İdman təbabəTİ VƏ GİGİyena



Yüklə 1,93 Mb.
səhifə130/208
tarix27.04.2022
ölçüsü1,93 Mb.
#56439
növüDərslik
1   ...   126   127   128   129   130   131   132   133   ...   208
İdman təb.və gig.dərslik. 311 (1)

Təbii işıqlanma. Təbii işığın intensivliyi bir sıra amillərdən: işıqlı aylardan, havanın vəziyyətindən, pəncərələrin quruluşundan, zalların genişliyindən, divarların rəngindən və s. asılıdır. İdman zallarına, üzgüçülük hovuzlarına və yardımçı otaqlara işıq düz düşməlidir. İdman zallarında pəncərələr boylama divarda, döşəmədən iki metrdən yuxarı olmalıdır. Pəncərələr ancaq bir divarda yerləşdirilir. Təbii işığı artırmaq məqsədilə zalın başqa divarlardakı pəncərələrin döşəmədən 4,5 m hündürlükdə açılmasına icazə verilir. İdman oyunları keçirilən zallarda pəncərə şüşələrinin top zərbəsindən sınmaması üçün dəmir tor çəkilir. Şüşələr təmiz, şəffaf və hamar olmalıdır. Şüşələr çirkli olduqda işıq itkisi 50% çatır. Təbii işığın kifayət qədər olmasını təyin etmək üçün işıq əmsalından istifadə edilir. İşıq əmsalı pəncərənin şüşə səthini döşəmənin səthinə olan nisbətinə deyilir. İdman zalları, üzgüçülük hovuzları üçün işıq əmsalı 1:3-1:6, yardımçı otaqlar üçün 1:10-1:12, auditoriyalarda isə 1:3-1:4 olmalıdır.

Bundan əlavə, işıqlanma dərəcəsinə qiymət verildikdə təbii işıqlanma əmsalından (TİƏ) istifadə etmək daha obyektiv sayılır. TİƏ binanın daxilində hər hansı bir nöqtənin təbii işıqlanma dərəcəsinin (T) həmin vaxt bayırdakı üfüqi üzərindəki olan nöqtənin bütün göyün üzünə yayılmış işıqlanma dərəcəsinə (Tb) olan faizlə nisbətidir:

TİƏ = T . 100

Tb

Zalın ən uzaq nöqtəsində yandan işıqlanma şəraitində TİƏ 1%-dən az olmamalıdır. İşıqlanma lyuksmetrlə təyin edilir.



Süni işıqlanma. İdman zallarında süni işıqlanma keyfiyyət və kəmiyyətinə görə xarakterizə olunur. Kəmiyyətcə zalların işıqlanma dərəcəsi Lyuks-metrlə təyin edilir. Bu da idman növləri üçün müxtəlifdir: boks, güləş, akrobatika, gimnastika, atletika, ağırlıqqaldırma, qılınc oynatma zallarında-150 lk, stolüstü tennisdə -300 lk, voleybol, basketbol, badminton, əl topu, futbol, böyük tennisdə-200 lk.

Keyfiyyətcə aşağıdakı göstəricilər müəyyən edilmişdir:



  • işıq mənbəyinin növü və işıqlanma sistemi (yerli, ümumi, qarışıq);

  • çıraqların hündürlüyü, yerləşdirilməsi və lampaların gücü;

  • qoruyucularının vəziyyəti.

İşıqlanma düzgün və kifayət qədər olmalı, gözləri qamaşdırmamalı, spektr tərkibinə görə günəş işığına yaxın olmalıdır. Bu şəraitdə işlədikdə göz yorulmur, işləmək üçün əlverişli şərait yaranır.

Ən səmərəli və geniş yayılmış süni işıq elektrik işığıdır. Elektrik işığı közərmə və lüminessent lampaları vasitəsilə alınır. Vaxtı ilə təbii işığa yaxın işıq mənbəyi tapmaq üçün aparılan axtarışlar lüminessent lampaların ixtirası ilə nəticələndi. Lüminessent lampaları içərisində luminofer doldurulmuş borulardan ibarətdir. Lüminoforların seçilməsindən asılı olaraq gündüz işığını ağ və ya istənilən rəngdə işıq saçan lampalarla əvəzləmək mümkündür. Közərmə lampaları istifadə edilən çıraqların növündən asılı olaraq düz, səpələyici işıq saçan və işığı qaytaran olurlar.

1. Düz işıq saçan çıraqlar. Gigiyenik cəhətdən yararsız sayılır. Onların işıq selinin 90%-ə qədəri aşağı, üfüqi səthə düşür. Bu çıraqlar bərabər səpələnmiş işıq saçmır, işıq idmançıların gözünə düşərək (müəyyən hərəkətlər zamanı) onlarda pis əhval-ruhiyyə yaradır. İdman zallarında çox vaxt düz işıq saçan çıraqlardan istifadə edilmir.

2. Səpələnən işıq saçan çıraqlar (süd rəngli). Onlar gigiyenik və iqtisadi tələblərə müəyyən dərəcədə cavab verir. İşıq lazımi dərəcədə səpələnir və gözə qamaşdırıcı təsir göstərmir.

3. İşığı qaytaran çıraqlar. Gigiyenik cəhətcə ən qiymətli işıq mənbəyidir. Bu çıraqlar işığın çox hissəsini tavana yönəldir və tavandan işıq geri qayıdır. Bu işıq yumşaq olur, gözü qamaşdırmır. Lakin o, baha başa gəlir, çünki iri közərmə lampaları və çox enerji tələb edir.



    1. Yüklə 1,93 Mb.

      Dostları ilə paylaş:
1   ...   126   127   128   129   130   131   132   133   ...   208




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin