Suyun dadının təyini. Suyun dadı onun təhlükəsiz olmasına tam arxayın olduqda təyin edilir. Buna şübhə olduqda isə suyu əvvəlcə 5 dəqiqə qaynadıb soyutduqdan sonra dadını təyin edirlər.
4 cür dad: şor, acı, şirin və turş olmaqla fərqləndirilir.
Suyun dadı onun hərarəti 15-200 C olduqda təyin edilir. Suyu kiçik qurtumla ağıza alıb bir neçə saniyə saxlayır, dadını isə 5-6 ballıq şkala ilə təyin etmək mümkündür. Suyun dadı 200 C hərarətdə iki baldan çox olmamalıdır.
Suyun hərarətinin təyini. Suyun hərarəti nümunə götürülən zaman mənbəyində civəli termometrlə təyin edilir. Termometr stəkanın içərisindəki su mənbəyinə salınır və 5 dəqiqədən sonra çıxarılıb, göstəricisi qeyd edilir.
Suyun şəffaflığının təyini. Suyun şəffaflığı ondakı asılı maddələrlə təyin edilir. Bulanıq su xoşagəlməz və epidemioloji cəhətcə şübhəli olur. şəffaflığın az olması üzgüçülüklə məşğul olanlara da mane olur. Suyun şəffaflığını təyin etmək üçün dibi şəffaf və aşağı hissəsində kranı olan xüsusi silindrdə müayinə olunan sudan tökərək 4 sm məsafədə 1 nömrəli şriftin üzərinə qoyub üstdən baxılır. Silindrin suyunu açıb o vaxta qədər axıtmaq lazımdır ki, şrift aydın oxunsun. Silindirdə qalan su sütunun hündürlüyü santimetrlə ölçülür. Göstərici 30 sm-dən çox olmalıdır.
Dostları ilə paylaş: |