Suda mikrob ədədinin təyini. Bu, mikrobların yaşaması, o cümlədən, patogen mikroblar üçün suyun nə dərəcədə əlverişli olub-olmamasını göstərir. Suda mikrobların sayının nəzərə çarpacaq dərəcədə artması suyun çirklənməsini göstərir.
Suda mikrob ədədini təyin etmək üçün steril şəraitdə götürülmüş su nümunəsindən, çalxalandıqdan sonra petri kasasına 0,1-1 ml töküb üzərinə 15 ml əridilmiş qidalı mühit (aqar) əlavə edirik. Termostatda 370 hərarətdə 24 saat müddətində saxlayırıq. Sonra Petri kasasını termostatdan çıxarıb qidalı mühitdə yetişmiş mikrob koloniyalarını sayırıq. Müayinənin nəticəsi 1 ml suda olan mikrob koloniyalarının sayı ilə ifadə olunur. Su kəməri sularında və üzgüçülük hovuzlarının suyunda mikrobların sayı 1 ml-də 100-dən çox olmamalıdır.
Dostları ilə paylaş: |