İdman təbabəTİ VƏ GİGİyena



Yüklə 1,93 Mb.
səhifə135/208
tarix27.04.2022
ölçüsü1,93 Mb.
#56439
növüDərslik
1   ...   131   132   133   134   135   136   137   138   ...   208
İdman təb.və gig.dərslik. 311 (1)

Süni ventilyasiya. Binalarda kifayət qədər hava mübadiləsinin olması üçün süni ventilyasiyadan istifadə edilir. Bu ventilyasiya havanın hərarətindən və hərəkətindən asılı olmur. O, ventilyatorlar və başqa qurğular vasitəsilə yaradılır.

Süni ventilyasiya yerli və mərkəzləşdirilmiş ola bilər. Havanın hərəkət istiqamətindən asılı olaraq ventilyasiyalar havagətirən, havasoran və havagətirən-havasoran (qarışıq) olurlar. Sonuncu ən təkmilləşdirilmiş ventilyasiyadır, çünki bu zaman hava mübadiləsi daha tam olur.

Son zamanlar kondisionerlər vasitəsilə otaqda havanın nəzərdə tutulmuş hərəkəti, rütubətliyi və hərarəti (lazım olan mikroiqlim) yaradılır və uzun müddət avtomatik olaraq bir qaydada saxlanılır.

Kondisionlaşdırıcı aqreqat konkret şəraitdən asılı olaraq havanı qızdıran, soyudan, nəmləşdirən və qurudan qurğulardan ibarətdir. Bundan başqa havanı kondisionerdən keçirməklə tozdan təmizləmək, xoşagəlməz iyi kənarlaşdırmaq, ozonlaşdırmaq və ionlaşdırmaq da mümkündir.






    1. Yüklə 1,93 Mb.

      Dostları ilə paylaş:
1   ...   131   132   133   134   135   136   137   138   ...   208




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin