/208
tarix27.04.2022
ölçüsü1,93 Mb.
#56439
növüDərslik
1   ...   112   113   114   115   116   117   118   119   ...   208
İdman təb.və gig.dərslik. 311 (1)

Suyun orqanoleptik xüsusiyyətlərinin təyini. İşin əsas məqsədi suyun orqanoleptik xüsusiyyətlərinin əhəmiyyəti haqqında nəzəri bilikləri möhkəmləndirmək, onları təyin etmək və gigiyenik qiymətləndirməkdir. Bu zaman aşağıdakı xüsusiyyətlər: - iy, dad, şəffaflıq və hərarət hiss üzvlərimiz vasitəsilə təyin edilir. Bu üsuldan mürəkkəb cihazlar olamayan bir şəraitdə istifadə edilə bilər.

Suyun iyinin təyini. Su iysiz olmalıdır. Suyun iyli olması onu içmək, çimmək, üzmək üçün xoşagəlməz edir və suda kənar qarışıqların olması haqqında məlumat verir. Nəzərə almaq lazımdır ki, suyun iyi onun temperaturu yüksəldikcə artır, aşağı olduqda isə azalır. Keyfiyyətli içməli su heç bir iyə malik olmamalıdır.

Suyun iyinin intensivliyi 5 ballıq şkala vasitəsilə təyin edilir. Suyun iyi müxtəlif ola bilər – gül, bataqlıq, hidrogen, sulfid, benzin, xlor iyi və s.

Suyun iyini təyin etmək üçün onu 15-200 C, iyin intensivliyini təyin etmək üçün 600 C qədər qızdırırlar. Bu məqsədlə kolbaya 150-200 ml su götürüb qızdırır, ağzını saat şüşəsilə örtür, dairəvi hərəkətlə çalxalayır, sonra kolbanın ağzını açıb suyun iyinin xüsusiyyəti və intensivliyi təyin edilir. İçməli suyun iyi 2 baldan yuxarı olmamalıdır.


Yüklə 1,93 Mb.

Dostları ilə paylaş:
1   ...   112   113   114   115   116   117   118   119   ...   208




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin