Suyun bakterioloji göstəriciləri. Suyun bakteriyalarla əsas çirklənmə mənbəyini nəcis təşkil edir ki, onun içərisində xəstəlik törədən mikroblar da ola bilər. Suyun nəcislə çirklənməsini göstərən bağırsaq çöpləridir. Bunlar insan və heyvanların bağırsağında həyat sürürlər. Bağırsaq çöplərinin suda çox olması suyun bağırsaq qrupu bakteriyaları ilə çirklənməsini göstərən, köməkçi vasitə kimi qəbul olunur. Suda bağırsaq çöplərinin tapılması koli-indeks və koli-titrlə ifadə olunur.
Koli-titr müayinə olunan suyun ml-lə ən az həcmdir ki, orada müvafiq üsulla bir bağırsaq çöpünü tapmaq və becərmək mümkün olsun. Koli-titr 300 ml-dən çox olmamalıdır.
Koli-indeks bir litr suda olan bağırsaq çöplərinin sayına deyilir. Koli-indeks 3-dən artıq olmamalıdır.
Dostları ilə paylaş: |