1. Yerli qızdırılma. Bu zaman ancaq 2-3 qonşu otaqlar qızdırıla bilir. Bu məqsədlə daş kömür, odun, qaz, elektrik sobalarından istifadə edirlər. Bu sistemdə gigiyeniki cəhətcə əlverişli qızdırıcı cihaz çox istilik tutumu olan, kərpicdən tikilmiş iri divar sobalarıdır.
2. Mərkəzləşdirilmiş qızdırılma sistemi.Bu sistem vasitəsilə bir və ya bir neçə bina eyni vaxtda qızdırılır. Bu sistem qazanxanadan (yanacaq yanan), istilik daşıyıcısından və qızdırıcı cihazlardan (radiatorlardan) ibarətdir. İstilik daşıyıcısı kimi su, su buxarı və havadan istifadə edilir. Su ilə qızdırılma gigiyenik tələbata tam cavab verir.