İfadəli oxudan praktikum ali məktəblərin filoloji istiqamətdə olan ixtisaslarının fənn proqramlarında əsas yer tutur



Yüklə 389,5 Kb.
səhifə11/32
tarix01.01.2022
ölçüsü389,5 Kb.
#50644
1   ...   7   8   9   10   11   12   13   14   ...   32
İfadəli oxudan praktikum-599-Dərs vəsaiti

MəFAİlün

MəFAİlün

MəFAİlün

MəFAİlün

Məni candan

usandırdı,

cəfadən yar

usanmazmı?

Fələklər yan

dı ahimdən,

muradım şəm

i yanmazmı?

Qəmu bimar

inə canan

dəvayi-dərd

edər ehsan.

Neçin qılmaz

mənə dərman,

məni bima

r sanmazmı?

Qəmim pünhan

tutardım mən

dedilər ya

rə qıl rövşən

Desəm, ol bi

vəfa bilməm,

inanarmı,

inanmazmı?

Şəbi hicran

yanar canım

tökər qan çeş

mi giryanım,

Oyadar xəl

qi əfğanım

qara bəxtim

oyanmazmı?

Güli-rüx

sarinə qarşi

gözümdən qan

lı axar su,

Həbibim fəs

li güldür bu,

axar sular

bulanmazmı?

Degildim mən

sənə mail

sən etdin əq

limi zail,

Mənə tən ey

ləyən qafil

səni görcək

utanmazmı?

Füzuli rin

dü şeydadır,

həmişə xəl

qə rüsvadır,

Sorun kim bu

nə sevdadır,

bu sevdadan

usanmazmı?

Ümumiyyətlə, şeiri ifadəli oxuyarkən şifahi nitq xüsusiyyətləri də nəzərə alınmalıdır. Çünki bəzi hallarda şeiri əzbər deyərkən yazı qaydaları pozulur. Məsələn: Dəvayi-dərd edər ehsan ifadəsində dərd edər tərkibi yazıdan fərqli olaraq şifahi nitqdə dər dedər vəziyyətində tələffüz olunur. Deməli, hər hansı bir bədii mətndə danışanın ifadə etdiyi fikirlə intonasiya arasında dialektik vəhdət olmalıdır. İstər müəllim, istərsə də tələbə öz diksiyasını elə qurmalıdır ki, hər bir misra və cümlənin məntiqi mənası pozulmasın.




5. İfadəli oxunun bədii cəhətləri

İfadəli oxunun bədii cəhətlərindən biri sözaltı məna çalarlığıdır. Sözaltı məna hər hansı bir ədəbi əsərin ideya məzmunu, oradakı əsas mənanı, qayəni açmaq üçündür. Müəllim ifadəli oxuyarkən hər sözün, hər ifadənin sözaltı mənasını axtarıb üzə çəxarmalıdır. Bilmək lazımdır ki, sözlər müxtəlif dövrlərdə sənətkarların mövqeyi ilə əlaqədar olaraq öz həqiqi mənalarını dəyişmiş və ikinci bir məna ifadə etmişlər. Xüsusilə bu vəziyyət XX əsr Azərbaycan romantik lirikasında özünü daha qabariq göstərmişdir. Həmin dövrün poeziyasında romantiklər aşina, yar, əğyar, vüsal və s. bu kimi ifadələri tamam başqa mənalarda işlətmişlər. Məsələn:



M.Füzulinin lirikasında

MX XX əsr romantik lirikada

yar -sevgili

Yar yar –vətən

ə əğyar – aşiqin düşməni

əğyar – vətən düşməni

vüsal – arzu, istək

vüsal – azadlıq həsrəti arzusu

fəraq – məhəbbət ayrılığı

fəraq –azadlıqdan məhrum olmaq

aşina- yar dostu

aşina- azadlıq tərəfdarı olan dostlar, yyət hüriyyət

afət – can alan

afət - irtica

Gətirdiyimiz bu misallar onu sübut edir ki, dövrlərdən asılı olaraq sözlər mənalarını dəyişdirmişdir. Odur ki, hər bir ifadəli oxuyan şəxs poeziyamızda olan sözlərin bu cür məna dəyişkənliyini bilməli və ifadəli oxuda bunları nəzərə almalıdır. Böyük sənətkarlar həmişə sözaltı mənalardan bacarıqla istifadə etmişlər Məsələn: S.Vurğunun “Vaqif” dramında Qacarın dilindən Vaqifə deyilir:

  • Aha, sınayırdım idrakınızı,

  • Doğrudan bir şair görürəm sizi.

