İdman təbabəTİ VƏ GİGİyena


YÜKSƏK BİOLOJİ ƏHƏMİYYƏTLİ



Yüklə 1,93 Mb.
səhifə67/208
tarix27.04.2022
ölçüsü1,93 Mb.
#56439
növüDərslik
1   ...   63   64   65   66   67   68   69   70   ...   208
İdman təb.və gig.dərslik. 311 (1)

YÜKSƏK BİOLOJİ ƏHƏMİYYƏTLİ

MƏHSULLAR
Südlü marmelad «REKORD» - vitaminli-zülallı məhsul olub tərkibində xeyli mineral duz vardır. Bütün idmançılarda orqanizmin enerji ehtiyatını artırmaq üçün istifadə edilir.

ZÜLAL_QLÜKOZALI şokolad. Hər 100 qr məhsulda zülal-20 qr, qlükoza-60 qr, 4 qr vitamin E vardır. Uzun sürən idman yarışlarında (xüsusilə gimnastika, qılıncoynatma, ağırlıqqaldırma və bir sıra idman oyunlarında) yarışdan 1,5-2 saat əvvəl və bərpa dövründə 50 qr qəbul edilir.

ZÜLALLI PEÇENYE «OLİMP» - xüsusi ixtisaslaşdırılmış məhsul olub, tərkibində kazein, quru süd, buğda unu vardır. Ağırlıqqaldıranlar, güləşçilər, boksçular böyük həcmdə fiziki iş yerinə yetirdikdən sonra bərpa dövründə tam keyfiyyətli əlavə zülal mənbəyi kimi 50-200 qr 3-4 dəfə qəbul edirlər. 100 qr peçenye 400 kkal enerji verir.

ADOPTOGEN MADDƏLƏR. Onlar ümumi təsirə malik maddələr olub ekstremal şəraitdə (böyük fiziki yük, hipoksiya, iqlim şəraitinin kəskin dəyişilməsi və s.) orqanizmin tonusunu yüksəldir, dözümlülüyünü artırır. Bu qrupa vitaminlər, bitki mənşəli preparatlardan jenşen, eleuterokokk, levzey və s. daxildir.

Bu qrupa daxil olan maddələr mərkəzi sinir sistemində oyanma və tormozlanma proseslərini nizama salır, sinir proseslərinin hərəkiliyini yüksəldir, metobolizmi yaxşılaşdırır, fiziki yük icra edildikdən sonra yuxunu normaya salır, bununla da müsbət emosiyalar törədir, yorğunluq hissini aradan qaldırır və beləliklə, orqanizmin tezliklə bərpa olunmasına yardım edir. Buraya vitamin E, aminolon, qammalon və s. aiddir.

QANARTIRICI MADDƏLƏR. Onlar əsasən ağır xarici mühit şəraitində və tibbi göstərişlər nəzərə alınaraq tətbiq edilir. Bu maddələrə vitamin B12, dəmir preparatları və s. daxildir.

Sürtmələr, məlhəmlər məhsullar şəklində əzələ sisteminə təsir edən maddələr. Bu maddələr əzələlərdə maddələr mübadiləsini bərpa edir, qan və limfa dövranını sürətləndirir, skelet əzələlərinin gərginliyini azaldır, əzələlərin və oynaqların elastikliyini artırır, parçalanma məhsullarının xaric edilməsini tezləşdirir. Onlar idmançıların sinir-əzələ aparatının bərpasına kömək edir və zədələnmələrin qarşısını alır.

Məşqçi tədris-məşq prosesinin təşkilatçı və rəhbəri hesab olunduğundan sağlam adamın farmakologiyası sahəsində müəyyən biliklərə malik olmalıdır. Eyni zamanda yadda saxlamaq lazımdır ki, hər bir farmokoloji vasitə orqanizmə fərdi təsir göstərir. Odur ki, onlar ancaq həkimin göstərişi ilə təyin edilir və çox ehtiyatla qəbul edilir.

Farmokoloji vasitələr hər bir idmançının sağlamlığı və fərdi xüsusiyyətləri (məşqin dövrü, fiziki yükün xarakteri, həcmi və intensivliyi, idmançının yaşı, ustalıq dərəcəsi, məşqlilik səviyyəsi, yorulmanın dərəcəsi) nəzərə alınmaqla təyin edilməlidir.


Yüklə 1,93 Mb.

Dostları ilə paylaş:
1   ...   63   64   65   66   67   68   69   70   ...   208




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin