Suyun codluğunun təyini. Suyun codluğu onda olan kalsium və maqnezium birləşmələrinin miqdarından asılıdır. Üç cür codluq ayırd edilir:
1. Ümumi codluq-çiy suda olan kalsium və maqnezium duzları birləşmələrinin miqdarından asılıdır.
2. Daimi codluq – 1 saat müddətində qaynadıldıqdan sonrada qalan codluqdur.
3. Müvəqqəti codluq – qaynama nəticəsində aradan qaldırılan codluqdur.
Suyun codluğu dərəcə ilə ifadə olunur. Codluğu 100-yə qədər olan su-yumşaq, 10-200-yə qədər olan su orta dərəcəli cod, 200-400 –yə qədər olan yuxarı cod, 400 –dən çox olan suya ifrat cod su deyilir.
Dostları ilə paylaş: |