  • Xoşbəxt xəlq eyləmiş sizi yaradan.

Vaqif isə cavab verir:

  • Dünyada qalacaq yalnız yaradan.

Bu nümunədə Qacarın dilindən işlədilən yaradan sözü Allah mənasındadır. Vaqifdə işlənən yaradan isə sənətkar mənasında ifadə olunmuşdur. Deməli, hər iki ifadə formaca eyni olsalar da müxtəlif mənalar ifadə edirlər. Yaxud da:

Günəşi örtsə də, qara buludlar,

Yenə Günəş adlı bir qüdrəti var.- ifadəsində Vaqif günəş dedikdə Azərbaycanı, ana Vətəni nəzərdə tutur. Qacar isə Azərbaycanın üstünü alan qara buluda bənzədilir. Lakin Qacar günəş sözünün mənasını dərk etmir, onu həqiqi mənada anlayır və deyir:

Görünür Günəşə iştahan vardır.

Vaqif cavabında deyir:

Günəşdən gizlənən yarasalardır...

Bu sözaltı mənalar vasitəsilə dramaturq öz qəhrəmanı Vaqifə güclü silah verir. Əgər Qacarın hərbi ləvazimatı varsa, Vaqifin isə iti kəlamı, humanizmi və güclü xalq müdrikliyi vardır. Odur ki, ifadəli oxuda bu cür sözaltı məna çaları elə ifadə olunmalıdır ki, mətndəki incə mənalar dinləyici və ya oxucuya çata bilsin.

Qeyd etməliyik ki, ifadəli oxunun əsasını bədii mətnin mənasını düzgün dırk etmək, yəni məntiqi oxu və onu dinləyiciyə dəqiq çatdırmaq, daha doğrusu, ifadəli oxumaq təşkil edir. Məsələn: Vaqif Qacara deyir:



  • Razıyam, böyük hökmdar!

  • Mərhəmət sahibi olur ağalar.

Əgər ifadəli oxuda belə nümunələrin məntiqi mənası qavranılmazsa, o zaman bu sözlər həqiqi mənada dərk olunar və belə çıxar ki, guya Vaqif Qacara həqiqətən böyük hökmdar deyir və onun mərhəmətindən razıdır. Lakin məntiqi oxu prosesində oxuyan şəxs dərk etməlidir ki, Vaqifin sözlərində bir kinayə, ironiya vardır. Odur ki, ifadəli oxu zamanı mətnin ideyasını, ifadələrin həqiqi mənasını qavramadan onu dinləyiciyə düzgün çatdırmaq olmaz. Yaxud da Vaqifin Vidadiyə Qarabağ xanlığında eşikağası kimi fəaliyyət göstərməsinin səbəbi barədə belə deyir:

Mən orda olmasam, qan çıxar dizə,

Quşlar da ağlayar ellərimizə.

Xan məndən utanır, çəkinir bir az,

Mən getsəm, qırğının hesabı olmaz.

O, bəzən hirslənib quduran zaman,

Mənəm zəncirini dartıb saxlayan.

Əks-təqdirdə həmin sözlər mətndə olduğu kimi anlaşılar və mətnin ideyası pozular. Belə faktlar sübut edir ki, əsərin ideyasını qavramaq ifadəli oxuda əsas şərtlərdən biridir.




Yüklə 389,5 Kb.

Dostları ilə paylaş:
1   ...   7   8   9   10   11   12   13   14   ...   32




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin