Suda amonyakın təyini. Suda ammonyakın və ammonium duzlarının olması Nessler reaktivi vasitəsilə təyin edilir. O, ammonyakla kompleks birləşmə əmələ gətirir və suyun rəngini müxtəlif intensivlikdə sarı rəngə boyayır.
Sınaq şüşəsinə 10 ml müayinə olunan sudan töküb üzərinə 0,2-0,3 ml (5-7 damla) 50%-li seqnet duzu məhlulu əlavə edərək yaxşı qarışdırılır və 0,2 ml(5 damla) Nessler reaktivi əlavə edilir. Sarı rəngin alınması suda ammonyakın olduğunu göstərir.
Suda azotlu birləşmələrin təyini. Suda nitritləri təyin etmək üçün qrass reaktivindən istifadə edilir. Bu reaktiv nitritlər ilə rəngli birləşmələr əmələ gətirir. Qızdırıldıqda bu reaksiya sürətlə gedir.
Sünaq şüşəsinə 10 ml müayinə olunan su və 0,5 ml (10-12 damcı) qriss reaktivi tökülür, sonra 5 dəqiqə 70-800-də qızdırılır. Çəhrayı rəngin alınması nitritlərin olmasını göstərir.
Dostları ilə paylaş: |