İdman təbabəTİ VƏ GİGİyena


ÜSTÜÖRTÜLÜ İDMAN QURĞULARI



Yüklə 1,93 Mb.
səhifə128/208
tarix27.04.2022
ölçüsü1,93 Mb.
#56439
növüDərslik
1   ...   124   125   126   127   128   129   130   131   ...   208
İdman təb.və gig.dərslik. 311 (1)

16.3.ÜSTÜÖRTÜLÜ İDMAN QURĞULARI

Yarışlar və məşqlər keçirmək üçün ən geniş yayılmış qapalı idman qurğularına gimnastika, boks, güləş, ağırlıq qaldırma, qılınc oynatma, idman oyunları zalları daxildir.

Qapalı idman qurğularının tikilməsi üçün istifadə edilən tikinti materiallarına olan gigiyenik tələbat aşağıdakılardır: həmin materiallar ən az istilik keçirən və ən çox istiliyi udan olmalıdır. İnşaat materiallarının istilik tutumu artdıqca onun xüsusi çəkisi azalmalıdır. İnşaat materialları yuxarıda göstərilən xassələrdən başqa, havanın nüfuz edə biləcəyi və islanmaya müqavimət göstərən olmalıdır. Ən yaxşı tikinti materialı bişmiş kərpic hesab olunur. Son zamanlar sintetik polimer materiallarından da istifadə edilir. Lakin bu materiallar orqanizm üçün təhlükə yarada bilər, çünki onlar ətraf mühitə müəyyən kimyəvi maddələr xaric edir.

Örtülü qurğular tikilərkən rütubətlə mübarizə aparmaq vasitələri tapılmalıdır, çünki rütubət adamların sağlamlığına pis təsir edir.

İdman növünün xüsusiyyətlərindən və tamaşaçıların özünü aparmasından asılı olaraq üstüörtülü idman qurğularında çox səs-küy əmələ gəlir. Səs-küyün uzun müddət orqanizmə təsir etməsi nəticəsində tez yorulma, iş qabiliyyətinin aşağı düşməsi, diqqətin azalması, qan təzyiqinin artması və əsəb sisteminin qıcıqlanması baş verir. Odur ki, örtülü qurğular tikilərkən divarlar, tavan səs azaldan və su udan materiallarla örtülür, ağırlıq qaldırılan otaqda ştanqın düşdüyü yerə qalın rezin salınır.



Yüklə 1,93 Mb.

Dostları ilə paylaş:
1   ...   124   125   126   127   128   129   130   131   ...   208




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin