İdman təbabəTİ VƏ GİGİyena



Yüklə 1,93 Mb.
səhifə126/208
tarix27.04.2022
ölçüsü1,93 Mb.
#56439
növüDərslik
1   ...   122   123   124   125   126   127   128   129   ...   208
İdman təb.və gig.dərslik. 311 (1)

XVI F Ə S İ L

İDMAN QURĞULARININ GİGİYENASI
16.1. İDMAN QURĞULARINA OLAN GİGİYENİK TƏLƏBAT
Bədən tərbiyəsi və idman məşğələlərinin, məşqlərin və yarışların keçirilməsi üçün istifadə edilən tikintilərə idman qurğuları deyilir. Respublikamızda idman qurğularının tikilməsinə ciddi fikir verilir. Bədən tərbiyəsi və idman ölkəmizdə kütləvi xarakter daşıdığına görə şəhər, rayon və kəndlərin salınmasında, abadlaşdırılmasında belə qurğuların tikilməsinə geniş yer verilməsi ən vacib məsələlərdəndir. İdman qurğuları lazımi gigiyenik tələblərə cavab verməli, müəyyən normalara uyğun olmalıdır. Bu normaları hər bir idman mütəxəssisi bilməlidir.

İdman qurğuları 2 növdür: üstüaçıq və üstüörtülü (qapalı) idman qurğuları.

Üstüaçıq idman qurğularına hər tərəfi düz sahədən ibarət olan, örtüyü olmayan meydançalar aiddir. Bu qurğulara atletika, idman oyunları meydançaları, hokkey üçün sahələr, futbol meydançaları və s. daxildir.

Üstüörtülü idman qurğularına idman zalları, manejlər,örtülü üzgüçülük hovuzları, idman tirləri və s. aiddir.

İdman qurğuları idman oyunları, məşqlər və yarışlar keçirilən əsas tikintilərdən, yardımçı binalardan və tamaşaçılar üçün qurğulardan ibarətdir. Yardımçı binalara soyunub – geyinmə otaqları, duşxanalar, tibb məntəqəsi, masaj otağı, bufet, məşqçilər, müəllimlər və inzibati işçilər üçün otaqlar, idman alətləri və avadanlığını saxlamaq üçün otaqlar və s. daxildir.

Əsas tikintilər və yardımçı otaqlar planlaşdırılarkən onların bir-birindən funksional asılılığını və ardıcıllığını nəzərə almaq lazımdır. Məs: üzgüçülük hovuzuna mütləq soyunub-geyinmə otağında paltarları dəyişdirdikdən, hamamda duş qəbul etdikdən sonra düşmək nəzərdə tutulmalıdır.

Tamaşaçılar üçün ayrılan yer, bufet və başqa yardımçı otaqlar xidmət otaqlarından ayrı olmalı, aralarında əlaqə olmamalıdır.

Üstüaçıq və qapalı idman qurğularına olan ümumi gigiyenik tələbat aşağıdakılardı:.

1. İdman qurğularının tikintisi üçün sahə düzgün seçilməlidir. Bu zaman torpağın və havanın çirklənmə dərəcəsini nəzərə almaq lazımdır. Bu məqsədlə ilk növbədə torpaq nümunəsi müayinə üçün gigiyena-epidemioloji mərkəzinə göndərilir. Müayinə zamanı torpağın üzvi maddələrlə çirklənməsi və minerallaşma dərəcəsi təyin edilməlidir. Çünki torpağın öz-özünə təmizlənmə qabiliyyəti müəyyən hüduda qədərdir. Həddən artıq çirklənmiş torpaq öz-özünə təmizlənmir. Belə torpaq sahəsi üstüaçıq idman qurğusu tikmək üçün yaramır. Odur ki, bu torpağın üst qatı 20-25 sm dərinliyində təmiz torpaqla dəyişdirilməli və ya həmin sahə başqası ilə əvəz edilməlidir.

2. Seçilmiş sahə yaşayış məntəqəsinə yaxın, havanı çirkləndirən sənaye müəssisələrindən, səs-küylü küçələrdən, gur avtomagistratdan uzaq olmalıdır. Bu zaman hakim küləklərin istiqamətini (külək külü) nəzərə alıb, qurğuları həmin küləklərin əks istiqamətində tikmək lazımdır.

3. İdman qurğularını yaşıl massivlərin, parkların yaxınlığında tikmək lazımdır, çünki yaşıllıqlar böyük gigiyenik əhəmiyyət daşımaqla mikroiqlimi yaxşılaşdırır, tüstünü tutub saxlayır, səsi-küyü azaldır. Yaşıllıq olan yerdə yayda havanın hərarəti ətraf mühitdən 2-30 C aşağı olur. Qış aylarında ağaclar havanın hərəkət sürətini azaldır. Bundan əlavə yaşıllıq sinir sistemini sakitləşdirir, estetik zövqü artırır. İdman qurğuları üçün ayrılan sahənin yaxınlığında su mənbələri olarsa, orada çimmək və üzməyi öyrənmək, su idmanı oyunları keçirmək üçün yaxşı şərait yaranmış olardı. İdman qurğuları üçün seçilmiş sahənin ətrafında və ondan 3-4 km məsafədə bataqlıq olmamalıdır.

4. İdman qurğularının düzgün səmtləşdirilməsinin böyük əhəmiyyəti vardır. Düzgün səmtləşdirmə yaxşı işıqlanmanı təmin edir, lazımi mikroiqlim yaradır, istidən və gözqamaşdırıcı işıqdan qorunmağa imkan yaradır. Üstüaçıq idman qurğularının boylama oxu şimal-cənub istiqamətində olmalıdır. Külək çox olan yerlərdə isə oriyentasiya hakim küləyin istiqamətinə əsasən təyin edilir. Meydançanın uzun oxu hakim küləklərin istiqamətinə perpendikulyar yerləşdirilməlidir.

Qapalı idman qurğularının uzun oxu cənub rayonlarında şərq – qərb istiqamətində olmalıdır. Əsas binaların pəncərələri şimala və şimal-şərqə baxmalıdır.

İdman qurğularının planlaşdırılmasının böyük gigiyenik əhəmiyyəti vardır. Tullanma, alət atma yerləri və s. elə planlaşdırılmalıdır ki, idmançılar və məşq edənlər arasında zədələnən olmasın.

Göstərilən ümumi gigiyenik tələbatdan əlavə üstüaçıq və üstüörtülü idman qurğuları idmanın növündən asılı olaraq xüsusi tələbata da cavab verməlidir.


Yüklə 1,93 Mb.

Dostları ilə paylaş:
1   ...   122   123   124   125   126   127   128   129   ...   208




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin